Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-451/2019 18.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 oğlunun, iddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəltmə tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 15 avqust 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Ra yon Məhkəməsinin 18 aprel 2018-cı il tarixli qətnaməsi ilə (hakim E.Mehdiyev) iddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəltmə tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 44143 (qırx dörd min bir yüz qırx üç) ABŞ dolları 13 (on üç) sent əsas, 7618 (yeddi min altı yüz on səkkiz) ABŞ dolları 80 (səksən) sent faiz, 200 (iki yüz) ABŞ dolları cərimə, cəmi 51961 (əlli bir min doqquz yüz altmış bir) ABŞ dolları 93 (doxsan üç) sent kredit borcunun ödəniş gününə valyutanın cari kursu ilə Azərbaycan manatı ifadəsində, həmçinin 30 (otuz) manat məbləğində dövlət rüsumu vəsaitinin tutulması, tələbin ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən 112,7 kv.metr ümumi, 64,9 kv.metr yaşayış və 47.8 kv.metr yardımçı sahədən ibarət 3 otaqlı mənzilə yönəldilməsi, ipoteka predmeti olan həmin mənzilin ilkin satış qiymətinin 175000 (bir yüz yetmiş beş min) manat məbləğində müəyyən edilərək açıq hərracda satılması, həmin daşınmaz əmlakın satışından əldə olunmuş vəsait hesabına qeyd edilən kredit borcunun ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 15 avqust 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən X.Sarıyev, hakimlər M.Məmmədov və E.Nağıyeva) Nəsimi Rayon Məhkəməsinin 18 aprel 2018-ci il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə çıxarılmış, iddia tələbi qismən təmin edilərək, Cavabdeh iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 44143 (qırx dörd min bir yüz qırx üç) ABŞ dolları 13 (on üç) sent əsas, 7618 (yeddi mi n altı yüz on səkkiz) ABŞ dolları 80 (səksən) sent faiz, 200 (iki yüz) ABŞ dolları cərimə, cəmi 51961 (əlli bir min doqquz yüz altmış bir) ABŞ dolları 93 (doxsan üç) sent kredit borcunun ödəniş gününə valyutanın cari kursu ilə Azərbaycan manatı ifadəsində, həmçinin 25 (iyirmi beş) manat məbləğində dövlət rüsumunun tutulması, tələb ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən 112,7 kv.metr ümumi, 64,9 kv.metr yaşayış və 47.8 kv.metr yardımçı sahədən ibarət 3 otaqlı mənzilə yönəldilməsi, ipoteka predmeti olan həmin mənzil ilkin satış qiymətinin 175000 (bir yüz yetmiş beş min) manat məbləğində müəyyən edilərək açıq hərracda satılması, həmin daşınmaz əmlakın satışından əldə olunmuş vəsait hesabına qeyd edilən kredit borcunun ödənilməsi qət edilmiş, iddia qa lan hissədə təmin edilməmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 15 avqust 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 44143 (qırx dörd min bir yüz qırx üç) ABŞ dolları 13 (on üç) sent əsas, 6172 (altı min bir yüz yetmiş iki) ABŞ dolları 58 (əlli səkkiz) sent faiz, 9156 (doqquz min bir yüz əlli altı) ABŞ dolları 09 (doqquz) sent cərimə, cəmi 59471 (əlli doqquz min dörd yüz yetmiş bir) ABŞ dolları 80 (səksən) sent kredit borcunun, bildirişin qeydə alınması üçün ödənilmiş 31 (otuz bir) manat və iddia ərizəsinə görə 30 (otuz) manat dövlət rüsumunun ödənilməsi, tutmanın Cavabdeh məxsus Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən 112,7 kv.metr ümumi, 64,9 kv.metr yaşayış və 47.8 kv.metr yardımçı sahədən ibarət 3 otaqlı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, satışdan əldə edilən məbləğin “xxxx” Açıq Səhmdar Cəmiyyə tinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh iddiaçının xeyrinə 44143 (qırx dörd min bir yüz qırx üç) ABŞ dolları 13 (on üç) sent əsas, 7618 (yeddi min altı yüz on səkkiz) ABŞ dolları 80 (səksən) sent faiz, 9156 (doqquz min bir yüz əlli altı) ABŞ dolları 09 (doqquz) sent cərimə, cəmi 60918 (altmış min doqquz yüz on səkkiz) ABŞ dolları 02 (iki) sent kredit borcunun, bildirişin qeydə alınması üçün ödənilmiş 31 (otuz bir) manat və iddia ərizəsinə görə 30 (otuz) manat dövlət rüsumunun ödənilməsi, tutmanın Cavabdeh məxsus Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən 112,7 kv.metr ümumi, 64,9 kv.metr yaşayış və 47.8 kv.metr yardımçı sahədən ibarət 3 otaqlı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda n satılması, satışdan əldə edilən məbləğin “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə X arasında bağlanmış 17 sentyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 36 ay müddətinə illik 20 faizlə 47500 ABŞ dolları məbləğində kredit vəsaiti verilmiş, Cavabdeh 17 sentyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən hər ay 1765,27 ABŞ dolları məbləğində pulun ödənilməsini öhdəsinə götürmüşdür. “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 17 sentyabr 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən 112,7 kv.metr ümumi, 64,9 kv.metr yaşayış və 47.8 kv.metr yardımçı sahədən ibarət 3 otaqlı mənzili iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti qarşısında ipoteka ilə yüklü etmişdir. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun norma ları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklə rin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən olunmuş hallarına əsasən Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bu baxımdan mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olu nmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. İşin mübahisələndirilməyən hallarına görə, bankla Cavabdeh arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqavilədən irəli gələn öhdəliklərin təminatı kimi özünə məxsus olan əmlakı bankın xeyrinə ipoteka ilə yüklü etmiş, bank tərəfindən öhdəliklər yerinə yetirilmiş, borcalan isə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə mü vafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Məhəmmmədnəbi qızının kassasiya şika Bakı Apellyasiya Məhkəməsinin MK-nın 15 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-451/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-451/2019
18.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver