Məhkəmə qərarları › İş №2(102)-4499/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4499/2019

23.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4499/2019 23.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X2 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 noyabr 2018-ci il tarixli 2(103)7515/2018 saylı qətnaməsindən İddiaçı İKB ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon məhkəməsinin 06 aprel 2018-ci il tarixli qətnaməsi ilə (hakim F.Ə.Məmmədov, iş № 2(011)-143/2018) İddiaçı İKB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqav iləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 1217,73 ABŞ dolları məbləğində pulun (ödəniş gününə olan məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə), habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı Banka ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: M.A.Məmmədov, E.E.Nağıyeva, H.Ü.Həmidov) İddiaçı İKB ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin 06 aprel 2018-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni ödənişin gecikdirilmə sinə görə Bank tərəfindən cavabdehlərə tətbiq edilmiş cəriməyə (dəbbəyə) aid tələbin təmin edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı İKB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı irəli sürdüyü iddianın “ödənişin gecikdirilməsinə görə Bank tərəfindən cavabdehlərə tətbiq edilmiş cərimənin (dəbbənin) tutulması barədə” hissəsi qismən təmin edilmiş, tərəflər arasında bağlanmış 08.01.2015-ci il tarixli, 21-M-1-03-15 №-li “Bank hesab, kredit, zaminlik müqaviləsi” üzrə ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimə borcunun ödənilməsi məqsədi ilə 300 ABŞ dolları məbləğində pulun (qətnamənin icra ediləcəyi tarixə müəyyən ediləcək məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müş tərək qaydada tutularaq İddiaçı İKB ASC-yə ödənilməsi, apellyasiya baxışının predmeti olan qalan hissədə yəni əsas kredit borcunun ödənilməsi məqsədi ilə 1.217,73 ABŞ dolları məbləğində pulun (ödəniş gününə olan məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı İKB ASC-yə ödənilməsi, “hesablanmış faiz borcunun tutulması barədə” tələbin isə təmin edilməməsi hissəsində Bakı şəhəri Xətai rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 aprel 2018-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılmış, müəyyən edilmişdir ki, həmin qətnamənin “iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı Banka, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun isə Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməsi barədə” hissəsi hazırki apellyasiya baxışının predmeti olmamış, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı Bank tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilmiş, bu məqsədlə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı İKB ASC-yə ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 08.01.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 22 faiz olmaqla 12 ay müddətinə 5000 ABŞ dolları məbləğində kredit verilmiş, həmin tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuşlar. 2017-ci ilin sentyabr ayında İddiaçı İKB ASC iddia ə rizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən banka cəmi 2892,9 ABŞ dolları məbləğində borcunun yaranmasını əsas göstərməklə cavabdehlərdən həmin məbləğin müştərək qaydada tutularaq bankın xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı İKB qətnamədən kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsi tərəfindən işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, Bank ilə borcalan Cavabdeh1 və z aminlər Cavabdeh2 və Cavabdeh3 arasında 08.01.2015-ci il tarixdə bağlanmış “Bank hesab, kredit və zaminlik müqaviləsi” nə əsasən, Bank borcalan Cavabdeh1 illik 22 faiz dərəcəsi ilə, 12 ay müddətinə 5.000 ABŞ dolları məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə Cavabdeh2 və Cavabdeh3 borcalan Cavabdeh1 Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuşlar. Bundan sonra tərəflər arasında əldə olunmuş razılığa əsasən kreditin ödənilməsi müddəti 08.05.2016-cı il tarixinədək uzadılmış və bu barədə tərəflər arasında 04.06.2015ci il tarixində 21-M-1-0-3-15 №-li “Bank hesab, kredit, zaminlik müqaviləsinə əlavə” adlı sənəd imzalanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kre ditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bank, iş üzrə müəyyən olunduğu kimi, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək müqavilədə nəzərdə tutulmuş kreditin Cavabdeh1 verilməsini təmin etmiş və tərəflərin ümumi razılığına əsasən kreditin qaytarılma müddətini və şərtlərini müəyyən edən ödəniş cədvəli tərtib olunmuşdur. Lakin işdən göründüyü kimi Cavabdeh1 kreditin qaytarılması qaydası və şərtləri ilə əlaqədar üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və nəticədə onun banka əsas, faiz və cərimə borcu yaranmışdır. Bank tərəfindən təqdim edilmiş “Maliyyə arayışından” görünür ki, 01.0 8.2017-ci il tarixə cavabdehlərin Banka olan əsas kredit borcları 1.294,26 ABŞ dolları, faiz borcları 501,02 ABŞ dolları məbləğindədir. Kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə Bank tərəfindən tətbiq edilmiş cərimənin (dəbbə pulunun) məbləği isə 1.097,62 ABŞ dolları təşkil edir. Ekspert tərəfindən verilmiş rəydən isə görünür ki, faiz borcu 70,34 ABŞ dolları miqdarındadır. Rəydə hesablanma mexanizmi və metodikası göstərildiyindən və ekspertin rəyini şübhə altına ala biləcək sübutlar Məhkəməyə təqdim edilmədiyindən apellyasiya instansiyası məhkəməsi rəyi mötəbər sübut kimi qəbul etmiş və hesab etmişdir ki, Rayon Məhkəməsi də bu nəticəyə gəlməkdə haqlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi faiz borcunun tutulması barədə tələblə bağlı onu da qeyd etmişdir ki, “Azərbaycan Resp ublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24.12.2014-cü il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, kredit müqaviləsi üzrə müddətin bitməsindən sonrakı dövr üçün həmin müqavilə üzrə faizlərin hesablanması dayandırılmalıdır. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna mal ikdir. Göstərilənləri nəzərə alan apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 467-ci maddəsində təsbit olunmuş səlahiyyətindən çıxış edərək hesab etmişdir ki, iddiaçı Bankın cərimə (dəbbə) borcunun tutulması barədə tələbi qismən təmin edilməli və cavabdehlərdən tutulacaq dəbbə pulu iddiaçı Bankın tələb etdiyi 1.097,62 ABŞ dolları məbləğində deyil, 300 ABŞ dolları məbləğində müəyyən edilməli və Bankın xeyrinə tutulmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavil ə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. (470.1) Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. (470.2.) Göstərilən Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. (472.1.) Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. (472.2.) Apellyasiya instansiyası məhkəməsi qanunun həmin normalarının müddəalarına əsaslanaraq bankın iddia tələbini qismən təmin etmişdir. Kollegiya yuxarıda göstərilənlərlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisə maddi və prosessual hüquq normalarının tələblərinə və müəyyən olunmuş sübutlara uyğun həll edilməklə qətnamə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırıldığından kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edi lməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 12 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar