Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4513/2019 08.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.01.2019-cu il tarixli, 2(103)-228/2019 nömrəli qətnaməsindən İddiaçı QSC tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin (hakim C.Qədimov) 31.08.2018-ci il tarixli, 2(010)4387/2018 nömrəli qətnaməsi ilə İddiaçı QSC-nin cavabdehl ər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 1942.15 ABŞ dolları məbləğində əsas borcun ödəniş günü ABŞ dollarının AZN-ə məzənnəsi nəzərə alınaraq AZN-lə, həmçinin iddia ilə məhkəməyə müraciət edilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq İddiaçı QSC-yə ödənilməsi, Cavabdeh1 223.88 ABŞ dolları məbləğində faiz borcunun, 400 ABŞ dolları məbləğində cərimə borcunun ödəniş günü ABŞ dollarının AZN-ə məzənnəsi nəzərə alınaraq AZN-lə tutularaq İddiaçı QSC-yə ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Xəlilov, X.Cəmilova, İ.Kərimli) 28.01.2019-cu il tarixli, 2(103)-228/2019 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 31.08.2018-ci il tarixli qətnaməsinin cavabdehlər Cavabdeh3 və Cavabdeh2 aid hissədə ləğv edilməsi, iddia tələbinin onlara aid hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı QSC iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.01.2019-cu il tarixli, 2(103)-228/2019 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 05KK000000068 saylı kredit müqaviləsi üzrə 1.942,15 ABŞ dolları məbləğində əsas borc, 223,88 ABŞ dolları məbl əğində faiz borcu və 4.656,32 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 6822.35 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı QSC və vəkili R kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası instansiyası məhkəməsi tərəfindən mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsi və Konstitusiya Məhkəməsi Plenumunun 31.05.2018-ci il tarixli qərarı tətbiq edilməklə əsassız olaraq iddia zaminə münasibətdə rədd edilmiş,işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmiş, bununla da maddi və prosessual hüquq normalarının tələblə ri pozulmuşdur. Ona görə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.01.2019-cu il tarixli, 2(103)-228/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın cavabdeh-zaminlərə aid hissədə də təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və p rosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 27 sentyabr 2013-cü il tarixində 05L00004382 saylı kredit xətti müqaviləsi bağlanmışdır. 04 oktyabr 2013-cü il tarixdə bağlanmış kredit razılaşmasına əsasən borcluya aylıq faiz dərəcəsi 2.4167% ilə 12 ay müddətinə 2000 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı QSC ilə Cavabdeh3 Şakir oğlu arasında 27 sentyabr 2013-cü il tarixində 05S000009649 saylı zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı QSC ilə Cavabdeh2 arasında 27 sentyabr 2013-cü il tarixli 05S000009642 saylı zaminlik müqaviləsi bağlanmışdır. Tərəflər arasında kredit xətt müqaviləsi və zaminlik müqavilələrinin bağlanması, kreditin verilməsi, borc lunun müqavilə öhdəliklərini yerinə yetirməməsi işin mübahisəsiz hallarıdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 04 oktyabr 2013-cü il tarixli kredit razılaşması üzrə borcu tələb edir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 həmin razılaşmaya zamin durmamışlar. İşdən görünür ki, tərəflər 27 sentyabr 2013-cü il tarixində bağlanmış kredit xətti müqaviləsi üzrə zamin durmuşlar. Həmin kredit xətti müqaviləsinin 1.3. bəndində qeyd olunur ki, verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz hissəsi olan Kredit Razlaşmaları ilə müəyyən edilir. Həmin kredit razılaşması isə zaminlər tərəfindən imzalanmamış, həmin müqavilənin şərtlərinə r azılıq verməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli qərarında deyilir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında göstərilmişdir ki, öhdəlik hüququnda müqavilənin standart şərtlərinə dair normalarda şəffa flıq prinsipinin tərkib hissəsi kimi müəyyənlik prinsipi (tələbi) mövcuddur. Həmin prinsipə əsasən müqavilənin standart şərtlərində dispozisiya şərtləri və hüquqi nəticələr şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir (Mülki Məcəllənin 419.1, 419.2 və 420.1.2-ci maddələri). Bu göstərişlərə əsaslanaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsinin əsas şərtləri aydın müəyyən olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, zaminlərin imzaladığı kredit xətti müqaviləsində analoji müqavilələr üzrə əsas şərt sayılan kreditin faizləri barədə göstəriş olmamışdır. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarının qərar verdi hissəsinin 3-cü bəndinə ə sasən zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, bu şərt analoji müqavilələrin mühüm şərti hesab olunduğundan və bunun başqa şərhi olmadığından kreditin faiz dərəcəsinin zaminlə razılaşdırılmaması onun məsuliyyətinin artması kimi dəyərləndirilməlidir və belə halın mövcudluğu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən zaminliyin xitamına səbəb olur. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şi kayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsi və Konstitusiya Məhkəməsi Plenumunun 31.05.2018-ci il tarixli qərarı tətbiq edilməklə əsassız olaraq iddianın zaminə münasibətdə rədd edildiyini və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hal təsdiq olunmur. Beləliklə, kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzr ə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Nəticə olaraq kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı QSC-nin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya M əhkəməsi Mülki Kollegiyasının 28.01.2019-cu il tarixli, 2(103)228/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4513/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4513/2019
08.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver