Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-449/2021 05.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin məhkəmə baxışından çıxarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X19 oğlunun katibliyi, İddiaçının vəkili Vəkil və Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-895/2020 nömrəli iş üzrə 17 yanvar 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 05 aprel 2021-ci il tar ixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11.000 manat borc pul məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 05.04.2018-ci il tarixdə 10000 manat və 10.10.2018-ci il tarixdə 1000 manat olmaqla ümumilikdə 11000 manat məbləğində borc pul vermişdir. Qeyd olunan məbləğləri iş yoldaşları və tanışları X7, X2, X10, X9, X1, X5, X6, X3, X4 və X8 yanında üç ay müddətində qaytarmaq şərtilə Cavabdeh borc vermişdir. Lakin Cavabdeh ona verdiyi borc məbləğlərini qaytarmır və hər dəfə ondan pulunu istəyəndə müəyyən bəhanələr gətirərək hazırda imkanının olmadığını, a ncaq imkanı olan kimi ödəyəcəyini bildirir. Cavabdehlə uzun müddət ərzində yaxın tanışlıq münasibətləri olduğundan ona etibar edib borc vermişdir. Sonuncu dəfə ona verdiyi 1000 manat borc məbləğini o qızının təhsil haqqının ödəməsi, təcili ödəməyəcəyi təqdirdə qızının qovulacağı adı ilə ondan borc almışdır. Lakin Cavabdeh ondan aldığı borc pul məbləğindən bu günədək heç bir məbləğ ona qaytarmamışdır və ya ödəməmişdir. Bu səbəbdən o və ailəsi əlverişsiz vəziyyətə düşmüşlər. Cavabdehə borcunu ödəmək üçün əlavə vaxt versə də, onun tərəfindən iddiaçının xeyrinə heç bir məbləğ ödənilməmişdir. Göründüyü kimi cavabdehə borcunun ödənilməsi üçün əlavə vaxt verilməsinə baxmayaraq onun tərəfindən bu istiqamətdə heç bir hərəkət həyata keçirilməmişdir. Bu da cavabdehin borcunu ödəməməkdə israrlı olması barədə düşünməyə ona əsas verir. Belə ki, aralarında olan razılaşmanın şərtlərinə əməl etməməsinin onu çox çətin və əlverişsiz vəziyyətə salması barədə cavabdehlə sifahi danışıqlar aparsa da, heç bir nəticə verməmişdir. Buna görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Fikrət Mirzəyev) 10 aprel 2019-cu il tarixli, 2(007)-1247/2019 saylı qətnaməsi ilə, iddia tələbi təmin edilmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Məmməd Məmmədov sədrlik edən və məruzəçi, Xəyal Sarıyev və Həmid Həmidov) 2(103)-895/2020 nöm rəli, 17 yanvar 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 aprel 2019-cu il tarixli qətnamə qismən, yəni 10.000 manat pulun cavabdehdən tutulması hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi tələbi barədə” iddiasının həmin hissədə təmin edilməsi, Cavabdeh 10.000 (on min) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması, qalan hissədə, yəni borcun bir qisminin əvəzi olaraq Cavabdeh 1.000 manat və dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması hissəsində qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsindən i ddiaçı kassasiya şikayəti verərək iddia tələbinin tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 15.10.2021-ci il tarixli qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilərək məhkəmə baxışına təyin edilmişdir. Lakin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı kassasiya şikayəti MPM-nin tələblərinə zidd olaraq icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 403.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Hazırki iş üzrə müəyyən edilmişdir ki, İddiaçı iddiasının bir qismi birinci instansiya məhkəməsinin digər, q ismi isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə təmin edilmişdir. Belə olan halda, İddiaçı iddiası tam təmin olunduğundan Azərbaycan Respublikası MPM-in 403.1-ci maddəsinin tələblərinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-895/2020 nömrəli iş üzrə 17 yanvar 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermək hüququnun olmadığı müəyyən olunur. Odur ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti kassasiya baxışından çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 417.1.7-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması müəyyən edərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsin ə qaytara bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 403.1, 417.1.7-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-895/2020 nömrəli iş üzrə 17 yanvar 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş birlikdə kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 15.10.2020ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı kassasiya şikayəti məhkəmə baxışından çıxarılsın. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-449/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-449/2021
05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver