Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4507/2021 11.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh Bank Olmayan Kredit X5 Cəmiyyətinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsinin etibarsız hesab edilməsi, iddianın yolverilənliyi (mümkünlüyü), iddianın predmeti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı ASC-nin nümayəndəsi X1 iştirakı lə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegi yasının 2(103)-7408/2020 nömrəli iş üzrə 30 oktyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 11 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh Bank Olmayan Kredit Təşkilatı ASC (bundan sonra – ASC) arasında 26.12.2014-cü il tarixdə bağlanmış 0180/NF/14 №-li Kredit müqaviləsinə əsasən ASC illik 24 faiz dərəcəsi ilə 36 ay müddətinə iddiaçıya 76480 ABŞ dolları məbləğində kredit vermişdir. ASC ilə iddiaçı və (iş üzrə tərəf olmayan) X2 arasında 26.12.2014-cü il tarixdə bağlanmış 0180/NF/14 №-li İpoteka müqaviləsinə əsasən xxx iddiaçının yuxarıda qeyd edilən "xxxx" üzrə ASC qarşısında üzərinə götürdüyü öhdəliyin icrasının təmi ni olaraq özünə məxsus olan və Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 126-da yerləşən 145 nömrəli mənzili ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin tarixdə ASC ilə iddiaçı və xxx arasında bağlanmış 0180/NF/14 №-li Daşınar əmlakın girov müqaviləsinə əsasən iddiaçının yuxarıda qeyd edilən "xxxx" üzrə ASC qarşısında üzərinə götürdüyü öhdəliyin icrasının təmini olaraq xxx özünə məxsus olan 4000 manat dəyərindəki ev əşyalarını, İddiaçı isə dövriyyəsində olan 20000 manat məbləğindəki malları ASC-nin xeyrinə girov ilə yüklü etmişlər. İddiaçı ilə cavabdeh ASC arasında 13.07.2015-ci il tarixdə bağlanmış 0063/NF/15 №-li "xxxx"ə əsasən ASC illik 21 faiz dərəcəsi ilə 60 ay müddətinə iddiaçıya 71.313 ABŞ dolları məbləğində kredit vermişdir. ASC ilə iddiaçı və xxx arasında 13.0 7.2015-ci il tarixdə bağlanmış “26.12.2014-cü il tarixli ipoteka müqaviləsinə 1 saylı əlavə”yə əsasən xxx iddiaçının ikinci "xxxx" üzrə ASC qarşısında üzərinə götürdüyü öhdəliyin icrasının təmini olaraq özünə məxsus olan və yuxarıda qeyd edilən mənzili ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. ASC ilə iddiaçı və xxx arasında 13.07.2015-ci il tarixdə bağlanmış “Daşınar əmlakın girov müqaviləsin”ə əsasən iddiaçının ikinci "xxxx" üzrə ASC qarşısında üzərinə götürdüyü öhdəliyin icrasının təmini olaraq xxx özünə məxsus olan 4000 manat dəyərindəki ev əşyalarını ASC-nin xeyrinə girov ilə yüklü etmişdir. İddiaçı ilə cavabdeh ASC arasında 04.02.2016-cı il tarixdə bağlanmış 0007/NF/16 №-li "xxxx"ə əsasən ASC illik 17 faiz dərəcəsi ilə 60 ay müddətinə iddiaçıya 67780 ABŞ dolları məbləğində kredit vermişdir. ASC ilə iddiaçı və xxx arasında 04.02.2016-cı il tarixdə bağlanmış “26.12.2014-cü il tarixli ipoteka müqaviləsinə 2 saylı əlavə”yə əsasən xxx iddiaçının üçüncü "xxxx" üzrə ASC qarşısında üzərinə götürdüyü öhdəliyin icrasının təmini olaraq özünə məxsus olan və yuxarıda qeyd edilən mənzili ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. ASC ilə iddiaçı və xxx arasında 04.02.2016-cı il tarixdə bağlanmış “Daşınar əmlakın girov müqaviləsin”ə əsasən iddiaçının üçüncü "xxxx" üzrə ASC qarşısında üzərinə götürdüyü öhdəliyin icrasının təmini olaraq xxx özünə məxsus olan 4000 manat dəyərindəki ev əşyalarını ASC-nin xeyrinə girov ilə yüklü etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddia ərizəsi ilə məhkəməyə müraciət etmiş iddiaçı, onunla cavab deh ASC arasında bağlanmış 13.07.2015-ci il tarixli, 0063/NF/14 və 04.02.2016-cı il tarixli, 0007/NF/16 saylı “Kredit müqavilələrinin” etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh ASC arasında 26.12.2014-cü il tarixdə bağlanmış 0180/NF/14 saylı "xxxx" əsasında iddiaçı evin təmiri üçün ASC-dən kredit götürmüşdür. Həmin vaxt aralarında əldə olunmuş razılığa əsasən kredit məbləği 60000 manat olduğu halda, müqavilədə kreditin məbləği 76480 ABŞ dolları kimi qeyd olunmuşdur. Həmin vaxt 1 ABŞ dolları təxminən 0,78 Azərbaycan manatı dəyərində idi. Müqavilə bağlandıqdan təxminən 2 ay sonra ölkədə birinci devalvasiya baş vermiş, ABŞ dollarının Azərbaycan manatına dəyəri qalxmışdır. Bununla əlaqədar olaraq i ddiaçı ilə ASC arasında 13.07.2015-ci il tarixdə 0063/NF/14 saylı "xxxx" bağlanmışdır. Bunun üstündən təxminən 5 ay keçdikdən sonra isə ölkədə ikinci devalvasiya baş vermişdir. Bununla əlaqədar olaraq iddiaçı ilə ASC arasında 04.02.2016-cı il tarixdə 0007/NF/16 saylı "xxxx" bağlanmışdır. Hər iki devalvasiya nəticəsində ABŞ dollarının Azərbaycan manatına dəyəri ümumilikdə 2 dəfədən çox qalxmışdır. İddiaçı bildirir ki, sonradan bağlanmış müqavilələr formal xarakter daşımış, ASC həmin müqavilələri iddiaçıya guya kömək etmək məqsədi ilə bağlamış, lakin məbləğlər yenə də, ABŞ dolları ilə göstərilmiş, həmin müqavilələr üzrə ASC tərəfindən iddiaçıya faktiki olaraq hər hansı məbləğdə pul verilməmişdir. Həmin vaxt iddiaçı qeyd edilən müqavilələri ona görə mübahisələndirməmişdir ki, çünki ASC-nin iş çiləri ona demişlər ki, yeni müqavilələr, əvvəlki 26.12.2014-cü il tarixli, 0180/NF/14 saylı "xxxx" üzrə yaranmış borcun restrukturizasiya etmək məqsədi ilə bağlanmışdır. Göstərilənləri nəzərə alan iddiaçı hesab edir ki, qeyd edilən hər 2 "xxxx" formal olaraq bağlandığı üçün etibarsız hesab edilməli və bu zaman həmçinin nəzərə alınmalıdır ki, həmin etibarsız müqavilələrin mövcudluğu iddiaçını, devalvasiyaya görə dövlət tərəfindən verilmiş imtiyazlardan istifadə etmək hüququnu məhdudlaşdırmışdır. Mübahisə predmeti olan kredit müqavilələri etibarsız hesab olunacağı təqdirdə iddiaçının kredit məbləğinin ödənilməsi üzrə maddi yükü azalacaqdır. Həmçinin həmin müqavilələr etibarsız hesab olunacağı təqdirdə iddiaçının dövlət tərəfindən xarici valyutada devalvasiyadan öncə götürülmüş kreditlər üzr ə ödənilməli olan kompensasiyanı almaq hüququ yaranacaqdır. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin (hakim Ramin Xəlilov) 18 iyun 2020-ci il tarixli qətnamə ilə iddia tələbi rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki halda tərəflər arasında bağlanmış əqd o zaman etibarsız sayıla bilər ki, iddiaçının ağır vəziyyətə düşməsi və digər tərəfin, yəni cavabdehin bundan istifadə etməsi nəticəsində iddiaçının özü üçün son dərəcə əlverişsiz şərtlərlə müqavilə bağlamağa məcbur olduğu və yaxud da əqdi məcburetmə (zorakılıq və ya hədələmə) təsiri altında bağladığı sübuta yetirilsin. İddiaçının istinad etdiyi etibarsızlıq şərtlərinin faktiki hallarını sübut etmək yükü onu iddia edən tərəfin üzərinə düşür. Bununla belə, istinad olunan etibarsızlıq halının hər hansı bir zər uri şərtinin aşkar edilməməsi bu xarakterli iddia tələbinin rədd edilməsi üçün əsasdır. Hazırkı mülki işdə isə iddiaçı yuxarıda sadalanan etibarsızlıq şərtlərinə istinad etsə də, kredit müqaviləsinin bağlanılması ilə bağlı iradəsinin təşəkkül etməsinə təsir edən amillərdə cavabdehin məcburetmə hərəkətlərinin mövcud olduğunu, onunla cavabdeh arasında özünün zəifliyindən qaynaqlanan tənasübsüzlük olmasını, cavabdehin bu zəiflikdən istifadə edərək onu qəsdən istismar etməsini və müqavilənin də bunun nəticəsində bağlanıldığını (ağır şərtli əqd) bildirən, habelə sözügedən kredit müqaviləsi bağlanarkən tərəflərin hüquqi nəticə əmələ gətirməmək barədə razılığa gəldiklərini təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı həm də mübahisə predmeti olan kredit müqavilələri üzr ə kredit məbləğinin cavabdeh tərəfindən ödənilmədiyini də bildirmişdir ki, bu da əqdin etibarsızlığı şərti deyil, müqavilə tərəfinin öhdəliyini yerinə yetirməməsi halına istinaddır. Məhkəmə qeyd etmişdir ki, müqavilə tərəfinin müqavilə öhdəliyini icra etməməsi digər tərəfin müqavilənin etibarsızlığını deyil, həmin öhdəliyin icra edilməsi (və ya icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi) tələbinin irəli sürməsi üçün əsasdır. Məhkəmə proseslərinin gedişatı zamanı iddiaçı əqdin etibarsızlığının digər bir əsasına, MM-nin 340.1-ci və 340.2-ci maddələrinə istinad etmişdir. Həmin maddələrdə qeyd olunur ki, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Yalan əqd başqa əqdi pərdələmək məqsədi i lə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Mülki Məcəllənin 347.1-ci və 347.2-ci maddələrinə əsasən, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. Hazırkı mülki işdə isə iddiaçı kredit müqaviləsi ilə bağlı açıqladığı iradə bəyanının onun düşündüyünə uyğun olmamas ını, yaxud müqavilə ilə bağlı iradəsinin təşəkkül etməsinə təsir edən amillərdə yanılmasını göstərən mötəbər sübutları da məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, hətta mübahisə predmeti olan kredit müqavilələri iddiaçının qeyd etdiyi əsaslarla etibarsız olsaydı belə, iddiaçı tərəfindən bu əqdin etibarsızlığını mübahisələndirmə müddəti ötürüldüyündən, tələb rədd edilməlidir. Çünki, Mülki Məcəllənin 354.1-ci və 354.2-ci maddələrinə görə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əs as verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İddiaçı, həm əqdin əhəmiyyətsiz əqd olduğuna, həm də MM-in 340.1-ci və 340.2-ci maddələrinə istinad etdiyindən, həmin tələbə MM-nin 354.1-ci və 354.2-ci maddəsində nəzərdə tutulmuş bir illik kəsici müddət şamil edilir. Həmin müddətin axımının başlandığı tarix hesablanarkən şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün nəzərə alınmalıdır. Hazırki işin hallarından və tərəflərin izahatlarından belə məlum olur ki, iddiaçı mübahisə predmeti olan kredit müqavilələri bağlanarkən öz hüquqlarının pozulduğunu bilməli idi. İddiaçı qətnamədən apellyasiya şikayət i vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Məmməd Məmmədov - sədrlik edən və məruzəçi, Şeyda Məhərrəmova, Rəşad Həsənov) 30 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının tələbinə görə onunla cavabdeh ASC arasında bağlanmış 13.07.2015-ci il tarixli və 04.022016-cı il tarixli "xxxx" üzrə ASC tərəfindən ona hər hansı məbləğdə pul verilməmiş, Bank onu aldatmışdır. Həmin müqavilələri bağlayan iddiaçı hesab etmişdir ki, əvvəlki kredit müqavilələri restrukturizasiya olunaraq yenilənir. Bu hall ara istinad edən iddiaçı müqavilələrin etibarsızlığını tələb edir. Qanun tələbindən görünür ki, əqd o zaman etibarsız hesab edilə bilər ki, Mülki Məcəllədə nəzərdə tutulmuş şərtləri pozmaqla bağlanmış olsun və məzmununda nəzərdə tutulmuş mülki hüquqi münasibətlərini yaratmasın. Bu səbəbdən, hazırda məhkəmənin qarşısında duran əsas vəzifə tərəflər arasında bağlanmış kredit müqavilələrinin qanunun tələblərini pozmaqla bağlanmış olub-olmamasını müəyyən etməkdir. İşin faktiki hallarına əsasən məhkəmə müəyyən etmişdir ki, tam fəaliyyət qabiliyyətli olan iddiaçı cavabdeh ASC ilə hər iki müqaviləni bağlayarkən sərbəst iradə ifadəsini nümayiş etdirib, aralarında olan borc münasibətlərinin rəsmiləşdirmək məqsədi ilə həmin müqavilələri bağlamış, onları imzalamışdır. Sözügedən müqavilələrinin şərtlər i kifayət qədər aydın və səlis şəkildə ifadə olunmuşdur. Qeyd olunan halın əksi, yəni iddiaçının istinad etdiyi hallar sübuta yetirilmir. Belə ki, iddiaçı cavabdeh ASC-nin onu aldatması nəticəsində müqavilələri imzaladığını iddia etsə də, bu halı təsdiq edən sübutları məhkəmələrə təqdim etməmişdir. Halbuki, qanunvericiliklə bu xüsusatı sübuta yetirmək vəzifəsi hazırki halda iddiaçının üzərinə düşür. Çünki MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən hər 2 müqavilənin etibarsız h esab edilməsi üçün əsaslar yoxdur. Digər tərəfdən məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş kəsici müddət ötürülmüşdür və hər 2 müqavilənin etibarsız hesab edilməsi bu baxımdan da qeyri-mümkündür. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçının vəkili əlavə olaraq qeyd etdi ki, apellyasiya instansiyası məhkəməsində ASC-nin kredit borcunun tutulması tələbinə dair mülki iş hazırki işə baxılması ilə əlaqədar dayandırılmışdır. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntu su hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edil məsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə... Maddə 169.3. Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Maddə 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır:...259.0.4. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa... Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa... Maddə 385.1. Mə hkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi... Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 avqust 2012-ci il tarixli qərarı Mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən, bütövlükdə hüquq münasibətlərini aid etmək olar... İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti – iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir....İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun fakt iki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İddiaçının vəkilinin verdiyi izahata əsasən müəyyən edilmişdir ki, hazırki iş üzrə tərəflər arasında olan digər məhkəmə mübahisəsi üzrə ASC hazırki iş üzrə iddiaçıya qarşı kredit borcunun ödənilməsi bar`ədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhər Nizami Rayon Məhkəməsinin 07 iyun 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Qətnamədən həmin iş üzrə cavabdehlər İddiaçı və qeyrilər tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılarkən iş üzrə icraat hazırki mübahisəyə baxılana kimi dayandırılmışdır. Həmin iş üzrə ASC İddiaçı və qeyrilərinə qarşı iddia tələbini aralarında hazırda mübahisələndirilən kredit müqavilələri ilə əsaslandırmışdır. Hazırkı iş üzrə isə iddiaçı həmin müqavilələrin etibarsızlığını mübahisələndirir. Göründüyü kimi hər iki iş üzrə tərəflər, iddianın predmeti və əsasları qismən üst-üstə düşmüş, işdə iştirak edən şəxslərin təkrarlandığı hər iki iş eyni kredit müqavilələri üzrə yaranan öhdəliklərin icrası ilə bağlı olmuşdur. Həmin işin məhkəmənin icraatında olması ilə əlaqədar olaraq hazırkı iş üzrə iddianın əsasları faktiki olaraq digər iş üzrə verilməli olan etirazın əsaslarını, həmin iş üzrə iddianın əsası isə hazırkı iş üzrə ASC-nin etirazının əsasını təşkil etmişdir. Nəzərə alınmalıdır ki, iddianın predmeti iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdi yi subyektiv hüquq olduğu üçün iddiaçının tələb etdiyi konkret hərəkətlərin yerinə yetirilməsi, əşyaların alınıb verilməsi və sairlə eyniləşdirilə bilməz. Bu baxımdan ayrı-ayrı iddia tələblərinin fərqli formada ifadə olunması və ya zahiri baxımdan fərqlənməsi iddianın predmetinin fərqli olduğu barədə qənaətə gəlmək üçün əsas ola bilməz. Oxşar iddia tələblərinin eyni predmetli olub-olmamasının müəyyənləşdirilməsi üçün həmin tələblərə iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ, onun qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətləri baxımından qiymət verilməlidir. Həmçinin konkret işin hallarından asılı olaraq məhkəmə baxdığı bəzi tələblərə qiymət verərkən ayrıca iddia tələbi kimi ifadə edilməmiş, lakin iddianın əsasını təşkil edən məsələlər üzrə öz nəticələrini ifadə edə, hüquqi faktların mövcud olub-olmadığını müəyyən edə, hüquq və vəzifələri yaranmış və ya xitam olunmuş hesab edə bilər. Misal üçün borcun qaytarılması tələbinə dair işə baxan məhkəmə mübahisəni mahiyyəti üzrə həll edərkən iddianın əsaslı olub-olmadığını müəyyən etmək üçün tələbin əsasını təşkil edən etibarlı borc və ya zaminlik müqaviləsinin bağlanıb-bağlanmadığını, həmin müqavilə üzrə tərəflərin öhdəliklərinə xitam verilib-verilmədiyini müəyyən etmək vəzifəsi daşıyır. Bu zaman tərəflər arasında bağlanmış müqavilənin etibarsız və ya əhəmiyyətsiz hesab edilməsi, öhdəliklərə xitam verilməsi üçün ayrıca iddia tələbinin irəli sürülməsi zəruri deyildir və həmin hala məhkəmə tərəfindən qiymət verilməsi iddia tələbindən kənara çıxma kimi qiymətləndirilə bilməz. Bu b axımdan iddianın predmeti iddia tələbi ilə tam məhdudlaşmır və irəli sürülmüş tələblə ehtiva olunan, həmin tələbə mahiyyəti üzrə baxılıb əsaslandırılmış qiymət verilməsi üçün zəruri olan hüquq münasibətlərini də əhatə edir. Bu baxımdan əgər hər hansı məhkəmənin icraatında tərəflər arasında bağlanmış müqavilədən irəli gələn öhdəliklərin icrasına dair mülki iş varsa iddia tələbinin həcmindən asılı olmayaraq tərəflər arasında etibarlı müqavilənin bağlanıb-bağlanmadığı və müqavilə üzrə öhdəliklərə xitam verilib-verilmədiyi barədə məsələlər həmin icraatın predmetinə daxil olduğundan bu iş üzrə cavabdehin iddiaya etirazlarını ayrıca məhkəmə icraatı qaydasında müstəqil tələb şəklində irəli sürməsi prosessual qənaət prinsipinə zidd olmaqla, MPM-in 259.0.4 və ya 261.0.2-ci maddələrinin tələbləri il ə bir araya sığmır. Eyni zamanda əgər həmin işə müqavilə tərəfi olan cavabdehin məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmədən baxılmışdırsa həmin şəxsin qeyd olunan əsasla qəbul edilmiş məhkəmə aktından şikayət vermək hüququ yaranır. MPM-in 387.2.2-ci maddəsinə əsasən belə halın mövcud olması şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməsi üçün birbaşa əsasdır. Bununla yanaşı, nəzərə alınmalıdır ki, MPM-in prosessual qənaət prinsipinin təmin olunmasına xidmət edən mühüm institutlarından biri də əlaqəli işlərin bir icraatda birləşdirilməsidir. Belə ki, MPM-in 169.3-cü maddəsinə əsasən hakim məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdir ilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Qeyd olunanlara baxmayaraq birinci instansiyası məhkəməsi MPM-in 259.0.4, 261.0.2, yaxud 169.3-cü maddələrinin mülki işə tətbiqi mümkünlüyünü tərəflərlə müzakirə etmədən, bununla bağlı heç bir araşdırma və hüquqi dəyərləndirmə aparmadan işə mahiyyəti üzrə baxmış və apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 385.1.1ci maddəsinin tələbləri pozularaq həmin məhkəmə aktı dəyişdirilmədən saxlanılmışdır. Ona görə də kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməli, işə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində sadalanan prosessual hüquq normalarının tələbləri n əzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7408/2020 nömrəli iş üzrə 30 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4507/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4507/2021
11.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver