Məhkəmə qərarları › İş №2(102)-4493/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4493/2020

28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4493/2020 28.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması və ipoteka predmetinə yönəldilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin vəkili X3 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xnömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı LPO İddiaçı ASC və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları xx.xx.2014-cü il tarixli kredit xətti müqaviləsinə əsasən, İddiaçı ASC tərəfindən Cavabdeh1 36 faizdən çox olmamaq şərti ilə 60 ay müddətə 200.000 manat məbləğində kredit xətti açılmışdır. Eyni tarixdə bağlanmış ipoteka və zaminlik müqavilələrinə əsasən, Cavabdeh2 Abşeron rayonu, Məmmədli kəndi, Ə.Bayramov küçəsində yerləşən, 0.007364 ha adına olan torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 62.83 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binasına (mağaza) ipoteka ilə yüklü edərək, habelə Cavabdeh3 və Cavabdeh4 zamin durmaqla İddiaçı ASC-nin tələb hüququna təminat verilmişdir. xx.xx.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh1 illik 22 faizlə, 36 60 ay müddətə 85.000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2015- il tarixli əlavə sazişə əsasən kredit qalığının məbləği 66.751,56 ABŞ dolları olaraq razılaşdırılmış və müddəti xx.xx.2018-ci il tarixədək uzadılmışdır. Buna baxmayaraq Cavabdeh1 borcunu qrafik üzrə qaytarmayaraq öhdəiliyin icrasını gecikdirmişdir. Bank, borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında cavabdehə xəbərdarlıq etmiş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a ) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək (sonradan iddia tələbinin həcmi artırılmışdır), Cavabdeh1, Cavabdeh2, X1 və Cavabdeh4 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi ü zrə əsas borc 63350,48 ABŞ dolları, əsas borca hesablanmış faiz borcu 39993,07 ABŞ dolları, cərimə borcu üzrə 26727,29 ABŞ dolları olmaqla, cəmi 130071,47 ABŞ dolları məbləğində borcun, iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30 manat dövlət rüsumunun tutularaq LPO İddiaçı ASC-yə ödənilməsi, tutmanın Bank qarşısında ipotekaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan, Abşeron rayonu, Məmmədli kəndi, Ə.Bayramov küçəsində yerləşən, 0.007364 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 62.83 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti hərracda satıldıqdan sonra bir ay ərzində Cavabdeh2 Abşeron rayonu, Məmmədli kəndi, Ə.Bayramov küçəsində yerləşən, 0.007364 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 62.83 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış binasından çıxarılması, həmin ünvana istifadə hüququna xitam verilməsi və binanın boşaldılması, Cavabdeh1 ilə bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. Cavabdeh1 isə faiz və cərimə borcu ilə razılaşmayaraq məbləğlərin şişirdildiyinin bildirmişdir.

3. Abşeron Rayon Məhkəməsinin (hakim S.Quliyeva) xx xxxx 2018-ci il tarixli, x nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borc 63350,48 ABŞ dolları, əsa s borca hesablanmış faiz borcu 39993,07 ABŞ dolları, cərimə borcu üzrə 10.000 ABŞ dolları olmaqla, cəmi 113343,55 ABŞ dolları qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq, habelə iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 25 manat hissəsinin iddiaçı LPO İddiaçı ASC-yə verilməsi, tələbin Cavabdeh2 məxsus Abşeron rayonu, Məmmədli kəndi, Ə.Bayramov küçəsində yerləşən, 0.007364 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 62.83 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 66500 manat müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

4. Məhkəmə iddianı qismən təmin edərkən mövqeyini belə əsas landırmışdır ki, cavabdeh öhdəliklərinin icrasını gecikdirmişdir və iddiaçının təmin edilmiş tələbləri müqavilə öhdəliklərinə dair normalar çərçivəsində əsaslıdır. b ) Apelyasiya instansiyası məhkəməsindəki icraat

5. Sumqayıt Apellyasiya Məhkəməsinin (hakimlər-L.Məmmədova (sədrlik edən və məruzəçi), A.Abbasov və G.Tağızadə) xx xxxxxx 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin x saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsinin faiz, cərimə borcu və ipoteka predmetinin qiymətinə dair hissədə dəyişdirilməsi, apelyasiya şikayətinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 14.521,86 (on dörd min beş yüz iyirmi bir dollar, səksən altı sent) ABŞ dolları faiz borcu, 500 (beş yüz) ABŞ dolları cərimə borcu, cəmi 78.372,34 (yetmiş səkkiz min üç yü z yetmiş iki dollar otuz dörd sent) ABŞ dollarının qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq iddiaçıya ödənilməsi, ipoteka predmeti - Abşeron rayonu, Məmmədli kəndi, Ə.Bayramov küçəsində yerləşən, 0.007364 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 62.83 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış binasının ilkin satış qiymətinin 70.000 (yetmiş min) manat məbləğində müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, iddiaçı və cavabdehlərdən müştərək qaydada ekspertiza xərci olan 50 (əlli) manatın dövlət büdcəsinə, 350 (üç yüz əlli) manatın SX2 Mərkəzini hesabına köçürülməsi qət edilmişdir.

6. Apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirdiyi hissələrdə mövqeyini ekspertiza rəylərinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətlərinin iştirakçılarının izahatları və ona etirazın dəlilləri, məhkəmə icraatı a ) İddiaçı LPO İddiaçı ASC-nin kassasiya şikayətinin dəlilləri

7. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

8. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsindən görünür ki, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli, 18476 saylı və xx.xx.2020-ci il tarixli, 31979 saylı ekspert rəyinə görə, xx.xx.2014-cü il tarixli, 1359/14 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ASC-yə olan borcu 63.350,67 ABŞ dolları, faiz borcu 14.521,86 ABŞ dolları təşkil edir. Bundan başqa, iş üzrə keçirilmiş x x.xx.2019cu tarixli ekspert rəyindən görünür ki, Abşeron rayonu, Ə.Bayramov küçəsində yerləşən 0.00736 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 62.83 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binasının bazar qiyməti 70.000 manat təşkil edir. Bundan əlavə ipoteka predmeti olan əmlakların hazırki bazar dəyəri hərracda satılması üçün ekspert rəyinə əsasən qətnamə üzrə müəyyənləşdirilmiş ilkin hərrac qiymətlərindən dəfələrlə aşağıdır və qətnamə üzrə müəyyən edilmiş qiymət həmin əmlakların real dəyərini əks etdirmir. b ) Cavabdeh1 kassasiya şikayətinin dəlilləri

9. Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ləğv, işi yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx xxxx 2018-ci il tarixli, x nömrəli qətnamə əsassız və ədalətsizdir. Çünki iddiaçının tələb etdiyi xx xxxx 2014-cü il tarixli, BK-1359/14 saylı kredit müqaviləsi saylı üzrə təxminən 60000 ABŞ dolları məbləğində banka ödəniş etmişdir. Hakim məhkəmə prosesi zamanı adı çəkilən faktları araşdırmamış və iddiaçının məhkəməyə təqdim etdiyi maliyyə arayışı əsasında ədalətsiz qətnamə qəbul etmişdir, o, dəfələrlə banka müraciət edib, bir razılaşma yolu axtarmışdır. İddiaçı ancaq bu günkü kursla borcun bağlanmasına razılıq verir. Buna da, təbii ki, onun maddi imkanı çatmır. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanında nəzərdə tutulmuş güzəştlər cavabdehə şamil olunmamışdır. İddiaçı LPO İddiaçı ASC heç b ir əsas gətirmədən onun güzəştlə bağlı müraciətlərini rədd etmişdir. LPO İddiaçı ASC-nin rəhbərliyi onun maddi durumumu nəzərə almır və hər vasitə ilə danışıqlardan qaçır. LPO İddiaçı ASC ilə arasında olan kredit razılaşmasına əsasən borcu ondan hazırda dolların 1.70 manat ekvivalenti ilə ondan tələb edir. Cavabdeh də, həmin kurs ilə borcunu ödəmək iqtidarında deyil. c) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. d ) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin olunmasını, cavabdehin kassasiya şikayətinin rədd olunmasını xahiş etdi.

13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalar ına baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

14. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

15. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.

16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

18. Maddə 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

19. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.

20. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəli klərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

21. Maddə

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

22. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür;

23. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar;

24. Maddə 472.2 Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

25. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

26. Maddə

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilmə sini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun:

27. Maddə

33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

28. Maddə. 39.3.3 İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

29. Maddə 47.4. Həmin Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qayt arılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

32. Məhkəmə kollegiyası, qətnaməni tərəflərin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətlərinin həddi və dəlilləri ilə bağlıdır.

33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunm amasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Belə ki, əsas borclu Cavabdeh1 bankdan götürdüyü kredit borcunu vaxtında qaytarmadığı üçün iddiaçının borcun tutulmasını və ipoteka predmetinə yönəldilməsini tələb etməsi qeyd edilən hüquq normaları çərçivəsində əsaslıdır.

36. Borcun məbləği ilə bağlı apelyasiya instansiyası məhkəməsi aşağıdakıları müəyyən etmişdir.

37. İş üzrə keçirilmiş xx.xx.2019-cu il tarixli, 18476 saylı və xx.xx.2020-ci il tarixli, 31979 saylı ekspert rəylərindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatlarından xx.xx.2014-cü il tarixli, 1359/14 saylı Kredit Müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ASC-yə olan əsas borcu 63.350,67 ABŞ dolları, faiz borcu 14.521,86 ABŞ dolları təşkil edir.

38. Bundan başqa iş üzrə keçirilmiş xx.xx.2019-cu il tari xli ekspert rəyindən görünür ki, Abşeron rayonu, Ə.Bayramov küçəsində yerləşən, 0.007364 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 62.83 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış binasının bazar qiyməti 70.000 manat təşkil edir.

39. Apelyasiya məhkəməsi borcun məbləğlərinə dair gəldiyi qənaət məhkəmənin qərardadı əsasında aparılmış ekspertiza rəylərinə və mülki qanunvericiliyə söykəndiyi üçün əsaslıdır. Belə ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertiza rəylərində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

40. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, kassasiya şikayətlərinin dəlilləri ape lyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas təşkil etmir. Ona görə də qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

41. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı LPO İddiaçı ASC-nin və Cavabdeh1 kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xnömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissələrdə). Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar