Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4494/2021 31.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul mübahisəsi ) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Məmmədzadə Elvin Şahin oğlunun katibliyi, İddiaçının vəkili Hacıyeva Günay Hacıgül qızının və cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbi dair Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5395/2020 nömrəli, 25 avqust 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə icla sında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdehə 10000 manat borc pul vermiş, bu barədə müqavilə bağlanılmışdır. Borcun qaytarılması vaxtından keçməsinə baxmayaraq cavabdeh pulu qaytarmadığından məhkəməyə müraciət etməli olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, 07.08.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 10.000 manat borc, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 10.030 manat pulun iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.
3. İddia tələbi belə əsaslandırılmışdır: iddiaçı Cavabdeh ilə aralarında bağlanmış 07.08.2018-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 10.00 0 manat nağd pul vermişdir. Borclu isə həmin məbləği 07.02.2019-cu il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh aldığı borcundan bugünədək heç bir ödəniş etməmişdir. Dəfələrlə müraciət olunmasına baxmayaraq Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmişdir.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7794/2019 saylı, 13 dekabr 2019-cu il tarixli qətnaməsi (hakim. Ə.Abbasova) ilə iddia təmin edilmiş, Cavabdeh borc pul üçün 10.000 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməsi qət edilmişdir
5. Məhkəmə iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 739.1, 739.2, 740, 746-cı maddələrinə istinad etmişdir.
6. Birinci instansiya məhkəməsinin qətnaməsindən Ca vabdeh apellyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apelyasiya Məhkəməsi MK-nın 25 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər- X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Babayev, iş No 2(103)-5395/20 saylı mülki iş) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7794/2019 saylı, 13 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
8. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.
9. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayə tinin dəlilləri
10. Cavabdeh kasasiya şikayəti verərək qətnamənin ləğv olunaraq işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayəti belə əsaslandırılmışdır: cavabdeh aldığı borc pulu qaytarmış və hazırda tələb edilən pul isə onun faiz məbləğidir. Bundan əlavə qeyd etmşdir ki, məhkəmə onun iştirakını təmin etməmişdir. Həmçinin iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl ona yazılı bildiriş göndərməli idi, lakin bunu etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İddiaçının vəkili Hacıyeva Günay Hacıgül qızı kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul ed ilməsini xahiş etmişdir.
14. Cavabdehin vəkili Vəkil kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin
15. Maddə. 6.2 Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlə
16. Maddə. 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasın ı tələb etmək hüququ vardır.
17. Maddə. 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
18. Maddə. 739.1 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
19. Maddə. 740 Borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini təmin edən birinci instansiya məhkəməsini qətnaməsini dəyişdirmədən saxlayan apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir.
25. Belə ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi tərəflər arasında borc münasibətləri mövcud olmuşdur. 07.08.2018-ci il tarixldə tərəflər arasında borc müqaviləsi bağlanmış, 10000 manat pul İddiaçı tərəfindən Cavabdeh verilmişdir.
26. Apellyasiya məhkəməsi haqqlı olaraq qeyd etmişdir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən hal ların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımın dan görünür ki, cavabdeh tərəfindən iddiaçıya olan borcunu ödəməsini təsdiq edən hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının tələbinin əsaslı hesab olunması barədə gəldiyi nəticə işin faktiki hallarına uyğundur.
27. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı cavabdehə pul verməsini sübuta yetirmişdir, bu halı cavabdeh özü də etiraf etmişdir. Ona görə iddiaçı bu vəzifəni sübutetmə vəzifəsindən azad olunur. Növbəti sübutetmə mərhələsi cavabdehə keçir. Verlinə pulun iddiaçıya qaytarılması halını cavabdeh sübut etməlidir. Cavabdehin qeyd etdiyi kimi məbləğin qaytarılmasını sübuta yetirə bilmir.
28. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
29. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5395/2020 nömrəli, 25 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.