Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4498/2018 03.07.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 03 iyul 2018-ci il № 2(102)-4498/18 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Rüstəmli İlkin Şahin oğlunun katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 fevral 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Lənkəran Rayon Məhkəməsinin 11 aprel 2017-ci il tarixli qətnaməsi ilə (hakim E.Kazımov, iş № 2(049)-621/17) iddia qismən təmin edilərək, cavabdehlər Cava bdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" QSC-nin xeyrinə 008R********** saylı kredit razılaşması üzrə 26642.34 ABŞ dolları məbləğində əsas kredit borcu, 6413.55 ABŞ dolları məbləğində faiz borcu və 9137.92 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 42193 (qırx iki min yüz doxsan üç) ABŞ dolları 81 (səksən bir) sent məbləğində pulun, həmçinin iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı olmaqla, cəmi 60 (altmış) manatın tutularaq iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilməsi, tələbin Lənkaran rayonu, Sütəmurdov kəndində xüsusi mülkiyyətdə olan 0,042 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 182.8 kv.m ümumi, 78.2 yaşayış, 104.6 kv.m yardıəmçı sahədən ibarət və həyətyanı tikili də daxil olmaqla fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracda satılması, ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına "xxxx" QSC-yə olan borcun ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ümumi qaydada müştərək olaraq tutulması, ipoteka predmeti olan ev satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2,, Cavabdeh4 və Cavabdeh5 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, onların həmin evdən çıxarılması, fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi qət olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 fevral 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Əhmədov-sədrlik edən və məruzəçi, K.Əkbərov və K.Bəşirov, iş № 2(106)-183/18) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, lakin Lənkəran Rayon Məhkəməsinin 11 aprel 2017-ci il tarixli 2(049)-621/2017 saylı qətnaməsi dəyişdirilməklə ipoteka predmeti olan evin satış qiyməti 55.000 (əlli beş min) manat müəyyən olunmuşdur. Cavabdeh Cavabdeh1 kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 fevral 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. İşin halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı ilə bağladığı 11 dekabr 2014-cü il tarixli 008L**********09 saylı uzun müddətli kredit müqaviləsinə əsa sən 120 (yüz iyirmi) ay müddətinə 200000 (iki yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə verləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Şəfiyev X2 QSC ilə bağladığı 16 dekabr 2014-cü il tarixli 008R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 35000 (otuz beş min) ABŞ dolları məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin təlləbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 16 dekabr 2015-ci il tarixədək banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit bo rcundan 8357.66 ABŞ dolları ödəmiş, onun 26642,34 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasına dək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 14 dekabr 2016-cı il tarixə 364 gün üçün hesablanmış faiz borcu 6413.55 ABŞ dolları təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəm əlidir. 14 dekabr 2016-cı il tarixə 364 gün üçün hesablanmış cərimə 11137.92 ABŞ dolları təşkil edir. Uzun müddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 ilə bank arasında bağlanmış 16 dekabr 2014-cü il tarixli 008S**********01 saylı zaminlik müqaviləsinə əsasən o, Cavabdeh1 bank qarşısında olan öhdəliklərinin icrasının təmin edilməsi üçün öz üzərinə məsuliyyət götürmüşdür. Zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən Cavabdeh2 yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və onlar kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı bütün öhdəlikləri icra etməlidirlər. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin e tmək məqsədilə cavabdeh ipoteka qoyan Cavabdeh1 ilə Bank arasında 12 dekabr 2014-cü il tarixli 008M**********02 saylı ipoteka müqaviləsi əsasında Lənkaran rayonu, Sütəmurdov kəndində xüsusi mülkiyyətdə olan 0.042 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 4 otaqli, 182 kv.m umumi, 78.2 yaşayış, 104.6 kv m yardımçı sahədən ibarət və həyətyanı tikili də daxil olmaqla fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 10 saylı Ərazi İdarəsi tərəfindən 46 saylı reyestr kitabının 16 saylı vərəqəsində qeydiyyata alınmış RX ******* saylı çıxarışla, ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Lənkaran rayonu İHB-nın Sütəmurdov kənd İƏD üzrə nümayəndəliyinin 12 dekabr 2014-cü il tarixli 977 s aylı arayışına əsasən fərdi yaşayış evində qeydiyyatda olan cavabdehlər X3, Cavabdeh2,, Cavabdeh4 və Cavabdeh5 həmin evin İddiaçı-yə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək həmin evin ipoteka ilə yüklü edilməsinə razı olduqlarını bildirmiş və əmlaka tutma yönəldikdə onu qeyri-şərtsiz tərk edəcəkləri barədə öhdəlik götürmüşlər. Cavabdeh1 dəfələrlə xəbərdar edilməsinə baxmayaraq banka olan borcunu qaytarmamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşdən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kassasiya qaydasında yalnız Cavabdeh1 mübahisələndirmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin qanuniliyini və əsaslılığını yalnız ona aid hissədə və onun şikayətinə münasibətdə yoxlay ır. Məruzəçini dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 kassasiya şikayəti təmin edilməməli və Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 13 fevral 2018-ci il tarixli qətnaməsi ona aid hissədə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, 11 dekabr 2014-cü il tarixli 008L**********09 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən, Cavabdeh1 üçün 120 (yüz iyirmi) ay müddətinə 200000 (iki yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Həmin kredit xətti çərçivəsində 11 dekabr 2014-cü il tarixli 008L**********09 saylı uzun müddətli kredit müqaviləsi üzrə Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 16 dekabr 2014-cü il tarixli 008R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 35000 (otuz beş min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin verilməsi barədə qəbzlərdən görünür ki, Şəfiyev X2 QSC-dən 35000 ABŞ dolları məbləğində nəğd pul götürmüşdür. İş materiallarında olan 16 dekabr 2014-cü il tarixli ödəniş planına əsasən Cavabdeh1 16 yanvar 2015-ci il tarixdən başlayıb sonuncu ödənişi 18 dekabr 2017-ci il tarixdə etməklə umumulikdə 48341,98 ABŞ dolları məbləğində kredit pulunu qaytarmalıdır. İş materiallarında olan 16 dekabr 2014-cü il tarixli 008S**********01 saylı zaminlik müqaviləsindən görünür ki, C avabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı-ilə Cavabdeh1 arasında 12 dekabr 2014-cü il tarixli 008M**********02 saylı ipoteka müqaviləsi əsasında Lənkaran rayonu, Sütəmurdov kəndində xüsusi mülkiyyətdə olan 0.042 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 4 otaqli, 182 kv.m umumi, 78.2 yaşayış, 104.6 kv m yardımçı sahədən ibarət və həyətyanı tikili də daxil olmaqla fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 10 saylı Ərazi İdarəsi tərəfindən 46 saylı reyestr kitabının 16 saylı vərəqəsində qeydiyyata alınmış RX ******* saylı çıxarışa əsasən, Cavabdeh1 xüsusi mülkiyyətdə olan fərdi yaşayış evinin onun kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İş materiallarında olan Lənkaran rayonu İHB-nın Sütəmurdov kənd İƏD üzrə nümayəndəliyinin 12 dekabr 2014-cü il tarixli 977 saylı arayışından görünür ki, Cavabdeh1 adına Lənkaran rayonu, Sütəmurdov kəndində DƏDRX-nin verdiyi ******* saylı çıxarışa əsasən mülkiyyəti vardır və həyat yoldaşı X3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və X5 ilə birlikdə həmin evdə yaşayırlar. İş materiallarında olan Cavabdeh2, Cavabdeh5,, X1, Cavabdeh4 ipoteka müqaviləsiinin rəsimləşdirildiyi notariat kontoruna təqdim etdikləri ərizələrdən görünür ki, onlar Lənkaran rayonu, Sütəmurdov kəndində yerləşən Cavabdeh1 xüsusi mülkiyyətdə olan fərdi yaşayış evinin İd diaçı-yə ipoteka müqaviləsi əsasında ipoteka qoyulmasına razı olduqlarını bildirmiş və ipoteka predmetinə tutma yönəldikdə onu qeyri-şərtsiz tərk edəcəkləri barədə öhdəlik götürmüşlər. İş materiallarında olan 06 dekabr 2016-cı il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdən görünür ki, ipoteka predmetinə tutmanın yönədilməsi barədə Cavabdeh1 məlumat verilmişdir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, ipoteka predmeti olan əmlakın dəyəri ipoteka müqaviləsi ilə 38500 dollar müəyyən edilsə də, onun satış qiyməti məhkəmə tərəfindən qətnamənin nəticə hissəsində göstərilməmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi X4 məhkəmə kollegiyasına şifahi vəsatət verərək ipoteka müqaviləsində ipotekaya qoyulmuş yaşayış evinin qiyməti doll arla razılaşdırıldığından hazırda bu barədə tərəflər arasında mübhisə olduğunu bildirmiş, evin hazırkı qiymətinin müəyyən edilməsi üçün mütəxəssis rəyi alınmasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 10 oktyabr 2017-ci il tarixli qərardadı ilə İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Lənkaran rayonu, Sütəmurdov kəndində xüsusi mülkiyyətdə olan 0,042 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 182.8 kv.m ümumi, 78.2 yaşayış, 104.6 kv.m yardıəmçı sahədən ibarət və həyətyanı tikili də daxil olmaqla fərdi yaşayış evinin hazırkı bazar qiymətini müəyyən etmək məqsədi ilə mütəxəssis rəyi alınması qərara alınmışdır. Heba Consulting MMC-nin 19 ya nvar 2018-ci il tarixli 0025/18/aB saylı akt ilə Cavabdeh1 mülkiyyətində olan Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən 0.042 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 182.8 kv.m ümumi, 78.2 kv.m yaşayış və 104.6 kv.m yardımçı sahədən ibarət fardi yaşayış evinin hazırki dövrə bazar dəyəri 55.000 (əlli beş min) manat müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş materiallarını araşdıraraq, iddia tələbinin qismən təmin edilməli olması barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini əsaslandırarkən aşağıdakı maddi hüquq normalarına istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə mü əyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli,xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icra-sını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə uyğun olaraq borc müqaviləsinin predmeti hər hansı pul məbəlği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd olunan Məcəllənin 7 41-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş m üddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İpoteka haqqında “Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə görə, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 59.3-cü və 59.3.1-ci maddələrinə əsasən ipotekaya qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yön əldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər,bu şərtlə ki:yaşayış və mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, əğər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər. Apellyasiya şikayətində faizlərin bank tərəfindən azaldılmamasına istinad edilir. Lakin apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bu tərəflər arasında bağlanmış müqavilənin şərtlərinin hər iki tərəfin razılığı əsasında dəyişdirilməsi ilə həll ola biləcək bir məsələdir. İddia tələbində qoyulan dəbbə pulu isə mə nkəmə tərəfindən kifayət qədər azaldılmışdır. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmeti olan evin satış qiyməti 55.000 manat müəyyən edilməklə dəyişdirilməlidir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini iş materialları ilə təkzib olunduğundan əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əs ası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, nonnegantiincumbitprobation(sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin “Qavaz ov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında isə qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı, şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə toplanmış sübutlar məhkəmə tərəfindən qiymətləndirilərkən yuxarıda göstərilən tələblərə əməl olunmuşdur. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə qanuni və əsaslıdır. Qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə Cavabdeh1 aid hissədə onun kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda g östərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 13 fevral 2018-ci fevral 2018-ci cı il tarixli, 2(106)-183/18 saylı qətnaməsi ona aid hissədə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən. Hakimlər. Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi A.İsgəndərov
Məhkəmə qərarları › İş №2(102)-4498/2018
Ali Məhkəmə Qərar — İş №2(102)-4498/2018
03.07.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver