Məhkəmə qərarları › İş №2(102)-4497/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4497/2019

14.06.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4497/2019 14.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı nümayəndəsi və vəkili X2 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 yanvar 2019-cu il tarixli, 2(103)1554/2019 saylı qətnaməsindən Cavabdeh Baş icraçı direktoru xxx və vəkili xxx oğlunun kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 15 avqust 2018-ci il tarixli, 2(005)62/2018 sa ylı qətnaməsi ilə (sədrlik edən, hakim F.V.Abdıyev) İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” barədə iddiası qismən təmin edilərək, cavabdeh təşkilatdan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (özbaşına tikiliyə) vurulmuş maddi zərərə görə 37.814,21 manat pulun tutulub iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh təşkilat qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 yanvar 2019-cu il tarixli, 2(103)1554/2019 saylı qətnaməsi ilə (hakimlər E.M.Həsənov sədrlik edən, məruzəçi, X.A.Mərdanova və F.F.Babayev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 15 avqust 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın qismən təmin edilməsi hissə sində dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh təşkilat və vəkili xxx qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdeh təşkilata qarşı “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” barədə iddia qaldıraraq, cavabdeh təşkilatdan Bakı şəhəri, ünvan x ünvanında yerləşən fərdi yaşayış evinə (özbaşına tikiliyə) vurulmuş maddi zərərə görə 37.814,21 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlmiş və işə əlavə edilmi ş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iş üzrə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. İddiaçı nümayəndəsi və vəkili İsa İsmayılovun kassasiya şikayətinə dair etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili İsa İsmayılov kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. Cavabdeh “xxxx” ASC vəkili xxx və cavabdeh İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydad a xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədiyi üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, İddiaçı nümayəndəsi və vəkili İsa İsmayılovun izahatını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə, yəni iddianın qismən təmin edilməsi hissəsində dəyişdirilmədən saxlayarkən, cavabdeh təşkilatın törətdiyi mülki hüquq pozuntusu nəticəsində iddiaçıya maddi zərər dəyməsinə, iddiaçıya yuxarıda göstərilən məbləğdə maddi zərər dəyməsinin mülki iş materialları ilə təsdiq edilməsinə, iddia ərizəsini qismən təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1097.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiya sı məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin mübahisə olunmayan həqiqi hallarına görə, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən ev 2007-ci ildə iddiaçı tərəfindən tikdirilmişdir. İddiaçı məhz cavabdeh təşkilatın apardığı inşaat işləri nəticəsində yaşadığı evə ziyan dəydiyini irəli sürərək hazırkı icraatın başlanmasına səbəb olan iddia ilə məhkəməyə müraciət etmişdir. Fövqəladə Hallar Nazi rliyinin Tikintidə X1 Agentliyinin iddiaçıya ünvanladığı 09 dekabr 2015-ci il tarixli məktubla müəyyən olunur ki, cavabdeh təşkilat tərəfindən aparılan qazıntı işləri zamanı ağır tonnajlı yer dağıdan (Rokson) mexanizmlərdən istifadə olunması nəticəsində iddiaçıya məxsus olan evin divarlarında çatlar və ön hissəsində bünövrədə çökmə aşkar edilmişdir. Cavabdeh təşkilata tikinti quraşdrma işləri aparan zaman ətrafdakı mövcud tikililərin təhlükəsizliyinin təmin edilməsi tapşırılmışdır. Bu barədə mütəxəssislər tərəfindən akt tərtib olunaraq cavabdeh təşkilata göndərilmişdir. Eləcə də işə əlavə edilmiş məhkəmə mühəndis-texniki ekspertizasının 30 sentyabr 2016-cı il tarixli rəyi ilə müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, P.Məmməd küçəsi, yeni yaşayış massivində inşa olunmuş iddiaçıya məxsus fərdi yaşayış evinin (özbaşına tikilinin) divarlarındakı çatların və ön hissəsinin bünövrəsində çökmələrin cavabdeh təşkilatın həmin ərazidə bünövrə xəndəyində qazıntı işləri aparılan zaman ağır tonnajlı yer dağıdan (Rokson) mexanizmlərindən istifadə edilməsi nəticəsində yaranmasının müəyyən edildiyi, həmin evin (özbaşına tikilinin) ayrı-ayrı yükdaşıyıcı və örtük konstruksiyaları üzərində, baxış keçirilən dövrdə, mövcud zədələrin (qüsurların) aradan qaldırılması üzrə yerinə yetirilməli bərpa işlərinin dəyərinin isə, tikinti konstruktoru, eləcə də özülaltı qruntun geoloji vəziyyətinin öyrənilməsi üzrə mütəxəssislər tərəfindən (mərkəzdə həmin sahələr üzrə mütəxəssislər yoxdur) aparılmalı xüsusi araşdırmalardan (hesablamalar, layihələr və s.) sonra müəyyənləşdirilə bi ləcəyi göstərmişdir. “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin 13 dekabr 2016-cı il tarixli mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, P.Məmməd küçəsi, yeni yaşayış massivində inşa olunmuş fərdi yaşayış evinə (özbaşına tikiliyə) dəymiş zərər 13 dekabr 2016-cı il tarixə 37 814,21 manat təşkil edir. Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin 14 iyul 2017-ci il tarixli rəyinə görə “Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Partizan Məmmədli küçəsində yerləşən, iddiaçıya məxsus 1 mərtəbəli yaşayış binasının texniki vəziyyəti haqqında rəyə əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin 05 iyun 2017-ci il tarixli tapşırığına əsasən, Agentliyin “Azərinşaatlayihə” DBLKTİ-nin texniki şöbəsinin mühəndisi Məd ət Piriyev, məhkəmənin eksperti Şükür Hüseynovun iştirakı ilə Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 24 may 2017-cı il tarixli məktubu ilə əlaqədar, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Partizan Məmmədli küçəsində yerləşən iddiaçıya məxsus 1 mərtəbəli yaşayış binasına texniki baxış keçirilmişdir. 1 mərtəbəli fərdi yaşayış binası 2007-ci ildə inşa edilmişdir, zirzəmisiz və kürsülüdür. Kürsünün hündürlüyü baş fasadda 20-40 sm-dir. Arxa və yan fasadlarda kürsü yoxdur. Binanın uzunluğu 11,60 metr, eni 8,80 metrdir. Bina 3 otaq, mətbəx, vestibül və anbardan ibarətdir. Binanın hündürlüyü təmiz döşəmədən tavana kimi 3 metrdir. Damın hündürlüyü 3.1 metrdir. Binanın özülü qalınlığı 0,20 m olan kipləşdirilmiş çınqıl üzərində ölçüləri 0,60 x 0,40 (h) metr olan lentvari monolit betondan inşa edilmişdir. Xarici və daxili divarların eni 40 sm olmaqla, mişarlanmış əhəngdaşından hörülmüşdür. Binanın tavanı və döşəməsi ağac konstruksiyalardan inşa edilmişdir. Dam iki yamaclı və dörd yamaclı iki hissədən olmaqla ağac konstruksiyalı çardaqdan ibarətdir. Dam metal-kirəmit vərəqələrlə örtülmüşdür. Hasar monolit betondan inşa edilmişdir. Mətbəx sahəsinin yarısının döşəməsi yoxdur. Xarici divarlar sement-qum məhlulu ilə suvanmış və su-emulsiya ilə boyanmışdır. Baxış zamanı binanın fasadlarında, otaqların və beton hasarın divarlarında çoxsaylı çatlar aşkar edildi. Sakin tərəfindən yüngül təmir edilməsinə baxmayaraq, divara çəkilmiş üzlük kağızlarında, fasad və otaq divarlarında, eləcə də hasar divarında yenidən çatlar yaranmışdır. Bu hallar binada deformasiyaların əmələ gəlməsinin ak tivliyini göstərir. Xarici və daxili divarlarda bəzi çatların açılış eni 5-10 mm, keçici və birtərəfli olduğu aşkar edildi. Binanın və hasarın özüllərində çökmələr baş vermiş, həmçinin binanın iki otağının döşəməsində çökmələr əmələ gəlmişdir. Yuxarıda göstərilən fəsadları nəzərə alaraq özülü də daxil olmaqla, binanın yükdaşıyan konstruksiyalarında bərpa-gücləndirmə işlərinin aparılmasına ciddi ehtiyac vardır. Binanın texniki vəziyyəti yolverilməz kimi qiymətləndirilir. Binada aparılacaq bərpagücləndirmə işlərinin yerinə yetirilməsi zamanı orada yaşayan sakinlərin təhlükəsiz yaşayışı üçün lazımi tədbirlərin görülməsi zəruridir. Bərpa-gücləndirmə işlərinin (materiallar sərfi də nəzərə alınmaqla) layihə-smeta sənədlərinin hazırlanması lisenziyası olan layihə təşkilatı ilə müvafiq müqavilə əs asında yerinə yetirilməli və dövlət ekspertiza idarəsindən alınmış müsbət rəy əsasında həyata keçirilməsi zəruridir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil etmişdir”. Mühəndis-texniki ekspertizasının 15 noyabr 2017-ci il tarixli rəyində də, Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin mütəxəssis rəyində qeyd olunanlara istinadən eyni xüsusatlar vurğulanmışdır. Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyi 04 iyun 2018-ci il tarixdə eyni məzmunlu rəy vermişdir. Birinci instansiya məhkəməsi məhz sözügedən mütəxəssis və ekspert rəylərinə əsaslanmaqla cavabdeh təşkilatın hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərəkətləri) nəticəsində iddiaçının sahibliyində və istifadəsində olan fərdi yaşayış evinə zərər vurulmuş olduğunu müəyyən et miş, “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin 13 dekabr 2016-cı il tarixli mütəxəssis rəyi ilə evə dəymiş zərərin 37.814,21 manat hesablandığını nəzərə alaraq müvafiq nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdar da ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddi hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə tətbiq edib, işin faktiki hallarını nəzərə alıb düzgün olaraq qeyd etmişdir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sah ələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə isə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanılmış sübutların məcmusuna hüquqi qiymət verməklə haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının sahibliyində və istifadəsində olan fərdi yaşayış evində yaranmış qüsurların məhz cavabdeh təşkilatın təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi barəsində düzgün nəticəyə gəlmişdir. Belə ki, işin yuxarıda qeyd edilən hallarından da göründüyü kimi, əldə edilmiş ekspert rəyləri ilə iddiaçının sahibliyində və istifadəsində olan fərdi yaşayış evinə məhz cavabdeh təşkilatın tikinti fəaliyyəti ilə əlaqədar (bünövrə xəndəyində qazıntı işləri aparılan zaman ağır tonnajlı yer dağıdan (Rokson) mexanizmlərdən istifadə olunması nəticəsində) zərər vurulduğu müəyyən edilmişdir. Bu qənaətə gələrkən apellyasiya instansiyası məhkəməsi həmçinin nəzərə almışdır ki, apellyasiya şikayətində iddiaçının müraciəti əsasında onun sahibliyində və istifadəsi ndə olan fərdi yaşayış evində daha əvvəl təmir-bərpa işləri apardıqlarını bildirməklə evə dəymiş ziyanın məhz cavabdeh təşkilatın tikinti fəaliyyəti nəticəsində yarandığını həmin təşkilatın özü də dolayı şəkildə etiraf etmişdir (şikayətin mahiyyətindən onun (cavabdehin) sözügedən evə dəymiş ziyanın məbləği ilə razılaşmadığı aydın olmaqdadır). Apellyasiya instansiyası məhkəməsi iddiaçıya vurulmuş maddi zərərin məbləği ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni də əsaslı hesab edərək, haqlı olaraq qeyd etmişdir ki, zərərin məbləği məhkəmənin müvafiq sorğusu ilə “Əmlak Bazarı İştirakçıları” İB 13 dekabr 2016-cı il tarixli daşınmaz əmlaka dəymiş zərərin hesablanması barədə mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir. Cavabdeh təşkilat kassasiya şikayətində cavabdehə dəymiş zərə rin məbləğinin şişirdilməsini, cavabdehə məxsus evin bazar dəyəri 22.300 manat təşkil etdiyi halda, qiymətlənidirici tərəfindən evə dəymiş ziyanın 37.814,21 manat müəyyən edilməsinin tam əsassız olmasını və sair göstərsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir yazılı sübut təqdim etməmişdir Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq müna sibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Əksinə, cavabdeh təşkilatın kasassiya şikayətinin dəlillərinin əsassız olması işə əlavə edilmiş mütəxəssis, ekspert rəyləri ilə də təsdiq olunur. Digər tərəfdən işdən görünür ki, iddiaçıya məxsus evin bazar dəyəri 10 il bundan əvvəl qiymətləndiricinin 24 avqust 2009-cu il tarixli rəyinə əsasən müəyyən edilmişdir və həmin dövrdən keçən müddət ərzində isə daşınmaz əmlakın bazar qiymətlərində kəskin artım baş vermişdir. Eyni zamanda cavabdeh təşkilatın iddiaçıya məxsus evdə müəyyən təmir, bərpa işləri aparması da, cavabdeh təşkilatın iddiaçıya qarşı delikt törətməsini təsdiq edir və bütün bunların kassasiya şikayətinin dəlillərinin əsassız olması qənaətinə gəlməyə əsas verir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları t am, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh Baş icraçı direktoru xxx və vəkili xxx oğlunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 yanvar 2019-cu il tarixli, 2(103)-1554/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar