Məhkəmə qərarları › İş №2(102)-4498/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4498/2020

19.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4498/2020 19.10.2020 ALİ MƏHKƏMƏ İddiaçı: “XXXBank” Qapalı Səhmdar Cəmiyyəti Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 İddia tələbi: kredit müqaviləsi üzrə borcun qaytarılması Açar sözlər: kredit borcunun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, kassatorun vəkili X1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3331/2017 nömrəli iş üzrə xx xxxxxxx 2017-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları “XXXBank” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı və ya Bank) ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 05L000002840 saylı kredit xətti müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya 60 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Həmin kredit xətti üzrə xx xxxxxx 2014-cü il tarixli, 005R********** saylı kredit razılaşmasına əsasən Bank tərəfindən Cavabdeh1 aylıq faiz dərəcəsi 2,25% olmaqla 18 ay müddətinə 20000 ABŞ dolları kredit verilmişdir. Bankla Cavabdeh5 arasında bağlanılmış 05S000006706 saylı xx xxxxxx 2013-cü il tarixli, Cavabdeh2 arasında bağlanılmış 05S000006707 saylı xx xxxxxx 2013-cü il tarixli, Cavabdeh3 arasınd a bağlanılmış 05S000009917 saylı xx xxxxxxx 2013-cü il tarixli və Cavabdeh4 arasında bağlanılmış 05S**********01 saylı xx xxxxxx 2013-cü il tarixli zaminlik müqavilələrinə əsasən zaminlər sözügedən kredit xətti müqaviləsindən və bu kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşmasından irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün Bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürmüşlər. Bankla Cavabdeh1 arasında bağlanmış kredit xətti müqaviləsi üzrə xx xxxxxx 2014cü il tarixli kredit razılaşmasına dəyişiklik edilməsi haqqında 005R**********SA saylı, xx xxxx 2015-ci il tarixli sazişə əsasən verilmiş kreditin qalıq məbləğinə xx xxxx 2015-ci il tarixdən aylıq 2,25% dərəcəsi ilə faizlərin hesablanması və xx xxxxxx 2015-ci il tarixli ödəniş planına dəyişiklik edilərək kreditin son ödənilmə müddəti xx xxxx 2017-ci il müəyyən edilmişdir. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada Bankın xeyrinə 13324,82 ABŞ dolları əsas borc, 3323,09 ABŞ dolları faiz borcu, 4642,16 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 21290,07 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh kredit vəsaitindən istifadə etsə də, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə borc yaranmışdır. İddiaçının sübut kimi təqdim etdiyi maliyyə arayışına əsas ən xx.xx.2017-ci il tarixinə cavabdehlərin Banka tələb olunan məbləğdə borcu yaranmışdır. Qobustan Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(026)-255/2017 nömrəli iş üzrə xx xxx 2017-ci il tarixli qətnaməsi ilə (hakim Q.Hacıyev) iddia qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada 13324,82 ABŞ dolları əsas borc, 3323,09 ABŞ dolları faiz borcu, 2000 ABŞ dolları cərimə borcu olmaqla cəmi 18647,91 ABŞ dolları borcun və ödənilmiş dövlət rüsumunun məbləği olan 30 manatın alınıb ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(105)-3331/2017 nömrəli iş üzrə xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Məmmədov (sədrlik edən və məruzəçi), N.Nəsibov və A.Abbasov) Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə qismən, cərimə borcuna aid hissədə dəyişdirilmiş, cavabdehlərdən məzənnə üzrə manatla 100 (bir yüz) ABŞ dolları cərimə borcunun tutularaq iddiaçıya verilməsi, qalan hissələrdə qətnamənin Cavabdeh1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin faiz və cərimə borcuna aid hissələrdə ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığını bu hissələrdə yoxlayan apelyasiya instansiyası məhkəməsi işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 739, 442, 443.1, 445.1, 445.2, 448.1, 448.2, 449.4, 470.1, 472.1 və 472.2-ci maddələrini tətbiq edib hesab etmişdir ki, cavabdehlərin kredit və zaminlik müqavilələri üzrə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməmələri, hazırkı öhdəlik hüquq münasibətlərinin məhz cavabdehlərin təqsiri üzündən pozulması işin mübahisəsiz halları olmaqla, həmin faktlar işdə iştirak edən şəxslərin izahatları, apellyasiya şikayətinin dəlilləri və mülki işin materialları ilə də inkar edilmədiyindən, cavabdeh pul vəsaitini qanunsuz saxlamaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalandığından, birinci instansiya məhkəməsi düzgün olaraq cavabdehlərdən müştərək qaydada 13324,82 ABŞ dolları məbləğində əsas borcun və 3323,09 ABŞ dolları məbləğində faiz borcunun iddiaçının xeyrinə tutulması nəticəsinə gəlmişdir. Bununla belə, Məhkəmə kol legiyası Mülki Məcəllənin 462.1, 467-ci maddələrinə istinadla qeyd etmişdir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Çünki dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə uyğun olmaz. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin cavabdehlərdən 2000 ABŞ dolları cərimə pulu tutması tənasübsüz surətdə yüksəkdir. Buna görə də cavabdehlərdən müştərək qaydada 100 ABŞ dolları cərimə tutulmalıdır, bu, həm i ddiaçının əmlak, həm də bütün əsaslı mənafelərinə, həmçinin cavabdehlərin maddi və əmlak vəziyyətinə uyğundur. Faiz pulunun həddindən artıq çox hesablanması barədə apellyasiya şikayətinin dəlili ilə bağlı Məhkəmə kollegiyası Mülki Məcəllənin 432.4-cü maddəsinə istinadla qeyd etmişdir ki, faiz borcunun məbləği tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edilmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh1 (vəkil X3) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin məzmunu ilə eynilik təşkil edən kassasiya şikayəti də onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsitərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlinmişdir. Məhkəmələr nəzərə almamışlar ki, zamin kimi qeyd etdikləri şəxslərin heç biri sonuncu kredit müqaviləsi üzrə borcluya zamin durmamışlar. Eyni zamanda, hazırkı iş üzrə cavabdehlər məhkəməyə dəvət olunmamış, iş üzrə qətnamənin mahiyyətindən, borcun həddinin müəyyən edilməsindən xəbərləri olmamış, Banka ödənilmiş pulun müəyyən edilməsi üçün ekspertiza keçirilməmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında kassatorun vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya instansiyası məh kəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə iddiaçının nümayəndəsi, eləcə də digər cavabdehlər hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının nümayəndəsinin və digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə cavabdeh (kredit müqaviləi üzrə borclu) olan kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğvini xahiş etsə də iş üzə digər cavabdehlər (zaminlər) kassasiya şikayəti vermədiklərindən həmin məhkəmə aktı yalnız Cavabdeh1 (borcluya) aid hissədə yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçir məyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (739-cu maddələri). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 aid hissədə apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan Cavabdeh1 aid hissədə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulduğu ümumi ifadələrlə qeyd edilsə də, bunun nədən ibarət olması əsaslandırılmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Apelyasiya şikayəti ilə eyni məzmunlu olan həmin dəlillərə apelyasiya instansiyası məhkəməsi tərəfindən əsaslandırılmış cavab verilmişdir. Zaminlərin məsuliyyəti ilə bağlı kassasiya şikayətinin dəlillərinə münasibətdə Məhkəmə kollegiyası qeyd ed ir ki, hazrıkı kassasiya baxışının hədləri qətnamənin borcluya aid hissəsi ilə məhdudlaşdığından və həmin dəlilləri irəli sürməklə bağlı subyektiv hüquq digər cavabdehlər olan zaminlərə məxsus olduğundan hazırkı icraat çərçivəsində həmin dəlillərə qiymət vermək mümkün deyildir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3331/2017 nömrəli iş üzrə xx xxxxxxx 2017-ci il tarixli qətna məsi mübahisələndirilən hissədə - Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar