Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4512/2022 28.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və "xxxx" QSC-yə qarşı “kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: tələbin ipotekaya yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməməsi, iddia tələbinə hüquqi qiymət verilməməsi, qətnamənin əsaslandırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tər kibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 mart 2022-ci il tarixli, 2(105)108/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 03 oktyabr 2012-ci il tarixli, 379/22-SKMF №-li kredit müqaviləsi ilə İddiaçı ASC tərəfindən Cavabdeh1 84 ay müddətinə, illik 6 faiz ödəmək şərti ilə ******* manat məbləğində kredit verilmiş, sonuncu həmin krediti müəyyən edilmiş ödəniş cədvəlinə uyğun qaytarmağı öhdəsinə götürmüşdür.
2. Kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrası məqsədi ilə aşağıdakı əmlaklar ipoteka ilə yüklü edilmişdir: a. 04 oktyabr 2012-ci il tarixli SİP-2-379/22-SKMF №-li sonrakı ipoteka müqavil əsinə əsasən "xxxx" QSC-yə məxsus Sumqayıt şəhəri, Avtovağzal ərazisində yerləşən 141,84 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış binası (mağaza) (bazar dəyəri 457800 manat), b. 04 oktyabr 2012-ci il tarixli SİP-3-379/22-SKMF №-li ipoteka müqaviləsinə əsasən Cavabdeh3 məxsus Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində istifadədə olan 0,34627 ha torpaq sahəsində yerləşən 21 №-li binanın 1-ci mərtəbəsində 1413,3 kv.metr ümumi, 877,1 kv.metr əsas, 536,2 kv.metr köməkçi sahədən ibarət qeyriyaşayış sahəsi (25 saylı təsərrüfat malları mağazası) (bazar dəyəri ******* manat), c. 04 oktyabr 2012-ci il tarixli SİP-4-379/22-SKMF №-li sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus: - Sumqayıt şəhəri, Novxanı bağ massivində mülkiyyətində olan 0,16 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 6 otaqlı, 181,02 kv.metr yaşayış, 155,82 kv.metr köməkçi sahədən ibarət B-4709 №-li bağ evi və - Sumqayıt şəhəri, Novxanı bağ massivində mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən B-4710 №-li bağ sahəsi (ümumi bazar dəyəri 246400 manat), d. 04 oktyabr 2012-ci il tarixli SİP-5-379/22-SKMF №-li sonrakı ipoteka müqaviləsinə əsasən "xxxx" QSC-yə məxsus Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində istifadədə olan 0,34627 ha torpaq sahəsində yerləşən 21 №-li binanın zirzəmisində 331,8 kv.metr ümumi, 331,8 kv.metr əsas sahədən ibarət qeyri-yaşayış sahəsi (bazar dəyəri 370000 manat), e. 28 noyabr 2012-ci il tarixli İP-1-379/22-SKMF №-li ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus: - Xaçmaz rayonu, Palçıq oba kəndində 1,854496 ha torpaq sahəsi, - Xaçmaz rayonu Yeni-Sudur kəndində 2,536391 ha torpaq sahəsi, - Xaçmaz rayonu Palçıq oba kəndində 1,73 ha torpaq sahəsi, - Xaçmaz rayonu Pirqulu oba kəndində 5,36 ha torpaq sahəsi, - Xaçmaz rayonu Yeni-Sudur kəndində 1,76 ha torpaq sahəsi (ümumi bazar dəyəri 540160 manat), f. 21 aprel 2015-ci il tarixli İP-2-379/22-SKMF №-li ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus Xaçmaz rayonu Çinartala kəndində 3,320997 ha olan torpaq sahəsi (bazar dəyəri 132200 manat), g. 04 oktyabr 2012-ci il tarixli G1-379/22-SKMF №-li sonrakı girov müqaviləsinə əsasən Cavabdeh2 məxsus "xxxx" MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Xətai rayonu, Xocalı-2 küçəsi, ev 45, mərtəbə 9, 145,25 kv.metr mənzilə olan pay hüququ (bazar dəyəri 130000 manat). İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı ASC ca vabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və "xxxx" QSCyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 03 oktyabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə ******* manat əsas, 98335,30 manat faiz borcu olmaqla, ümumilikdə 1098335,30 manat məbləğində borcun, dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun, həmçinin 17 avqust 2015-ci il tarixdən borc öhdəliklərinin tam şəkildə icra olunması gününədək hər gün üçün 166,67 manat məbləğində gündəlik faiz borcunun hesablanaraq ödənilməsi, tutmanın ipoteka predmeti olan əmlaklara yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və borcun əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına Banka ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icr a edilməsi, Cavabdeh2 ilə "xxxx" MTK arasında bağlanmış 15 mart 2008-ci il tarixli müqaviləyə xitam verilərək, həmin mənzilə Bankın hüquqlarının tanınması, Bakı şəhəri, Xətai rayonu, Xocalı-2 küçəsi C saylı evin 46 saylı mənzilinə Bankın gələcəkdə mülkiyyət hüququnun tanınması şərti ilə Bank ilə müqavilənin bağlanmasının "xxxx" MTK-ya həvalə edilməsi, ipoteka predmetlərinə tutma yönəldikdə və onlar satıldıqdan bir ay sonra "xxxx" QSC-nin, Cavabdeh1 və Cavabdeh3 həmin əmlaklara olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin əmlakların boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmiş və onun tələb olunan məbləğdə borcu yaranmışdır. Xəbə rdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən yayınmışdır.
5. Xaçmaz Rayon Məhkəməsinin 04 may 2018-ci il tarixli, 2(067)-10/2018 nömrəli qətnaməsi ilə (hakim R.E.Xəlilov) iddia qismən təmin edilmiş, Cavabdeh1 220000 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ləğv prosesində olan İddiaçı ASC-yə verilməsi, tutmanın "xxxx" QSC-yə (“AER” firması) məxsus Sumqayıt şəhəri, Avtovağzal ərazisində icarəsində olan 0,1580 ha torpaq sahəsində yerləşən 2 girişli, 141.84 kv.metr ümumi, 73,36 kv.metr əsas, 68,48 kv.metr köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına (mağaza) yönəldilməsi, əmlakın 457800 manat bazar dəyərində qiymətləndirilməsi, Cavabdeh3 məxsus Bakı şəhəri Xətai rayonu Məhəmməd Hadi küçəsində istifadədə olan 0,34627 ha torpaq sahəsində yerl əşən 21 №-li binanın 1-ci mərtəbəsində 1413,3 kv.metr ümumi, 877,1 kv.metr əsas, 536,2 kv.metr köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə (25 saylı təsərrüfat malları mağazası) yönəldilməsi, əmlakın ******* manat bazar dəyərində qiymətləndirilməsi, Cavabdeh1 məxsus Sumqayıt şəhəri Novxanı bağ massivində mülkiyyətində olan 0,16 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli 6 otaqlı 181,02 kv.metr yaşayış, 155,82 kv.metr köməkçi sahədən ibarət B-4709 №-li bağ evinə, Cavabdeh1 məxsus Sumqayıt şəhəri Novxanı bağ massivində mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən B-4710 №-li bağ sahəsinə yönəldilməsi, əmlakların 246400 manat dəyərində qiymətləndirilməsi, "xxxx" QSC-yə (“AER” firması) məxsus Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində istifadədə olan 0,34627 ha torpaq sahəsində yerləşən 21 №-li binanın zirzəmisində 331,8 kv.metr ümumi, 331,8 kv.metr əsas sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, əmlakın 370000 manat bazar dəyərində qiymətləndirilməsi, Cavabdeh1 məxsus Xaçmaz rayonu Palçıq oba kəndində mülkiyyətində olan 1,854496 ha torpaq sahəsinə, Cavabdeh1 məxsus Xaçmaz rayonu Yeni-Sudur kəndində mülkiyyətində olan 2,536391 ha torpaq sahəsinə, Cavabdeh1 məxsus Xaçmaz rayonu Palçıq oba kəndində mülkiyyətində olan 1,73 ha torpaq sahəsinə, Cavabdeh1 məxsus Xaçmaz rayonu Pirqulu oba kəndində mülkiyyətində olan 5,36 ha torpaq sahəsinə, Cavabdeh1 məxsus Xaçmaz rayonu YeniSudur kəndində mülkiyyətində olan 1,76 ha torpaq sahəsinə yönəldilməsi, əmlakların 540160 manat dəyərində qiymətləndirilməsi, Cavabdeh1 məxsus olan Xaçmaz rayonu Çinartala kəndində yerlə şən ümumi sahəsi 3,320997 ha olan torpaq sahəsinə yönəldilməsi, əmlakın 132200 manat dəyərində qiymətləndirilməsi, Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Xocalı-2 küçəsi ev 45, mərtəbə 9, "xxxx" MTK-da 145,25 kv.metr mənzilə yönəldilməsi, əmlakın 130000 manat bazar dəyərində qiymətləndirilməsi, həmin əmlakların açıq hərracdan satılması və borcun əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına Banka ödənilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi borcun məbləğini müəyyən edərkən iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 16 oktyabr 2017-ci il tarixli rəyini əsas götürmüşdür. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında bank müştərisi tərəfindən məxaric olunmuş 410000,00 manat məbləğdən 220000,00 manatın kassa məxaric çeki öz əksini tapdığından iddia tələbi həmin hissədə təmin olunmalıdir.
7. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 445.2.1, 445.3, 448.1, 449.4-cü və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
8. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu vasitəsi ilə apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 04 may 2018-ci il tarixli, 2(067)-10/2018 nömrəli qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Həmçinin cavabdeh "xxxx" QSC ayrıca, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 birgə apellyasiya şikayətləri verərək, Xaçmaz Rayon Məhkəməsinin 04 may 2018 -ci il tarixli, 2(067)-10/2018 nömrəli qətnaməsinin qismən, tələbin girov qoyulmuş bütün əmlaklara yönəldilməsi hissəsində ləğv edilməsini xahiş etmişlər.
10. Apellyasiya icraatı zamanı alınmış “S-Əmlak” X1 17 may 2019-cu il tarixli rəylərinə əsasən müəyyən olunmuşdur ki, "xxxx" QSC-yə (“AER” firması) məxsus Sumqayıt şəhəri, Avtovağzal ərazisində yerləşən 141,84 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış binası (mağaza) 625800 manat bazar dəyərində, Cavabdeh3 məxsus Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində istifadədə olan 0,34627 ha torpaq sahəsində yerləşən 21 №-li binanın 1-ci mərtəbəsində 1413,3 kv.metr ümumi, 877,1 kv.metr əsas, 536,2 kv.metr köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi (25 saylı təsərrüfat malları mağazası) 950000 manat bazar dəyərində, Cavabdeh1 məxsus Sumqa yıt şəhəri, Novxanı bağ massivində mülkiyyətində olan 0,16 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 6 otaqlı, 181,02 kv.metr yaşayış, 155,82 kv.metr köməkçi sahədən ibarət B4709 №-li bağ evi 350000 manat bazar dəyərində, Cavabdeh1 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən B4710 №-li bağ sahəsi 130000 manat bazar dəyərində, "xxxx" QSC-yə (“AER” firması) məxsus Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində istifadədə olan 0,34627 ha torpaq sahəsində yerləşən 21 №-li binanın zirzəmisində 1-ci mərtəbəsində 1413,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi ******* manat bazar dəyərində, Cavabdeh1 məxsus Xaçmaz rayonu Palçıq oba kəndində mülkiyyətində olan 1,854496 ha torpaq sahəsi, Xaçmaz rayonu Yeni-Sudur kəndində mülkiyyətind ə olan 2,536391 ha torpaq sahəsinin bazar dəyəri 130000 manat, Xaçmaz rayonu Palçıq oba kəndində mülkiyyətində olan 1,73 ha torpaq sahəsinin bazar dəyəri 110000 manat, Xaçmaz rayonu Pirqulu oba kəndində mülkiyyətində olan 5,36 ha torpaq sahəsinin bazar qiyməti 150000 manat, Xaçmaz rayonu Yeni-Sudur kəndində mülkiyyətində olan 1,76 ha torpaq sahəsinin bazar qiyməti 70000 manat dəyərində, Xaçmaz rayonu, Çinartala kəndində mülkiyyətində olan ümumi sahəsi 3,320997 ha torpaq sahəsi və layihə üzrə başa çatmış tikinti ilə birlikdə bazar qiyməti ******* manat, Xaçmaz rayonu, Palçıq oba kəndində mülkiyyətində olan 1,854496 ha torpaq sahəsinin bazar qiyməti 60000 manat, Bakı şəhəri, Xətai rayonu, Xoçalı-2 küçəsi ev 45, 9 mərtəbə, 145,25 kv.m metr mənzilin bazar qiyməti 250000 manat dəyərində qiymətl əndirilmişdir.
11. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 mart 2020-ci il tarixli, 2(105)-48/2020 nömrəli qətnaməsi ilə (hakim G.F.Tağızadənin sədrliyi və məruzəsi ilə, hakimlər T.O.Quliyevin və E.G.Rəhimovun iştirakı ilə) iddiaçı və cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 04 may 2018-ci il tarixli, 2(067)-10/2018 nömrəli qətnaməsi qismən ləğv edilmiş, iddia qismən təmin edilərək, Cavabdeh1 182911,83 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi, tutmanın Cavabdeh1 məxsus bazar qiyməti 60000 manat olan Xaçmaz rayonu, Yeni-Sudur kəndində mülkiyyətində olan 2,536391 ha torpaq sahəsinə, Cavabdeh1 məxsus Xaçmaz rayonu Palçıq oba kəndində mülkiyyətində olan bazar qiy məti 110000 manat olan 1,73 ha torpaq sahəsinə, Cavabdeh1 məxsus Xaçmaz rayonu Yeni-Sudur kəndində mülkiyyətində olan ümumi bazar dəyəri 70000 manat 1,76 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və borcun əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, Cavabdeh1 iddiaçı tərəfindən müqavilə üzrə tələb olunan ******* manat deyil, 220000 manat pul verildiyindən, güzəşt müddəti dövründə həmin cavabdeh tərəfindən 58721,50 manat pul ödənildiyindən, ekspertiza rəyində göstərilən və cavabdeh tərəfindən ödənilmiş 58721,50 manatdan 21633,33 manat faiz çıxıldıqdan sonra qalan 37088,17 manat ümumi məbləğdən çıxa rılmalıdır (220000-37088,17 = 182911,83).
13. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdehin hazırda Banka 182911,83 manat borclu olduğu nəzərə alınaraq, ipoteka ilə yüklü edilmiş əmlaklar borc məbləğindən dəfələrlə artıq olduğu bir neçə əmlak ipotekadan azad edilməlidir. Həmin əmlaklar açıq hərracdan satılmalı və əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya olan borc ödənilməlidir. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
14. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu vasitəsi ilə kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 mart 2020-ci il tarixli, 2(105)-48/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin ol unması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 08 fevral 2021ci il tarixli, 2(102)-17/2021 nömrəli qərarı ilə (hakim A.Q.Hüseynovun sədrliyi və məruzəsi ilə, hakimlər Ə.G.Nurməmmədovun və Z.Ə.Əliyevin iştirakı ilə) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 mart 2020-ci il tarixli, 2(105)-48/2020 nömrəli qətnaməsi ipoteka və girov predmetlərinə tutma yönəldilməsi tələbinin təmin olunmaması hissəsində ləğv olunmuş, iş həmin hissədə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmış, qətnamə iddianın təmin olunmayan qalan hissəsində və ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılm ışdır.
16. Kassasiya məhkəməsi hesab etmişdir ki, Bankın kredit borcu tələbinin təmin olunmayan hissəsində və ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin həmin hissələrlə bağlı dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması ilə bağlıdır və kassasiya icraatı çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmış, onlara qiymət verilmir.
17. Kassasiya şikayətinin ekspert və mütəxəssis rəyləri ilə bağlı dəlillərinə münasibətdə nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya ekspert rəyi ilə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla və məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
18. Qeyd olunanlarla yanaşı, kassasiya məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ipoteka və girov predmeti olan əmlaklara tutma yönəldilməsi tələblərinin təmin olunmayan hissəsində maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iş üzrə ipoteka (girov) predmeti olan bütün əmlakların tərəflər arasında bağlanmış 03 oktyabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin təminatı qismində Bank qarşısında yüklü edildiyi işin mübahisə olunmayan halıdır. Eyni zamanda işə baxmış məhkəmələr kredit müqaviləsi üzrə öhdəliklərin icrasının uzun müddətə pozulduğunu və icra edilmədiyini müəyyən etmişlər. Mövcud vəziyyət Mülki Məcəllənin 269.1, 295-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddələrinə əsasən Banka ipoteka (girov) predmetlərinə tutmanın yönəldilməsini tələb etmək hüququnu verir.
19. Kassasiya məhkəməsi həmçinin bildirmişdir ki, mülki və ipoteka haqqında qanunvericilik yerinə yetirilməmiş öhdəliyin həcmindən asılı olaraq ipoteka (girov) predmetinin bir his səsinə tutma yönəldilməsindən imtina etmək və ya həmin əmlakları yüklülükdən azad etmək imkanını nəzərdə tutmur. Qanunun mənasına görə tutma proseduru çərçivəsində məhkəmə ipoteka qoyan tərəfindən tələb edildiyi halda öhdəliyin təminatı qismində yüklü edilmiş bütün əmlaklara tutma yönəldilməsi tələbini təmin etməli, əmlakların açıq hərracdan satılması ardıcıllığı və kredit öhdəliyinə icra nəticəsində xitam verildiyi halda digər əmlaklara tutma yönəldilməsi prosedurunun dayandırılması və ya ona xitam verilməsi icra qaydasında öz həllini tapmalıdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
20. İkinci apellyasiya baxışı zamanı alınmış “B+Ş Konsaltinq” MMC-nin 10 avqust 2021-ci il tarixli qiymətləndirmə hesabatlarına əsasən "xxxx" QSC-yə (“AER” firması) məxsus Sumqayıt şəhəri, A vtovağzal ərazisində icarəsində olan 0,1580 ha torpaq sahəsində yerləşən 2 girişli, 141,84 kv.metr ümumi, 73,36 kv.metr əsas, 68,48 kv.metr köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binasının xx.xx.2021-ci il tarixə bazar dəyəri 680000 manat, likvid dəyəri 620000 manatdır. Cavabdeh1 məxsus olan Xaçmaz rayonu, Çinartala kəndində yerləşən ümumi sahəsi 3,320997 ha olan torpaq sahəsinin xx.xx.2021-ci il tarixə bazar dəyəri 265000 manat, likvid dəyəri 240000 manatdır. Cavabdeh1 məxsus Xaçmaz rayonu, Palçıq oba kəndində olan 1,854496 ha torpaq sahəsinin xx.xx.2021-ci il tarixə bazar dəyəri 80000 manat, likvid dəyəri 60000 manatdır. Cavabdeh1 məxsus Xaçmaz rayonu, Pirqulu oba kəndində mülkiyyətində olan 5,36 ha torpaq sahəsinin xx.xx.2021-ci il tarixə bazar dəyəri 160000 manat, likvid dəyə ri 140000 manatdır. Cavabdeh3 məxsus Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində istifadədə olan 0,34627 ha torpaq sahəsində yerləşən 21 saylı binanın 1-ci mərtəbəsində 1413,3 kv.metr ümumi, 877,1 kv.metr əsas, 536,2 kv.metr köməkçi sahədən ibarət qeyriyaşayış sahəsinin xx.xx.2021-ci il tarixə bazar dəyəri 4900000,00 manat, likvid dəyəri 4400000,00-4500000,00 manatdır. Cavabdeh1 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində olan 0,16 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 3 mərtəbəli 6 otaqlı 181,02 kv.metr yaşayış, 155,82 kv.metr köməkçi sahədən ibarət B-4709 saylı bağ evinin xx.xx.2021-ci il tarixə bazar dəyəri 300000,00 manat, likvid dəyəri 270000,00 manatdır. Cavabdeh1 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində olan 0,12 ha torpaq sahəsində yerləşən B-4710 s aylı bağ sahəsinin xx.xx.2021-ci il tarixə bazar dəyəri 135000,00 manat, likvid dəyəri 120000,00 manatdır. "xxxx" QSC-yə (“AER” firması) məxsus Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində istifadədə olan 0,34627 ha torpaq sahəsində yerləşən 21 saylı binanın zirzəmisində 331,8 kv.metr ümumi, 331,8 kv.metr əsas sahədən ibarət qeyri yaşayış sahəsinin xx.xx.2021-ci il tarixə bazar dəyəri 663000,00 manat, likvid dəyəri 600000,00 manatdır. 21. “B+Ş Konsaltinq” MMC-nin 05 yanvar 2022-ci il tarixli qiymətləndirmə hesabatına əsasən Cavabdeh1 məxsus olan Xaçmaz rayonu, Çinartala kəndində yerləşən ümumi sahəsi 3,320997 ha olan torpaq sahəsinin həmin torpaq sahəsində yerləşən qeyriyaşayış sahəsinin bazar dəyəri ******* manat, likvid dəyəri ******* manatdır.
22. Sumqayıt Apellyasiya Məhkəməsin in Mülki kollegiyasının 17 mart 2022-ci il tarixli, 2(105)-108/2022 nömrəli qətnaməsi ilə (hakim T.Q.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər Ş.R.Abasovun və S.A.Qafarinin iştirakı ilə) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 04 may 2018-ci il tarixli, 2(067)-10/2018 nömrəli qətnaməsinə qismən dəyişiklik edilmiş, tutmanın Cavabdeh3 məxsus Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində istifadədə olan 0,34627 ha torpaq sahəsində yerləşən 21 nömrəli binanın 1-ci mərtəbəsində 1413,3 kv.metr ümumi, 877,1 kv.metr əsas, 536,2 kv.metr köməkçi sahədən ibarət qeyri yaşayış sahəsinə (25 saylı təsərrüfat malları mağazası), Cavabdeh1 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində mülkiyyətində olan 0,16 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 6 otaqlı, 181,02 kv.metr yaşayış, 155,82 kv.metr köməkçi sahədən ibarət B-4709 nömrəli bağ evinə, Cavabdeh1 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən B-4710 nömrəli bağ sahəsinə, "xxxx" qapalı səhmdar cəmiyyətinə (“AER” firması) məxsus Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində istifadədə olan 0,34627 ha torpaq sahəsində yerləşən 21 nömrəli binanın zirzəmisində 331,8 kv.metr ümumi, 331,8 kv.metr əsas sahədən ibarət qeyri-yaşayış sahəsinə, Cavabdeh1 məxsus Xaçmaz rayonu, Palçıq oba kəndində mülkiyyətində olan 1,854496 ha torpaq sahəsinə, Cavabdeh1 məxsus Xaçmaz rayonu, Pirqulu oba kəndində mülkiyyətində olan 5,36 ha torpaq sahəsinə, Cavabdeh1 məxsus olan Xaçmaz rayonu, Çinartala kəndində yerləşən ümumi sahəsi 3,320997 ha olan torpaq sahəsinə, Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Xocalı-2 küçəsi ev 45, mərtəbə 9, Lider MTK-da 145,25 kv.metr mənzilə yönəldilmiş, həmin əmlakların açıq hərracdan satılması və əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcunun ödənilməsi qət edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi həmin qərarında Mülki Məcəllənin 269.1, 269.2, 269.4, 270.1, 295, 317.1, 385.1, 442, 443.1, 445.1, 445.2, 448.1, 448.2, 449.4, 465.2, 739.1, 739.2-ci, “İpoteka haqqında” Qanunun 4.1, 33, 34.1.1, 34.1.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
24. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu vasitəsi ilə kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 mart 2022-ci il tarixli, 2(105)-108/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın tam təmin olunması və ya yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 269, 270.1, 295-317.1-ci, “İpoteka haqqında” Qanunun 39.3.3-cü, Mülki Prosessual Məcəllənin 97-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, apellyasiya məhkəməsinin qətnaməsində ipoteka predmeti olan Sumqayıt şəhəri, Avtovağzal ərazisində icarəsində olan 0,1580 ha torpaq sahəsində yerləşən 2 girişli, 141,84 kv.metr ümumi, 73,36 kv.metr əsas, 68,48 kv.metr köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaş ayış binasına tutma yönəldilməmiş və bunun səbəbi əsaslandırılmamışdır. Həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün ekspertiza keçirilsə də, qətnamənin qət etdi hissəsində əmlakların ilkin satış qiymətləri göstərilməmişdir. İş materiallarında bir neçə və bir birindən fərqlənən müxtəlif qiymətləndirmə rəyləri mövcuddur və gələcəkdə əmlaklara hansı qiymətin qoyulacağı qeyri-müəyyəndir.
26. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
27. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri:
28. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası m əhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
29. Yuxarıda qeyd olunduğu kimi, birinci kassasiya baxışı nəticəsində apellyasiya məhkəməsin in qətnaməsi yalnız ipoteka və girov predmetlərinə tutma yönəldilməsi tələbinin təmin olunmaması hissəsində ləğv olunmuş və apellyasiya instansiyası məhkəməsinin ikinci baxışının predmetini yalnız həmin tələb olmuşdur. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. 31. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 33-cü maddəsinə əsasə n borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməl idir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 392.1.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmə nin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün ə sasdır. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. 33. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesa b edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarını pozulması ilə qəbul olunmuşdur.
35. Belə ki, yuxarıda qeyd olunduğu kimi, iddia ərizəsində tərəflər arasında bağlanmış 7 ipoteka müqaviləsinə istinad olunmaqla, kredit müqaviləsi üzrə borcun həmin müqavilələrlə ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaklara yönəldilməsi xahiş edilmiş və birinci instansiya məhkəməsi tərəfindən iddia həmin hissədə təmin edilmişdir.
36. Birinci apellyasiya baxışı nəticəsində kredit borcunun yalnız ipoteka müqavilələrdən birində nəzərdə tutulmuş 3 ayrı-ayrı torpaq sahələrinə yönəldilməsi qət edilmiş, qalan əmlaklara münasibətdə iddia rədd edilmişdir. Birinci kassasiya baxışı zamanı Ali Məhkəmənin qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi həmin hissədə qüvvədə saxlanılmaqla yanaşı, tutmanın qalan əmlaklara yönəldilməsi hissəsində baxılması üçün iş materialları apellyasiya məhkəməsinə qaytarılmışdır.
37. Təkrar apellyasiya ba xışı zamanı tutma qalan ipoteka predmetlərinin əksəriyyətinə yönəldilsə də, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə zidd olaraq, 04 oktyabr 2012-ci il tarixli SİP-2-379/22-SKMF №-li sonrakı ipoteka müqaviləsi ilə ipoteka ilə yüklü olunmuş "xxxx" QSC-yə məxsus Sumqayıt şəhəri, Avtovağzal ərazisində yerləşən 141,84 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış binasına (mağazaya) yönəldilməmiş və iddianın həmin hissədə təmin olunmamasının səbəbi qətnamədə əsaslandırılmamışdır. Ümumiyyətlə ikinci apellyasiya baxışı nəticəsində qəbul edilmiş qətnamə ilə birinci instansiya məhkəməsinin qətnaməsində qismən dəyişiklik edilməsi qət edilsə də, dəyişikliyin nədən ibarət olması və bunun əsaslandırılması qətnamədə öz əksini tapmamışdır. Məhkəmə yalnız hazırki qərarın 23-cü bəndində qeyd olunan maddi hüquq normalarının dispozisiyalarını sadalamış və hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsində ipoteka və girov predmetləri olan əmlaklara tutma yönəldilməsi hissəsində dəyişiklik edilməlidir.
38. Bundan başqa müəyyən olunur ki, apellyasiya məhkəməsinin ikinci baxışı zamanı tutma yönəldilmiş ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi məqsədi ilə müəyyən araşdırmalar aparılsa və hazırki qərarın 20-21-ci bəndlərində qeyd olunan qiymətləndirmə hesabatları alınsa da, həmin mütəxəssis rəyləri, ipoteka predmetlərinin qiymətləri ilə bağlı təqdim olunmuş digər sübutlarla yanaşı prosessual qanunvericiliklə müəyyən olunan qaydada qiymətləndirilməmiş, qəbul edilmiş qətnamədə tutma yönəldilmiş ipoteka predmetlərin açıq hərracdan satış qiymətləri müəyyən olunm amış və bu məsələyə ümumiyyətlə hüquqi qiymət verilməmişdir.
39. Nəzərə alınmalıdır ki, əvvəlki kassasiya baxışı nəticəsində apellyasiya məhkəməsinin birinci qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılsa da, həmin qərarla yalnız mübahisə predmeti olmuş, üzərinə tutma yönəldilmiş 3 torpaq sahəsinin qiymətlərinin qanuniliyinə qiymət verilmişdir. Yəni apellyasiya məhkəməsi tərəfindən qalan əmlaklara tutma yönəldilməkdən imtina olunduğu üçün, həmin əmlakların ilkin satış qiymətləri birinci kassasiya baxışının predmetini təşkil etməmişdir.
40. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən “İpoteka haqqında” Qanunun 39.3.3-cü və Mülki Prosessual Məcəllənin 217.1, 218.1, 218.3, 220.4, 392.1.5-ci maddələrinin tələbləri pozulmuşdur.
41. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
42. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...
43. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir.
44. Odur ki, qətnamə ləğv edilməli və iş yen i apellyasiya baxışına göndərilməlidir.
45. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir.
46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 mart 2022-ci il tarixli, 2(105)-108 /2022 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.