Məhkəmə qərarları › İş №2(102)-4491/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4491/2019

24.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4491/2019 24.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Əsgərov Qürbət Ağa oğlundan oğlundan ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, iddiaçının vəkili ***un iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 26 fevral 2019-cu il tarixli qətnaməsindən Ləğv prosesində olan İddiaçı X1 və vəkili ***nun kassasiya şikayəi üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun və faizlərin tutulması” tələbi nə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 23 iyul 2018-ci il tarixə kredit öhdəliyi üzrə qalan 1.563,02 manat əsas borc, 782,92 manat faiz borcu, 775,53 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusuya Məhkəməsinin 24 dekabr 2014cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə uyğun olaraq hesablanmış faiz borcu olmaqla, cəmi 3.121,47 manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun müştərək qaydada tutularaq Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4998/2018 saylı, 05 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1.563.02 manat əsas borc, 782,92 manat faiz borcu, 775,53 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz borcu olmaqla, cəmi 3.121,47 manat məbləğində borc, həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 fevral 2019-cu il tarixli, 2(103)2735/2019 saylı qətnaməsi ilə (hakimlər X.Mərdanova sədrlik edən, məruzəçi E.Həsənov və F.Babayev) Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsin in 2(005)-4998/2018 saylı, 05 dekabr 2018-ci il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə ödənilməli olan faiz borcu 238,40 manat, kredit müqaviləsi üzrə illik 5 faiz dərəcəsi ilə əldən çıxmış fayda 468,90 manat məbləğində müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı Ləğv prosesində olan “xxxx” ASC-ti ləğvedicisi X1 vəkili *** kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, məhkəmə tərəfindən iddia üzrə borcun tutulmaması qanunsuzdur və iddia tam təmin edilməlidir. İş üçün mühüm əhəmiyyət kəsb edən hallar tam araşdırılmadığından, maddi və prosessual hüquq normalarının pozulmasına yol verild iyindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin tam şəkildə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edirlər. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili *** kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin tam şəkildə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 26 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci və apellyasiya instansiyaları məhkəmələri tərəfindən sübut kimi müəyyən olunan faktlara qiymət vermir. Kassasiya instansiyası məhkəməs i tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi yoxlanılarkən iş materiallarında olan sübutlara və hüququ faktlara istinad edilməsi faktiki halların araşdırılması kimi qiymətləndirilə bilməz. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin “İnam” filialı ilə borclu Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış 18 mart 2011-ci il tarixli, 2338 nömrəli istehlak krediti verilməsi üçün kredit müqaviləsi ilə Bank tərəfindən borcalana 18 ay müddətinə, illik 30% ödəmək şərti ilə 2650 manat məbləğində kredit verilmişdir. Zaminlik müqaviləsinə əsasən Cavabdeh2 borcalanın hər hansı bir ay aylıq ödənişi gecikdirdiyi və ya ödəməd iyi halda ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Ödəniş qəbzinin müvafiq qaydada təsdiq edilmiş surətinə əsasən, Cavabdeh1 tərəfindən sonuncu dəfə 12 noyabr 2015-ci il tarixdə 650 manat məbləğində kredit ödənişi həyata keçirilmişdir. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borclu kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin, kredit vəsaitinin ödəməli olmasına dair vəzifələrini yerinə yetirməmişdir. İddiaçı cavabdehlərdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi və zaminlik müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı olan Bank öhdəliyi yerinə yetirərək, müqav ilədə göstərilən pul məbləğini Cavabdeh1 vermişdir. Bunun nəticəsində bankın cavabdehdən kredit üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, cavabdehlər isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişlər. Cavabdehlər müqavilə üzrə öz öhdəliklərini icra etmədikdə və həmin öhdəlikləri müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə kredit verənin bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, penyanı, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi hesablanmış əsas borcun tutulması hissəsində düzgün nəticəyə gəlsə də, faiz borcunun və kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddətin sonundan maliyyə arayışı verilən tarixə dək hesablanan faiz borcunun tutulması hissəsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, iddiaçının məhkəmə kollegiyasına təqdim etdiyi 24 iyul 2018-ci il tarixli maliyyə arayışında əsas borcun məbləği 1.563,02 manat, kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddətin sonuna, yəni 18.09.2012-ci il tarixədək faiz borcunun məbləği 238,40 manat təşkil etmişdir. Maliyyə arayışının mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən hər-hansı dəlil təqdim edilməmişdir. Belə olan halda cavabdehlərin banka olan faiz borcunun məbləği 238,40 manat müəyyən edilməlidir. Apellyasiya instansiyası məhkəməsi kredit müqaviləsi üzrə illik 5 faiz dərəcəsi ilə əldən çıxmış faydanın tutulması hissəsində qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu mad dələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında vurğulanmışdır ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Belə olan halda tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə nəzərdə tutulmuş kredit öhdəliy inin müddəti başa çatdığı vaxtdan, yəni 18.09.2012-ci il tarixdən 2018-ci il tarixədək illik 5 faiz hesablanmaqla, 468,90 manat (1563,02 x 5%=78,15 x 6 il = 468,90) zərərin əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin borcu bankın təqdim etdiyi maliyyə arayışı əsasında hesablanmış, həmin arayışın mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən dəlil cavabdeh tərəfindən irəli sürülməmiş, buna dair məhkəməyə hər-hansı bir sübut təqdim edilməmişdir. Apellyasiya şikayətində borcunun düzgün hesablanmaması ilə bağlı hər hansı qeyd və sübut yoxdur. Qeyd edilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4998/2018 saylı, 05 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdiri lərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2n iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə ödənilməli olan faiz borcu 238,40 manat, kredit müqaviləsi üzrə illik 5 faiz dərəcəsi ilə əldən çıxmış fayda 468,90 manat məbləğində müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilmiş gəldiyi nəticəni aşağıdakı maddi hüquq normaları ilə əsaslandırmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini və iddiaçı tərəfindən təqdim olunmuş kredit borcunun hesablanması barədə arayışı araşdıraraq və Mülki Məcəllənin 739, 741-ci maddələrinə əsaslanaraq kollegiya hesab etmişdir ki, kredit borcunun tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsin in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (443.1 və 443.2-ci maddələri). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və həmin nəticəyə tətbiq etdiyi maddi və prosessual hüquq normaları düzgün olmuşdur. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd edir ki, ap ellyasiya instansiyası məhkəməsi haqlı olaraq iş materiallarında olan iddiaçı tərəfin iddiasının əsası və cavabdeh tərəfin iddiaya olan etirazının əsası kimi istinad etdiyi hallara və işin digər sübutları ilə yanaşı huquqi qiymət verməklə, həm işin faktiki hallarına, həm tərəflərin qarşılıqlı münasibətinə, həm də mülki işin materiallarına istinad edərəkgəldiyi nəticəsi əsaslıdır. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, cavabdeh apellyasiya şikayətinin dəlillərini təsdiq edən sübutları apellyasiya instansiyası məhkəməsinə qismən təqdim edə bilmiş, məhkəmə instansiyası tərəfindən onun apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Göstərilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya Məhkəməsi işdə olan sübutlarla tərəflərin irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymət verərək iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməsi qanuni və əsaslı olmaqla, maddi və prosessual hüquq normaları duzgün tətbiq edilmişdir. Buna görə də kassasiya şikayəti təmin edilmədən, Apellyasiya Məhkəməsinin qətnaməsi iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ləğv prosesində olan İddiaçı X1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 fevral 2019-cu il tarixli qətnaməsi iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar