Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4492/2021 11.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, ilkin satış qiyməti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-14/2021 nömrəli iş üzrə 24 fevral 2021-ci il tari xli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətlərinə dair işə 11 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – iddiaçı və ya Bank, ləğv prosesindədir) Göyçay filialı ilə Cavabdeh3 (bundan sonra – borcalan) arasında bağlanmış 23 may 2014-cü il tarixli, GY-0095 nömrəli kredit müqaviləsinə əsasən, Bank borcalana 90 ay müddətinə illik 16% ödəmək şərti ilə 900.000 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 və Cavabdeh4 ilə Bank arasında bağlanmış ipoteka, ipotekanın əlavə qeydiyyatı haqqında razılaşmalar və sonrakı ipoteka müqavilələrinə əsasən, Cava bdeh1 mülkiyyətindəki 1) Şəki şəhəri, Hüseynqulu Sarabski küçəsindəki 0,1995 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli ümumi sahəsi 991.4 kv.m olan qeyri-yaşayış binasını və 0,1995 ha torpaq sahəsini, 2) həmin küçədəki 0,0689 ha torpaq sahəsində yerləşən 1 girişli, 123,7 kv.m ümumi, 123,7 kv.m. əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış (mağaza) binasını və 0.0689 ha torpaq sahəsini, 3) həmin küçədə istifadədə olan 0,14 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 731,1 kv.mdən ibarət qeyri-yaşayış binasını, Cavabdeh4 isə xüsusi mülkiyyət hüququ əsasında özünə məxsus olan, 4) Şəki şəhəri, X4 prospekti 178 ünvanında yerləşən ümumi sahəsi 28,8 kv.m. olan qeyri-yaşayış sahəsini Bank qarşısında ipoteka ilə yüklü etmişlər (bundan sonra – ipoteka predmetləri). Yüklülüklər daşınmaz əm lakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Bank Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 (bundan sonra cavabdehlər) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, borcalandan 900.000 manat məbləğində əsas borcun, 428.184 manat məbləğində faiz borcunun, ümumilikdə 1.328.184 manat məbləğində kredit borcunun, 321 manat məhkəmə xərcinin tutularaq Bankın xeyrinə ödənilməsi, ödəmənin kredit müqaviləsinin təminatı qismində Banka ipotekaya qoyulmuş 4 ipoteka predmetinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitləri hesabına Banka olan borcun ödənilməsi, ipoteka predmetləri satıldıqdan sonra 1 ay müddətində on ların boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bank tələbini onunla əsaslandırmışdır ki, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, edilmiş xəbərdarlıqlara baxmayaraq borcun ödənilməsini təmin etməmiş, beləliklə müqavilə şərtlərini pozmuşdur. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi (bundan sonra – birinci instansiya məhkəməsi) tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 26 dekabr 2016-cı il tarixli, 25830 nömrəli ekspert rəyinə əsasən, hesabdan çıxarış məlumatları, 23 may 2014-cü il tarixli, GY-0095 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, 22.09.2016-cı il tarixə borcalanın Banka olan əsas kredit borcu 900.000 manat, faiz borcu 460.531 manat təşkil edir. "xxxx" MMC-nin Cava bdeh4 məxsus ümumi sahəsi 28,8 kv.m. olan Şəki şəhəri, X4 prospekti 178 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bazar dəyərinin müəyyən edilməsi barədə Hesabatına əsasən, əmlakın dəyəri 72.500 manat məbləğində qiymətləndirilmişdir. Həmin MMC-nin Cavabdeh1 məxsus Şəki şəhəri, Hüseynqulu Sarabski küçəsində 0.0689 ha torpaq sahəsində yerləşən 1 girişli, 123,7 kv.m ümumi, 123,7 kv.m. əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış (mağaza) binasının və 0,0689 ha torpaq sahəsinin bazar dəyərinin müəyyən edilməsi barədə Hesabatına əsasən, əmlakın ümumi dəyəri 140.000 manat məbləğində qiymətləndirilmişdir. Həmin MMC-nin Cavabdeh1 məxsus Şəki şəhəri, Hüseynqulu Sarabski küçəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 731,1 kv.m-dən ibarət qeyri-yaşayış binasının 0,14 ha torpaq sahəsi ilə birlikdə bazar dəyərinin müəyyən edilməsi barədə Hesabatına əsasən, əmlakın dəyəri 430.000 manat məbləğində qiymətləndirilmişdir. MMC-nin Cavabdeh1 məxsus Şəki şəhəri, Hüseynqulu Sarabski küçəsində yerləşən 1 mərtəbəli ümumi sahəsi 991.4 kv.m olan qeyri-yaşayış binasının 0,1995 ha torpaq sahəsi ilə birlikdə bazar dəyərinin müəyyən edilməsi barədə Hesabatına əsasən, əmlakın dəyəri 335.000 manat məbləğində qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsinin 2(001)-2344/2017 nömrəli iş üzrə 02 avqust 2017-ci il tarixli qətnaməsi ilə (hakim B.Ələkbərov) iddianın qismən təmin edilməsi, borcalandan Bankın xeyrinə 900.000 manat əsas, 428.184 manat faiz, cəmi 1.328.184 manat borcun, 256 manat məhkəmə xərcinin tutulması, məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manatın, eyni za manda məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 800 manatın borcalandan tutulmaqla müvafiq olaraq dövlət büdcəsinə, "xxxx" MMC-nin hesablaşma hesabına köçürülməsi, tutmanın 4 ipoteka predmetinə yönəldilməsi, əmlakların açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması, realizə edilmiş qeyri-yaşayış binalarının (sahələrinin), eləcə də onların yerləşdiyi torpaq sahələrinin dəyərindən cəmi 1.328.440 manat borcun və digər məbləğlərin ödənilməsi, ipoteka predmetlərinin ilkin satış qiymətinin "xxxx" MMC-nin Hesabatlarında müəyyən edilmiş qiymətə müvafiq müəyyən edilməsi və əmlaklar açıq hərracdan satıldıqdan sonra onların 1 ay ərzində boşaldılması qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, borcalan Bank qarşısında kredit müqavi ləsindən irəli gələn öhdəliklərini icra etməmiş, buna görə də onun Bank qarşısında borcu yaranmışdır. Ona görə də, iddia qismən təmin edilməklə, əsas və faiz borcu ondan Bankın xeyrinə tutulmalı, tutma ipoteka predmetlərinə yönəldilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 279, 295, 296.1, 317.1, 319.1, 319.6, 385.1, 433.1, 442, 448.1, 739, 741ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İpoteka haqqında” Qanun) 33, 34.1, 39.3.3, 41.1, 59.3.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh4 apellyasiya şikayətləri vermişlər. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Cav abdeh1 apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, iddia tələbinin ona aid hissədə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasda iştirakını təmin etməmiş, sübutların araşdırılmasından və təqdim olunmasından məhrum edərək ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsipini, məhkəmə araşdırılması hüququnu pozmuşdur. Məhkəmə iddia tələbini qismən təmin edərək yalnız iddiaçı tərəfdən təqdim edilmiş sübutlara qiymət vermişdir. Onun iştirakı təmin edilmiş olsaydı, o, ipoteka ilə yüklü edilmiş əmlakların faktiki bazar qiymətinin daha yüksək olduğunu sübut edərdi. İddiaçının tələb etdiyi əsas borcun və faizin hesablama qaydası onlara hələ də məlum deyil. Qey d olunan məsələ ilə bağlı iddiaçı iki dəfə iddia həcminin artırılması barədə ərizə təqdim etmiş, məhkəmə tərəfindən təyin edilmiş mühasibatlıq ekspertizası ilə iddiaçının tələb etdiyi məbləğdən də artıq məbləğ müəyyən olunmuşdur. Bu səbəbdən, məhkəmə ən azı təkrar mühasibatlıq ekspertizası təyin etmiş olsaydı, iddiaçının tələb etdiyi məbləğin nə qədər əsaslı olması müəyyən edilərdi. Məhkəmə qətnamədə ipoteka ilə yüklü edilmiş əmlakların ilkin satış qiymətini faktiki bazar qiymətindən çox aşağı məbləğdə müəyyən etmişdir. İpoteka ilə yüklü edilmiş əmlakların hazırda orta bazar qiyməti daha çoxdur. Ona görə də qiymətləndirmə ilə əlaqədar ekspertiza təyin edilməlidir. Cavabdeh4 apellyasiya şikayətində qətnamənin ləğv edilərək, onun cavabdehlər siyahısından çıxarılması barədə qətnamə qəbul ol unmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə ilə razılaşmadığı üçün, ümumiyyətlə qətnamə çıxmazdan öncə də işdə olan cinayətlə bağlı Baş Prokurorluğa müraciət etmişdir. Hal-hazırda məsələ araşdırılır. Sözügedən 23.05.2014-cü il tarixli müqavilə Göyçay filialında bağlanmışdır və 900.000 manat məbləğində kredit götürülmüşdür. Göstərilən tarixdə Göyçay filialından borcalan üçün götürülən kredit müqaviləsi üzrə müqavilədə iştirak etməmiş, əmlakını təminat qismində ipotekaya qoymamış, həmin sənədləri imzalamamış və ümumiyyətlə 23.05.2014-cü il tarixdə o, Göyçay şəhərində olmamışdır. Bu məsələ ilə bağlı məhkəmədən onun ünvanına məktublar gəlməyə başlayarkən, o, açıqlama verilməsi üçün Banka 2 dəfə məktub ünvanlamış, lakin cavab verilməmişdir. Məhkəmə bir sı ra önəmli faktları araşdırmamış, imzanın həqiqiliyinin yoxlanılması ilə bağlı vəsatəti təmin etməmişdir. Ona görə də qətnamə ləğv edilməlidir. Cavabdeh4 imzasının həqiqiliyinin yoxlanılması məqsədi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 27 iyun 2018-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 29 avqust 2018-ci il tarixli, 19289 saylı rəyinə əsasən, ekspertizaya təqdim olunmuş 01 may 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinin sonuncu vərəqəsində “İpoteka qoyan Cavabdeh4” qrafasındakı imza və həmin imzanın qarşısındakı “xxx” yazıları Cavabdeh4 tərəfindən icra olunmuşdur. İpoteka predmetlərinin düzgün qiymətləndirilməməsi ilə bağlı dəlilin y oxlanılması məqsədi ilə apellyasiya instansiyası məhkəməsinin 22 noyabr 2017-ci il tarixli qərardadına əsasən məhkəmə-qiymətləndirmə ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC-nin 23 may 2018-ci il tarixli, 02/GQ saylı məktubuna əsasən, ipoteka qoyanlar tərəfindən qiymətləndirmənin keçirilməsinə lazımi şərait yaradılmadığından, qiymətləndirilmə mümkün olmamışdır. Lakin ipoteka predmetlərinin müqavilədəki qiyməti ilə qiymətləndirici rəyi arasında olan qiymətlər arasında kəskin fərq mövcud olduğundan, yenidən qiymətləndirməyə zərurət yaranmış, apellyasiya instansiyası məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli qərardadı ilə məhkəmə-qiymətləndirmə ekspertizası təyin edilmişdir. "xxxx" MMC-nin Cavabdeh4 məxsus ümumi sahəsi 28,8 kv.m. olan Ş əki şəhəri, X4 prospekti 178 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bazar dəyərinin müəyyən edilməsi barədə Hesabatına əsasən, əmlakın dəyəri 28.000 manat məbləğində qiymətləndirilmişdir. "xxxx" MMC-nin Cavabdeh1 məxsus Şəki şəhəri, Hüseynqulu Sarabski küçəsində 0.0689 ha torpaq sahəsində yerləşən 1 girişli, 123,7 kv.m ümumi, 123,7 kv.m. əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış (mağaza) binasının və 0,0689 ha torpaq sahəsinin bazar dəyərinin müəyyən edilməsi barədə Hesabatına əsasən, əmlakın birlikdə dəyəri 638.000 manat məbləğində qiymətləndirilmişdir. Həmin MMC-nin Cavabdeh1 məxsus Şəki şəhəri, Hüseynqulu Sarabski küçəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 731,1 kv.m-dən ibarət qeyri-yaşayış binasının 0,14 ha torpaq sahəsi ilə birlikdə bazar dəyərinin müəyyən edilməsi barədə H esabatına əsasən, əmlakın dəyəri 663.000 manat məbləğində qiymətləndirilmişdir. MMC-nin Cavabdeh1 məxsus Şəki şəhəri, Hüseynqulu Sarabski küçəsində yerləşən 1 mərtəbəli ümumi sahəsi 991.4 kv.m olan qeyri-yaşayış binasının 0,1995 ha torpaq sahəsi ilə birlikdə bazar dəyərinin müəyyən edilməsi barədə Hesabatına əsasən, əmlakın dəyəri 902.000 manat məbləğində qiymətləndirilmişdir. İpoteka predmetlərinin qiymətlərinin yenidən yoxlanılmasına zərurət yarandığından, apellyasiya instansiyası məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli qərardadı ilə təkrar məhkəmə-qiymətləndirmə ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC-nin 28.10.2020-ci il tarixli, 191/E saylı rəyinə əsasən, 1) Cavabdeh4 məxsus ümumi sahəsi 28,8 kv.m. olan Şəki şəhəri, X4 pros pekti 178 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bazar dəyərinə uyğun likvid qiyməti 26.000 manat məbləğində, 2) Cavabdeh1 məxsus Şəki şəhəri, Hüseynqulu Sarabski küçəsində 0.0689 ha torpaq sahəsində yerləşən 1 girişli, 123,7 kv.m ümumi, 123,7 kv.m. əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış (mağaza) binasının və 0,0689 ha torpaq sahəsinin bazar dəyərinə uyğun likvid qiyməti 111.300 manat məbləğində, 3) Şəki şəhəri, Hüseynqulu Sarabski küçəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 731,1 kv.m-dən ibarət qeyri-yaşayış binasının 0,14 ha torpaq sahəsi ilə birlikdə bazar dəyərinə uyğun likvid qiyməti 658.000 manat, 4) Şəki şəhəri, Hüseynqulu Sarabski küçəsində yerləşən 1 mərtəbəli ümumi sahəsi 991.4 kv.m olan qeyri-yaşayış binasının 0,1995 ha torpaq sahəsi ilə birlikdə bazar dəyərinə uyğu n likvid qiyməti 891.900 manat məbləğində qiymətləndirilmişdir. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-14/2021 nömrəli iş üzrə 24 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.Sarıyev (sədrlik edən və məruzəçi), E.Mehdiyev və Ş.Məmmədova) Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən - ipoteka predmeti olan Şəki şəhəri, Hüseynqulu Sarabski küçəsində 0,1995 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli ümumi sahəsi 991,4 kv.m olan qeyri-yaşayış sahəsi və 0,1995 ha torpaq sahəsinin ilkin satış qiyməti hissəsində dəyişdirilmiş, həmin əmlakın ilkin satış qiyməti 891.900 manat müəyyən edilmiş, ipoteka predmeti olan Şəki şəhəri, Hüse ynqulu Sarabski küçəsində istifadədə olan 0,14 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli ümumi sahəsi 731,1 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti hissəsində dəyişdirilmiş, həmin əmlakın ilkin satış qiyməti 658.000 manat müəyyən edilmiş, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 əsas və faiz borcunun düzgün hesablanmaması ilə bağlı dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, o, işdə olan maliyyə sənədləri və ekspert rəyini şübhə altına ala biləcək sübutları məhkəməyə təqdim etməmişdir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi qanunvericiliyin tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış, rəyin tədqiqat hissəsi nəticə hissəsinə uyğundur. Odur ki, birinci instansiya məhkəməsi əsas və faiz borcu hissəsində iddianı həmin rəyə istinadla qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının rəyinə istinadla qeyd etmişdir ki, Cavabdeh4 apellyasiya şikayətinin dəlilləri əsassızdır. Bununla belə, məhkəmə ipoteka predmetlərinin ilkin satış qiymətlərinin az göstərilməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, "xxxx" MMC tərəfindən bazar qiymətləri ilə bağlı verilmiş rəy və "xxxx" MMC tərəfindən bazar dəyərinə uyğun likvid qiymətlə bağlı verilmiş rəy kifayət qədər əsaslandırıldığından, əmlakların mövcud likvid dəyəri (internet, qəzet məlumatları nəzərə alınmaqla, əmlaklara baxış keçirilməklə) müəyyən olunduğ undan, həmin rəylər əsas götürülməklə Cavabdeh1 məxsus 2 ipoteka predmeti üzrə ilkin satış qiyməti dəyişdirilməlidir. Digər ipoteka predmetləri ilə bağlı məhkəmə qeyd etmişdir ki, Cavabdeh4 məxsus qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti məhkəmə tərəfindən 72.500 manat müəyyən olunduğu halda, hazırkı rəylə bazar dəyərinə uyğun likvid qiymət 26.000 manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh1 məxsus qeyri-yaşayış (mağaza) binasının (torpaq sahəsi ilə birlikdə) ilkin satış qiyməti isə məhkəmə tərəfindən 140.000 manat müəyyən olunduğu halda, hazırkı rəylə bazar dəyərinə uyğun likvid qiymət 111.300 manat məbləğində qiymətləndirilmişdir. Buna görə də, həmin ipoteka predmetlərinin ilkin satış qiymətləri birinci instansiya məhkəməsi tərəfindən yuxarı məbləğdə müəyyən olunduğundan, bundan i ddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyindən, ilkin satış qiyməti ipoteka qoyanların mənafeyinə uyğun olduğundan, dəyişdirilmədən saxlanılmalıdır. Qətnamədən Bank və Cavabdeh1 kassasiya şikayətləri vermişlər. Kassasiya şikayətlərinin və etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Bankın kassasiya şikayətinin dəlilləri Bank (vəkil X2) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ipoteka predmetlərinin ilkin satış qiymətinin dəyişdirilməsi hissəsində ləğv olunmasını, iddia tələbinin tam təmin edilməsi və ya işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının poz ulması ilə qəbul olunmuşdur. Məhkəmə işin faktiki hallarını tam araşdırmamış, mübahisəni mahiyyəti üzrə düzgün həll etməmişdir. Belə ki, ekspert tərəfindən qiymətləndirmə aparılarkən ipoteka predmeti olan əmlakların qiyməti olduqca şişirdilmişdir və heç də likvid qiyməti əks etdirmir. Apellyasiya məhkəməsi isə formal tərtib edilmiş ekspert rəyini sübut kimi qəbul edərək ipoteka predmeti olan əmlakların qiymətləndirilməsi ilə bağlı məsələyə düzgün mövqedən yanaşmamışdır. Bundan başqa, ipoteka predmeti olan əmlakların qiymətləndirilməsi üzrə ekspertiza keçirilərkən iddiaçıya (ipoteka saxlayana) məlumat verilməmiş, ekspert rəyi tərəflərə təqdim olunmamış, tanış olmaq üçün məhkəmə tərəfindən şərait yaradılmamışdır. Ona görə də, Bank rəyə etirazlarını məhkəməyə təqdim edə bilməmişdir. Kassasiya şikayətinə görə, məhkəmə MPM-in 9, 47.2, 99.1, 102.1, 102.2-ci maddələrinin tələblərini pozmuşdur. b) Cavabdehin kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən - əsas borca hesablanmış faiz hissəsində ləğv olunmasını, işin obyektiv araşdırılması yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi faizlərin hesablanması hissəsində düzgün nəticəyə gəlməmişdir. Faiz məbləğini müəyyən edərkən məhkəmə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı verdiyi vəsatətə fikir bildirməmişdir. Məhkəmə kollegiyası vəsatətə dərhal baxmamış, məhkəmə iclasını 24.02.2021-ci il tarixə təxirə salmış, həmin gün Bakı şəhəri ndə qarlı havanın olması nəticəsində bütün nəqliyyat sistemi işləməmiş, yolların bərbad və təhlükəli olması səbəbindən məhkəmədə iştirak edə bilməmişdir. Lakin məhkəmə vəsatətə baxmadan və iştirakını təmin etmədən iddiaçı tərəfin əsassız olaraq hesabladığı borc tələbini dəyişdirmədən saxlamışdır. Hesab edir ki, 428.184 manat faiz hesablanması absurddur. Belə ki, kredit müqaviləsinin bağlandığı tarixdən (23.05.2017-cü il) birinci instansiya məhkəməsinin qətnaməsinin çıxarıldığı tarixədək olan müddət 39 ay təşkil etmişdir. 900.000 manat əsas borca görə 39 ayın faizi hesablanmalı idi. İnternet resurslarında olan kredit kalkulyatorlarında aylara uyğun şərtlərlə məbləğ hesablandıqda həmin kredit faizi 260.000 manat müəyyən olunur. İşdə olan ödəmələrə əsasən isə həmin faiz borcu daha da aşağı mə bləğdədir. İddiaçı qanunvericiliklə müəyyən olunmuş dəbbə pulunu illik faizin üzərinə gələrək faiz kimi göstərməklə məhkəməni yanıltmağa çalışmışdır. Çünki 428.184 manat faiz hesablanmasına baxmayaraq, dəbbə pulu iddia tələbində göstərilməmişdir. Halbuki, kredit müqaviləsinin 5-ci bəndində qeyd edilmişdir ki, kredit alan kredit məbləğini gecikdirdiyi halda faizlərin iki misli miqdarında cərimə ödəyir. Göründüyü kimi, Bank iddiada göstərilən faiz borcunu ikiqat, faizə faiz hesablamışdır. Beləliklə, faiz borcu müqavilə şərtlərinə uyğun gəlmir. Kassasiya şikayətinin əsası kimi MPM-in 4.1, Mülki Məcəllənin 445.7, 449.1 maddələrinə istinad olunmuşdur. c) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçıl arının izahatları Məhkəmə iclasında iştirak edən Bankın vəkili iddiaçının kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad e tməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olu nmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətlərinin dəlillərinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı faiz borcu tələbinin təmin edilməsi hissəsində, habelə ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən olunması hissəsində mübahisələndirildiyindən, məhkəmə aktı həmin hissələrdə yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739). “İpoteka haqqında” Qanun Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etd ikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətlərinin dəlilləri iş üzrə keçirilmiş ekspert və qiymətləndirmə rəyl ərinin əsassız olması ilə bağlıdır. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya ekspert rəyi ilə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla və məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər. Kassasiya şikayətlərinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiym ət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-14/2021 nömrəli iş üzrə 24 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə - faiz borcu tələbinin təmin edilməsi və ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən olunması hissələrində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul e
Məhkəmə qərarları › İş №2(102)-4492/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4492/2021
11.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver