Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4500/2023 25.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: borc tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-775/2023 nömrəli, 10 avqust 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 25 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları 1. 08 fevr al 2021-ci il tarixli yazılı “Borc müqaviləsi”nə əsasən Cavabdeh İddiaçı 2 ay müddətinə qaytarmaq şərti ilə 15000 manat borc almışdır. Müqavilədə hər iki şəxsin adının qarşısında imzalar vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh 15000 manat pul və 136 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ondan 08 fevral 2021-ci il tarixdə 15000 manat borc pul istəmişdir. O, da Cavabdehla razılaşıb, ona 2 ay müddətinə 15000 manat borc pul vermişdir. Cavabdeh 2 ay müddətində borcunu qaytaracağı barədə öhdəlik götürsə də, verdiyi vədinə əməl etməmiş, müqavilə üzrə öhdəliklərini pozaraq borcunu geri qaytarmamışdı r.
4. Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, o, Bəxtiyara özünün işini görməsi üçün şifahi razılaşma əsasında 2500 manat vermişdir. Həmin işin görülməsi ilə bağlı İddiaçı ona bir neçə kağıza imza etdirmiş, onun hüquqi savadı olmadığına görə hesab etmişdir ki, işlərinin görülməsi ilə bağlı sənədə imza edir. Sonradan ona məlum olmuşdur ki, İddiaçı 15000 borc pul alması barədə borc müqaviləsinə imza etmişdir. 8 fevral 2021-ci il tarixli yazılı “Borc müqaviləsi”ndə olan imza ona məxsusdur, lakin hesab edir ki, İddiaçı saxtakarlıq etmiş, onu aldatmışdır.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin sənədlərin məhkəmə-texniki ekspertizasının 16 noyabr 2022-ci il tarixli, 5/1299 saylı ekspert rəyində qeyd olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında bağl anmış xx.xx.2022ci il tarixli borc müqaviləsinin mətni əvvəl çap edilmiş, sonra isə əl yazı və imzalar icra edilmişdir.
6. Masallı Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 2(050)-40/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 15000 manat və dövlət rüsumuna görə ödənilmiş 136 manat olmaqla, cəmi 15136 manat pulun alınaraq İddiaçı ödənilməsi, məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 62 manat məbləğində pulun Cavabdeh tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
7. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında etibarlı yazılı “Borc” müqaviləsi bağlanmış, cavabdeh üçün həmin müqavilə əsasında borclu kimi mülki hüquq və vəzifələr yaranmışdır. Cavabdeh həmin müqavilə üzrə icranı gecikdirdiyi ü çün öhdəliyin şərtlərini pozmuşdur, ona görə də, iddiaçı 15000 manat pul tələbində haqlıdır.
8. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh məhkəmə iclasında vermiş olduğu izahatında ağ kağıza imza etməsini, iddiaçıdan 15000 manat borc pul almadığını bildirsə də, həmin halları sübuta yetirə bilməmişdir.
9. Həmin müqavilənin etibarsızlığı üçün digər hər hansı hal müəyyən edilmədiyi üçün iddia əsaslı hesab olunmalıdır.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 427.3, 442, 445.2, 739.1, 740.1 və 740.2-ci maddələrinə istinadla əsaslandırmışdır. a) Apellyasiya instansiyası məhkəməsində icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş dir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Masallı rayonunda qeydiyyatda olmaqla yaşayır. Masallı rayonunda yerləşən Köhnə Bazar adlanan yerdə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. İddiaçı Bəxtiyar Həsənovu uzun müddətdir ki, tanıyır. Dəfələrlə ondan alver etmişdir. 2020-ci ildə özü ona təklif edərək uşağını anasının adına keçirə biləcəyini demişdir. O da iddiaçı ilə razılaşaraq sənədləri toplayıb ona vermişdir. Üzərindən 1 ay keçdikdən sonra sənədlərini qeydiyyata aldığını və bu iş üçün ona 2500 manat pul verməli olduğunu bildirmişdir. O da iddiaçı ilə razılaşaraq 2020-ci il tarixdə iddiaçıya 2500 manat pul vermişdir. Üzərindən iki il keçməsinə baxmayaraq işinin alınmadığını görüb iddiaçıdan pulunu istəmişdir. İddiaçıdan pulunu istədikdən 15 gün sonra ona məhkəmədə n bildiriş gəlmişdir. İddiaçı onu 15000 manat pul tələbi barədə məhkəməyə vermişdir. İddia ərizəsinə əlavə olunmuş borc müqaviləsindəki imza nümunəsi onun imzasıdır. Lakin 2020-ci ildə iddiaçı sənədləri düzəldirmiş kimi ona 1 ədəd boş A4 kağızına imza etdirmişdir. İmza etdiyi həmin kağızı borc müqaviləsi kimi doldurmuş və məhkəməyə təqdim etmişdir. Mülki iş üzrə təyin edilmiş ekspertiza ilə razı deyil. O məhkəmə iclasında dəfələrlə şifahi vəsatət verərək mülki iş üzrə məhkəmə komission ekspertizasının təyin edilməsini xahiş etsə də, məhkəmə heç bir əsas gətirmədən vəsatətlərini rədd etmişdir. Məhkəmə işi düzgün araşdırmamış, onun hüquqlarını kobud şəkildə pozmuşdur. İşin faktiki hallarına qiymət verməmiş, onunla iddiaçı arasında ümumiyyətlə borc müqaviləsinin olmamasını araşdırmamışdır. O heç vaxt iddiaçıdan borca pul götürməmişdir. Həmin borc müqaviləsinin bağlandığı ildə də onun banka kredit borcu olmuşdur. Yəni, o işi ilə əlaqədar bütün kreditləri Bankdan götürmüşdür. Məhkəmə işin çətinliyini və ekspertizanın mürəkkəbliyini nəzərə almamış, ekspertizanın aparılmasını bir ekspertə həvalə etmişdir. Vahid məhkəmə təcrübəsinə əsasən belə mürəkkəb ekspertizaların aparılması ən azı 2-3 ekspertə həvalə edilir. O şifahi vəsatətlərini iş üzrə ekspertiza təyin olunmamışdan əvvəldə də, sonra da vermişdir. Hakim isə bütün vəsatətlərini rədd etmişdir. Məhkəmə qətnaməsində ancaq borc müqaviləsinə istinad etmiş, lakin onunla iddiaçı arasında borc müqaviləsinin olmamasına dair heç bir araşdırma aparmamışdır. Məhkəmə, işin obyektivliyi naminə məhkəmə komission ekspertiza təyin etməli oldu ğu halda etməmiş, işin faktiki hallarına düzgün qiymət verməmişdir. Heç bir hüquqi əsası olmayan borc müqaviləsinə istinad etmişdir. O, borc müqaviləsi ki, ümumiyyətlə olmamış və iddiaçı ona pul verməmişdir.
13. Ədliyyə Naziriyi Məhkəmə Ekspertizası Mərkəzinin sənədlərin məhkəmətexniki ekspertizasının 25 iyun 2023-cü il tarixli, 5/828 saylı ekspert rəyində - tədqiqata təqdim edilmiş 08 fevral 2020-ci il tarixli borc müqaviləsində əvvəl çap mətni (o cümlədən mətnin içərisində olan xətlər) çap edilmişdir, daha sonra əlyazmalar (o cümlədən “15 min manat (on beş min manat)”, “imzanı mən Cavabdeh özümi yazılı olarak bildirirəm” yazılar) və imzalar icra edilmişdir- qeyd olunmuşdur. Ekspertiza xərci 70 manatdır.
14. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-775/2023 nömrəli, xx.xx. 2023-cü il tarixli qətnaməsinə əsasən (hakimlər - Cahid İmanov (sədrlik edən və məruzəçi), Tale Kərimov və Muşfiq Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 2(050)-40/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış və ekspertiza xərci olan 70 manat pulun cavabdehdən alınaraq dövlət büdcəsinin hesabına ödənilməsi qət edilmişdir.
15. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında borcla bağlı hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı 2 ay müddətində qaytarmaq şərti ilə cavabdeh 15000 manat borc pul vermişdir. Cavabdeh həmin pulu qısa zamanda iddiaçıya geri qaytardığını bildirir, lakin qaytarması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
16. Qeyd olunanlara əsasən məhkəmə kollegi yası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3, 442, 448.1, 739 və 740-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək Şirvan Apell yasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-775/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilərək işin yenidən araşdırılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, məhkəmələr iş üzrə sənədlərin texniki ekspertizasını təyin etmiş, ekspertlər əsassız olaraq onun əleyhinə rəy vermişlər. O, iddiaçı ilə ümumiyyətlə borc müqaviləsi bağlamamışdır. İstər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya məhkəməsi işə səthi yanaşaraq borc müqaviləsindəki imzanın ona aid olmasını əsas gətirərək iddia tələbini təmin etmişlər. O, məhkəmə iclaslarında imzanın ona aid olmamasını heç vaxt inkar etməmiş, lakin boş kağıza im za etdiyini, müqavilə kağızına imza etmədiyini bildirmişdir. İddiaçı bilə-bilə məhkəmə iclaslarına heç vaxt gəlməyərək məhkəmə tərəfindən işin faktiki araşdırılmasına maneələr yaratmışdır. Məhkəmələr isə iddiaçının məhkəmə iclasında iştirakını zəruri hesab etməyərək belə bir ədalətsiz qətnamə qəbul etmişlər. Çıxarılmış qətnamə onun maddi hüquqlarını kobud şəkildə pozmuşdur. b)
20. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcl udan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
22. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
23. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
24. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2- ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.
25. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
26. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır.
27. Maddə
740. Borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Mülki Prosessual Məcəllə
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və ka ssasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
36. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasi ya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyindən məhkəmənin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Cavabdehin kassasiya şikayətində göstərdiyi dəlillər apellyasiya şikayətində də irəli sürülmüş, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun huquqi qiymət verilmişdir, məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.
41. Odur ki, qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-775/2023 nömrəli iş üzrə 10 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.