Məhkəmə qərarları › İş №2(102)-4515/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4515/2021

23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4515/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçının Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, iddia müddəti axımı 23.09.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçının vəkili X1, cavabdehin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1798/2021 nömrəli iş üzrə 16 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə dair işə 23 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki, Cavabdeh əvvəlki "xxxx" Açıq Səhmdar Cəmiyyətindən (hazırda İddiaçı X) 05 iyun 2014-cü il tarixli, xxxx №-li kredit müqaviləsinə əsasən illik 24 faizlə 12 ay müddətinə evin təmiri məqsədi ilə 30000 avro məbləğində borc almışdır. 05 iyun 2014-cü il tarixli xxx №-li kredit müqaviləsinin müddəti 23.06.2014-cü il tarixli 01 №-li əlavəyə əsasən 22.06.2016-cı il tarixədək uzadılmışdır.

2. Məhkəmə-mühasibatlıq ekspertizasının 31.03.2020-ci il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 05 iyun 2014-cü il tarixli, xxxx saylı kredit müqaviləsinin şərtlərini nəzə rə alaraq Cavabdeh "xxxx" ASC-yə olan borcu 22.06.2016-cı il tarixə əsas borc üzrə 28.041,46 avro, faiz borcu üzrə - 1.081,96 avro, 10.06.2019-cu il tarixə əsas borc üzrə 28.041,46 avro, faiz borcu üzrə 5.234,50 avro müəyyən edilmişdir. Ekspert qarşısında qoyulmuş suala əsasən, kredit müqaviləsi üzrə faiz borcu 22.06.2016-cı il tarixdən 10.06.2019-cu il tarixədək 5% dərəcəsi ilə hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı X – Cavabdeh qarşı “borcun və xərclərin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X (əvvəlki "xxxx" ASC) xeyrinə 05.06.2014-cü il tarixli, xxx №-li kredit müqaviləsi və ona 23.06.2014-cü il tarixli 01 №-li əlavəyə əsasən 29803.29 (iyirmi doqquz min səkkiz yüz üç avro iyirmi do qquz sent) avro əsas borc, 48531.91 (qırx səkkiz min beş yüz otuz bir avro doxsan bir sent) avro hesablanmış faiz borcu olmaqla, cəmi 78335.20 (yetmiş səkkiz min üç yüz otuz beş avro iyirmi sent) avro məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir..

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh əvvəlki "xxxx" Açıq Səhmdar Cəmiyyətindən (indiki İddiaçı X) 05 iyun 2014-cü il tarixli xxx №-li kredit müqaviləsinə əsasən illik 24 faizlə olmaqla 12 ay müddətinə evin təmiri məqsədi ilə 30000 (otuz min) avro borc almışdır. 05 iyun 2014-cü il tarixli xxx №-li kredit müqaviləsinə 23.06.2014-cü il tarixli 01 №-li əlavəyə əsasən kreditin müddəti 22.06.2016-cı il tarixədək uzadılmışdır. Kredit müqaviləsini n 2.9-cu bəndinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və odur ki, gecikdirilən hər gün üçün borclu kreditora kreditin qalıq məbləğinin 0.2 faiz həcmində dəbbə pulu, 5.5-ci bəndinə əsasən isə müqavilədə nəzərdə tutulmuş müddət bitdikdə və bu müddətin uzadılması haqqında kreditorla razılaşdırılmış sonuncunun qərarı olmadıqda, habelə borc vaxtı keçmiş kreditə aid edildikdə faizləri ikiqat hesablayıb borcludan tələbedir. 2019-cu il iyunun 10-dək Cavabdeh 2014-cü il 05 iyun tarixli. xxx №-li kredit müqaviləsi və ona 23.06.2014-cü il tarixli 01 №-li əlavəyə əsasən İddiaçı X (əvvəlki "xxxx" ASC) 29803.29 (iyirmi doqquz min səkkiz yüz üç avro iyirmi doqquz sent) avro əsas borc, 48531.91 (q ırx səkkiz min beş yüz otuz bir avro doxsan bir sent) avro hesablanmış faiz borcu olmaqla, cəmi 78335.20 (yetmiş səkkiz min üç yüz otuz beş avro iyirmi sent) avro borcu vardır. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır.

5. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh İddiaçı X (əvvəlki "xxxx" ASC) xeyrinə 05.06.2014-cü il tarixli xxx №-li kredit müqaviləsi və ona 23.06.2014-cü il tarixli 01 №-li əlavəyə əsasən 29803.29 (iyirmi doqquz min səkkiz yüz üç avro iyirmi doqquz sent) avro əsas borc, 6145.39 (altı min yüz qırx beş avro otuz doqquz sent) avro hesablanmış faiz borcu, pul öhdəliyinin gecikdirilməsi üçün vurulmuş zərərin əvəzi olaraq 6296.94 (alıt min iki yüz doxsan altı avro doxsan dörd) avro olmaqla, ümumilikdə 42245.62 (qırx iki min iki yüz qırx beş avro altmış iki sent) avro borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini onunla əsaslandırılmışdır ki, müqavilə münasibatlərinə əsasən Cavabdeh əvvəlki "xxxx" Açıq Səhmdar Cəmiyyətindən (indiki İddiaçı X) 05 iyun 2014-cü il tarixli, xxx №-li kredit müqaviləsinə əsasən illik 24 faizlə 12 ay müddətinə evin təmiri məqsədi ilə 30000 avro məbləğində borc almışdır. 05 iyun 2014-cü il tarixli xxx №-li kredit müqaviləsinin müddəti 23.06.2014-cü il tarixli 01 №-li əlavəyə əsasən 22.06.2016-cı il tarixədək uzadılmışdır. Müqavilə müddətinin sonuna Cavabdeh 05 iyun 2014-cü il tarixli, xxx №-li kredit müqaviləsi və ona 23.06.2014cü il ta rixli 01 №-li əlavəyə əsasən İddiaçı X (əvvəlki "xxxx" ASC) 29803.29 (iyirmi doqquz min səkkiz yüz üç avro iyirmi doqquz sent) avro əsas borc, 6145.39 (altı min yüz qırx beş avro otuz doqquz sent) avro hesablanmış faiz borcu vardır. Müqavilə müddətinin bitdiyi tarixdən bu günə kimi isə kreditin əsas borcu üzrə qalıq məbləğinə 5 faizlə hesablanmış vurulmuş zərərə hesablanmışdır. Belə ki, müqavilə müddətinin bitdiyi tarixdən iddia ərizəsi ilə məhkəməyə müraciət edtiyimiz tarixə kimi cavabdehin 6296.94 avro vurulmuş zərər üzrə borcu müəyyən edilir.

7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli 2(009)557/2020 saylı qətnaməsi ilə (hakim R.Qafarova) iddia rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçı ilə bağladığı müqaviləyə əsasən üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmiş və nəticədə müqavilə üzrə borc (əsas və faiz) yaranmışdır. 9. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 05.06.2014-cü il tarixli, xxx №-li kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən kredit 12 ay müddətinə verilmiş, 23.06.2014-cü il tarixli, xxx №-li kredit müqaviləsinə 1 №-li əlavə və dəyişiklikliyə əsasən kreditin ödənilmə müddəti 22.06.2016-cı il tarixədək uzadılmış, yəni bağlanmış müqavilənin icra müddəti 22 iyun 2016-cı il tarixdə bitmiş, həmin vaxtdan da iddia müddətinin axımı başlanmış və 3 illik iddia müddəti 22 iyun 2019-cu il tarixdə başa çatmışdır. iddiaçı cavabdehə qarşı borc un tutulması tələbinə dair iddia ərizəsi ilə 10 iyun 2019-cu il tarixdə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19.06.2019-cu il tarixli qərardadı ilə İddiaçı X Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi (dövlət rüsumu qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilmədiyindən) geri qaytarılmış, qərardadın surəti (poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə əsasən müəyyənedilir) İddiaçı X ünvanına göndərilmiş və 01.07.2019-cu il tarixdə “X” soyadlı şəxs tərəfindən qəbul edilmişdir. İddiaçı X Məhkəmənin 19.06.2019-cu il tarixli qərardadını mübahisələndirməmiş, 11.07.2019-cu il tarixdə təkrarən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

10. Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə b orclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

11. İddia irəli sürülməsi dedikdə, maddi və prosessual hüquq nor-maları ilə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edilməsi başa düşülür. Qanunla müəyyən edilmiş qaydada iddia qaldırılması isə o deməkdir ki, iddiaçı iddia qaldırılması ilə bağlı qanunvericilikdə qoyulmuş qaydalara - aidiyyət və məhkəmə aidiyyəti qaydalarına, iddianın verilməsi şərtlərinə, o cümlədən iddia ərizəsinin forması və məzmununa dair, dövlət rüsumunun ödənilməsi ilə bağlı şərtlərə, eləcə də prosessual qanunvericiliklə nəzərdə tutulan başqa tələblərə əməl etməlidir.

12. Qeyd edilənlər belə nəticəyə gəlməyə əsas verir ki, əgər iddia ərizəsi məhkəmə tərəfindən geri qaytarılmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia m üddətinin axımı ümumi qaydada davam edir.

13. Belə olan halda, məhkəmə iddiaçının Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə ilk dəfə 10 iyun 2019-cu il tarixdə müraciət etməsinə baxmayaraq, hazırki tələb üzrə iddia müddətinin 22 iyun 2019-cu il tarixdə bitməli olduğunu, iddia ərizəsinin məhkəmənin 19.06.2019-cu il tarixli qərardadı ilə iddianın verilməsi şərtlərinə əməl edilmədiyinə görə geri qaytarılmasını, iddiaçı tərəfindən həmin qərardadın mübahisələndirilməməsini, yəni qərardadla razılaşıb qərardadda göstərilən nöqsanı aradan qaldırdıqdan sonra təkrarən (qanunvericiliyin tələbinə uyğun şəkildə) 11 iyul 2019cu il tarixdə məhkəməyə müraciət etməsini nəzərə alaraq, iddiaçının hazırki tələb üzrə iddia müddətini (19 (on doqquz) gün) buraxdığı qənaətinə gəlmişdir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442, 445, 449.4, 739.1, 739.2, 372.2, 373.2, 375.2, 377.2, 380.1-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 151.3, 152.1.5, 152.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1798/2021 nömrəli iş üzrə 16 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Kərimli (sədrlik edən və məruzəçi), A.İsgəndərov və E.Kazımov) İddiaçı X apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli 2(009)557/2020 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla İddiaçı X iddiasının qismən təmin edilməsi, Cavabdeh İddiaçı X xeyrinə 22.06.2016-cı il tarixinə yaranmış 28041,46 avro məbləğində əsas borc, 1081,96 avro məbləğində faiz borcu, müqavilə müddətinin bitdiyi 22.06.2016-cı il tarixdən iddia qaldırıldığı 10.06.2019-cu il tarixədək 5 faiz dərəcəsi ilə hesablanmış 4152,54 avro məbləğində faiz borcu olmaqla cəmi 33275,96 avro məbləğində borcun ödəniş gününə avronun Azərbaycan manatına nisbətən məzənnəsi ilə manat hesabı ilə tutulması, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun 24 manatının və apellyasiya şikayəti verilərkən ödənilmiş 15 manat dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı bank 10 iyun 2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin dövlət rüsumu hökumət ödəniş portalı vasitəsilə edilmədiyindən, məhkəmənin 19 iyun 2019-cu il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmış, qərardadda göstərilən nöqsan aradan qaldırılaraq təkrarən 11 iyul 2019-cu il tarixdə iddiaçı bank tərəfindən məhkəməyə müraciət edilmişdir. İlk iddia 10 iyun 2019-cu ildə verilərkən iddia müddətinin başa çatmasına 12 gün qalırdı. Məhkəməyə ilk dəfə müraciət edilərkən iddia müddətinin axımının kəsildiyini, iddiaçı bankın iddia ərizəsinin geri qaytarılmasına dair qərardadı 01 iyul 2019-cu il tarixdə əldə etdiyini və həmin qərardaddan şikayət vermə müddətinin 11 iyul 2019- cu il tarixdə bitdiyini nəzərə aldıqda, məhkəmə kollegiyası hesab etmişdir ki, bank tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən idd ia müddəti buraxılmamışdır.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin a xımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.

20. Həmin Məcəllənin 380-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.

21. Qanunla müəyyən edilmiş qaydada iddia qaldırılması o deməkdir ki, iddiaçı iddia qaldırılması ilə bağlı qanunvericilikdə qoyulmuş qaydalara: aidiyyət qaydalarına, iddianın verilməsi şərtlərinə (o cümlədən iddia ərizəsinin forma və məzmunu, dövlət rüsumunun ödənilməsi), prosessual qanunvericiliklə nəzərdə tutulan başqa tələblərə əməl etməlidir. İddia ərizəsinin qəbulundan imtina edildikdə Mülki Məcəllən in 381-ci maddəsində göstərilən nəticələr baş verir. Məhkəmə iddia ərizəsini qəbul etməkdən imtina etdikdə iddia ərizəsi müəyyən edilmiş qaydalara əməl edilməklə məhkəməyə verildiyi gündən müddətin axımı kəsilir. İddia ərizəsinin qaytarılması barədə qərardadın ləğv edilməsinə dair qərardadda göstərilən tələbləri iddiaçı vaxtında icra etdikdə iddia ərizəsinin verildiyi ilk gündən müddətin axımı kəsilir.

22. Beləliklə, iddiaçı bank qanunla müəyyən edilmiş iddia müddətini ötürmədən təkrarən 11 iyul 2019-cu il tarixdə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etdiyinə görə iddia müddətinin buraxılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə yanlışdır.

23. Bundan başqa məhkəmə kollegiyası qeyd etmişdir ki, ekspert rəyində də göstərildiyi kimi Cavabdeh kredit müqaviləsi üzrə İddi açı X 22.06.2016-cı il tarixə əsas borcu 28041,46 avro, faiz borcu 1081,96 avro, 22.06.2016-cı il tarixdən 10.06.2019-cu il tarixədək 5% dərəcəsi ilə hesablanaraq 4152,54 avro olmaqla, cəmi 33276,96 avro təşkil edir. Həmin borcun 1081,96 avro hissəsi kredit müqaviləsi üzrə faiz borcu, 5234,501081,96=4152,54 avro hissəsi isə müqavilə müddətinin bitdiyi 22.06.2016-cı il tarixdən iddia qaldırıldığı 10.06.2019-cu il tarixədək 5 faiz dərəcəsi ilə hesablanmış borcdur.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə v ə miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 25. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd olunur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçıl arının izahatları a) Kassasiya şikayətinin dəlilləri

26. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

29. İddiaçının vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

30. Cavabdehin vəkili izahat verərək kassasiya şika yətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Kassasiya baxışının hədləri

31. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

32. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

33. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətl əndirilməməlidir.

34. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiklərindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

35. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (maddə 385.1)

36. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və mi qdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1)

37. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (maddə 739.2)

38. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. (maddə 425.1)

39. Öhdəlikləri icra edərkən tərəflər m üqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. (maddə 425.2)

40. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (maddə 442)

41. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1)

42. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün i llik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. (maddə 445.7)

43. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (maddə 448.1)

44. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. (maddə 449.4)

45. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. (maddə 372.1)

46. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. (372.2)

47. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. (maddə 373.2)

48. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. (maddə377.2)

49. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. (maddə 380.1)

50. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. (maddə 380.2) Mülki Prossesual Məcəllə

51. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

52. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

53. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdı qdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

54. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

55. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

56. Kassasiya instansiyası məhkəməsi apellyasiya in stansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

57. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

58. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsini n qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

59. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

60. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1798/2021 nömrəli iş üzrə 16 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar