Məhkəmə qərarları › İş №2(102)-4500/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4500/2020

01.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4500/2020 01.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xxx nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin (hakim N.Abıyev) xx.xx.2017-ci il tarixli, xxx nömrəli qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “müqavilə üzrə borc tələbi və borc un ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası təmin edilərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cu il tarixli, 122211-CNS-3103 saylı avtomobil krediti müqaviləsinin ləğv edilməsi, Cavabdeh 13.924,68 ABŞ dolları məbləğində əsas, 1.480,03 ABŞ dolları məbləğində faiz borcu və 36,12 ABŞ dolları məbləğində cərimə, cəmi 15.440,83 ABŞ dolları məbləğində pulun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh məxsus “Kia Sportage” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması və avtomobilin satışından əldə edilən pul vəsaiti hesabına 15.440,83 ABŞ dolları məbləğində pulun ödəniş gününə Azərbaycan Res publikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla İddiaçı ASC-yə ödənilməsi, qalan vəsaitin isə Cavabdeh qaytarılması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manatın Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər F.Məmmədov, T.Məmmədov, S.Qafari) xx.xx.2020-ci il tarixli, xxx nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsininxx.xx.2017-ci il tarixli, xxx nömrəli qətnaməsinin dəyişdirilməsi, “Kia Sportage” markalı (mühərrik: G4NADU192894, BAN: KNAPC81ADE7554844, buraxılış ili: 2013, rəng: tünd boz metal), ** GS *** dövlət nömrə nişanlı avtomobilin ilkin satış qiymətinin 21000 manat müə yyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 150 manatın Cavabdeh alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, İpoteka predmetinin qiymətləndirilməsi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 500 manatın Cavabdeh alınaraq “S-X1 Mərkəzi” MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı ASC Cavabdeh qarşı “avtomobil krediti müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2016-cı il tarixə banka borclu olduğu 13.924,68 ABŞ d olları məbləğində əsas borcun, 1.480,03 ABŞ dolları məbləğində faizin və 36,12 ABŞ dolları məbləğində cərimənin, cəmi 15.440,83 ABŞ dolları pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilməsi, tələbin Cavabdeh mülkiyyət hüququ əsasında məxsus olan və banka ipoteka qoyulmuş, ipoteka predmeti olan “Kia Sportage” markalı, ** GS *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh İddiaçı ASC-yə olan borcunun və dövlət rüsumunun ödənilməsi, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 122211-CNS-3103 saylı, xx.xx.2014-cü il tarixli “Avtomobil krediti müqaviləsi”nin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yux arıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh və vəkili Mahmudov Elmin Polad oğlu kasasiya şikayətini onunla əsaslandırmışlar ki, cavabdeh borc məbləği ilə razı deyildir. İş üzrə məhkəməmühasibatlıq ekspertizası keçirilmiş, ekspert bir qədər də irəli gedərək borcu daha 2000 ABŞ dolları artırmışdır. Qətnamədə tutulmalı kredit borcu real borcu əks etdirmir. Dəfələrlə məhkəmə iclaslarında iddiaçı bankın nümayəndəsinə təklif etmişlər ki, krediti manata keçirsinlər və ya 21000 manat ödəməklə öhdəliklərə xitam verilsin. Lakin bank bununla razılaşmamışdır. Tutmanın ipoteka predmetinə yönəldilməsi barədə tələb də əsassızdır. Çünki bank kreditlə bağlı borcluya qanuni və ağlabatan güzəşt tətbiq edərsə, borc ödəniləcək və əlavə tə minat kimi nəzərdə tutulmuş tədbirlərə zərurət qalmayacaqdır. Apelyasiya məhkəməsi ondan əmtəəşünaslıq ekspertizası keçirilməsi xahiş edilmədiyi halda əmtəəşünaslıq ekspertizası keçirmiş və ekspertiza xərcini cavabdehdən tutmuşdur. İpoteka predmetinin qiymətləndirilməsi ilə ekspert deyil, bu işdə mötəbər və səriştəsi olmayan hər hansı MMC qiymətləndiricisi məşğul olmuşdur. Bu tip avtomobil bazarda hazırda 26000-27000 manatdır. Bunu Turbo.az portalına girməklə asanlıqla müəyyən etmək mümkündür və əlavə sübuta ehtiyac yoxdur. 21000 manat ipoteka predmetinin real qiymətini əks etdirmir. Beləliklə, məhkəmə kollegiyası mübahisəni düzgün həll etməmiş, işə birtərəfli qaydada yanaşmışdır. Göstərilənlərə əsasən onlar iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarix li, xxx saylı qətnaməsinin ləğv olunması və işin yeni apelyasiya baxışına qaytarılması qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı ASC-nin səlahiyyətli nümayəndəsi, Cavabdeh və vəkili Mahmudov Elmin Polad oğlu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respubİikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apely asiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq tələb edilən borc məbləğinin düzgün hesablanıb-hesablanmamasının müəyyənləşdirilməsi üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26234 saylı xx xxxxxx 2019-cu il tarixli rəyi ilə müəyyən edilmişdir ki, iddiaçı bank tərəfindən kredit müqaviləsi üzrə tələb edilmiş əsas və faiz borc məbləği cavabdeh tərəfindən ödənilmədən qalmışdır və həmin borc məbləğinin tələb edilməsinin hüquqi əsasları vardır. Ekspert rəyindən müəyyən edilir ki, əsas borc və faiz borcu tələbdən çoxdur. Apelyasiya kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsin ə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Apelyasiya şikayətinin ABŞ dollarının məzənnəsinin Azərbaycan manatına nisbətdə dəyişməsi ilə cavabdehin öhdəliyi ondan asılı olmayan səbəblərdən icra etməməsi ilə bağlı dəlili ilə əlaqədar apelyasiya kollegiyası qeyd etmişdir ki, Mülki Məcəllənin 422.1-ci maddəsinə əsasən, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümu miyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxxxx 2018-ci il tarixli Qərarına əsasən,Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin mənasına uyğun olaraq, Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz. Qərarda həmçinin göstərilmişdir ki, man atın məzənnəsinin dəyişməsini tərəflər üçün gözlənilməz olan və ya qabaqcadan görmək mümkün olmayan hal kimi qiymətləndirmək olmaz. Belə ki, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 5.0.3-cü maddəsinə əsasən, Mərkəzi Bank manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsini mütəmadi müəyyən edir və elan edir. Göründüyü kimi, manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin mümkünlüyü qanunvericilikdə təsbit edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsinə dair tələbin əsassız olması barədə apelyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5-ci maddəsinə əsasən, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən, əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi n əticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil edilməklə tam həcmdə təmin edilir. Həmin Qanunun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən, borclu tərəfindən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Həmin Qanunun 39.3.3cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tu tmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “S-X1 Mərkəzi” MMC-nin xx xxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, “Kia Sportage” markalı (mühərrik: G4NADU192894, BAN: KNAPC81ADE7554844, buraxılış ili: 2013, rəng: tünd boz metal), ** GS *** dövlət nömrə nişanlı avtomobilin hazırkı vəziyyəti nəzərə alınmaqla bazar qiyməti 21000 manat təşkil edir. Apelyasiya kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsində ipoteka predmeti olan əmlakın hərrac yolu ilə satıldıqda ilkin satış qiyməti əks etdirilməmişdir. Bu səbəbdən də, ipoteka predmetinin ilkin satış qiyməti alınmış rəyə uyğun olaraq 21000 manat müəyyən edilməklə qətnamədə əks etdirilməlidir. Kasasiya kollegiyası, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə əsasən eynilik təşkil etmişdir. Cavabdeh kasasiya şikayətində borc məbləğinin ekspert tərəfindən düzgün müəyyən edilmədiyini göstərsə də, borcun düzgün hesablanmaması barədə hər hansı mötəbər sübuta istinad edə bilməmişdir. Əksinə müəyyən edilmişdir ki, cavabdehin əsas və faiz borcu ödənilməmiş qalmışdır. İpoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsi, ipoteka predmetinə yönəldilmənin qanunsu olması barədə dəlilə gəldikdə isə qeyd edilm əlidir ki, qanunvericilikdə ipoteka predmetinin ekspert və ya mütəxəssis tərəfindən qiymətləndirilməli olmasına dair hər hansı məcburi göstəriş mövcud deyildir. İlkin satış qiyməti ilə bağlı istinad edilmiş Turbo.az portalı üzrə qiymətlərə gəldikdə isə qeyd edilməlidir ki, hər bir şəxs öz şəxsi istəyi ilə müəyyən etdiyi qiyməti öz avtomobili üçün təyin edib onu istənilən elan səhifəsində yerləşdirə bilər. Lakin bu o demək deyildir ki, həmin qiymət hər hansı markalı avtomobil üzrə bazar qiyməti hesab edilə bilməz. Odur ki, cavabdehin bu istinadı da sübut kimi nəzərə alına bilməz. Ümumilikdə kasasiya yoxlaması zamanı da apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xxx nömrəli qətnamə si dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar