Məhkəmə qərarları › İş №2(102)-4502/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4502/2020

15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4502/2020 15.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(060)-9244/2017 saylı qətnaməsi ilə (hakim N.Abıyev) iddia təmin edilmişdir. Sumqayıt A pellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər G.Tağızadə (sədrlik edən, məruzəçi), L.Məmmədova və A.Abbasov, 2(105)976/2020 saylı mülki iş) hazırki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(060)-9244/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit və ona hesablanmış faizlərin qaytarılması tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış xx xxxx 2015-ci il tarixli nağd pul layihəsi müqaviləsinə əsasən, Bank borcluya 66 ay müddətinə illik 23% olmaqla, 12.941 ABŞ dolları məbləğində kredit vermişdir. Hazırda borclu «ödəniş cədvəli»nə əsasən ödəmə li olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Borclu Cavabdeh2 həmin müqavilənin 3-cü bəndinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı borclu Cavabdeh1 bütün öhdəliklərini icra etməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh1 apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv ed ilməsini, işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh xx xxxx 2015ciiltarixlimm/08088/52/11 saylı kredit sazişi müqaviləsinə əsasən ona 66 ay müddətinə 12941 ABŞ dolları məbləğində kredit vermişdir. Krediti götürdüyü tarixdə dolların məzənnəsi 0,78 qəpikidi. Dolların məzənnəsi qalxdıqdan sonra həmin pulu ödəmək ona ağır oldu. Lakin o, bir aybelə, kreditborcunu ödəməkdən yayınmamışdır. Lakin əmək haqqının yaşayış xərclərinə çatmadığından krediti ödəmək ona çox ağırdır. Bank cavabdehin banka ödədiyi məbləğləri nəzərə almamışdır, halbuki, o, gecikmə olmadan banka kifayət qədər pul ödəmişdir. Bu günə kimi iddiaçıya 7633 AZN və 1428 ABŞ dolları məbləğində pul ö dəmişdir. Prosessual məsələlər və tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili X2 kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəl ləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: İddiaçı-nin «Sumqay ıt» filialı ilə cavabdehlər arasında bağlanmış xx xxxx 2015-ci il tarixli MM/08088/52/11 saylı kredit sazişindən görünür ki, «xxxx» ASC «Sumqayıt» filialı tərəfindən Cavabdeh1 illk faiz dərəcəsi 23 faiz olmaqla 66 ay müddətinə 12.941 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 3-cü bəndinə əsasən bu müqavilədən irəli gələn öhdəliklərin icrası kreditalanın təminatları və zaminliklə təmin olunur. İş materiallarında olan əlavə 1 №-li ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 verilmiş kreditin xx xxxx 2015-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək faiz ödənişi cəmi 8.519.25 ABŞ dolları, kreditin əsas məbləğinin ödənişi 12.941 ABŞ dolları, cəmi 21.460,25 ABŞ dolları təşkil edir. İşə əlavə olan İddiaçı tərəfindən verilmiş arayışdan görünür ki, borclu Cavabdeh1 xx xxxx 2015 -ci il tarixli müqaviləyə əsasən 10.039,4 ABŞ dolları əsas və 3349,02 ABŞ dolları faiz borcu vardır. Məhkəmə kollegiyası birinci instansiya və apelyasiya məhkəmələrinin gəldiyi mövqe ilə razılaşır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci və 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür, həmçinin borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesa b edir ki, cavabdehin maddi durumu ağır olduğu üçün borcunu qaytara bilməməsi barədə dəlili onu iddiaçının qarşısında götürülən öhdəlikdən azad etmir. Kreditin qaytarılmasında müəyyən güzəştlər edilməsi, onun qaytarılması üsulunun dəyişdirilməsi ilə bağlı razılaşma tərəflərə aid olan müstəsna hüquqdur. Apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar