Məhkəmə qərarları › İş №2(102)-4511/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4511/2023

29.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4511/2023 29.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, müddətin bərpası barədə vəsatət) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı borc pulun ödənilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-585/2023 nömrəli, 3 oktyabr 2023- cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında ba xaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 8000 manat məbləğində borcun və 100 manat dövlət rüsumunun tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Yevlax Rayon Məhkəməsinin 2023-cü il 30 yanvar tarixli, 2(039)-53/2023 nömrəli qətnaməsi ilə (hakim Kamil Əliyev) iddia təmin edilmişdir.

3. Şəki Apellyasiya Məhkəməsinin 2023-cü il 23 may tarixli, 2(107)-585/2023 nömrəli qətnaməsi ilə (hakimlər Elçin Mehdiyev /sədrlik edən və məruzəçi/, Ələddin Məcidov və Mahir Əsədli) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. Həmin qətnamədən Cavabdeh kassasi ya şikayəti vermiş və kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir.

5. Ali Məhkəmənin Mülki Kollegiyasının 09 avqust 2023-cü il tarixli, 2(102)3520/2023 saylı qərardadı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 may 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilmiş və kassasiya şikayəti qaytarılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, kassasiya şikayəti mülki prosessual qanunvericiliyin tələbinə uyğun olaraq, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə verilmiş və elektron imza ilə yalnız vəkil tərəfindən imzalan mışdır. Halbuki, Mülki Prosessual Məcəllənin 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Qeyd edilənlərə əsasən, şikayət icraata qəbul oluna bilməz.

6. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(107)-585/2023 saylı qərardadı ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 may 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.

7. Daha sonra həmin qətnamədən Cavabdeh kassasiya şikayəti vermiş, habelə kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa ol unmasını xahiş etmişdir.

8. Vəsatət onunla əsaslandırılmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(039)-585/2023 saylı qətnaməsindən kassasiya şikayəti müddət ötürülmədən verilmiş olsa da, mülki iş etibarnamənin işə əlavə olunmaması səbəbindən geri qaytarılmışdır. Hazırda isə “Elektron məhkəmə” sistemində mövcud olan problemlər səbəbindən prosessual müddət üzrlü səbəbdən ötürülmüşdür.

9. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-585/2023 nömrəli, 3 oktyabr 2023-cü il tarixli qərardadı ilə (hakimlər Elçin Mehdiyev /sədrlik edən və məruzəçi/ Ələddin Məcidov və Mahir Əsədli) Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 may 2023-cü il tarixli, 2(107)-585/2023 saylı qətnaməsindən Cavabdeh (nümayəndə və vəkil Nümayəndə) kassa siya şikayətinin verilməsi müddətinin bərpasına dair ərizəsi təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə prosessual müddətin bərpası üçün əsas ola biləcək, mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmayan, özü tərəfindən dəf edilməsi imkanlarından kənara çıxan, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törədən və ya məhdudiyyət yaradan inkar olunmaz səbəblər müəyyən etməmişdir. İş materiallarından da göründüyü kimi Şəki Apellyasiya 23 may 2023-cü il tarixli qətnaməsi 25 may 2023-cü il tarixdə Cavabdeh elektron kabinetində yerləşdirilmişdir. Lakin Cavabdeh (nümayəndə və vəkil Nümayəndə) təkrar kassasiya şikayəti xx.xx. 2023-cü il tarixdə elektron qaydada məhkəməyə göndərilmişdir. Bundan başqa, Cavabdeh qeyd edilən qətnamədən kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin buraxılması səbəbinin üzrlü hesab edilməsi və ərizəsinin təmin edilməsi üçün məhkəmə kollegiyasına hər hansı bir sübut təqdim etməmişdir.

11. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin l hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 128.3, 130.1, 135.5, 135.6, 405.0.1, 408.1.4-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 ma y 2008-ci il tarixli, “O.Hüseynovun şikаyəti üzrə məhkəməyə mürаciət hüququnun pozulmаsınа dаir” 29 iyun 2007-ci il tаrixli, “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 fevral 2007-ci il tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelərə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

12. Cavabdeh kassasiya şikayəti verərək (vəkil Nümayəndə) Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-585/2023 nömrəli, 3 oktyabr 2023-cü il tarixli qərardadının ləğv olunmasını xahiş etmişdir.

13. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-585/2023 saylı qətnaməsin dən kassasiya şikayəti vaxtında verilmiş olsa da, şikayət etibarnamənin işə əlavə olunmaması səbəbindən geri qaytarılmışdır. Bu səbəbdən də, hazırda prosessual müddət üzrlü olaraq ötürülmüşdür. Şəki Apellyasiya Məhkəməsi tərəfindən kassasiya şikayətinin verilməsi barədə ərizə (vəsatət) əsassız olaraq təmin edilməmişdir. Kassasiya şikayətini vermə müddəti üzrlü səbəbdən ötürüldüyündən bu ərizəyə əsasən ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair qərardad çıxarılmaqla kassasiya şikayətinin göndərilməsinin təmin edilməsini əsaslı hesab edir. Qəbzdə olan imza ona aid deyil və iddiaçı tərəf imzanı saxtalaşdırmışdır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən obyektiv araşdrma aparılmayaraq onun sübutları qiymətləndirilirməmişdir.

14. Kassasiya şikayəti Azərbaycan Respublikası M PM-nin 384.0.2, 133.1-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli 4 №-li qərarının 2.4-ci bəndində ifadə olunmuş hüquqi mövqeyə istinad edilməklə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

16. Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.

17. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

18. Maddə 133.1. Məhkəmə qanunl a müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

19. Maddə 135.1. Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.

20. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənəd lərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.

21. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadı nı, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.

22. Maddə 135.5. Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

23. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

24. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa.... “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respubl ikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarı 25. “...Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkar olun maz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MM-nin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın...”. "X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbаycаn Respublikаsı Konstitusiya Məhkəməsinin 13 fevral 2007-ci il tarixli qərarı 26.... “Qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402- 421-ci maddələri) müəyyənləşdirmiş və həmin a ktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir.”... Kassasiya baxışının hədləri

27. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

28. Hazırkı kassasiya şikayətində qərardad cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa olunması və kassasiya şikayətinin qaytarılması barədə gəldiyi nəticə qanuni və əsaslıdır.

30. Məhkəmə kollegiyası baxılan şikayətlə bağlı hüquqi məsələlərə giriş olaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təmi nat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.

31. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyild ir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri MPM-nin 405.0.1-ci maddəsində kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş müddətlərdir. Həmin normada kassasiya şikayətinin qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində verilə bilməsi müəyyən olunur.

32. Bu normadan göründüyü kimi, apellyasiya şikayəti vermə müddətinin axımı, qətnamənin rəsmi qaydada verildiyi gündən başlanır və iki ay davam edir. Müddətlərin hesablanması qaydalarını müəyyən edən MPM-nin 128.3-cü maddəsinə görə, illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin başlanğıcının təyin ed ildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.

33. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, məhkəmənin 23 may 2023-cü il tarixli, 2(107)-585/2023 saylı qətnaməsi 25 may 2023-cü il tarixdə Cavabdeh elektron kabinetində yerləşdirilmişdir. Lakin Cavabdeh (nümayəndə və vəkil Nümayəndə) təkrar kassasiya şikayəti xx.xx.2023-cü il tarixdə elektron qaydada məhkəməyə göndərilmişdir.

34. Göründüyü kimi cavabdeh qanuna uyğun kassasiya şikayəti ilə məhkəməyə müraciət edəndə kassasiya şikayəti vermək üçün müddət ötürülmüşdü. Apelyasiya instansiyası məhkəməsi cavabdehin qətnamədən kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin buraxılması səbəbinin üzrlü hesab edilməsi və ərizəsinin təmin edilməsi üçün məhkəmə kollegiyasına hər hansı bir sübut təqdim etmədiyinə görə müddətin bərpasından imtina etmişdir.

35. İddiaçı müddətin ötürülməsinin səbəbi kimi qətnamədən kassasiya şikayətini əslində müddət ötürülmədən vaxtında verməsinə baxmayaraq, etibarnamənin işə əlavə olunmaması səbəbindən geri qaytarıldığını, bununla da müddətin keçdiyini bildirmişdir.

36. Nəzərə alınmalıdır ki, mülki prosessual qanuvericilik məhkəmə prosesi iştirakçılarına hüquqlarının səmərəli təmin olunması üçün geniş hüquqlar tanımaqla bərabər, bu hüquqların həyata keçirilməsi üçün məcburi tələblər müəyyən etmişdir. Məsələn, MPM-nin 402.1-ci maddəsinə əsasən tərəfin apelyasiya instansiyası məhkəməsinin aktını mübahisələndirmək hüququ vardır. Lakin bu hüquqdan məhkəmə aktı qəbil edildiyi vaxtdan iki ay müddətində istifadə oluna bilər. Eyni zamanda kassasiy a şikayəti MPM-nin 407-ci maddəsində müəyyən edilmiş kassasiya şikayətinin forma və məzmununa uyğun olmalıdır.

37. Bu baxımdan cavabdeh qanunla müəyyən edilmiş forma və məzmun tələblərinə əməl etməməsindən irəli gələn hüquqi nəticələrə görə özü məsuliyyət daşıyır. Tərəflər onlara verilmiş hüquqlardan düzgün istifadə etməyə, verilmiş hüquqlardan sui-istifadə etmədən ədalət mühakiməsinin düzgün həyata keçirilməsinə şərait yaratmağa borcludur.

38. Tərəfin bu cür hərəkət etmək vəzifəsi MPM-nin 47-ci maddəsində də təsbit edilərək göstərilir ki, işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar.

39. Bundan başqa, MPM-in 404-1.2-ci maddəsinə müvafiq olaraq, kassasiya instansiyası məhkəməsi kassasiyanın mümkünlüyünü yoxlayaraq, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyrimümkün hesab edilməsinə dair qərardad qəbul edir.

40. MPM-in 408.5-ci maddəsinə görə bu Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər.

41. Bu müddəanın mənasına görə, kassasiya şikayəti verildiyi anda onun verilməsinə dair prosessual hərəkət bitmiş hesab olunur, onun müvafiq apellyasiya instansiyası məhkəməsinə təqdim edilməsi anınadək tamlığı təmin edilməli, kassasiya şikayətinin verilməsi ilə bağlı hər hansı nöqsanlar onun verilməsi üçün nəzərdə tutulmuş müddətdə aradan qaldırıla bilər.

42. Ali Məhkəmə tərəfindən kassasiya şikayətinin qeyri-mümk ün hesab edilməsi barədə qərardadın qəbul edilməsi məqamında, həmin kassasiya şikayəti ilə bağlı məhkəmə icraatına yekun vurulur, həmin kassasiya şikayətinin hər hansı prosessual dəyəri sıfıra enir və bundan sonra şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər.

43. İşdən görünür ki, kassator kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə Ali Məhkəmənin qərardadı elan edildikdən sonra nöqsanı aradan qaldırmış, bundan sonra kassasiya şikayəti qanunla müəyyən edilmiş formaya uyğun hal almışdır.

44. Belə şəraitdə apellyasiya instansiyası məhkəməsi nəzərə almalıdır ki, peşəkar hüquqi yardım göstərən vəkil tərəfindən kassasiya şikayətinin tərtibi zamanı şikayətin forma və məzmun tələbinə riayət edilməməsi, etibarnamənin əlavə edilməməsi, şikayət ver miş tərəfin şikayəti imzalamaması kimi pozuntular qəbuledilməzdir və təkrar kassasiya şikayətinin verilməsi zamanı müddətin bərpasını mümkün edən üzrlü səbəb kimi qiymətləndirilməsini istisna edir

45. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Çünki Konstitusiya Məhkəməsinin “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onları n dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-nin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

46. Apellyasiya instansiyası məhkəməsi iş üzrə prosessual müddətin bərpası üçün əsas ola biləcək, mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmayan, özü tərəfindən dəf edilməsi imkanlarından kənara çıxan, müvafiq hərəkətin yerinə yetirilməsi nə maneə törədən və ya məhdudiyyət yaradan inkarolunmaz səbəblər müəyyən etməmişdir.

47. Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir.

48. Məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsind ə deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə nəticələnə bilər.

49. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi düzgün olaraq MPM-nin 133cü maddəsinə istinad etməklə iddiaçının prosessual müddətin bərpasına dair vəsatətini təmin etməmiş, kassasiya şikayətinin geri qaytarılmasına dair qərardad qəbul etmişdir. Buna görə kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

50. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellya siya Məhkəməsi Mülki kollegiyasının 2(103)-585/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar