Məhkəmə qərarları › İş №2(102)-4505/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4505/2021

24.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4505/2021 24.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin Cavabdeh və iddiaçı Cavabdeh İddiaçı ASC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4505/21 (Açar sözlər: kredit borcu, kredit müqaviləsinni ləğv edilməsi və borcun girova yönəldilməsi) Bakı şəhəri, 24 avqust 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-nin vəkili Vnun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Koll egiyasının 2(103)-4286/2020 nömrəli iş üzrə 11 avqust 2020-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 24 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ASC Cavabdeh qarşı “kredit müqavilələri üzrə borc məbləğinin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 1-03/17 saylı, 13.07.2017-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh bankın xeyrinə kredit müqaviləsinə əsasən 24187.44 manat əsas borcun, 4553.16 manat faiz borcunun, cəmi 28740.60 manat borcun və bank tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi barədə qətnam ə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı ASC-yə və 3-cü şəxs AR Maliyyə Bazarlarına Nəzarət Palatasına qarşı “13.07.2017-ci il tarixli Kredit və girov müqaviləsinin ləğv edilməsi və borcun girov yönəldilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə onun arasında bağlanmış 1-03/17 saylı, 13.07.2017-ci il tarixli kredit müqaviləsi üzrə qalıq qalmış 24187.44 manat əsas borcun, 4553.16 manat faiz borcunun həmin müqavilə üzrə X2 məxsus olmuş ******************** saylı 170000 manat məbləğində əmanətə yönəldilməsi, İddiaçı ASC ilə onun arasında bağlanmış 1-03/17 saylı, 13.07.2017-ci il tarixli kredit və girov müqaviləsinin ləğv edilməsi və ilkin iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qə bul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında Bakı şəhərində bağlanmış 1-03/17 saylı, 13.07.2017-ci il tarixli kredit müqaviləsinə əsasən bağ evinin əsaslı təmiri məqsədi ilə ümumilikdə 140 000 manat məbləğində illik 10 faiz, vaxtı keçmiş borca görə isə illik 15 faizlə kredit verilmişdir. Həmin kredit müqaviləsinin 6.1-ci maddəsinə əsasən X2 məxsus ******************** saylı hesabda olan 170 000 manat məbləğində əmanət Cavabdeh öhdəliyinin təminatı olaraq müəyyən edilmişdir. X1 13.06.2018ci il tarixli ərizəsi ilə Cavabdeh kredit öhdəliyinin təminatı olaraq müəyyən edilmiş 170 000 manat məbləğində əmanətin kitabçasız vaxtından əvvəl məxaric edilməsi üçün banka müraciət etmişdir. Bank kredit müqaviləsi üzrə ödənişlər Cavabdeh tərəfindən vaxtı-vaxtında ödənildiyindən, həmçinin müştərilərinə etimad göstərdiyindən həmin ərizə əsasında 13.06.2018-ci il tarixində müvafiq əmanət məbləği X2 təqdim edilmişdir. Keçən müddət ərzində borcalan-Cavabdeh kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri tam lazımınca yerinə yetirməmiş, nəticədə 11.09.2019-cu il tarixinə İddiaçı ASC-yə 1-03/17 saylı, 13.07.2017-ci il tarixli kredit müqaviləsinə əsasən 24187.44 manat əsas borcu, 4553.16 manat faiz borcu yaranmışdır. Yaranmış borc məbləğini ödəməsi barədə dəfələrlə telefonla edilmiş zənglərə, şəxsi görüşlərə, rəsmi bildirişlərlə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcun ödənilməsi üçün hər hansı təşəbbüs göstərməmiş və bununla da öz mövqeyini açıqcasına nümayiş etdirmi şdir. İddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə İddiaçı ASC ilə 1-03/17 saylı, 13 iyul 2017-ci il tarixli kredit və girov müqaviləsi üç tərəf arasında bağlanmışdır. Müqavilə üzrə üçüncü tərəf X3 olmuşdur. Məlum kredit və girov müqaviləsi üzrə ona ayrılmış 140000 manat məbləğində kreditin zamini və qarantı kimi Şahin Rəcəbovun adına İddiaçı ASC-də ******************** saylı hesabda 170000 manat məbləğində girov olmuşdur. Məlum müqavilə üzrə öhdəçiliyini vaxtı-vaxtında icra etməklə, hər ay üçün müəyyən olunmuş 12308 manat məbləğində pul vəsaiti iddiaçıya ödəyirdi. Lakin 2018-ci ilin yay aylarında əldə etdiyi məlumata əsasən İddiaçı ASC-nin məsul işçisinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə idarəsi tərəfindən həbs edilməsi və ona məlum ol mayan səbəblərdən girov sahibi Şahin Rəcəbov tərəfindən həmin müddət öhdəçiliyini tam icra etmədən, onun iştirakı, razılığ olmadan ona ayrılmış kreditin qarantı olun 170000 manat məbləğində pul vəsaitinin bankdan çıxardılmasından sonra bu məsələlərin doğru olubolmamasının araşdırması üçün pretenziya qaydasına uyğun olaraq 18.01.2019-cu il tarixdə iddiaçıya müraciət etmiş və məsələlərə aydınlıq gətirməyi xahiş etmişdir. Lakin artıq 8 ay müddət keçməsinə baxmayaraq həmin müraciətin nəticəsiz və cavabsız qalmaqla yanaşı, iddiaçı tərəfindən ona qarşı əsassız iddia qaldırmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 04 dekabr 2019-cu il tarixli 2(009)-2726/2019 nömrəli qərardadı ilə (hakim – Mədinə Bağırova) məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının 32363 nömrəli, 07 yanvar 2020-ci il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən hesabdan çıxarışlardan və "xxxx" ASC ilə Cavabdeh arasında 13 iyul 2017-ci il tarixli, 1-03/17 nömrəli Kredit Müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla kredit müqaviləsinin bitdiyi müddətə, yəni 13.07.2018-ci il tarixə Cavabdeh banka olan borcu aşağıdakı kimi, müəyyən olunur: o cümlədən, əsas borc üzrə 36184,11 manat, faiz borcu üzrə 7915,15 manat müəyyən edilmişdir. Ekspert rəyində həmçinin qeyd olunmuşdur ki, müqavilə müddəti bitdikdən sonra 24.05.2019-cu il tarixdə Cavabdeh tərəfindən banka 12309 manat məbləğində pul vəsaiti ödənilmiş, həmin puld an 12007 manatı əsas borcdan, 301 manatı isə faiz borcundan silinmişdir. Birinci instansiya məhkəməsinin 27 yanvar 2020-ci il tarixli 2(009)-177/2020 nömrəli qətnaməsi ilə (hakim Mədinə Bağırova) ilk iddia tələbi təmin edilərək, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 1-03/17 saylı, 13.07.2017-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 24187,44 manat əsas borcun, 4553,16 manat faiz borcunun və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, qarşılıqlı iddia tələbinin təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri 120 manatın Cavabdeh tutularaq AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır k i, məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında 13.07.2017-ci il tarixli, 1-03/17 saylı kredit və girov müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh illik 10 faiz, vaxtı keçmiş borca görə isə illiyi 15 faizlə 140 000 manat kredit verilmişdir. Lakin Cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, iddiaçıya olan borclarını müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə iclasında həmçinin işin faktiki halları ilə müəyyən olundu ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, yəni müqavilədə nəzərdə tutulan pul və saitini cavabdehə vermiş, lakin cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı bank qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə hesab edir ki, iddiaçı bankın tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Ona görə də, 13.07.2017-ci il tarixli, 1-03/17 saylı kredit və girov müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə müqavilə üzrə yaranmış 24187.44 manat əsas, 4543.16 manat faiz borcunun Cavabdeh tutulması barədə iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddia təmin edilməlidir. Kredit müqaviləsi üzrə yaranmış borcun girov əmlaka yönəldilməsi barədə qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, həmin hissədə iddia tələbi təmin edilə bilməz, belə ki, girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi girov saxlayanın hüququdur. Ona görə də məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 294.2, 295, 385.1, 421.2 423.2, 442, 445, 448.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – İlham Kərimli- sədrlik edən və məruzəçi, Akif İsgəndərov, Elşən Kazımov) 2(103)-4286/2020 saylı, 11 avqust 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 yanvar 2020-ci il tarixli, 2(009)-177/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsində işə baxılarkən keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyinə əsasən, kredit müqaviləsinin bitdiyi müddətə, yəni 13.07.2018-ci il tarixə Cavabdeh banka olan əsas borcu 36184,11 manat, faiz borcu isə 7915,15 manat müəyyən edilmişdir. H əmin rəydən həmçinin görünür ki, müqavilə müddəti bitdikdən sonra 24.05.2019-cu il tarixdə Cavabdeh tərəfindən banka 12309 manat məbləğində pul vəsaiti ödənilmiş, həmin puldan 12007 manatı əsas borcdan, 301 manatı isə faiz borcundan silinmişdir. Ekspert rəyinə əsasən Cavabdeh iddiaçı banka faiz borcu 7915,15 manat müəyyən edilsə də, iddiaçı tərəfindən cavabdehdən 4553,16 manat məbləğində faiz borcunun ödənilməsi tələb olunduğundan, birinci instansiya məhkəməsi iddia tələbi həcmində iddianı təmin etməkdə haqlı olmuşdur. Qarşılıqlı iddia tələbinə gəldikdə isə qeyd edilməlidir ki, girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi girov saxlayanın hüququdur və cavabdeh tərəfindən iddiaçının bu hüquqdan istifadə etməsinə məcbur edilməsi yolverilməzdir. İddiaçının borcu birbaşa borcalandan tələb etməs i və yaxud da borcun girov qoyulmuş əşyaya yönəldilməsi iddiaçının subyektiv hüququdur. İddiaçı bank isə bu hüququndan qanuni şəkildə istifadə edərək müqavilə üzrə öhdəliklərin icrasını Cavabdeh tələb etmişdir. Qeyd etmək lazımdır ki, girov borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Girov müqaviləsinin bağlanmasında əsas məqsəd məhz girov saxlayanın pul və ya başqa öhdəlikdən irəli gələn hüquqlarının təminat altına alınmasıdır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh qarşılıqlı iddiasını girov qoyulmuş əmanətin qaytarılmasının qanunsuz olması ilə əsaslandırsa da, iddia ərizəsində 13.07.2017-ci il tarixli, 1-03/17 saylı kredit və girov müqaviləsinin ləğv edilməsini tələb etmişdir. Yəni iddia tələbinin əs aslandığı hallarla iddia tələbi arasında uyğunsuzluq vardır. Həmçinin qeyd olunmalıdır ki, qanuni və ya qanunsuz olmasından asılı olmayaraq, İddiaçı ASC girov qoyulmuş əmanəti girov qoyanın ərizəsi əsasında geri qaytarmaqla faktiki olaraq müqavilənin girovla bağlı hissəsinə xitam verilmişdir. Yəni girov predmeti girov qoyanla girov saxlayanın qarşılıqlı razılığı əsasında geri qaytarılmaqla girov qoyanın girov saxlayan qarşısında öhdəliklərinə xitam verilmişdir. Buna görə də birinci instansiya məhkəməsi qarşılıqlı iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh (vəkili Vəkil) kasasiya şikayəti verərək ap elyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinni rədd edilməsi və qarşılıqlı iddia tələbinni təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilə müddəti ərzində girov qoyulmuş əmanət bankın sərəncamına verilibsə, girov qoyan hansı əsasla əmanəti tələb edir və girov saxlayan bank öz tələblərinin təminatı olan girov predmetini hansı əsasla geri qaytarır. Demək ki, hər iki halda mülki qanunvericiliyə və müqavilə tələblərinə zidd olaraq sərəncam vermək hüququ pozulmuşdur. Belə olan halda bankın bu riskə getməsinin səbəbi nədir. Bank təcrübəsində 140000 manat məbləğində kredit verilməsi məqsədilə kredit müqaviləsinni real təminatı olmadan bağlanması hallarına rast gəlinmir və bu mümkün deyil və ya öz fəaliyyətini, işgüzar nüfuzunu riskə alaraq real ödəmək qabiliyyəti olmayan müştərilərə təminatsız kreditin verilməsi ağlabatan deyildir. əlbəttə bu faktın məhkəmə tərəfindən araşdırılması, yoxlanılması vəzifəsindən azad etmir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli idi. Bank və girov qoyan müqavilə məqsədinə çatmağa maneçilik törətməklə yanaşı, öhdəliklərin icrasını təhlükəyə məruz qoymuş, vicdansızcasına davranmışdır. Onun razılığ olmadan 103/17 saylı, 13.07.2017-ci il tarixli müqavilə şərtlərində nəzərdə tutulmuş qaydalar və şərtlər bank tərəfindən müqavilədə nəzərdə tutulmuş girov şərtlərini tamamilə pozularaq müqavilə şərtlərini kobud şəkildə pozmuşdur. Məhkəmə qa rşılıqlı iddiaya münasibətdə müqavilə şərtlərinin pozulmasını araşdırmadan qarşılıqlı iddiaya yalnız ilk iddiaçının formal mülahizələrinə əsasən münasibət bildirmişdir. Məhkəmə tərəfindən ilk iddiaçının müqavilə üzrə şərtləri pozması araşdırılmamış, girov məbləğinin hansı qanuni əsaslarla geri qaytarılması əsaslandırılmamışdır. Beləliklə, məhkəmə maddi və prosessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul etmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-nin vəkili V məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi ünvanlayaraq, ərizəsində göstərmişdir ki, girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi girov saxlayanın hüququdur və vabandeh tərəfnidən iddiaçının bu hüquqdan istifadə etməsinə məcbur ed ilməsi yolverilməzdir. İddiaçının borcu birbaşa borcalandan tələb etməsi və yaxud da borcun girov qoyulmuş əşyaya yönəldilməsi iddiaçının subyektiv hüququdur. İddiaçı bank isə bu hüququndan qanuni şəkildə istifadə edərək müqavilə üzrə öhdəliklərin icrasını cavabdehdən tələb etmişdir. Apelyasiya məhkəmə mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və kasasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi girov saxlayanın hüququdur. Göstərilənlərə əsasən o, kasasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayar aq, ilk iddia üzrə Cavabdeh, 3-cü şəxslər X3 və AR Maliyyə Bazarlarına Nəzarət Palatasının səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili Vəkil məhkəməyə teleqram ünvanlayaraq, xidməti işləri ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının bir həftə sonraya təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-nin vəkili V kasasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, B akı Apellyasiya Məhkəməsinin 2(103)-4286/2020 saylı, 11 avqust 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilm əməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut ol unmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələ rək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və məhkəmə aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımd an apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, kasasiya şikayəti formal olaraq tərtib edilmişdir. Belə ki, ilk iddia üzrə cavabdeh kasasiya şikayətini əsasən apelyasiya şikayətinin dəlillərinə uyğun olaraq əsaslandırmağa çalışmış, apelyasiya şikayətində olduğu kimi, yaranmış borcunun girov predmetinə yönəlməli olduğunu, əmanət məbləğinin girov saxlayan tərəfindən girov qoyana qaytarılması ilə müqavilə şərtlərinin pozulmasını göstərmişdir. Lakin bununla bağlı qeyd edilməlidir ki, apelyasiya kollegiyası mübahisə üzrə məhkəmə araşdırmasını aparıb hüquqi nəticəyə gələrkən maddi hüquq normalarının tələblərinə riayət edərək düzgün şəkildə vurğulamışdır ki, girov qoyulmuş əşyay a tutmanın yönəldilməsi girov saxlayanın hüququdur və cavabdeh tərəfindən iddiaçının bu hüquqdan istifadə etməsinə məcbur edilməsi yolverilməzdir. İddiaçının borcu birbaşa borcalandan tələb etməsi və yaxud da borcun girov qoyulmuş əşyaya yönəldilməsi iddiaçının subyektiv hüququdur. Bununla da apelyasiya kollegiyası hər hansı maddi hüquq normasının pozuntusuna yol verməmişdir. Kasasiya şikayətinin prosessual hüquq normalarının pozulması ilə bağlı dəlillərinə gəldikdə isə qeyd edilməlidir ki, kasasiya yoxlaması nəticəsində maddi hüquq normasının pozuntusuna yol verilməsi müəyyən edilmədiyi kimi, prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı da müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4286/2020 nömrəli iş üzrə 11 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar