Məhkəmə qərarları › İş №2(102)-45/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-45/2020

10.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-45/2020 10.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı və vəkili Mehrəliyev Cabir Mürüş oğlunun iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8242/2019 saylı, 01 avqust 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 14 fevral 2019-cu il tarixli, 2(005)671/2019 saylı qətnaməsi ilə (hakim K.F.Əmirxanova) İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilərək, cavabdeh “xxxx” ASC-dən ödənilmiş 11.000 manat məbləğində puldan ilkin ödəniş məbləği çıxılmaqla maddi ziyan, 250 manat hüquqi xidmətlər, 30 manat ödənilmiş dövlət rüsumuna görə pul məbləğinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8242/2019 saylı, 01 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), V.T.Həsənov və Ş.A.Məmmədova), cavabdeh “xxxx” ASC-nin apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 14 fevral 2019-cu il tarixli, 2(005)-671/2019 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, “xxxx” ASC-dən İddiaçı xeyrinə 5983,92 (beş min doqquz yüz səksən üç manat doxsan iki qəpik) manat maddi zərər, 12,6 (on iki manat altmış qəpik) manat dövlət rüsumu, cəmi 5996,52 (beş min doqquz yüz doxsan altı manat əlli iki qəpik) manatın tutulması və iddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” ASC-dən 11.000 (on bir min) manat maddi, 3000 (üç min) manat mənəvi və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 14.030 (on dörd min otuz) manatın tutula raq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, həyat yoldaşı X4 ilə 2008-ci ildə cavabdeh “xxxx” ASC ilə aralarında olan müqaviləyə əsasən həmin şirkət tərəfindən tikilmiş olan evin alqı-satqısı üçün 11.000 manat pul ödəyərək əldə etmişdir. Bütün bunlar ödəniş qəbzləri ilə sübuta yetirilir. Həyat yoldaşı, X4 20.07.2011-ci il tarixdə kəskin miokard infarktı nəticəsində dünyasını dəyişmişdir. Artıq on il müddətdir ki, iddiaçı əzab əziyyətlə qazandığı və ödədiyi pulu və həmçinin də evini tələb edir. Azərbaycan Respublikasınin Baş Prokurorluğuna ünvanladığı müraciətə əsasən cavab olaraq ona göstərilən xüsusatlara əsasən məhkəməyə müraciət etmək hüququ bildirilmişdir. Hazırki müqavilə üzrə 10 il müddətində ödənilmiş məbləğin g eri qaytarılması tələbi ilə bağlı dəfələrlə müraciət etsə də, ona köməklik edilməmişdir. Bütün bu müddət ərzində yaxınları dünyasını dəyişmiş və qanunvericiliklə müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edə bilməmişdir. Hesab edir ki, bütün bu hallar üzürlü hesab edilə bilər. Mülki qaydada müqavilə ilə müəyyən edilən mübahislərə yalnız məhkəmə qaydasında baxılır. Bunun üçün də artıq necə ildir ona dəymiş 11.000 manat, mənəvi olaraq hüquqşünaslara müraciət etdiyini və həmçinin 10 il onu süründürməklərini və nəticədə həyat yoldaşının dünyasını dəyişməyini əsas götürərək 3000 manat mənəvi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh “xxxx” ASC-dən tutularaq ona ödənilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək, cavabdeh “xxxx” ASC-dən 11.000 (on bir min) manat maddi, 3000 (üç min) manat mənəvi ziyan, 250 manat hüquqi xidmətlərə görə və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin qismən ləğv edilib, iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını ta m, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı və vəkili Mehrəliyev Cabir Mürüş oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdeh “xxxx” ASC-nin nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəs inə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, İddiaçı və vəkili Mehrəliyev Cabir Mürüş oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən İddiaçıkassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarından 29.12.2007-ci il tarixli, 5235 saylı alqı-satqı müqaviləsindən görünür ki, “xxxx” ASC ilə B oğlu arasında dəyəri 99732 manat məbləğində müəyyən edilmiş Bakı şəhəri, Abşeron rayonu, Xırdala n qəsəbəsi, Sumqayıt şosesi 7 km inşa etdirdiyi 1 saylı binanın, 46 blok, 23 saylı, 2 otaqdan ibarət, ümumi yaşayış sahəsi 69,5 kv.m. olan mənzilə dair 40 ay müddətində müqavilə bağlanmışdır. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən alıcı öhdəsinə götürdüyü hər ay ödəməni gecikdirdiyi halda, o zaman onun müqaviləyə əsasən ödəməli olduğu tarixdən etibarən 5 təqvim günü satıcı tərəfindən güzəştli gün kimi təyin edilir. 5 günlük güzəşt müddəti keçdikdən sonra, aylıq ödəniş həyata keçirməzsə, alıcı hər gecikdirilmiş gün üçün gecikdirilmiş aylıq məbləğin 1 faizi məbləğində cərimə ödəməlidir. Həmin müqavilənin 5.8-ci bəndinə əsasən alıcı tərəfindən müqavilənin icrasından imtina edilməsi hallarında ilkin ödəniş istisna olmaqla, ödənilmiş qalan məbləğ yalnız mənzil satıldıqdan sonra alıcıya qaytarı lır. Bu zaman satıcı alıcıya çatası həmin məbləğin 10 faizini mənzilin satılması ilə əlaqədar çəkilən xərclərin əvəzi kimi tutur. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, X5 tərəfindən “xxxx” ASC-yə 29.12.2007-də 415,55 manat, 29.12.2007-də 415,55 manat ilkin ödəniş, 29.12.2007-də 20 manat, 29.12.2007-də 20 manat, 29.01.2008-də 415,55 manat, 29.02.2008-də 415,55 manat, 29.03.2008-də 415,55 manat, 02.05.2008-də 415,55 manat, 02.06.2008-də 415,55 manat, 01.07.2008-də 415,55 manat, 31.07.2008-də 415,55 manat, 27.08.2008-də 415,55 manat, 28.09.2008-də 415,55 manat, 30.10.2008-də 415,55 manat, 30.11.2008-də 415,55 manat, 29.12.2008-də 415,55 manat, 29.01.2009-da 415,55 manat, 26.02.2009-da 415,55 manat, 23.03.2009-da 415,55 manat, 04.05.2009-da 415,55 manat, 29.01.2008-də 20 manat, 29.02.2008-də 20 manat, 29.03.2008-də 20 manat, 02.05.2008də 20 manat, 02.06.2008-də 20 manat, 02.07.2008-də 20 manat, 31.07.2008-də 20 manat, 27.08.2008-də 20 manat, 28.09.2008-də 20 manat, 30.10.2008-də 20 manat, 30.11.2008-də 20 manat, 29.12.2008-də 20 manat, 29.01.2009-da 20 manat, 26.02.2009da 20 manat, 23.03.2009-da 20 manat, 04.05.2009-da 20 manat ödənişlər olmuşdur. Bunlardan 415,55 manat ilkin ödəniş, 7008,8 manat qalan ödənişlərdir. İş materiallarına əlavə olunmuş 26.05.2009-cu il tarixli ərizədən görünür ki, X5 “xxxx” ASC-yə aralarında bağlanmış 29.12.2007-ci il tarixli, 5235 №-li alqı-satqı müqaviləsinə xitam verilməsi üçün ərizə ilə müraciət etmişdir. İşdə olan Bakı şəhəri 8 saylı Notariat Kontorunun dövlət notariusu tərəfindən təsdiqlənmiş 21.01.2012-ci il tarixli Qanun üzrə X3 şəhadətnamədən görünür ki, 17.07.2011 -ci il tarixdə vəfat etmiş X2 vərəsələri həyat yoldaşı İddiaçı və oğlu X6r. İş materiallarında olan Bakı şəhər Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən 21.01.1989-cu il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, 21.01.1989cu il tarixdə 21 N-li akt qeydi ilə X5 və X1 nikahı qeydə alınmışdır. Nikah bağlandıqdan sonra tərəflərə Bağırlı soyadı verilmişdir. İş materiallarından “xxxx” ASC ilə İddiaçı arasında 15 mart 2017-ci ildə tərtib edilmiş 1825 saylı aktın 3-cü bəndinə əsasən korporasiya tərəflər arasında bağlanmış müqavilənin ləğv olunduğunu nəzərə alaraq, 5983,92 manat məbləğində pulu cədvələ uyğun olaraq qaytarmağı öhdəsinə götürür. Aktın 4-cü bəndinə əsasən aktın 3-cü bəndində göstərilən məbləğ müştəriyə ödəniləcək t am və yekun məbləğdir və heç bir halda artırıla bilməz. Aktın 5-ci bəndinə əsasən müştəri bu aktı imzaladıqdan sonra korporasiyaya qarşı hər hansı iddia və ya pretenziyasının olmadığını bildirir. Həmin akta əlavə edilmiş “xxxx” ASC ilə İddiaçı tərəfindən imzalanmış hesablama cədvəlinə əsasən müştəri tərəfindən ödənilən məbləğ 7064,35 manat, ilkin ödəniş 415,55 manat, 10 faiz və cərimə çıxıldıqdan sonra qaytarılacaq məbləğ 5983,92 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, mira s qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, “xxxx” ASC ilə B oğlu arasında 29.12.2007-ci il tarixdə mənzillə bağlı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında B oğlu mənzilə görə 415,55 manat ilkin ödəniş, 7008,8 manat qalan ödənişlər olmaqla, pul məbləğləri ödəmişdir. Müqavilənin 5.3-cü bəndinə əsasən alıcı öhdəsinə götürdüyü hər ay ödəməni gecikdirdiyi halda, o zaman onun müqaviləyə əsasən ödəməli olduğu tarixdən etibarən 5 təqvim günü satıcı tərəfindən güzəştli gün kimi təyin edilir. 5 günlük güzəşt müddəti keçdikdən sonra, aylıq ödəniş həyata keçirməzsə, alıcı hər gecikdirilmiş gün üçün gecikdirilmiş aylıq məbləğin 1 faizi məbləğində cərimə ödəməlidir. Müqavil ənin 5.8-ci bəndinə əsasən alıcı tərəfindən müqavilənin icrasında imtina edilməsi hallarında ilkin ödəniş istisna olmaqla, ödənilmiş qalan məbləğ yalnız mənzil satıldıqdan sonra alıcıya qaytarılır. Bu zaman satıcı alıcıya çatası həmin məbləğin 10 faizini mənzilin satılması ilə əlaqədar çəkilən xərclərin əvəzi kimi tutur. X5 26.05.2009cu il tarixdə ərizə ilə “xxxx” ASC-yə müraciət edərək, aralarında bağlanmış 29.12.2007-ci il tarixli, 5235 №-li alqı-satqı müqaviləsinə xitam verilməsini xahiş etmişdir. X5 17.07.2011ci ildə vəfat etmiş, hazırkı iş üzrə İddiaçı mərhumun həyat yoldaşı olmaqla, 21.01.2012-ci il tarixli Qanun üzrə X3 şəhadətnamə əsasında mərhumun vərəsəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredi torun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə k i, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nə zərdə tutur. İş materiallarında olan ödəniş qəbzləri, tərəflərin özlərinin tərtib etdiyi akt əsasında 10 faiz və cərimə çıxıldıqdan sonra qaytarılacaq məbləğ 5983,92 manat müəyyən olunduğundan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbi 11.000 manat maddi zərərin ödənilməsi hissəsində qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 5983,92 manat maddi zərər tutulmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudu r. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fıziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vac ib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyi, “İnsan hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirilməsi ifadə edir. Həmin qər arın 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərın ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarın 8-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı fiziki və mənəvi sarsıntılar keçirməsini, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsini, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olmasını sübuta yetirmək üçün məhkəməyə h eç bir sübut təqdim etmədiyindən, iddia tələbi 3000 manat mənəvi zərərin ödənilməsi hissəsində təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan 291626 və 291628 №-li qaimə fakturalarından görünür ki, İddiaçı tərəfindən Nümayəndə hüquqi xidmə tlərin göstərilməsinə görə 250 manat məbləğində ödəniş edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Nümayəndə kimi hüquqi yardım göstərmək səlahiyyətinə malik olması ilə bağlı sübutlar təqdim olunmadığından, qaimələrə əsasən ödənilən məbləğlərin bank hesabına köçürülməsi öz təsdiqini tapmadığından, iddia tələbi 250 manat hüquqi xidmətə görə ödənilmiş haqqın cavabdehdən tutulması ilə bağlı hissədə təmin oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfin iddia müddəti ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mü lki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında qeyd olunmuşdur ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad edilməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası MM-nin 375.2 maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasınd a tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının tələb etdiyi maddi zərər onun mülkiyyəti hesab olunur. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İd diaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8242/2019 saylı, 01 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar