Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4501/2023 29.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: forma və məzmun tələblərinə cavab verməyən kassasiya şikayətinin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin 05 oktyabr 2023-ci il tarixli, 2(106)-1512/2023 saylı qərardadından Cavabdeh tərəfindən ver ilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2019-cu il tarixli, 63/099137 saylı kredit müqaviləsi üzrə 13987.22 manat əsas borc, 1096.77 manat faiz borcu, 7661.97 manat cərimə olmaqla, cəmi 22735.96 manat, iddia qaldırmaq üçün ödənilmiş 159,0 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 135 manat dövlət rüsumu, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətində olan İmişli rayonu, Şahverdili kəndində yerləşən 0.26 ha torpaq sa həsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə, İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən 1,2634 ha torpaq sahəsinə və İmişli rayonu, Bəhrəməpə qəsəbəsində yerləşən 0.6316 ha torpaq sahəsinə yönəldilərək ipoteka predmetinin açıq hərracdan satılmasından əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi və ipoteka predmeti satıldıqdan sonra en geci bir ay ərzində vahid daşınmaz əmlak obyektinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İmişli Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, 2(036)-102/2023 saylı qətnaməsi ilə (hakim Ülvi Qənbərov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh xx.xx.2019-cu il tarixli, 63/099137 saylı kredit müqaviləsi üzrə 13987.22 manat əsas borc, 1096.77 manat faiz və 20 manat cərimə, 294 man at dövlət rüsumunun tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, İmişli rayonu, Şahverdili kəndində yerləşən 0.26 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə, İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən 1,2634 ha torpaq sahəsinə və İmişli rayonu, Bəhrəməpə qəsəbəsində yerləşən 0.6316 ha torpaq sahəsinin açıq hərracdan satılaraq satışdan əldə olunmuş vəsaitin borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmeti olan İmişli rayonu, Şahverdili kəndində yerləşən 0.26 ha torpaq sahəsi olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 55.000 manat, İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən 1,2634 ha torpaq sahəsinin ilkin satış qiymətinin 11.500 manat, İmişli rayonu, Bəhrəməpə qəsəbəsində yerləşən 0.6316 ha torpaq sahəsi nin hərracdan ilkin satış qiymətinin 6000 manat müəyyən edilməsi, Şahverdili kəndində yerləşən 0.26 ha torpaq sahəsində yerləşən 170.8 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda Cavabdeh, X3, X5, X2, X6 və X1 bir ay müddətində həmin mənzildən çıxarılması qət edilmişdir.
3. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
4. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1512/2023 nömrəli, 05 sentyabr 2023-cü il tarixli qərardadı ilə (hakimlər Tofiq Heydərov (sədrlik edən və məruzəçi), İlham Əsədov və Tale Kərimov) birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və mülki işin İmişli Rayon Məhkəməsinə göndərilməsi q ərara alınmışdır.
5. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti cavabdeh tərəfindən imzalanmamış, dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz əlavə edilməmişdir. Həmçinin apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir.
6. Qərardaddan narazı qalan Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə kassasiya şikayəti vermişdir.
7. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1512/2023 nömrəli, 05 oktyabr 2023-cü il tarixli qərardadı ilə (hakimlər Tofiq Heydərov (sədrlik edən və məruzəçi), İlham Əsədov və Tale Kərimov) cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Ca vabdeh tərəfindən verilmiş apellyasiya şikayətində Mülki Prosessual Məcəlləsinin 407.1.3-cü maddəsinin tələbinə riayət edilməmişdir. Həmin maddəyə əsasən şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti kassasiya şikayətində göstərilməlidir. Lakin cavabdehin nümayəndəsi və vəkili tərəfindən verilmiş kassasiya şikayətində şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı düzgün göstərilməmiş, şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı Bakı Apellyasiya Məhkəməsi göstərilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
9. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işin yenidən apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsinin qərardadından verilmiş kassasiya şikayətində AzərbaycanRespublikasıMPM-nin 407.1.1-407.1.4- cü maddələrində nəzərdə tutulmuş kassasiya şikayətinin formasına, məzmununa riayət edilmiş və kassasiya şikayətinə əlavə edilən sənədlər göstərilmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
12. Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir: … 407.1.3. şikayət olunan məhkə mə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti; 407.1.4. şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması.
13. Maddə
408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 408.1.5. kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə; 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır. 408.5. Bu Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər.
14. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
15. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası m əhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
16. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına də lalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.
17. Hazırki kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qərardadının tam ləğvi xahiş edildiyinə görə apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş materialları həmin məhkəməyə göndərilməlidir.
19. Məhkəmə kollegiyası baxılan şikayətlə bağlı hüquqi məsələlərə giriş olaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apelyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.
20. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və qanunla müəyyən olunmuş prosessual şərtlər mövc ud olduqda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri MPM-nin 407-ci maddəsində kassasiya şikayətinin forma və məzmununa dair dair tələblərdir. Həmin normada kassasiya şikayətində şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmetinin göstərilməsi tələb olunur.
21. Baxılan iş üzrə də apellyasiya instansiyası məhkəməsi MPM-nin 409-cu maddəsində müəyyən olunmuş vəzifələrindən irəli gələrək kassasiya şikayətinin bu tələblərə cavab verməsini yoxlamış, kassasiya şikayətində şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adının səhv yazıldığını əsas gətirilərək, kassasiya şikayəti geri qa ytarılmışdır.
22. Həqiqətən də kassasiya şikayətinin “Barəsində şikayət verilən məhkəmə qətnaməsi və ya qərardadı” bölməsində qərardadı qəbul etmiş məhkəmənin adını “Bakı Apelyasiya Məhkəməsi” yazmışdır.
23. Lakin məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən prosessual normalar ciddi tətbiq olunmuşdur. Belə ki, kassasiya şikayətinin rekvizitlər hissəsində, barəsində şikayət verilən məhkəmə qərardadını qəbul etmiş məhkəmənin adının “Şirvan Apelyasiya Məhkəməsi” göstərilməli olduğu halda “Bakı Apelyasiya Məhkəməsi” yazılması şübhəsizdir. Lakin kassasiya şikayətinin “Kassasiya şikayəti verən şəxsin tələbi” adlanan 9-cu bölməsində kassator “Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 oktyabr 2023-cü il tarixli 2(106)-1512/2023 nömrəli qərardadın ın ləğv olunmasını” xahiş etmişdir. Həmçinin kassasiya şikayətinin əsaslandırıcı hissəsində də “Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 oktyabr 2023-cü il tarixli 2(106)-1512/2023 nömrəli qərardadının” adı çəkilir, həmin qərardadın məzmunu təhlil olunaraq, qərardadın əsassızılığına dair kassatorun dəlilləri açıqlanır.
24. Nəzərə alınmalıdr ki, kassasiya şikayətinin məzmununa dair irəli sürülən tələblər, “barəsində şikayət verilən məhkəmə qərardadını qəbul etmiş məhkəmənin adı”nın göstərilməsinə aid hissədə ona xidmət edir ki, şikayətin məzmunu, işə baxacaq məhkəməyə baxılmalı olan obyekti dəqiq müəyyən etməyə imkan versin. Bu baxımdan, hazırki (xx.xx.2023-cü il tarixli) kassasiya şikayətinin məzmunu üzrə aparılan yoxlama əsasında şikayətin məhz Şirvan Apellyasiya Məhkəməsin in Mülki Kollegiyasının 05 oktyabr 2023-cü il tarixli 2(106)-1512/2023 nömrəli qərardadından verildiyini şübhə yeri qalmadan müəyyən etmək mümkündür.
25. Məhkəmə kollegiyası xatırladır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında məhkəmə əlçatanlığı prinsipi ilə bağlı mövqeyini bildirmişdir. Avropa Məhkəməsi qeyd etmişdir ki, prosessual normaların tətbiqi zamanı məhkəmələr tərəfindən icraatın ədalətliliyinə mənfi təsir edə biləcək ifrat formallıqdan qaçılmalıdır. Prosessual normaların ciddi tətbiqi bəzən məhkəməyə əlçatanlıq hüququnun əsl mahiyyətinə xələl gətirə bilər (Valçli Fransaya qarşı iş üzrə 2007-ci il 26 iyul və Laberger Fransaya qarşı iş üzrə 2006-cı il 26 sentyabr tarixli Qərarlar).
26. Avropa Məhkəməsi Puaro Fransaya qarşı iş üzrə 2011-ci il 15 dekabr tarixli Qərarında isə məhkəmələr tərəfindən müvafiq prosessual normaların həddən artıq formal tətbiqi ilə ərizəçinin məhkəməyə müraciət etmək hüququna qeyri-mütənasib yanaşıldığını göstərmiş, bununla da Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir
27. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı deyildir. Buna görə kassasiya şikayəti təmin olunmalı, qərardad ləğv edilməklə, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir.
28. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin 05 oktyabr 2023-ci il tarixli, 2(106)-1512/2023 saylı qərardadı ləğv edilsin və mülki iş sonrakı prosessual hərəkətlərin edilmə si üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.