Məhkəmə qərarları › İş №2(102)-45/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-45/2019

09.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-45/2019 09.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 09 yanvar 2019-cu il iş № 2(102)- 45/19 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 30 iyul 2018-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 09 yanvar 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Ucar Rayon Məhkəməsinin 28 fevral 2018-ci il tarixli qətnaməsi ilə (hakim Hilal Xəlilov, 2(063)-29/2018 saylı mülki iş) iddiа qismən t əmin edilmiş, Cavabdeh2 10 aprel 2014-cü il tarixli GYF-9817 nömrəli kredit müqaviləsi üzrə yaranmış 15599 (on beş min beş yüz doxsan doqquz) USD əsas kredit borcu və 4308.83 (dörd min üç yüz səkkiz, səksən üç) USD faiz borcu, cəmi 19907.83 (on doqquz min doqquz yüz yeddi, səksən üç) USD məbləğində borcun ödənilən gün məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə, habelə iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat, sənədlərin notariat qaydada təsdiq edilməsi üçün ödənilmiş dövlət rüsumuna görə 32 (otuz iki) manat və ipoteka predmetinin qiymətləndirilməsi ilə bağlı keçirilmiş ekspertiza tədqiqatına görə ödənilmiş 300 (üç yüz) manat olmaqla, cəmi 362 (üç yüz altmış iki) manat məbləğində pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın ipoteka predmeti olan U car rayonu, Qarabörk kəndində yerləşən, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 qıznın və Cavabdeh5 mülkiyyətlərində olan, 0,16 ha torpaq sahəsində yerləşən Cavabdeh1 məxsus fərdi yaşayış evinə (2 mərtəbəli, 5 otaqlı, 114.8 kv.metr yaşayış, 328.3 kv.metr yardımçı sahədən ibarət) yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 60.000 (altmış min) manat göstərilməsi, satışdan əldə edilən məbləğ iddiaçının tələbindən artıq olarsa, artıq məbləğin Cavabdeh1 qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış məhkəməmühasibatlıq ekspertiza tədqiqatının dəyərinə görə Cavabdeh2 170 (bir yüz yetmiş) manat məbləğində pulun tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinin hes abına ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 30 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məcidov (sədrlik edən, məruzəçi), R.Rəfiyev və İ.Quliyev, 2(107)-1853/2018 saylı mülki iş) hazırki iş üzrə Ucar Rayon Məhkəməsinin 28 fevral 2018-ci il tarixli, 2(063)-29/2018 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. İşin halları İddiaçıASC Cavabdeh2 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və ipoteka predmeti olan daşınmaz əmlaka yönəldilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 10 aprel 2014-cü il tarixli, GYF-9817 nömrəli kredit müqaviləsi üzrə yaranmış 15599 USD əsas kredit borcu, 6311 USD faiz borcu olmaqla, cəmi 21910 (iyirmi bir min doqquz yüz on) USD borcun birinci cavabdehdən alınaraq iddiaçının xey rinə ödənilməsi, 10 aprel 2014-cü il tarixli GYF-9817 nömrəli kredit müqaviləsi üzrə borcun ipoteka qoyulmuş, Ucar rayonu, Qarabörk kəndində yerləşən, cavabdehlərin mülkiyyətlərində olan 0,16 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinə yönəldilərək həmin daşınmaz əmlakların hərrac yolu ilə satılması, ipotekaya qoyulmuş Ucar rayonu, Qarabörk kəndində yerləşən, cavabdehlərin mülkiyyətlərində olan 0,16 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinə yönəldilərək həmin daşınmaz əmlakların açıq hərrac yolu ilə satılması, ipotekaya qoyulmuş cavabdehlərin mülkiyyətlərində olan Ucar rayonu, Qarabörk kəndində yerləşən 0,16 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinin hərracda ilkin satış qiymətinin 40000 manat məbləğində müəyyənləşdirilməsi, hərrac yolu ilə satışdan əldə edilən pul məbləğindən birinci cavabdehin 10 aprel 2014-cü il tarixli, GYF-9817 nömrəli kredit müqaviləsi üzrə yaranmış cəmi 21910 (iyirmi bir min doqquz yüz on) USD məbləğində borcunun ödənilməsi, iddia ərizəsi verilərkən dövlət büdcəsinə köçürülmüş 30 manat, sənədlərin notariat qaydada təsdiq edilməsi üçün ödənilmiş 32 manat dövlət rüsumunun birinci cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh2 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Re spublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəmə si tərəfindən müəyyən edilmişdir ki, 10 aprel 2014-cü il tarixli, GYF-9817 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı-kredit verən cavabdehə-kredit alana 48 ay müddətinə, illik 19 faiz dərəcəsi ilə 19100 USD məbləğində kredit vermişdir. 23 aprel 2012-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, 23 aprel 2012-ci il tarixdə iddiaçı ilə cavabdehlər arasında ipoteka müqaviləsi bağlanmış və ipoteka qoyanlar ipoteka saxlayan qarşısında pul öhdəliklərini tamamilə icra etməsi üçün Ucar rayonu, Qarabörk kəndində yerləşən, mülkiyyətində olan 0,16 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 114,8 kv. metr yaşayış, 328,3 kv. metr yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş və ipotekanın p redmeti 40000 (qırx min) manat məbləğində qiymətləndirilmişdir. İşdə olan razılaşmadan görünür ki, 10 aprel 2014-cü il tarixdə ipotekanın əlavə qeydiyyatı haqqında tərəflər arasında əlavə razılaşma bağlanmışdır. İşdə olan RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından görünür ki, Ucar rayonu, Qarabörk kəndində yerləşən, mülkiyyətində olan 0,16 ha torpaq sahəsində yerləşən yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində 11 aprel 2014-cü ildən 48 ay müddətinə ipoteka növündə iddiaçının xeyrinə yüklü edilməklə qeydiyyata alınmışdır. İşdə olan üçüncü şəxsin ərizəsindən görünür ki, o, cavabdehlər tərəfindən fərdi yaşayış evinin ipoteka qoyulmasına etiraz etmi. İşdə olan 29 iy un 2017-ci il tarixli, GF-05-00348 saylı kredit borcunun hesablanmasına dair arayışından görünür ki, birinci cavabdehin 29 iyun 2017-ci il tarixə banka olan borcu əsas borc üzrə 15599 USD və faiz borcu üzrə 6311 USD, cəmi 21910 USD təşkil etmişdir. İşdə olan digər sənədlərdən görünür ki, iddiaçı tərəfindən cavabdehlərə 26 yanvar 2016-cı il tarixli, GYF-05-00043 nömrəli xəbərdarlıq və 24 noyabr 2016-cı il tarixli GYF-05-01389 nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş, həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 16 saylı Ərazi İdarəsinə 29 noyabr 2016-cı il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması barədə ərizə göndərilmişdir. İşdə olan 10 aprel 2014-cü i l tarixli qiymətləndirilmə aktından görünür ki, Ucar rayonu, Qarabörk kəndində yerləşən 0,16 ha torpaq sahəsi üzrəində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinin bazar qiyməti 40.000 manat təşkil etmişdir. İşdə olan “X1” MMC-nin qiymətləndirmə hesabatından görünür ki, Ucar rayonu, Qarabörk kəndində 0,16 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin hazırkı dövrə olan bazar qiyməti 60000 (altmış min) manat təşkil edir. Həmin rəydə qiymətləndirmə xərcinin 300 manat məbləğində olması və iddiaçı tərəfindən ödənildiyi göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 yanvar 2018-ci il tarixli, 23467 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabda n çıxarış məlumatları, 10 aprel 2014-cü il tarixli, GYF-9817 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla birinci cavabdehin 29 iyun 2017-ci il tarixə banka olan borcu 20354.13 USD məbləğində müəyyən olunur, o cümlədən əsas borc üzrə 16050.3 USD, faiz borcu üzrə 4308.83 USD təşkil edir. İşdə olan ipoteka müqaviləsindən görünür ki, tərəflərin qarşılıqlı razılığı ilə ipoteka predmetinin dəyəri 40.000 manat göstərilsə də hazırda ekspert rəyi ilə ipoteka predmetinin halhazırda orta bazar dəyəri 60.000 manat təşkil edir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7, 385.1, 442, 448.1, 739.1, 739.2 və 741-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikas ı Qanunun 33, 39.1, 39.3.3, 41.1, 47.4 və 59.3-cü maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsin in icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını m üvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndircinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. Həmin Qanunu n 47.4-cü maddəsinə əsasən həmin Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabde hlər arasında azad surətdə və şərtləri müəyyənləşdirilməklə kredit müqaviləsi, kredit müqaviləsinin təminatı olaraq ipoteka müqaviləsi bağlamışlar və birinci cavabdeh iddiaçı qarşısında öz öhdəliklərini lazımınca və vaxtında icra etməmiş, müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş, bununla da iddiaçı öz qanunla qorunan hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Tərəflərin qarşılıqlı razılığı ilə ipoteka predmetinin dəyəri 40.000 manat göstərilsə də hazırda ekspert rəyi ilə ipoteka predmetinin hal-hazırda orta bazar dəyəri 60.000 manat təşkil etmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, borclu öz öhdəliyini lazımınca və vaxtında icra etməmişdir, buna görə də tutma ipoteka saxlayanın tələbi ilə ipoteka predmetinə yönəldilməli, eyni zamanda ipoteka pred metinin ilkin satış qiyməti ekspert rəyi ilə müəyyən edildiyi kimi, yəni 60.000 manat göstərilməlidir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla 10 aprel 2014-cü il tarixli GYF-9817 nömrəli kredit müqaviləsi üzrə yaranmış 15599 (on beş min beş doxsan doqquz) USD əsas kredit borcunu və ekspert rəyini nəzərə alınmaqla 4308.83 (dörd min üç yüz səkkiz, səksən üç) USD faiz borcunun, cəmi 19907.83 (on doqquz min doqquz yüz yeddi, səksən üç) USD məbləğində borc ödənilən gün məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat, sənədlərin notariat qaydada təsdiq ed ilməsi üçün ödənilmiş dövlət rüsumuna görə 32 (otuz iki) manat və ipoteka predmetinin qiymətləndirilməsi ilə bağlı keçirilmiş ekspertiza tədqiqatına görə ödənilmiş 300 (üç yüz) manat olmaqla, cəmi 362 (üç yüz altmış iki) manat məbləğində pulun birinci cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi, tutmanın ipoteka predmeti olan Ucar rayonu, Qarabörk kəndində yerləşən, cavabdehlərin mülkiyyətində olan 0,16 ha torpaq sahəsində yerləşən ikinci cavabdehə məxsus fərdi yaşayış evinə (2 mərtəbəli, 5 otaqlı, 114.8 kv.metr yaşayış, 328.3 kv.metr yardımçı sahədən ibarət) yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 60.000 manat göstərilməsi, satışdan əldə edilən məbləğin iddiaçının tələbindən artıq olarsa, art ıq məbləğin ikinci cavabdehlə qaytarılması, habelə iş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyərinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinin hesabına ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi barədə qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə koll egiyası QƏRARA ALDİ Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 30 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərarqəbuledildiyiandanqüvvəyəminir. Sədrlik edən Hakimlər Əsliilədüzdür AliMəhkəmənin hakimi QəhrəmanAllahverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar