Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4508/2021 11.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1950/2021 nömrəli iş üzrə 25 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 11 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin bina sında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 40000 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun kürəkənidir, o, qızı ilə ailə qurmuş, bu yaxınlarda qızı vəfat etmişdir. Qonşuluqda Bakı şəhəri, Təbriz küçəsi 66 saylı evin 2 otaqlı 22-ci mənzilində yaşayan tənha qadın X1 2006-cı ildən müntəzəm olaraq baxmış, faktiki olaraq o, tam onun himayəsi altında yaşamışdır. O, onun bütün maddi və mənəvi ehtiyaclarının ödənilməsində yardımçı olmuşdur. Nina Plaksina bundan sonra özünə məxsus mənzilini ona bağışlamaq istəyirdi. Həmin ər əfədə mənzilin Qeydiyyat Vəsiqəsi (Çıxarışı) itdiyindən onlar həmin müqaviləni rəsmiləşdirə bilmədi. Bu məqsədlə 05.08.2014-cü il tarixdə Nina Plaksina Bakı şəhəri, 9 saylı Notariat Kontorunda mənə 10 il müddətində Baş Etibarnamə verdi. Bundan sonra qəzetdə Qeydiyyat Vəsiqəsinin itməsi barədə elan verdi və mənzilin Qeydiyyat Vəsiqəsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsindən alıb Ninaya verdi. Həmin ərəfədə Ninanın səhhəti qəflətən pisləşdi və bağışlama və ya Renta müqaviləsi bağlamağa imkan olmadı. Rayonda olarkən X2 yardımla 5 saylı Xəstəxanaya aparılmış, orada onun yaxın qohumlarını axtardıqda o, onun adını vermiş və təcili rayondan gəlib Ninaya baş çəkmiş ona ən zəruri köməkliyi etm işdir. Qızı Tahirə tibb bacısı olduğundan o Ninaya tibbi yardım göstərirdi, sonradan qzının da səhhəti getdikcə pisləşirdi və 2014-cü ilin dekabrın 30-da o, kəskin ürək çatışmamazlığından vəfat etdi. Bununla da Ninanın mənzili ilə əlaqədar heç bir sənədləşmə apara bilmədi. Belə olduqda qızının əri hazrkı iş üzrə cavabdeh Ninanın qohumu adı ilə mənzili vərəsəlik yolu ilə öz mülkiyyətinə keçirdi. Həmin vaxt cavabdehə etirazını bildirdikdə onu arxayın etdi ki, Ninanın evini tezliklə satıb illər boyu xərclədiyin vəsaiti və çəkdiyin əziyyəti dəyərləndirəcək. 8 ildən çox Ninaya qulluq etmiş və 40 minə yaxın pul xərcəlmişdir, bunu cavabdeh də bilirdi. Cavabdeh qızının vəfatına kimi ev satıb onun çəkdiyi xərcləri ödəyəcəyinə söz vermişdi, qızının vəfatından sonra isə o, açıqca bundan imtina etmişd ir. Qeyd olunanları nəzərə alıb, iddiaçı iddia tələblərinin təmin olunmasını xahiş etmişdir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin (hakim Aytən Novruzova) 22 oktyabr 2020-ci il tarixli qətnaməsi iddia tələbi rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı və cavabdeh arasında hər hansı borc münasibətləri olmamış, eyni zamanda iddiaçı cavabdehə 40000 manata yaxın vəsait xərcləməsini və cavabdehə bu məbləğləri verməsini sübut edə bilməmiş və həmin pulun hansı hüquqi əsasla cavabdehdən tələb etməsini göstərə bilməmişdir. İddiaçı tərəfin istinad etdiyi hallar hər hansı sübut növü ilə öz təsdiqini tapmır. İddiaçı öz iddiasının əsaslığı ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayə ti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməmiş, işin hallarını tam və obyektiv araşdırmamışdır,işdə olan sübutlara düzgün və qanuni qiymət verməmişdir,nəticədə qətnamə qəbul edilərkən bizim qarşılıqlı münasibətlərimiz üzrə yanlış nəticəyə gəlmişdir. Bu və digər əsaslar gətirilərək, apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Tofiq Səmədov - sədrlik edən və məruzəçi, Anar Tanrıverdiyev, İkram Şirinov) 25 fevral 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının hazırkı id dia tələblərinin təmin olunması üçün əsaslar olmadığından, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələr olmaqla birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qətnaməsinin ləğv edilməsinə heç bir hüquqi əsas vermir. İddiaçı (Vəkil oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi bar ədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktik i hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: Maddə 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1-ci maddəsin ə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bununla bağlı mövqeyini əsaslandırmamışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1950/2021 nömrəli iş üzrə 25 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4508/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4508/2021
11.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver