Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4489/2020 01.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh X2 prosessual hüquq varisi Cavabdeh3 vəkili Vnun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli xxx nömrəli qətnaməsindən cavabdeh X2 prosessual hüquq varisi Cavabdeh3 tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Salyan rayon Məhkəməsinin (hakim M.Qasımov) xx.xx.2018-ci il tarixli xxx nömrəli qətnaməsi ilə iddiaçı “xxxx” QSC-nin cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada kredit razılaşması üzrə 31216,92 ABŞ dolları məbləğində kredit borcu, 7775,61 ABŞ dolları məbləğində faiz borcu, 17299,88 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 56292,41 ABŞ dolları məbləğində borcun ödəniş gününə olan məzənnə üzrə manatla tutularaq, “xxxx” QSC-nin xeyrinə verilməsi, ipotekaya qoyulmuş cavabdeh X5 məxsus olan E torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən mülkiyyətdə olan A – mərtəbəliyi 1, 3 otaqlı, 54,2 m2 yaşayış, 38,1 m2 yardımçı, ümumi 92,4 m2 sahədən və A – mərtəbəliyi 2, 2 otaqlı, 23,6 m2 yaşayış, 92,2 m2 yardımçı, ümumi 115,8 m2 sahədən ibarət 18 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 65000 manat məbləğində müəyyənləşdirilməsi, tələbin ipoteka predmeti olan cavabdeh X5 məxsus olan E torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən mülkiyyətdə olan A – mərtəbəliyi 1, 3 otaqlı, 54,2 m2 yaşayış, 38,1 m2 yardımçı, ümumi 92,4 m2 sahədən və A – mərtəbəliyi 2, 2 otaqlı, 23,6 m2 yaşayış, 92,2 m2 yardımçı, ümumi 115,8 m2 sahədən ibarət 18 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin və torpaq sahəsinin açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına cəmi 56292,41 ABŞ dolları məbləğində borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 ma nat dövlət rüsumunun və 21 manat xidmət haqqının “xxxx” QSC-yə ödənilməsi, satışdan artıq qalan pul vəsaitinin X2 mirasını qəbul etmiş vərəsəsinə (vərəsələrinə) verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərə aid edilməsi, cavabdehlərdən 30 manat məbləğində pulun müştərək qaydada alınaraq iddiaçıya verilməsi, Salyan Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, xxx nömrəli qərardadı ilə E torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən mülkiyyətdə olan A – mərtəbəliyi 1, 3 otaqlı, 54,2 m2 yaşayış, 38,1 m2 yardımçı, ümumi 92,4 m2 sahədən və A – mərtəbəliyi 2, 2 otaqlı, 23,6 m2 yaşayış, 92,2 m2 yardımçı, ümumi 115,8 m2 sahədən ibarət 18 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin fərdi yaşayış evinə və torpaq sahəsinə X2 istifadə hüququnun itirilməsi, onun həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılması, torpaq sahəsinin və fərdi yaşayış evinin boşaldılması və banka təhvil verilməsi barədə hissədə mülki işin icraatına xitam verilməsinin nəzərə alınmasıqət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər M.Həsənov, İ.Əsədov, Z.Zeynalov) xx.xx.2020-ci il tarixli xxx nömrəli qətnaməsi ilə cavabdeh X2 prosessual hüquq varisi Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Salyan rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli xxx nömrəli qətnaməsinin cavabdehlərdən iddiaçının xeyrinə faiz və cərimə borcunun tutulması hissələrində dəyişdirilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı “xxxx” QSC-nin xeyrinə müştərək qaydada tutulan borcun məbləği 7271.78 ABŞ dolları faiz borcu, 5000 ABŞ dolları cərimə borcu olmaqla, 31216.92 ABŞ dolları əsas borc ilə birlikdə ödəniş vaxtı Azərbaycan Respublikası Mərkəzi Bankının ABŞ dollarına münasibətdə müəyyən etdiyi məzənnə üzrə Azərbaycan manatı ilə hesablanmaqla, cəmi 43488.70 ABŞ dolları müəyyən edilməsi, Salyan rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli xxx nömrəli qətnaməsinin qalan hissədə dəyişdirilmədən saxlanması, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə 145 manat ekspertiza tədqiqatının dəyərinin cavabdeh X2 prosessual hüquq varisi Cavabdeh3 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh X2 prosessual hüquq varisi Cavabdeh3 iş üzrə Şirvan Apellyasiya M əhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. İşin halları: İddiaçı “xxxx” QSC cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh2 müştərək qaydada iddiaçı “xxxx” QSC-nin xeyrinə 31216,92 ABŞ dolları məbləğində kredit borcu, 7775,61 ABŞ dolları məbləğində faiz borcu və 17299,88 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 56292,41 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bild irişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin X2 mülkiyyətində olan Salyan şəhəri, Ə.Kürçaylı küçəsində 0,05 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən A – mərtəbəliyi 1, 3 otaqlı, 54,3 m2 yaşayış, 38,1 m2 yardımçı, ümumi 92,4 m2 sahədən və A – mərtəbəliyi 2, 2 otaqlı, 23,6 m2 yaşayış, 92,2 m2 yardımçı, ümumi 115,8 m2 sahədən ibarət 18 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və yaşayış evinin açıq hərracda satılması və ümumilikdə 56292,41 ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetinin hərracda satı şından əldə olunan vəsait hesabına “xxxx” QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun Cavabdeh1, X1 və Cavabdeh2 ümumi qaydada tutulması, X2 mülkiyyətində olan Salyan şəhəri, Ə.Kürçaylı küçəsində 0,05 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən A – mərtəbəliyi 1, 3 otaqlı, 54,3 m2 yaşayış, 38,1 m2 yardımçı, ümumi 92,4 m2 sahədən və A – mərtəbəliyi 2, 2 otaqlı, 23,6 m2 yaşayış, 92,2 m2 yardımçı, ümumi 115,8 m2 sahədən ibarət 18 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra X2 həmin fərdi yaşayış evinə və torpaq sahəsinə istifadə hüququnun itirilməsi, onun həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılması, torpaq sahəsinin və fərdi yaşayış evinin boşaldılması və “xxxx” QSCyə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh X2 prosessual hüquq varisi Cavabdeh3 və vəkili V kasasiya şikayətini onunla əsaslandırmışlar ki, kredit xətti müqaviləsində müqavilənin mümühm şərtləri barəsində qanunvericilikdə tələb olunan formada razılığa gəlindikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Halbuki, kredit xətti müqaviləsində müqavilənin mühüm şərtləri olan kredit müqaviləsinin müddəti, kreditin məbləği, illik faiz dərəcəsi ba rədə məlumatlar təsbit olunmadığı təqdirdə tərəflər arasında bağlanmış zaminlik və ipoteka müqavilələrində məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s. zəruri şərtlər göstərilməlidir. Göründüyü kimi, müqavilənin mühüm şərtləri nə xx.xx.2014-cü il tarixli, 22L000005758 saylı kredit xətti müqaviləsində nə də xx.xx.2014-cü il tarixli, 22M000000391 saylı ipoteka müqaviləsində öz əksini tapmışdır. Mülki Məcəllənin 307.4-cü maddəsinə əsasən əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtlər göstərilməlidir. İpoteka müqaviləsində göstərilməli şəruri şərtlər “İpoteka Haqqında” Qanunun 10.5-ci maddəsində əks olunmuşdur. Həmin maddəyə görə, ipoteka müqaviləsində tərəflərin adı və yaş ayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir. Bu baxımdam ipoteka müqaviləsinin bağlanması üçün də kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəll əsinin 307.4, 405.1 və 477.0.1ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2019-cu il Konstitusiya Məhkəməsinin qərarına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər baərsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Bu qayda kredit xətti müqaviləsi üzrə bağlanmış kredit müqavi lələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir. İpoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri şərtlər gösətrildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan onun ziyanın dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyır. Bu hallar və qanunvericiliyin tələbləri məhkəmə tərəfindən nəzərə alınmamışdır. Həımçinin xx.xx.2014-cü il tarixli ödəniş qrafikinə atılan imzaya münasibətdə isə bildirilir ki, “Ödəniş planı ilə tanış oldum və razıyam, ipoteka verən İbrahimova Minayə”və “imza”.Bu cümlənin yazılması müqavilə münasibətlərinin yaranması və iradə ifadəsinin təzahürü kimi qətiyyən qəbul edil ə bilməz. Belə ki, iş materiallarına diqqət etdikdə belə açıq aydın görünür ki, “Ödəniş planı ilə tanış oldum və razıyam ipoteka verən İbrahimova Minayə” ifadəsi latın qrafikası ilə yazılmış və başqa şəxs tərəfindən icra edilmişdir. Lakin “imza” hissəsində imza isə kiril qrafikası ilə yazılmış 3 hərfdən ibarətdir. Bu hal özlüyündə İbrahimova Minayə tərəfindən müqavilənin mühüm şərtləri barəsində məlumatlandırılmasını, İbrahimova Minayə tərəfindən latın qrafıikasınıbaşa düşməsini, faiz, borc məbləği, müqavilə müddəti barəsində məlumatlanmasını istisna edir. Belə ki. əgər İbrahimova Minayə öz imzasını kirilcə icra etdiyindən latın qrafikasınıbaşa düşməməsi açıq aşkar ortadadır. 79 yaşlı kiril əlifbası ilə imza çəkən İbrahimova Minayə tərəfindən latın qrafikalı, cədvəllərdən gözlə görünməsi ç ətin olan rəqəmlərlə əhatələnən ödəniş qrafikinin başa düşülməsi, anlaşılması qeyrimümkün idi. Hətta ödəniş qrafikinin sol küncünə diqqət etdikdə faiz dərəcəsinin 1.75 faiz olması göstərilir. Amma nə aylıq, nə illik, nə də rüblük və s. olması təsbit edilməmişdir. Bu halın mübahisələndirilməsi və məhkəmənin diqətinə çatdırılmasına baxmayaraq, məhkəmə tərəfindən araşdırılmamış və hüquqi qiymət verilməmişdir. Ən azından xətşünaslıq ekspertizasının keçirilməsi və həmin xəttlə imza qrafasındakı xəttlərin eyni şəxs tərəfindən icra olunması, eyni şəxs tərəfindən icra olunduğu təqdirdə isə İbrahimova Minayə tərəfindən icra olunmasının müəyyən edilməsi zərurəti məhkəmə tərəfindən qətiyyən nəzərə alınmamışdır. Cərimə borcuna gəldikdə isə qeyd edilməlidir ki, 31216.92 ABŞ dolları əsas borca münasibət də 5000 ABŞ dolları cərimənin hesablanması nəinki hüquqda ağlabatanlıq prinsipinə ziddir, eyni zamanda heç bir hüquqi münasibətlərə sığışmayan və müqavilə tərəfinin vəziyyətini bu kimi hallardan sui-istifadə edərək daha acınacaqlı duruma salma niyyətindən başqa bir şey deyildir. Göstərilənlərə əsasən onlariş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli xxx saylı qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, iddiaçı “xxxx” ASC-nin səlahiyyətli nümayəndəsi, cavabdeh X2 prosessual hüquq varisi Cavabdeh3, digər cavabdehlər Cavabdeh1, Cavabdeh 2, X9, X6 və X7 məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdeh X2 prosessual hüquq varisi Cavabdeh3 vəkili V kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, tərəflər arasında kredit və ipoteka müqavilələri bağlanmış və onların arasın da müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Cavabdehlər müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdirlər. Belə ki, cavabdehlər kredit müqaviləsi üzrə əsas və faiz borcunu tam ödəməmişdirlər. İş üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası nəticəsində cavabdehlərin iddiaçıya olan borcu, əsas borc üzrə 31566,33 ABŞ dolları, faiz borcu üzrə 7271,78 ABŞ dolları müəyyən olunmuşdur. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlərdən iddiaçının xeyrinə 7775,61 ABŞ dolları məbləğində faiz borcunun tutulması hissəsində dəyişdirilməli, cavabdehlərdən iddiaçının xeyrinə tutulan faiz borcunun məbləği 7271,78 ABŞ dolları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehlərdən iddiaçının xeyrinə 17299,88 ABŞ dolları məbləğində cərimə borcunun tutulması hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olmas ı, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Eyni zamanda dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək olduğundan həmin hissədə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli və cavabdehlərdən iddiaçının xeyrinə tutulan cərimə borcunun məbləği 5000 ABŞ dolları müəyyən edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş üzrə apelyasiya instansiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli iclasında cavabdeh X2 prosessual hüquq varisi Cavab deh3 vəkili və nümayəndəsi V vəsatət verərək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il tarixli qərarına əsasən “xxxx” QSC ilə X10 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 22M000000391 nömrəli ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsinə dair iddia qaldırdığını bildirmiş və iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Zərurət olmadığından məhkəmə kollegiyası iş üzrə icraatın dayandırılmasına dair vəsatətin təmin edilməməsini qərara almışdır. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11-ci və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2018-ci il tarixli qərarına əsasənzaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4-cü maddəsinin “əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir” müd dəası ipoteka müqaviləsində məbləğin, müddətin, faiz dərəcəsinin, valyuta və s. zəruri şərtlərin göstərilməsini ehtiva edir. «“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5-ci, 14-cü və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4-cü, 405.1-ci və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilm əklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləs inə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Bu qayda kredit xətti müqaviləsi üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir. İpoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri şərtlər göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan onun ziyanına dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyır. İşin faktiki hallarından göründüyü kimi, xx xxxxxx 2014-cü il tarixli, 22L000005664 nömrəli kredit xətti müqaviləsi üzrə “xxxx” QSC ilə Cavabdeh1 arasında xx xxxxxx 2014-cü i l tarixli, 22R000006876 nömrəli kredit razılaşması, həmçinin həmin kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsinə dair xx xxxx 2015-ci il tarixli, 22R000006876 nömrəli saziş bağlanmışdır. Həmin kredit razılaşmasına və müvafiq sazişə X4 razılığı alınmışdır. Belə ki, xx xxxxxx 2014-cü il tarixli və xx xxxx 2015-ci il tarixli ödəniş planları X10 tərəfindən “Tanış oldum” və “Razıyam” qeydləri edilib imzalanmışdır. Belə olan halda, apelyasiya kollegiyası hesab etmişdir ki, kredit xətti müqaviləsi üzrə bağlanmış kredit müqaviləsində müəyyən edilmiş zəruri şərtlər barəsində razılığı alındığından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il tarixli qərarı X8 münasibətdə şamil edilə bilməz. Kassasiya kollegiyası aşağıda göstərilən əsaslara görə, apellya siya məhkəməsinin ipoteka predmetinə dair hissə üzrə gəldiyi nəticəni tam əsaslı hesab etmir. Belə ki, iş materiallarından görünür ki, kasasiya şikayətində qeyd edilənlər əsasında kasasiya yoxlaması həyata keçirilərkən müəyyən edilmişdir ki, həqiqətən də “Ödəniş planı ilə tanış oldum və razıyam ipoteka verən İbrahimova Minayə” ifadəsi latın qrafikası ilə yazılmış, lakin “imza” hissəsində imza isə kiril qrafikası ilə yazılmış 3 hərfdən ibarətdir. İş materiallarında olan ipoteka müqaviləsində olan ipoteka qoyanın imzası qarşısındakı soyad yazılışından da görünür ki, “İbrahimova” sözü kiril əlifbası ilə qeyd edilmişdir. Belə olan halda işə mahiyyəti üzrə baxan apelyasiya kollegiyası məhkəmə-xətşünaslıq ekspertizası keçirərək həmin xəttlə imza qrafasındakı xəttlərin eyni şəxs tərəfindən icra o lunub-olunmamasını, eyni şəxs tərəfindən icra olunduğu təqdirdə isə İbrahimova Minayə tərəfindən icra olunub-olunmadığını müəyyən etməmişdir. Çünki bu halın müəyyənləşdirilməməsi kredit xətti müqaviləsi üzrə bağlanmış kredit müqaviləsində müəyyən edilmiş zəruri şərtlər barəsində Minayə İbrahimovanın razılığının alınmasını şübhə altına almış olur. İstinad edilən Konstitusiya Məhkəməsinin Plenum Qərarında da zəruri şərtlər barədə ipoteka qoyanın razılığının alınmasının zəruriliyi xüsusi olaraq vurğulanmış, razılıq alınmadığı təqdirdə ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilməlidir. Belə ki, Mülki Məcəllənin 405.1-ci maddəsinin tələblərindən irəli gəlir. Belə ki, həmin maddəyə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan forma da razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Cərimə məbləği ilə bağlı kasasiya şikayətinin dəlilinə gəldikdə isə, qeyd edilməlidir ki, 5000 ABŞ dolları məbləğində müəyyən edilməsi əsas borc məbləğinə düz mütənasibdir və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsi ilə müəyyən edilmiş qaydaya uyğun olaraq tənasübsüz həddi azaldılmaqla təyin edilmişdir. Odur ki, kasasiya şikayətinin qeyd edilən hissədə dəlilləri əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 87.2-ci maddəsinə əsasən, məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir. Həmin Məcəllənin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsi n vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Beləliklə, apelyasiya kollegiyası ipoteka predmetinə tutmanın yönəldilə bilməsi, ipoteka müqaviləsinin bağlanmış hesab edilməsi üçün zəruri olan şərtlərin mövcudluğunun müəyyən edilməsi, ipoteka qoyanın razılığının onun iradə ifadəsi olub-olmadığı ilə bağlı halları tam araşdırmamış, bununla da ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. Beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi vasit əsi kimi qəbul olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Qeyd edilməlidir ki, ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanu n əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərdə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kasasiya mə hkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kasasiya kollegiyası, kasasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və onları qismən əsa slı hesab edərək qeyd edir ki, tələbin ipoteka predmetinə yönəldilməsi ilə bağlı dəlillər iş üzrə apelyasiya instansiyası məhkəməsinin ləğv edilməsi və işin həmin hissədə yeni apelyasiya baxışına göndərilməsi üçün əsasdır. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq, kasasiya kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi qismən-tutmanın ipoteka predmetə yönəldilməsi hissəsində ləğv edilməli və iş həmin hissədə yeni apelyasiya baxışına göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburi dir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə xx.xx.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli qərarı; “X16rşı” işi üzrə xx.xx.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh X2 prosessual hüquq varisi Cavabdeh3 tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli xxx nömrəli qətnaməsi qismən—tutmanın ipoteka predmetinə yönəldilm əsi hissəsində ləğv edilsin və mülki iş həmin hissədə yenidən apelyasiya qaydasında baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli xxx nömrəli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4489/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4489/2020
01.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver