Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4502/2021 24.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh və iddiaçı Cavabdeh İddiaçı qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4502/21 (Açar sözlər: borc pul, avtomoilin qaytarılması) Bakı şəhəri, 24 avqust 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili Vəkil1, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və vəkili Vəkil2 iştirakları ilə, Bakı Apellyasiya M əhkəməsi Mülki kollegiyasının 2(103)-1288/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 24 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18200 manat pulun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı “avtomobilin təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X11 məxsus **-OE-*** nömrəli “Ford” markalı maşının cavabdehdən alınıb ona təhvil verilməsi barədə qətnamə çıxa rılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Elşən oğlu lombard fəaliyyəti ilə məşğul olmuşdur. Vasif lombardda işlədiyi müddətdə iddiaçı müqavilə əsasında lombarda külli miqdarda vəsait yatırmışdır. Sonradan Vasif iddiaçıya müraciət edərək özü üçün borca pul istəmişdir. Bunun müqabilində isə Pa məxsus avtomobili girov qoyacağını demişdir. İddiaçı Etibarın avtomobili girov qoymağa razı olub-olmadığını soruşduqda Vasif Etibarın buna razı olduğunu və avtomobilin sənədlərini də Etibardan götürüb ona verəcəyini demişdir. O, «Ford Explorer» markalı, **-OE-*** dövlət nömrə nişanlı avtomobilin ona girova verilməsi müqabilində Vasifə 25 iyun 2019-cu il tarixdə 18200 manat məbləğ ində nağd pul vermişdir. Vasif həmin məbləği ödədikdən sonra avtomobili geri götürəcəyini demişdir. Bununla bağlı Vasif öz xətti ilə qəbz yazaraq imza etmişdir. Lakin Vasif bu vaxtadək borca götürdüyü 18200 manat məbləğindən və digər borclarından heç bir ödəniş etməmişdir. İddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, verdiyi iddia ərizəsində İddiaçı özü etiraf etmişdir ki, Eyyub Əliyevə məxsus maşını qanunsuz və əsassız olaraq özündə saxlayır. Maşın İddiaçıdir. O, İddiaçı pul almamışdır. O ümumiyyətlə lombard fəaliyyəti ilə də məşğul olmamışdır. O, X7 yanında sürücü kimi işləmiş, ora-bura gedib gəlmək, nəsə aparıb gətirmək işlərini görmüşdür. X15 ilə İddiaçı arasında iş münasibəti olmuşdur. Etibar Pirallahı qəsəbəsində işlətdiyi lombardı Elşənə təhvil verib, Elşən də oranı işlətmişdir. X17 xeyli məbləğdə qızıl-zinət əşyalarını Qara Qarayev metrosunun yaxınlığında fəaliyyət göstərən Əli adlı şəxsə məxsus lombarda girov qoymuşdur. Onun Əli adlı şəxsə girov qoyduğu qızıl-zinət əşyalarının 18200 manatlıq hissəsini İddiaçı öz pulu ilə girovdan çıxardıb. Bununla əlaqədar Etibarın Elşənə 18200 manat borcu yaranmışdır. Elşən həmin borcun əvəzində Etibara məxsus **-OE-*** nömrəli maşını girov kimi tələb etmişdir. Etibar da onunla razılaşmış və ona maşının açarlarını Elşənə verməsini demişdir. Sonra Elşən **-OE-*** nömrəli Ford markalı maşını öz qarajına qoymuş və o, maşının açarını Elşənə vermişdir. Bundan başqa, **OE-*** nömrəli maşın da Etibara məxsus olmuşdur. X12 2016-cı ildən Etibarın 7000 manata yaxın borcu olub. O, Zaurun tələbi ilə maşını girov kimi onun atası Eyyubun adına keçirtmişdir. Etibar onlara aylıq 5% pul verib borcunu ödəmişdir. Etibar **-OE-*** nömrəli maşın ilə ailə üzvlərini və özünü harasa aparıb gətirilməsi işini bəzən ona tapşırıb, bəzən isə Vaqif adlı başqa bir işçiyə tapşırmışdır. Başqa vaxtlarda isə maşını Etibarın özü idarə etmişdir. Onun İddiaçı bir qəpik də borcu yoxdur. İddiaçı **-OE-*** nömrəli maşının Eyyub Əliyevin adına olduğunu bilmiş və Etibara demişdir ki, Vasif şahid kimi bir kağız yazsın ki, həmin maşını sən Etibar ona girov qoyursan və 18200 manatı ona qaytaranda o da maşını onlara verəcək, yoxsa X16 gəlib maşını ondan alar. Etibar da ona demişdi ki, maşının Etibar tərəfindən Elşənə girov qoyulduğuna dair şahid kimi bir kağıza yazıb, kağızı Elşənə versin. O da şahid kimi, maşın barəsində Etibarın Elşə nə 18200 manat borcu olması barədə maşının girov qoyulması barəsində ona məlum olan məlumatları kağıza yazıb Elşənə vermişdir. Etibarın intiharından sonra X10 oğlu Zaur **-OE-*** nömrəli Ford markalı maşını İddiaçı geri almaq üçün Elşənə müraciət edib. Elşən isə maşını qaytarmaqdan imtina etmişdir. Etibar Paşayev 2019-cu ildə imtina edəndən sonra İddiaçı ona verdiyi pulun batdığını fikirləşib və həmin pulu müxtəlif yollarla ondan almaq istəmişdir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 09 iyun 2020-ci il tarixli, 2(094)-112/2020 saylı qətnaməsi ilə (hakim Əkrəm Qəhrəmanov) ilk və qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, ilk iddia üzrə İddiaçı Cavabdeh 18200 man at məbləğində pulun verilməsini məhkəmədə sübut edə bilmədi, bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim etmədi. Buna görə də məhkəmə hesab edir ki, ilk iddia tələbi rədd edilməlidir. İş materiallarında olan Pirallahı rayon məhkəməsinin 2(094)-125/2020 saylı 18.03.2020ci il tarixli qətnaməsinə əsasən X11 məxsus istehsal ili 2005-ci il olan "Ford Explorer” minik markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh qanunsuz istifadəsindən geri alınaraq mülkiyyətçisi X11 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məlikəmə kollegiyasının 04 may 2007-ci tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasma dair” 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhz belə araşdırmanın nəticəsi olaraq məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı qarşı avtomobilin qanunsuz istifadəsindən geri alınmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququna malik deyildir. Belə ki, "Ford Explorer" minik markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobil X10 mülkiyyətindədir və həmin avtomobilin mülkiyyətçiyə qaytarılmasına dair Pirallahı rayon məhkəməsinin 2(094)-125/2020 saylı, 18.03.2020-ci il tarixli qətnaməsi mövcuddur. Bu səbəbdən məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2, 385.1, 442-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsi ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilərək ilk iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – Elnur Həsənov- sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Fuad Babayev) 2(103)-1288/2021 saylı, 23 fevral 2021-ci il tarixli qətnaməsi ilə ape lyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-112/2020 saylı iş üzrə 09 iyun 2020-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə, yəni ilkin iddia tələbinin təmin edilməməsi ilə bağlı hissədə ləğv olunması, İddiaçı X5 qarşı “borcun ödənilməsi” barədə iddia tələbinin təmin edilməsi, X4 18 200 manat borcun və dövlət rüsumlarının əvəzi qismində 46 manatın alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, işin müəyyən olunan halına görə, Cavabdeh 25.06.2019-cu il tarixdə yazdığı əlyazısında, “...etibarnamə əsasında idarə etdiyi “Ford Explorer” markalı ** OE *** dövlət qeydiyyat nişanlı avtomobili onun sahibi Etibar Paşayevin təkidi ilə İddiaçı 18200 manat müqabilində girov qoyduğunu, qeyd olunan mə bləğ ödənildikdən sonra avtomobili girovdan götürəcəklərini” göstərmiş, ilkin iddiaçı da məhz bu əlyazısına istinadla müvafiq iddia tələbini irəli sürmüşdür. Cavabdeh iddia tələbinə etirazını xüsusilə belə əsaslandırmışdır ki, o, Etibar Paşayevin işçisi (sürücüsü) olmuş, lombard fəaliyyəti həyata keçirən Etibarla İddiaçı işgüzar münasibətlərindən Etibarın Elşənə 18 200 manat borcu yaranmış, Etibar intihar etdikdən sonra Elşən pulunun batacağını düşünərək ona qarşı əsassız iddia qaldırmışdır; əslində isə heç vaxt Elşəndən borc almamış, 25 iyun 2019-cu il tarixdə yazdığı əlyazısında isə onun İddiaçı borc alması deyil, Etibar Paşayevin sonuncuya olan borcuna görə “Ford Explorer” markalı ** OE *** dövlət nömrə nişanlı avtomobilin İddiaçı təhvil verildiyi göstərilmişdir. Kollegiya hesab edir ki, Cavabdeh, iddiaya etiraz olaraq irəli sürdüyü halı, yəni Etibar Paşayevin işçisi olduğu və hazırkı iddiaya əsas verən yazılı qəbzi məhz sonuncunun borcuna görə yazdığı arqumentini mötəbər və biri-digərini tamamlayan sübutlarla təsdiq edə bilməmişdir və işdəki sübutlar, ağlabatan mühakimə əsasında onun iddiaçıya borclu olduğu qənaətinə gəlməyə imkan verir. İş materiallarından (girov biletləri və icarə müqaviləsi) aydın olur ki, Cavabdeh, irəli sürdüyü arqumentin əksinə olaraq bilavasitə özü lombard fəaliyyəti ilə məşğuldur və İddiaçıla işgüzar münasibətləri mövcud olmaqla, 12.08.2018-ci il tarixdə İddiaçı ondan 14 000 manat borc alaraq 2019-cu ilin aprel ayında borcunu qaytarmış, 26 may 2019-cu il tarixdə isə o, İddiaçı 50 000 manat borc alaraq bununla bağlı qəbz yazmışdır. Apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, həmin borcla əlaqədar İddiaçı Pirallahı Rayon Məhkəməsində qaldırdığı iddiaya baxılarkən Cavabdeh qəbzdəki yazının və imzanın ona məxsusluğunu mübahisələndirmiş, məhkəmənin təyin etdiyi ekspertiza tədqiqatı ilə qəbzin və imzanın onun tərəfindən icra edildiyi təsbit olunmuşdur. Kollegiyanın hesab edir ki, işin qeyd olunan halları Cavabdeh səmimiliyinə şübhə yaratmaqla onun arqumentlərinin inandırıcı hesab edilməsinə imkan vermir və 25.06.2019-cu il tarixdə yazdığı əlyazısında göstərilən məbləğin məhz özü tərəfindən İddiaçı borc olaraq alındığına dair qənaət formalaşdırır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cava bdeh (vəkili Vəkil2) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ilk iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, özü adi şoferdir. O, Pirallahı qəsəbəsində vaxtı ilə lombard işlədən, X2 kimi qeyri-rəsmi işləmişdir. 31 iyul 2019-cu il tarixində Etibar Paşayev təxminən 7.000.000 manata yaxın məbləğdə borclarını ödəyə bilmədiyinə görə intihar etmişdir. Etibar Paşayev lombard və faizlə borc pul vermə işlərində İddiaçıla şərik olmuşdur. Bu sərikliklə əlaqədar X19 Ələkbərova 700.000 manata yaxın borcu yaranmışdır. Bu borcların bəziləri ilə əlaqədar Etibar Paşayev, yaxşı yaza bilmədiyinə və öz əl qazısı pis olduğuna görə özündən daha yaxşı yazan onun i ştirakı ilə, onun vasitəsi ilə qəbzlər tərtib etdirmişdir. Mübahisənin predmeti də həmin qəbzlərdən biridir. Qəbzin yazılma şəklini, mətnini tamamilə İddiaçı diktə etmiş, o, isə Etibar Paşayevin də təkidi ilə onun dediklərini yazıb, hadisənin şahidi kimi imzalamışdır. Apelyasiya Məhkəməsi sübutları qiymətləndirərkən obyektivlikdən uzaqlaşmışdır. Belə ki, onlar tərəfindən Xəzər rayon Prokurorluğuna sorğu verilmiş və həmin sorğuya Xəzər rayon prokurorluğunun 04.05.2020-ci il tarixli məktubla cavabı, Bakı Apellyasiya Məhkəməsinə təqdim edilmişdir. Həmin məktubda Xəzər Rayon X1 intihar etməsi ilə əlaqədar AR CM-nin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) istintaqı aparılmış 19016042 saylı cinayət işində, İddiaçı, həmçinin onun qardaşı X6 izahatları öz əksini tapmışdır. Həmin izahat ların məzmunundan aydın olur ki, həm İddiaçı, həm də onun qardaşı Nadir ifadələri ilə təsdiq etmişlər ki, ilk iddia üzrə cavabdeh olan o, özü lombard işlətməmiş, Etibar Paşayevin işçisi olmuşdur. Xəzər Rayon Prokurorluğunun 04.05.2020-ci il tarixli məktubunda yer alan «...Etibar öz sözünə inanmaqları üçün yaşadığı bağ evinin sənədlərini işçisi Vasiflə qardaşı Nadirə göndərmişdir ki, sənədləri Nazimə versin... ». «Etibar may ayında xəstələndiyi vaxt qardaşı Elşəni çağıraraq, müvəqqəti olaraq 31 iyul 2019-cu il tarixinədək «lombard»ına nəzarət etməsini, iyulun 31-dən sonra borcu qarışıq bütün borclarını verəcəyini və yenidən təmiz səhifə açacağını bildirmişdir» məlumatları təsdiq edir ki. 2019-cıı ilin may ayında lombardı Etibar Paşayev və İddiaçı şərik işlətmişlər. X14 intihar etməmişdən ə vvəl yazdığı intihar məktubunda da Elşən və Nadir Ələkbərov qardaşlarının onun lombard biznesində şərikləri olduğu qeyd edilmişdir. Təəssüflər olsun ki, məlum olmasan səbəblərdən, Xəzər Rayon Prokurorluğunun həmin məktubu barəsində, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsində bir kəlimə belə qeyd edilməmiş, apelyasiya məhkəməsi həmin məktubu sübut kimi qiymətləndirməmiş, niyə belə etdiyini isə əsaslandırmamışdır. İddiaçı tərəfindən sübut kimi təqdim edilən sənədlər (girov bileti və icarə müqaviləsi) iddiaçı ilə Etibar Paşayevin lombard biznesində şərik olduqları vaxta aid olub, əslində şəriklərin maraqları üçün formal olaraq onun tərəfindən imzalanmış ola bilərlər, çünki, istər İddiaçı, istərsə də onun keçmiş şəriki, mərhum Etibar Paşayev müxtəlif səbəblərdən (güman edirik ki. vergi, dsmf v ə s. büdcə ödənişlərindən yayınmaq məqsədi ilə) bir sıra sənədləri onun adından tərtib etmişlər, həmin sənədlərin mətnindən onun xəbəri olmamış, bir işçi kimi müdiri Etibar Paşavev və onun şərikinin biznesinin detallarını öyrənməsi həmin şəxsləri qıcıqlandıra biləcəyi üçün, İddiaçı və Etibar Paşayevin işinə qarışmamış, şofer kimi işləmişdir. Hazırkı apelyasiya şikayətinə əlavə edilən əl yazısı kserosurəti, Etibar Paşayev tərəfindən intihar etmədən əvvəl tərtib edilmişdir və həmin əl yazısında X13 intiharının səbəblərini izah etməklə, İddiaçı onun şəriki olduğunu qeyd etmişdir. Həmçinin, 19016042 saylı cinayət işində Elşən və Nadir Ələkbərov qardaşlarının vermiş olduqları izahatlar həmin əl yazısı ilə birlikdə qiymətləndirildikdə, 2019-cu ilin may ayında əslində İddiaçı mərhum Etibar Paşa yevlə birlikdə şərik kimi lombardı işlətdiyini müəyyən etmək olar. Bu da öz növbəsində, şəriklər arasındakı borc münasibəti ilə əlaqədar pul və girov münasibətinin tənzimlənməsi barəsində razılıq əldə edilməsi prosesində onun mübahisə predmeti qəbzi həqiqətən də şəriklərin təkidi ilə tərtib edib şahid kimi imzaladığını təsdiq edir. Apelyasiya Məhkəməsinin qətnaməsindəki digər arqumentlər fərziyyələrdən və əsassız gümanlardan ibarət olub, məhkəmə kollegiyasının işə tərəfli yanaşmasının göstərir və əsla qəbuledilməzdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, ilk iddia üzr ə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili Vəkil2 kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasınsda iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili Vəkil1 kasasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1288/2021 saylı, 23 fevral 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərə flərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə
448. Əgər Mülki Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbay can Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya i nstansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyin dən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, kasasiya şikayəti formal olaraq əsaslandırılmışdır. Belə ki, cavabdeh apelyasiya şikayətinə vermiş olduğu etirazda qeyd etdiyi kimi, kasasiya şikayətində ilk iddiaçının şəriki olmuş Etibar Paşayevin sürücüsü olduğunu, istinad edilən qəbzi Etibar Paşayevin təkidi ilə şahid qismində imzaladığını göstərmiş olsa da, bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, bu səbəbdən məhkəmə haqlı olaraq onun arqumentini əsaslı hesab etməmişdir. Bununla yanaşı, ilk iddia üzrə cavabdeh apelyasiya kollegiyası tərəfindən qətnamə qəbul edilərkən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilməsini də əsaslandıra bilməmişdir. Kasasiya yoxlaması nəticəsində hər hansı hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kasasiya kollegiyası hesab edir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilmə z. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1288/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.