Məhkəmə qərarları › İş №2(102)-450/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-450/2023

23.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-450/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ İş № 2(102)-450/2023 Açar sözlər: (pul tələbi) Bakı şəhəri, 23 fevral 2023-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1953/2022 nömrəli, 06 sentyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı Rafiq qızı tərəfindən verilmiş kassasiya şikayətinə 23 fev ral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 05 fevral 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X11 vərəsələri: arvadı – İddiaçı oğlu, oğlu – X10, oğlu – X21 və qızı – X4 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 71.44 kv/m olan mənzilə dair vərəsəlik şəhadətnaməsi verilmişdir.

2. Gəncə şəhər İcra Hakimiyyəti başçısının 30 dekabr 2013-cü il tarixli torpaq sahəsi ayrılması haqqında Sərəncamı ilə Gəncə şəhəri, Z.Hacıyev küçəsində yerləşən 50,0 kv.m boş torpaq sahəsində Cavabdeh1 tərəfindən inşa ediləcək mağazanın yerləşdirilməsinə (lahiyələndirilməsinə) icazə verilmişdir. 3. “Expressbank“ ASC-nin xx.xx.2022-ci il tarixli, 001/007/2061/2022 nömrəli Cavabdeh1, Cavabdeh2, İddiaçı Rafiq qızı və X20 tərəfindən həyata keçirilmiş pul köçürmə əməliyyatları barədə çıxarışdan görünür ki, X20 tərəfindən Rusiya Federasiyasından ümumi dövriyyə ekvivalentinə uyğun olaraq xx.xx.2016-cı il tarixdə 6927.3 manat, xx.xx.2016-cı il tarixdə 3085 manat, xx.xx.2017-cı il tarixdə 882 manat, xx.xx.2017-ci il tarixdə 279,3 manat, xx.xx.2017-ci il tarixdə 294 manat, xx.xx.2017-ci il tarixdə 147,5 manat, xx.xx.2017-ci il tarixdə 291 manat, xx.xx.2020-ci il tarixdə 500 manat, xx.xx.2020-ci il tarixdə 250 manat, xx.xx.2019-cu il tarixdə 640 manat, xx.xx.2019-cu il tarixdə 156 manat, xx.xx.2019-cu il tarixdə 200 manat, xx.xx.2019-cu il tarixdə 200 manat, xx.xx.2018-ci il tarixdə 1193,68 manat, xx.xx.2018-ci il tarixdə 600 manat, xx.xx.2018-ci il tarixdə 296 manat, xx.xx.2018- ci il tarixdə 592 manat, xx.xx.2018-ci il tarixdə 272 manat, xx.xx.2018-ci il tarixdə 81, 6 manat olmaqla, ümumilikdə 17.547,88 manat məbləğində pul Cavabdeh2 və xx.xx.2016-cı il tarixdə 578 manat məbləğində pul Cavabdeh1 hesabına köçürülmüşdür.

4. X20 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir, iddiaçı onun arvadı və vərəsəsidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 35.000 manat pulun, habelə ödənilmiş 220 manat dövlət rüsumunun, ümumilikdə 35.220 (otuz beş min iki yüz iyirmi) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdı r ki, 2015-ci ildə cavabdehlər onunla və həyat yoldaşı X20 ilə telefon vasitəsi ilə əlaqə saxlayaraq onlara bildirmişlər ki, ünvan 2 ünvanda mağaza tikdirib gəlir əldə etmək istəyirlər. Lakin, hazırda buna maddi cəhətdən imkanları yoxdur. Ona görə də, demişlər ki, “siz bizə borc pul göndərin biz həmin mağazanı tikdirək, sonra icarəyə verib hər ay pulunuzu göndərərik. Əgər sonda mağaza xoşunuza gəlməzsə mağazanı satıb borc aldığımız pulları qaytaracağıq”. Onlar da, cavabdehlərlə şifahi razılaşmalarına əsasən 2015-ci ildən 2020-ci ilə kimi bank vasitəsi ilə cavabdehlərə 35.000 manat məbləğində pul göndərmişlər. Lakin, sonda həmin mağaza tikilib qurtarmasına və hazırda cavabdehlər həmin mağazadan gəlir əldə etməsinə baxmayaraq indiyə kimi cavabdehlər onlara olan borclarını qaytarmamışlar. Bu səbəbdən o məcbur olub hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məlumat üçün bildirir ki, hazırki iş üzrə cavabdehlər həyat yoldaşı X11 qardaşı və bacısıdır və iddiaçı xeyli müddətdir ki, Rusiya Federasiyasının Maqadan Vilayətinin Maqadan şəhərində yaşayırlar. Həyat yoldaşı X20 xx.xx.2020-ci ildə vəfat edib və xx.xx.2021-ci il tarixdə ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

7. Birinci instansiya məhkəməsinin iclasında izahat verən Cavabdeh2 iddia tələbi ilə razılaşmayaraq bildirmişdir ki, rəhmətlik qardaşı X20 dünyasını dəyişməmişdən qabaq ona vəsiyyət etmişdir ki, ailə sərdabəsi düzəltdirsin və o rəhmətə gedəndən sonra 22.000 manata yaxın qara mərmərdən 6 metr 4 metrəyə sərdabə düzəltdirmişdir. Mərhum qardaşı X20 ona bank vasitəsilə yolladığı pulu e vlərin təmirinə övladının nişan və toyuna, atasının xəstəlik xərclərinə xərcləmişdir. Onlar bacısının adına olan obyektin tikilməsi üçün qardaşı Ceyhundan və ya Şəfadan pul istəməmişlər. Bacısının adına olan obyektin tikilməsinə atası, o və bacısı pul xərcləmişlər. Mağazanın tikilməsinə cəmi 10.000 manat pul xərcləmişlər. İddiaçı onlara qarşı apardığı iddia şər və böhtandır. İddiaçı heç bir yerdə işləməmiş, evdar qadın olmuşdur. Qardaşı onun işləməsinə icazə verməmişdir. X28 şəhərindən Moskva və ya Vladivostok şəhərlərinə topdan mal tikinti materialları almağa gedəndə Şəfaya tapşırmışdır ki, qardaşı Rafiqə evlərin təmiri və s. xərclər üçün pul yollasın. Həmin pulları isə bank vasitəsilə yollamışdır. O da həmin pullar ilə evləri təmir etdirmişdir. Həmin pulları “Ekspress Bank”, “AcsessBan k” və digər adlarını xatırlamadığı banklar tərəfindən müxtəlif vaxtlarda götürmüşdür. Bu səbəbdən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

8. Məhkəmə iclasında digər Cavabdeh1 Cavabdeh2 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək bildirmişdir ki, mağaza onun adına olmuşdur. 2012-ci ildə onun adına olan mağaza sökülmüşdür. Qardaşı Cavabdeh2 həmin pulları “Ekspress Bank”, “AcsessBank” və digər adlarını xatırlamadığı banklar tərəfindən müxtəlif vaxtlarda götürülmüşdür. Qardaşı olan mərhum X20 tərəfindən onlara dəfələrlə pullar göndərilmiş, mərhumun məqsədləri üçün xərclənərək istifadə olunmuşdur. Ümumiyyətlə tikilən mağazadan heç bir gəlir əldə olunmur. Ona görə də iddia tələbini qəbul etmirlər. İddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

9. Məhkəmə iclasında şahid ifadəsi verən X15 bildirmişdir ki, İddiaçı Rafiq qızı onun bacısıdır. İddiaçı ilə cavabdehlərin arasında olan borc məsələsindən onun xəbəri olmuşdur. Belə ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, bacısı Cavabdeh1 və onun həyat yoldaşı mərhum X7 pul istəmişlər. Aybəniz və Ceyhun birgə qazanclarında təxminən 30000-35000 manat Rafiqə qaytarmaq şərti ilə borc olaraq pul göndərmişdir. Əlavə olaraq bildirir ki, bacısı İddiaçı Rafiq qızı 2019-cu ilin sonuna yaxın vaxtlarda digər bacısı X5 500 manat pul istəmiş və həmin pulun Cavabdeh2 ehtiyac olduğunu demişdir. Belə ki, bacısı X17 İddiaçı Rafiq qızına 500 manat pulun Cavabdeh2 vermək lazım olduğunu bildirmişdir. Həmin vaxt onun özünün bir çox xərcləri olduğundan bacısı X17 pulu olmadığını bildirmişdir. Daha sonra bacısı X17 ona zəng edərək p ula ehtiyac olmadığını bacıları olan İddiaçı Rafiq qızı pul tapdığını və Cavabdeh2 yoldaşı Ceyhun tərəfindən pul göndərildiyini demişdir.

10. Məhkəmə iclasında ifadə vermiş digər şahid X17 bildirmişdir ki, İddiaçı Rafiq qızı onun bacısıdır. Bacısının həyat yoldaşı mərhum X20 2020-ci ilin aprel ayında vəfat etmişdir. Onlar burda az müddətdə yaşamış, Rusiya Federasiyasına köçüb orada yaşamışlar. Onlar birgə nikah dövründə dəfələrlə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 pul köçürmələri etmişlər. Belə ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 obyekt tikdirdikləri üçün iddiaçıdan pul istəmişlər. O səbəbdən də dəfələrlə onun bacısı olan İddiaçı Rafiq qızı və onun vəfat etmiş həyat yoldaşı X7 pul istəmişlər. Bir dəfə təxminən 2019-cu ilin sonuna yaxın vaxtlarda bacısı olan İddiaçı Rafiq qızı ondan 500 manat məbləğində pul istəmiş, həmin pulun Cavabdeh2 borc vermək üçün ondan istədiyini bildirmişdir. Onda həmin vaxt pul olmadığından məcbur qalıb o da bu barədə digər bacıları olan X8 məlumat vermiş, iddiaçıya lazım olduğunu bildirmişdir. Bacısı olan X6 da həmin məbləğdə pul olmadığı üçün onlar bacıları İddiaçı Rafiq qızına pul verə bilməmişlər. Sonra isə bacısı ona pul lazım olmadığını və həyat yoldaşı X11 başqa adamdan göndərmək üçün pul tapdığını demişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, İddiaçı Rafiq qızı və onun vəfat etmiş həyat yoldaşı X20 ilə aralarındakı pul köçürmələrinin nə məqsədlə istifadə edəcəkləri özləri bilmişlər.

11. Məhkəmə iclasında ifadə vermiş digər şahid X22 bildirmişdir ki, Cavabdeh2 tanıyır. Onun qardaşı ilə bir sinifdə oxumuşdur. Cavabdehin evində təmir işləri görmüşdür. Ev iki mərtəbəli olmuşdur. Həmin evin ikinci mərtəbəsində 2018-2019-cu illərdə təmir etdirmişdir. Təmir zamanı bahalı divar kağızlarından istifadə olunmuşdur. Həmin zaman 1000 manata yaxın pul xərclənmişdir. Sonra isə evin damında bəzi işlər görülmüşdür. Gəncə şəhəri Avtozavod qəsəbəsində yolun kənarında cavabdehin qardaşı X1 evində işləmişdir. Cavabdeh2 deməsinə görə həmin ev Ceyhuna məxsus olmuşdur. Gəncə şəhəri Avtozavod qəsəbəsində yerləşən evə su çəkmiş, lakin orada aparılan ümumi təmir xərclərinin məbləğini bilmir. Sadəcə usta kimi işləmişdir. Həmin vaxt kombi sistemini də düzəltmişdir, lakin nə qədər əl haqqı aldığını bilmir.

12. Məhkəmə iclasında ifadə vermiş digər şahid X18 bildirmişdir ki, Cavabdeh2 tanıyır. Cavabdehin evində 2018-ci ildə fəhlə kimi işləmiş və X22 ilə birlikdə evin şiferini təmir etmişdir. Başqa heç bir yerdə işləməmişdir.

13. Məhkəmə iclasında ifadə vermiş digər şahid X23 bildirmişdir ki, o, kombi ustasıdır. Cavabdeh2 tanıyır. Gəncə şəhəri Avtozavod qəsəbəsində yerləşən evə kombi çəkmişdir. Həmçinin, Cavabdeh2 məxsus evdə də işləmişlər. Cavabdehin dediyinə görə Gəncə şəhəri Avtozavod qəsəbəsində yerləşən ev cavabdehin qardaşının evi olmuşdur. Həmin təmir işləri üçün 250 manat məbləğində pul almışdır.

14. Məhkəmə iclasında ifadə vermiş şahid X19 bildirmişdir ki, İddiaçı Rafiq qızını tanıyır. İddiaçı X1 ikinci həyat yoldaşıdır. O Ceyhunun ilk nikahından olan övladıdır. İddiaçı Vaqif qızı ilə münasibətləri yoxdur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tanıyır. Onun bibisi və xalasıdır. X3 ilə Cavabdeh2 arasında pulla bağlı olan hər hansı iş məsələsi olmamışdır. 2018-ci ilin sonlarında atası Ceyhun əmisi Rafiqə pul göndərmiş, əmisi Rafiq də onun toy və nişan xərclərini çəkmişdir. xx.xx.2019-cu il tarixdə toyu olmuşdur. Əmisi, o və anası ilə birlikdə cehiz və digər xırda əşyaları gedib almışlar. Onun atası ilə münasibətləri normal olmuşdur.

15. Məhkəmə iclasında ifadə vermiş digər şahid X12 bildirmişdir ki, tərəfləri tanıyır. İddiaçı Rafiq qızı X1 həyat yoldaşıdır. İddiaçı ilə münasibətləri yaxşı deyildir. Ceyhun onun qardaşı olan Cavabdeh2 pul göndərmiş, onlar da sonuncunun evlərini təmir etdirmişdir. 2020-ci ilin dekabr ayında atası vəfat etmişdir. 2008-ci ildə onlar Hüseynov Ceyhuna 20000 ABŞ dolları məbləğində pul göndərmişlər. Ceyhun tərəfindən göndərilmiş pullar ilə onun Bakı və Gəncə şəhərində olan evlərini təmir etdi rmişlər. X1 birinci nikahından doğulmuş X9 2018-ci ildə nişan mərasimi olmuş və 2019-cu ildə isə toy mərasimi olmuşdur. Nişan olan zaman 5000 manat məbləğində xərc çəkilmişdir. ünvan 3 ünvanda yerləşən obyekti atası almışdır. X27 neçənci illərdə və ümumilikdə hansı məbləğdə pul göndərməsini dəqiq bilmir.

16. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin (hakim Z.İmanov) xx.xx.2022-ci il tarixli, 2(043)260/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 578 (beş yüz yetmiş səkkiz) manat və digər Cavabdeh2 isə 17.547,88 (on yeddi min beş yüz qırx yeddi manat səksən səkkiz qəpik) manat məbləğində borc pulun tutularaq, İddiaçı Rafiq qızına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə xərci qismində Cavabdeh1 9.53 (doqquz manat əlli üç qəpik) manat və Cavabdeh2 is ə 110 (bir yüz on) manat alınıb İddiaçı ödənilməsi qət edilmişdir.

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdehlər iddiaçının mərhum əri Ceyhunun qardaş və bacısıdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Gəncə şəhəri, Zülfi Hacıyev küçəsində yerləşən obyektin tikilərək qazanc əldə edilməsi üçün və bir müddət gəlir əldə etdikdən sonra geri qaytarmaq şərti ilə mərhum X7 borc pul istəmişlər. "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş pul köçürmə əməliyyatları barədə çıxarışa əsasən, X30 Rusiya Federasiyasından ümumi dövriyyə ekvivalentinə uyğun olaraq xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixə qədər olan müddət ərzində ümumilikdə 17.547,88 manat məbləğində pul Cavabdeh2 və xx.xx.2016-cı il tarixdə 5 78 manat məbləğində pul Cavabdeh1 hesabına köçürülmüşdür. Daha sonra X20 08 aprel 2020-ci il tarixdə ölmüşdür. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2020-ci ildə vəfat etmiş X11 vərəsələri: arvadı – İddiaçı oğlu, oğlu – X10, oğlu – X21 və qızı – X13 müəyyən edilmişdir. Cavabdehlər borcunu geri qaytarmadığı üçün iddiaçı X30un qanun üzrə vərəsəsi olan arvadı İddiaçı Rafiq qızı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

18. Miras, miras aktivindən və passivindən ibarət olmaqla mirası qəbul etmiş vərəsəyə mirasın aktivindən pay əldə etmək hüququ yaradır. Buna görə də məhkəmə hesab edir ki, X1 arvadı qanun üzrə vərəsəsi olan İddiaçı Rafiq qızı iddia qaldırmaqda haqlıdır.

19. Məhkəmənin sorğusuna əsasən, "xxxx" ASC tərəfindən “Cavabdeh1, Cavabdeh2 - İddiaçı Raf iq qızı və X20” tərəfindən həyata keçirilmiş pul köçürmə əməliyyatları barədə məhkəməyə təqdim edilmiş çıxarışlardan görünür ki, X20 tərəfindən Rusiya Federasiyasından ümumi dövriyyə ekvivalentinə uyğun olaraq xx.xx.2016-cı il tarixdə 6927.3 manat, xx.xx.2016-cı il tarixdə 3085 manat, xx.xx.2017-cı il tarixdə 882 manat, xx.xx.2017-ci il tarixdə 279,3 manat, xx.xx.2017-ci il tarixdə 294 manat, xx.xx.2017-ci il tarixdə 147,5 manat, xx.xx.2017-ci il tarixdə 291 manat, xx.xx.2020-ci il tarixdə 500 manat, xx.xx.2020-ci il tarixdə 250 manat, xx.xx.2019-cu il tarixdə 640 manat, xx.xx.2019-cu il tarixdə 156 manat, xx.xx.2019-cu il tarixdə 200 manat, xx.xx.2019-cu il tarixdə 200 manat, xx.xx.2018ci il tarixdə 1193,68 manat, xx.xx.2018-ci il tarixdə 600 manat, xx.xx.2018-ci il tarixdə 296 manat, xx. xx.2018-ci il tarixdə 592 manat, xx.xx.2018-ci il tarixdə 272 manat, xx.xx.2018-ci il tarixdə 81, 6 manat olmaqla, ümumilikdə 17.547,88 manat məbləğində pul Cavabdeh2 və xx.xx.2016-cı il tarixdə isə 578 manat məbləğində pul Cavabdeh1 hesabına köçürülmüşdür.

20. Həmçinin, "xxxx" QSC-nin məhkəməyə ünvanlandığı məktubdan görünür ki, İddiaçı Rafiq qızı və X20 tərəfindən Cavabdeh1 və Cavabdeh2 hər hansı bir köçürülmə həyata keçirilməmiş və sonrakılar tərəfindən hər hansı pul köçürülməmişdir.

21. Məhkəmə qeyd etmişdir ki, iddiaçının mərhum əri Ceyhun Hüseynovun cavabdehlərə pul göndərməsi faktı cavabdehlər tərəfindən təkzib olunmamışdır. Lakın cavabdehlər göndərilən pulun məbləğini dəqiq qeyd edə bilməmişlər. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehlərə Ceyhun Hüseynov tərəfindən 2016-2020-ci illərdə pul göndərilməsi faktı işin mübahisəsiz halıdır. Lakin cavabdehlər göndərilən pulla cavabdehin mərhum əri Ceyhun Hüseynovun tapşırığına əsasən müəyyən işlər görməsi, bundan başqa onun ölümündən sonra yas mərasiminə xərclədiyini bildirsə də buna dair tutarlı sübutları məhkəməyə təqdim edilə bilməmişlər. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının məhkəmə iclasında sübut etdiyi hissədə iddia əsaslıdır. Başqa sözlə X11 Cavabdeh2 17.547,88 manat, Cavabdeh1 isə 578 manat pul göndərməsi "xxxx" ASC tərəfindən təqdim edilmiş bank məlumatları ilə də təsdiq olunmuşdur.

22. Məhkəmə, cavabdehlər tərəfindən dəvət edilmiş şahid X22, X18 və X16 məhkəməyə verdiyi ifadələrə münasibət bildirərək qeyd etmişdir ki, təmir işlərində iştirak edən ustalar, yəni göstərilən şahidlər hansı evlərdə təmir i şlərinin aparılmasını və nə qədər məbləğdə xərclərin çəkilməsi barədə dəqiq məlumat göstərmədiklərindən onların ifadəsi qeyri müəyyən ifadə kimi qiymətləndirilməli və hər hansı sübut kimi əhəmiyyət kəsb etmədiyindən nəzərə alınmamalıdır. Belə ki, qeyd edilən şahidlərin hansı vaxtlarda təmir işləri aparılması dəqiqləşdirildikdə isə təxminən 2018-2019-cu illərdə işlədiklərini qeyd etmişlər. Bundan əlavə Cavabdeh2 da evində təmir işlərinin aparılmasında iştirak etdiklərini bildirmişlər. Göründüyü kimi, şahid qismində dindirilən ustaların dəqiq olaraq hansı evlərdə, hansı vaxtlarda işlərin görülməsini və nə qədər xərclərin çəkilməsi barədə məhkəməyə dəqiq məlumat verə bilməmişlər. Şahidlər 2018-2019-cu illərdə təmir işlərinin görülməsini bildirmişlər, lakin X30 xx.xx.2016-cı il tarixdən cava bdehə pul göndərməyə başlamışdır. Lakin məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ceyhun Hüseynov tərəfindən göndərilən pul təmir işlərindən xeyli əvvəl cavabdehlərə göndərilmişdir.

23. Həmçinin, məhkəmə, cavabdehlər tərəfindən dəvət edilmiş digər şahidlər X19 və X2 məhkəməyə verdiyi ifadələrə münasibət bildirərək qeyd etmişdir ki, şahidlər heç bir borc məsələsinin olmadığını və X30 tərəfindən göndərilmiş pulun 2018-2019-cu illərdə Ceyhunun birinci nikahından olan X9 nişan və toy mərasimləri üçün 5000 manat məbləğində pulun xərcləndiyini bildirmişlər.

24. Bununla da, məhkəmə cavabdehlərin təşəbbüsü ilə dəvət edilmiş X19 və X2 ifadəsinə də tənqidi yanaşaraq qeyd etmişdir ki, göstərilən şahidlər tərəflər arasında pul mübahisənin olmasını bildirsələr də mübahisənin nəticəsi olaraq X30un obyekt tikilməsi üçün borc müqabilində yox, Ceyhunun birinci nikahından olan qızının (X9) 2018-2019-cu illərdə keçirilən nişan və toy mərasimləri üçün Cavabdeh2 göndərilməsi barədə göstərdikləri xüsusat cavabdehlərlə doğma bacı qardaş, əmi və bibi münasibətində olduğundan, yəni cavabdehlərlə münasibətləri yaxşı olduğundan onların maraqlarının təmin olunması yönümündə verilən ifadə kimi qiymətləndirilməlidir. Məhkəmə həmçinin nəzərə almışdır ki, iddiaçı ilə şahidlər Günel Paşayeva və Gülbəniz Hüseynovanın münasibətləri pisdir.

25. Həmçinin, X1 Cavabdeh1 və Cavabdeh2 35.000 manat pulun (18.125,88 manat hissəsi istisna olmaqla) qalan hissəsinin verməsi ilə bağlı iddia tələbinə münasibət bildirərək məhkəmə qeyd etmişdir ki, iddiaçı qeyd edilən tələbi ilə bağlı məhkəməyə hər hansı bir mötəbər sübut t əqdim etməmiş və bu hal heç bir sübutla öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi pul köçürmələri ilə bağlı çıxarışların və digər sənədlərin əsli və ya notarial qaydada təsdiqlənmiş surəti deyil, yalnız kserosurətləri təqdim edilmişdir ki, bu cür sənəd mülki-prosessual qanunvericiliyin tələbləri baxımından sübut kimi qəbul edilə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir.

26. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1133, 1151, 739, 740, 425, 442, 443, 448, 1091, 1092-ci maddələri, Mülki Prosessual Məcəllənin 14, 77, 78, 88 və 217-ci maddələri, İnsan Hüquqlarının və X14 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiya sı məhkəməsindəki icraat

27. Cavabdehlər apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd olunmasını xahiş etmişlər.

28. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, məhkəmənin iddianın təmin olunduğu hissə ilə cavabdehlər razı deyillər. Belə ki, cavabdehlərin rəhmətlik qardaşları X20 tərəfindən Rusiya Federasiyasından ümumilikdə 17.547,88 manat məbləğində olan pul vəsaitini 2016-2020 illərdə Cavabdeh2 və Cavabdeh1 göndərdiyi pullar borc olaraq göndərilməmişdir. X20 bank vasitəsilə yolladığı pullar borc olaraq yox, evlərin təmirinə, övladının nişan və toyuna, həmçinin atasının xəstəlik xərclərinə görə göndərmişdir. Lakin, məhkəmə həmin pulun təyinatını düzgün müəyyən et məmiş, pulların gah miras əmlak kimi hesab etmişdir, gah borc kimi, gah əsassız varlanma kimi hesab etmişdir. Məhkəmənin 2016-2020-ci illər ərzində göndərilmiş pulun təyinatının dəqiq müəyyən edə bilmişdir və pulun təyinatı üzrə məhkəmənin üç fərqli mövqeyi olmuşdur. Buna görə də hesab edir ki qətnamə ləğv edilməlidir, iddia tələbi də rədd edilməlidir. Məhkəmə X20 ilə cavabdehlər arasında borc münasibətinin olduğunu hesab etmişdir və cavabdehlərin borc öhdəliklərini vaxtında icra etmədiklərinin düşünmüşdür. Lakin tərəflər arasında borc müqaviləsinin mövcudluğu müəyyən edən heç bir razılaşma müəyyən olunmamışdır. İddiaçı cavabdehlərin rəhmətlik qardaşları iddiaçı məhrum əri X20 tərəfindən Rusiya Federasiyasından ümumi 17.547,88 manat məbləğində pul Cavabdeh2 və xx.xx.2016-cı il tarixdə 578 manat Cavabdeh1 2016-2020 illərdə göndərdiyi pulların borc kimi göndərildiyini sübut edə bilməmişdir. Həmçinin, iddiaçı sözügedən pulların tələb etmək üçün subyektiv hüququnun olduğunu da məhkəmədə sübut edə bilməmişdir. Lakin, sadalanan prosessual hüquq normanı pozan məhkəmə iddia tələbini təmin etmişdir. Hesab edir ki, bu posessual huquq normanı pozan məhkəmə sübutların qiymətləndirilməsi zamanı qərəzli olmuşdur. Belə ki, məhkəmə cavabdehlərin təşəbbüsü ilə dəvət edilmiş X19 və X2 ifadələrinə də tənqidi yanaşaraq əsassız saymışdır. Cavabdehlərin rəhmətlik qardaşları X20 tərəfindən Rusiya Federasiyasından ümumi 17.547,88 manat məbləğində pul Cavabdeh2 və xx.xx.2016-cı il tarixdə 578 manat Cavabdeh1 20162020-ci illərdə göndərdiyi pulların təyinatını düzgün müəyyən etməmiş, pulların gah m iras əmlak kimi hesab etmişdir, gah borc kimi, gah əsassız varlanma kimi hesab etməklə qətnamə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır. X11 göndərdiyi pulları evlərin təmirinə, onun övladının nişan və toyuna, həmçinin atalarının xəstəlik xərclərinə və yas mərasiminə xərcləmişlər.

29. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – İ.T.Həsənov (sədrlik edən və məruzəçi), L.S.Süleymanov və A.H.Hüseynzadə) 2(104)-1953/2022 nömrəli, 6 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(043)-260/2022 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməmişdir.

30. Apellyasiya instansiyası məhkəməsi müəyyən etm işdir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş pul məbləğinin iddiaçının həyat yoldaşı tərəfindən göndərilməsi və cavabdehin qəbul etməsi işin mübahisəsiz halıdır. Lakin, kollegiya iddiaçının mərhum əri C.Hüseynov tərəfindən həmin pulların cavabdehlərə borc kimi verilməsinin sübut edilməməsi qənaətinə gəlmişdir.

31. Belə ki, birinci instansiya məhkəməsinin iclasında şahid qismində ifadə vermiş iddiaçının bacıları Gülnar Hüseynova və Günel Məmmədova iddiaçı olan bacıları İddiaçı xeyrinə ifadə verərək, cavabdehlərin mağaza tikintisi üçün X7 borc pul istədiklərini və sonuncunun da 30000-35000 manat cavabdehlərə borc pul verdiyini göstərmişlər. Bununla bağlı kollegiya qeyd etmişdir ki, həmin şahidlər iddiaçının doğma bacıları olmaqla işin həllində maraqlı olmalarına şübhə ya radır. Ona görə də, həmin şahidlərin ifadələri iş üzrə sübut kimi qəbul edilməməlidir.

32. Nəzərə alınmalıdır ki, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

33. İddiaçının təqdim etdiyi sübutlar da MPM-nin 106.1-ci maddəsinə əsasən təhlil olunduqda görünür ki, həmin sübut lar əsaslı şübhədən kənar sübutlar deyildir. Əsaslı şübhədən kənar sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə kollegiyası iddiaçının istinad etdiyi faktik hallara mövcud olmayan hallar kimi qiymət verə bilər.

34. Məhkəmə kollegiyası eyni zamanda bildirmişdir ki, iddiaçı tərəfindən cavabdehlərlə öhdəlik münasibətlərinin yarandığı iddia olunduğuna görə, hazırki vəziyyətdə onların mübahisə anına qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alına bilər.

35. Kollegiyanın 16 avqust 2022-ci il tarixdə keçirilmiş iclasında iddiaçı mərhum həyat yoldaşı tərəfindən göndərilən pulun borc kimi verilməsi ilə bağlı sübut təqdim edə bilməsi üçün kollegiyanın iclasının təxirə salınmasını xa hiş etmiş və sübutun təqdim edilməsinə şərait yaradılması üçün kollegiyanın iclası təxirə salınmışdır. Bundan sonra təxirə salınmış məhkəmə kollegiyasının iclasında iddiaçı tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş Cavabdeh2 razılığı ilə onunla qardaşı Ceyhun Hüseynov arasında olan “CD” diskdə olan audio səs yazısı tərəflərin iştirakı ilə tədqiq edilərək dinlənilmişdir. Həmin “səs yazısı”ndan müəyyən olunur ki, Cavabdeh2 tikinti işlərinin aparılması üçün müvafiq materialların lazım olduğunu və bir dəfəlik pul göndərməsini xahiş etmişdir. X32 isə qarşılığında cavabdehdən həmin tikinti işləri üçün nə qədər pul lazım olduğunu dəqiqləşdirməsini və həftə içi iş günü bank işləyən zaman pul göndərəcəyini bildirmişdir.

36. İddiaçı tərəfindən sübut kimi təqdim edilmiş “səs yazısı”nda Cavabdeh 2 qardaşı X32 ilə aralarında olan danışıq zamanı heç bir borc puldan söhbət getmir. Əksinə, iddiaçının mərhum həyat yoldaşı tərəfindən göndərilən pulun mağazanın tikintisi üçün borc kimi verilməsi faktı iddiaçının sübut kimi istinad etdiyi və kollegiyaya təqdim etdiyi “səs yazısı” ilə təkzib olunmuşdur. Həmçinin cavabdehlər Gəncə şəhəri, Z.Hacıyev küçəsindəki obyekti (mağazanı) 2014-2015-ci illərdə tikib başa çatdırdıqlarını bildirmişlər, lakin iddiaçı həmin tikilinin (mağazanın) 2016-2020-ci illər ərzində tiklməsi ilə bağlı hər hansı bir sübutu məhkəmə kollegiyasına təqdim edə bilməmişdir.

37. Cavabdehin razılığı ilə kollegiyanın iclasında tədqiq olunmuş və səs yazısındakı həmin səsin X32aya məxsus olması iddiaçı və cavabdehlər tərəfindən təsdiqlənmişdir. Eyni zamanda həmin səs yazısı baş qası tərəfindən gizli yazılmamış, iki şəxs arasında könüllü olaraq bir-birinə göndərilən yazıdır və onların etirazı olmadan həmin səs yazısı dinlənilmişdir. Bu qaydada tərtib edilmiş sübutlara güvən daha çoxdur. Ona görə ki, sərbəst səs yazısı göndərən şəxs şüuraltı olaraq ehtimal etməlidir ki, göndərmiş olduğu səs yazısı digər başqa situasiyada istifadə oluna bilər. Ona görə, analoji sübutlar digər sübutlarla birlikdə təsdiq olunduğu təqdirdə mötəbər sübut kimi dəyərləndirilə bilər.

38. Bu mövqedən işin hallarına yanaşıldıqda, iddiaçının vəfat etmiş həyat yoldaşı cavabdehin qardaşı olduğu müəyyən olunur. Bu halda onların arasında qohumluq münasibətlərindən və adətənənədən irəli gələn etimad göstərmək, yardım etmək, borc vermək və sair kimi halların yaranmasına zəmin mövcud olur.

39. Məh kəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının mərhum əri C.Hüseynov tərəfindən cavabdehlərə mağazanın tikilməsi üçün 2016-2020-ci illər ərzində müəyyən vaxtlarda hissə-hissə göndərilən pulların borc kimi verilməsi işin faktiki halları ilə təsdiqini tapmır. Əksinə həmin illər ərzində iddiaçının mərhum əri tərəfindən Cavabdeh2 17547,88 manat göndərdiyi pulların Cavabdeh2 şikayətinin dəlilində və izahatında göstərdiyi işlərin görülməsinə, yəni atalarına məxsus Azərbaycan Respublikasında yerləşən evlərin təmiri və cavabdehin qardaşının birinci nikahdan olan qızı Günel Paşayevanın nişan və toy xərcləri üçün göndərilməsi işin faktiki hallarına daha uyğundur. Belə ki, birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş şahidlər iddiaçının mərhum əri C.Hüseynovun birinci nikahdan olan qızı Günel Paşayeva, sonuncunun bacısı G.Hüseynova, eləcə də, iddiaçının ərinin və cavabdehin atasının mülkiyyətində olan evində usta işləmiş E. Əhmədov, İ.Fətdahi və E.Zeynalov həmin faktı təsdiq etmişlər.

40. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi şahid qismində dindirilmiş iddiaçının mərhum əri C.Hüseynovun birinci nikahdan olan qızı Günel Paşayeva və sonuncunun bacısı Gülnar Hüseynovanın ifadələrinə cavabdehlərlə qohumluq münasinətində olmaları səbəbindən tənqidi yanaşmaqda haqlı olmamışdır. Belə ki, şahid G.Paşayeva iddiaçının mərhum əri C.Hüseynovanın qızı, digər şahid G.Hüseynova isə sonuncunun bacısıdır. Göründüyü kimi, hər iki şahid iddiaçının vərəsəsi olduğu ərinin və cavabdehin yaxın qohumlarldır. Ona görə də, həmin şahidlərin verdiyi if adələr cavabdehlərin maraqlarının təmin olunması kimi qiymətləndirilməməli və həmin şahidlərin ifadələri sübut kimi qəbul edilməlidir.

41. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə şahid qismində dindirilmiş E. Əhmədov, İ.Fətdahi və E.Zeynalovun ifadələrini qeyri-müəyyən ifadələr kimi qiymətləndirməkdə haqlı olmamışdır. Belə ki, həmin şahidlər iddiaçının mərhum ərinin və cavabdehin atasının mülkiyyətində olan evində 2018-2019-cu illərdə usta kimi işlədiklərini və həmin evdə müxtəlif işlər gördüklərini bildirsələr də, işə baxan məhkəmə şahidlərin görülmüş işlərin xərcinin hansı məbləğdə olması barədə məlumatlarının olmadığı səbəbindən həmin ifadələrə qeyri müəyyən ifadələr kimi qiymət verərək sübut kimi qəbul etməmişdir. Bununla bağlı, ko llegiya nəzərə çatdırır ki, həmin şahidlərin evlərin təmirinə çəkilmiş xərclərin hansı məbləğdə olmasını bilməmələri əsas şərt deyil, əsas şərt ondan ibarət olmuşdur ki, həmin şahidlər gördükləri işlər barədə ətraflı ifadələr vermişlər. Ona görə də, kollegiya hesab edir ki, həmin şahidlərin verdiyi ifadələr iş üzrə sübut kimi qəbul olunmaqla, digər sübutlarla birgə qiymətləndirirlməlidir.

42. Məhkəmə kollegiyası həmçinin iddiaçının mərhum əri C.Hüseynov tərəfində cavabdeh olan bacısı Cavabdeh1 xx.xx.2019-cu il tarixdə 568 manat məbləğində pulun borc kimi verilməsi dəlili ilə bağlı qeyd edir ki, həmin məbləğin iddiaçının mərhum əri tərəfindən bacısı Cavabdeh1 borc kimi verilməsi inandırıcı deyil, əksinə sonuncunun izahatında göstərdiyi kimi, yəni qardaşının ona yeni il bayramı münasibətilə xərclik kimi göndərməsi daha da inandırıcıdır.

43. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 386, 739, 385, 425, 442-ci maddələri, xx.xx.2016cı il tarixədək qüvvədə olan Mülki Məcəllənin 740, 406-cı maddələrinə, Mülki Prosessual Məcəllənin 14, 77, 88 və 217-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

44. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

45. Kassasiya şikayətinin əsaslandırılması kimi qeyd olunmuşdur ki, mübahisəli məbləğ iddiaçının mülkiyyətidir və məhkəmə qanunsuz olaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarmışdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu madd ələrinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin, Mülki Məcəllənin 21, 152, 157, 448, 1091, 1092, 1097 və 1115-ci maddələrinin tələblərini pozmuşdur. Məhkəmənin qənaətinə görə iddiaçı və onun mərhum həyat yoldaşı tərəfindən cavabdehlərə göndərilmiş pul vəsaitləri evlərin təmiri üçün xərclənmişdir. Lakin məhkəmə kollegiyası qətnaməsində hansı əsasa və hansı sübuta istinad edərək bu qənaətə gəldiyini, belə bir sübutun olmadığı halda nə üçün ondan istifadə etdiyini əsaslandıra bilməmişdir. Cavabdehlər həmin pulların guya iddiaçıya məxsus evlərin təmiri üçün göndərildiyini bildirsələr də, buna dair məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişlər. Buna baxmayaraq məhkəmə cavabdehlərin ifadələrinə istinad edərək iddia tələbini rədd etməklə Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinin tələblərini pozmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

46. Cavabdehlər kassasiya şikayətinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin əsassız olduğundan təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

47. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyini əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

48. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

49. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

50. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

51. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

52. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

53. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

54. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

55. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

56. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

57. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

58. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının h ədləri

59. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

60. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

62. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

63. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və bu barədə məhkəm ənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

64. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

65. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Rafiq qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1953/2022 nömrəli, 06 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar