Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4518/2021 24.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh, iddiaçı Cavabdeh İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxslər X1, X2 və X3 cavabdeh İddiaçı qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4518/21 (Açar sözlər: maddi və mənəvi zərər, pul) Bakı şəhəri, 17 avqust 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı və 3-cü şəxslərin iddiası üzrə cavabdeh İddiaçı və vəkili Vəkil işt irakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6884/2020 nömrəli iş üzrə 19 oktyabr 2020-ci il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 17 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25853 manat maddi zərərin və 5000 manat mənəvi zərərin Cavabdeh alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Müstəqil tələb irəli sürən 3-cü şəxslər X10, X11 və X12 cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı X4 olan 400 manat pul borcunun, X5 olan 400 manat və X6 olan 2000 manat pul borcunun alınıb onlara ödənilməsi və məhkəməyə ödədiyi 30 manat dövlət rüsumunun cavabdehdən alınıb onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilərək, cavabdehdən zəhmət haqqı kimi ödəməli olduğu 2600 manat pul borcunun alınıb ona ödənilməsi, məhkəmədə ödədiyi 30 manat dövlət rüsumunun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2014-cü il tari xdə tanışı Fərhad adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan-Südçülük sovxozu, 160 saylı avtobusların son dayanacağı deyilən ərazidə yaşayan Cavabdehla tanış olmuşdur. Bu zaman Fərhad ona demişdir ki, “bəs əlində pul var, bir müddət sonra xərclənib bitəcək, gəl səni toyuq-cücə yetişdirib satan Cavabdehla tanış edim və onunla birlikdə bu ticarətlə məşğul olun”. O, ilk öncə tərəddüd etsə də, lakin Fərhadın təkid və dəfələrlə təklifi əsasında Cavabdehla birlikdə toyuq-cücə yetişdirib, satmaq ticarətinə başlamağa razılıq vermişdir. Öncəliklə təkilf olunmuşdur ki, lazım olan pul sərmayəsinin yarısını o, yarısını da Cavabdeh qoysun. Lakin Cavabdeh bildirmişdir ki, “onun əlində pul yoxdur, İddiaçı pul barəsində bütün dəstəyi üzərinə götürsün, mən də bunun əvəzində a lman toyuq-cücələrə baxmağı və onları qulluq etməyi üzərimə götürürəm. Təxminən 2014-cü ilin may ayında o, şərik olduğu Cavabdeh tövləsində saxlamaq üçün 1000 manata 400 ədəd serebris cücə və onların saxlanması üçün 700 kq (60q-dən) yem almışlar. Daha sonra 1330 ədəd bildirçinmayası 240 manat və onların saxlanması üçün 100 kq yem alınmışdır. Bundan əlavə o, şərik olduğu Vaqifin maşınına hər dəfə (20+10+20+10) 60 manat dəyərində yemlərin daşınması üçün benzin almışdır. Daha sonra Cavabdeh ondan 100 manat borc almışdır və hər dəfə ona deyirdi ki, “biz bir yerdə işləyirik haqq-hesab edib borcları qaytararam”. 14 avqust 2014-cü il tarixdə 248 manata cücə üçün dərman alınmışdır. Daha sonra 1250 manata 2500 cücə alınmışdır. Həmin cücələrin mayalanması üçün 8 manat dəyərində (40 qəpikdən) 20 kq q arğıdalı unu alınmışdır. Sonra 140 manat dəyərində 250 kq yem alınmışdır. Daha sonra 285 manata 500 kq yem alınmışdır. Təzədən bir daha 285 manata 500 kq yem alınmışdır. Bundan əlavə yemin yüklənib daşınması üçün fəhləyə və maşına pul verilmişdir. Daha sonra 1706 manata 3 ton (üç ton) yem alınmışdır. Yenidən 1706 manata 3 ton (üç ton) yem alınmışdır. Cücə artıq yetişdiyi vaxtda 8 manata 150 kq yem alınmışdır. Eyni zamanda tövlənin təmiri üçün (lampaya, kabelə) 30 manat xərclənmişdir. Ümumi olaraq 1-ci hissədə cəmi 5766 manat pul xərclənmişdir. 2-ci hissədə Nurxan adlı şəxsdən kirayə götürülmüş tövlədə saxlanılmaq üçün 1500 manata 3400 cücə alınmışdır. 22 sentyabr 2014-cü il tarixdə 248 manata dərman alınmışdır. Eyni zamanda cücələrin mayalanması üçün 8 manata (40 qəpikdən) 20 kq qarğıdalı unu, tövlənin təmiri üçün (lampaya, kabelə) 30 manat alınmışdır. 28 sentyabr 2014-cü il tarixdə 140 manata 250 kq yem alınmışdır. 30 sentyabr 2014-cü ildə 285 manata 500 kq yem alınmışdır. 03 oktyabr 2014-cü il tarixdə 285 manata 500 kq yem alınmışdır. 6 oktyabr 2014-cü il tarixdə 285 manata 500 kq yem alınmışdır. 8 oktyabr 2014-cü ildə 580 manata 1 ton yem alınmışdır. 11 oktyabr 2014-cü il tarixdə 286 manata 500 kq yem alınmışdır. 12 oktyabr 2014-cü il tarixdə 1706 manata 3 ton yem alınmışdır. 21 oktyabr 2014-cü il tarixdə 1740 manata 3 ton yem alınmışdır. 28 oktyabr 2014-cü il tarixdə 1706 manata 3 ton yem alınmışdır. 11 noyabr 2014-cü il tarixdə 248 manata 550 kq yem (ucuz yem) alınmışdır. Bundan əlavə, 200 manat qaz pulu ödənilmişdir. Ümumilikdə 2-ci hissədə cəmi 9234 manat pul xərclən mişdir. O, Vaqifdən maya pulunu istəyəndə Vaqif dedi ki, “pul nisyədədi, hələ yığılmayıb, birdəfəlik yığıb verərəm”. 3-cü hissədə Cavabdeh tövləsinə 1500 manata 3000 cücə alınmış, 15 manat cücələrin mayalanması üçün yem və fəhlə pulu verilmişdir. Bundan əlavə, ayrı-ayrı vaxtlarda 172 manat yem 300 kq, 54 manata dərman, 281 manata 500 kq yem, 20 manata dərman, 281 manata 500 kq yem, 1741 manata 3 ton yem, yenə 1741 manata 3 ton yem, 281manata 500 kq yem və onların daşınması üçün fəhlə və maşına 55 manat pul xərclənmişdir. Ümumilikdə 3-cü hissədə cəmi 6413 manat pul xərclənmişdir. 2-ci 3-cü hissədə Cavabdeh cücələrin sayını və onu yoxlamaq üçün hesabatı arvadına yazdırırdı. Onların hesabatına görə fikirlərində ümumi 15800 manat pul xərclənmişdir. 4cü hissədə 27 noyabr 2014-cü il tarixdə Nu rxanın tövləsində 1650 manata 3360 cücə alınmış, 18 manat cücələrin mayalanması üçün yem və fəhlə pulu, 134 manat isə dərmana verilmişdir. 28 noyabr 2014-cü ildə 281 manata 500 kq yem alınmışdır. Daha sonra 5 dekabr 2014-cü ildə 281 manata 500 kq yem və fəhlə, maşın pulu verilmişdir. Bundan əlavə, 44 manat salyarkaya, qaza pul verilmişdir. 06 dekabr 2014-cü il tarixdə 20 manat qaz kartına, 14 manat benzinə pul verilmişdir. 7 dekabr 2014-cü il tarixdə 280 manata 500 kq yem alınmışdır. 9 dekabr 2014-cü il tarixdə 568 manata 1000 kq yem alınmışdır. 11 dekabr 2014-cü il tarixdə 42 manata dərman alınmışdır. 12 dekabr 2015-ci il tarixdə (50+20) ümumilikdə 70 manat qaz kartına pul verilmişdir. 14 dekabr 2014cü il tarixdə 281 manata 500 kq yem alınmışdır. 16 dekabr 2014-cü il tarixdə 20 manat qaz kartına verilmişdir. Daha sonra 1686 manata 3 ton yem və həmin yemlərin daşınması üçün fəhlə və maşına 25 manat pul xərclənmişdir. 20 dekabr 2014-cü il tarixdə qaz kartına 50 manat pul verilmişdir. 21 dekabr 2014-cü il tarixdə qaz kartına 20 manat pul verilmişdir. 24 dekabr 2014-cü il tarixdə qaz kartına 25 manat pul verilmişdir. Yenə 1680 manata 3 ton yem və həmin yemlərin daşınması üçün fəhlə və maşına 25 manat pul xərclənmişdir. 29 dekabr 2014-cü il tarixdə qaz kartına 50 manat pul verilmişdir. 30 dekabr 2014-cü il tarixdə 579 manata lton yem və həmin yemlərin daşınması üçün fəhlə və maşına pul xərclənmişdir. 2 yanvar 2014-cü il tarixdə qaz kartına 10 manat pul verilmişdir. 04 yanvar 2015-ci il tarixdə 281 manata 500 kq yem alınmışdır və eyni zamanda qaz kartına 20 manat pul verilmişdir. Ümumilikdə 4-cü hissədə cəmi 8134 manat pul xərclənmişdir. 5-ci hissədə Cavabdeh tövləsində 11 dekabr 2014-cü il tarixdə 1550 manata 3100 ədəd cücə alınmışdır. 172 manata dərman alınmışdır. 18 manat cücələrin mayalanması üçün yem və fəhləyə verilmişdir. 315 manata 500 kq yem, eyni zamanda dərman alınmışdır. Daha sonra 281 manata 500 kq yem alınmışdır. 6 yanvar 2015-ci il tarixdə 569 manata 1 ton yem alınmışdır. 134 manata dərman alınmışdır. Sonra yenə də 281 manata 500 kq yem və cücələrə vitamin vermək üçün 9 manata 10 kq şəkər tozu alınmışdır. 12 yanvar 2015-ci il tarixdə 1718 manata 3 ton yem və həmin yemlərin daşınması üçün maşına, fəhləyə pul verilmişdir. 23 yanvar 2015-ci il tarixdə 415 manata 783 kq yem alınmışdır. 25 yanvar 2015-ci il tarixdə 217 manata 461 kq yem alınmışdır. Daha sonra 124 manata 263 kq yem alınmışdır. 28 yanvar 2015-ci il tarixdə 249 manata 530 kq yem sınmışdır. 31 yanvar 2015-ci il tarixdə 292 manata 500 kq yem alınmışdır. 03 fevral 2015-ci il tarixdə 327 manata 695 kq yem alınmışdır. Daha sonra 170 manata 361 kq yem alınmışdır. 07 fevral 2016-cı il tarixdə 590 manata 1252 kq yem alınmışdır. 10 fevral 2015-ci il tarixdə 405 manata 810 kq yem alınmışdır. 13 fevral 2015-ci il tarixdə 281 manata 500 kq yem alınmışdır. 15 fevral 2015-ci il tarixdə 336 manata 673 kq yem alınmışdır. 18 fevral 2015-ci il tarixdə 203 manata 406 kq yem alınmışdır. Ümumilikdə 5-ci hissədə cəmi 8606 manat pul xərclənmişdir. Bütün yemlər Əlibaba adlı şəxsin QAZEL markalı avtomobilində daşınmışdır. Hər hissənin axırında o, öz pulunu istəyəndə Cavabdeh onu yenə eyni vədlərlə aldadaraq deyirdi ki, “pul nisyədədir, hələ almamışam, alanda verəcəm”. Bütün hissələrdən ümumi olaraq ona cəmi 12300 manat pul vemişdir. Qalanını isə istər Nurxanın, istərsə də Cavabdeh öz tövləsindən gecə vaxtı oğlu Vahid ilə birlikdə oğurlayıb satmışdır. Təxminən Nurxanın tövləsində 1260 cücə, Cavabdeh öz tövləsində isə 580 cücə çatmırdı. Həmin pulu vermədiyinə görə o, Vaqifdən polisə şikayət etmişdir. Lakin əvəzində Cavabdeh onu günahlandırmışdır ki, guya o, Vaqifin yoldaşına söz atırmış. Cücələrin yerində olmadığını görəndə o, Cavabdeh soruşduqda, cavabında bildirmişdir ki, cücələr ölüb. O, isə bildirmişdir ki, əgər ölübsə cücələrin ölüsünü göstər. Cavabdeh cavabında bildirmişdir ki, cücələri yığıb, aparıb uzağa atıb. O, isə bildirmişdir ki. uzaqdırsa maşın tutum apar mənə yerini göst ər. Lakin Vaqif yenə göstərməkdən imtina etmişdir. Axırıncı hissədə o, Cavabdeh oğlu Vahiddən soruşduqda ki, nə qədər cücə ölüb, Vahid cavabında bildirmişdir ki, hər hissədə cəmi 10-15 cücə ölüb, ümumi bütün hissələrdə cəmi 100 cücə ölüb. Oğurladığı cücələri ayrı-ayrı müəssisələrə satırdı. Mübahisə zamanı o, Vaqifə demişdir ki, gəl haqq-hesab aparaq. Bir gün Cavabdeh evində öz ailəsinin yanında haqq-hesab etmişlər. Bu zaman Coşqun adında bir şəxs və onun yanında da başqa bir şəxs də daxil olmaqla oturub haqq-hesab etmişlər. Sonda Coşqun da bildirmişdir ki, onun bütün haqq-hesabları doğrudur. Cavabdeh həqiqətən də ona borcludur. Beləliklə, o, hər dəfə Cavabdeh öz pulunu istəyəndə, Vaqif ona müxtəlif bəhanələr gətirirdi. Nəticə olaraq o, bu işlərin nəticəsində mənəvi sarsıntı və mənəvi iztir ab keçirmişdir. İddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, o, uzun müddətdir ki, cücə və bildirçin quşları yetişdirilməsi ilə məşğul olur. 2014-cü ilin yay aylarında əvvəllər tanıdığı Fərhad və Qasımov Səxavət onun iş bacarığını bildikləri üçün ondan xahiş etmişlər ki, ferma yaradırlar, onlara cücə becərilməsində köməklik göstərsin və zəhmət haqqını da verəcəklər. O, onların təklifi ilə razılaşmış və hazırlığa başlamışlar. Lakin Fərhad və Səxavətin lazımi miqdarda cücə almağa və onun yemini və digər saxlanma xərclərini ödəməyə pulları çatmadığından ilkin iddia üzrə İddiaçı özlərinə ortaq etdilər. Fərhad, Səxavət və Həsən onunla söhbət etdilər və Həsən dedi ki, hər ay ona 600 manat zəhmət haqqı verəcəkdir. Eyni zamanda ona iki nəfər də özü ilə fəhlə gətirməsini və işlərə köməklik göstərməsini demişdir. O da yaxından tanıdığı X7 və X8 Həsənlə tanış etmiş və demişdir ki, onlar bu işi yaxşı bilirlər və ona köməklik göstərəcəklər. Həsən onların hər birinə 400 manat zəhmət haqqı verəcəyini vəd etmişdir. Beləliklə, onlar bir ay, yəni bir partiya işləmiş və birinci partiyada 12 min cücə becərmişlər. Cücələri becərdikdən sonra, Həsən onları satmağa başlamışdır. Lakin Həsən toyuqları satmağına baxmayaraq onların zəhmət haqlarını verməmişdir. Həsən satdığı toyuqların pullarını özü götürdüyündən, Fərhad və Səxavətdən pulu gizlətdiyindən onların arasında mübahisə yaranmış və X9 ayrılıb getmişlər. İddiaçı ondan onunla işləməyi xahiş etmiş və demişdir ki, oğlu Vahidi də yanına götürsün, hər birinə ayda 400 manat zəhmət haqqı verəcək, əvvəlki dövrdən qalan 600 manat zəhmət haqqını da ödəyəcəkdir. O, Həsənlə işləməyə razılıq vermiş və onun həyətində 2000 baş cücə, Həsənin icarəyə götürdüyü tövlədə isə 3000 baş cücəni oğlu ilə birlikdə becərməyə başlamışlar. Onlar Həsənlə 5 partiya işləmiş və hər partiyada Həsən 2 min 3 min cücəni 1 kq 1.70 manata satırdı. Həsən müştəriləri özü tapır, tərəzinin başında özü dayanıb cücələri satıb pulunu da özü alırdı. İddiaçılə 5 ay işləsələr də, Həsən nə onun, nə də ki, oğlu Vahidin zəhmət haqqını verməmişdir. Buna görə də o və oğlu Vahid Həsənlə işləməkdən imtina etmiş və Həsəndən zəhmət haqlarını ödəməsini tələb etmişlər. Lakin Həsən onların zəhmət haqlarını ödəməkdən imtina etmişdir. Bundan sonra o və oğlu öz həyətində olan özünə məxsus bildirçinləri becərməyə başlamışdır. İddiaçı onun və oğlunun onunla işləmə kdən imtina etdiklərini görüb ona hədə-qorxu gəlməyə başlamış və onu tutduracağı ilə hədələməyə başlamışdır. Həsən hətta ondan Suraxanı rayon Polis idarəsinə və Xəzər rayon Polis İdarəsinə şikayət də etmişdir. Həsənin şikayəti üzrə dəfələrlə o, Xəzər rayonu 2-ci Polis Bölməsində təhqiqatçıya izahat vermişdir. Beləliklə, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 6 ay onun cücələrini becərdiyinə görə ona 2600 manat zəhmət haqqı, oğlu Vahidə isə 2000 manat ödəməli idi, lakin o dəfələrlə pulunu tələb etməyinə baxmayaraq, bunu ödəməkdən imtina etmişdir. Bütün bunları etdiyi halda cavabdeh onun və oğlu Vahidin zəhmət haqlarını vermək əvəzinə ona qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır və ona böhtan atmışdır. Buna görə də İddiaçı ona qarşı "vurulmuş zərərin ödəni lməsi tələbinə dair” iddiası əsassızdır, heç bir hüquqi əsası yoxdur, o, Həsənə heç ziyan vurmamış, əksinə, o, onun və oğlunun zəhmətlərini istismar edərək külli miqdarda pul qazanmışdır və onların zəhmət haqlarını ödəməmişdir. Buna görə də onun iddiası rədd edilməlidir. Hesab edir ki, 6 ay İddiaçı cücələrini becərdiyinə görə ona verməli olduğu 2600 manat zəhmət haqqının cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X10, X11 və X12 iddia tələbini onunla əsaslandırmışlar ki, 2014-cü ilin yay aylarında onların - X2 və X3 qonşu kimi tanıdıqları Cavabdeh onları çağıraraq demişdir ki, Həsən adlı şəxs cücə ferması açıb və onun cücələrini yetişdirəcəklər. Həsən ona deyib ki, iki nəfər də özü ilə fəhlə gəti r ki, işlərə köməklik göstərsinlər. Onlar uzun müddət Vaqifə cücə saxlanmasına köməklik göstərdiklərindən bu işi bacardıqlarını bilmişdir. Vaqif onları Həsənlə tanış etmiş və Həsən hər birinə 400 manat zəhmət haqqı verəcəyini vəd etmişdir. Beləliklə, onlar Vaqiflə birlikdə Həsənə məxsus cücə fermasında bir ay, yəni bir partiya işləmiş və onun cücələrini becərmişlər. Cücələri becərdikdən sonra, Həsən onları satmağa başlamışdır. Lakin Həsən toyuqları satmağına baxmayaraq onların zəhmət haqqlarını verməmişdir. Həsən satdığı toyuqların pullarını özü götürdüyündən və şərikləri olan Fərhad və Səxavətdən pulu gizlətdiyindən onların arasında mübahisə yaranmış, X9 ayrılıb getmişlər. İddiaçı də onların zəhmət haqlarını vermədiyindən onun yanında işləməkdən imtina etmişlər. Dəfələrlə ondan pullarını istəməklərinə baxmayaraq, hər birinə borclu olduğu 400 manat zəhmət haqqını verməmişdir. İddiaçı şərikləri Fərhad və Səxavətdən ayrılandan sonra Vaqifə demişdir ki, o, tək cücə saxlayacaq, oğlun Vahidi də götür yanına, hər birinə ayda 400 manat zəhmət haqqı verəcəkdir. Vaqif onunla işləməyə razılıq vermiş və oğlunu da yanına işləməyə götürmüşdür. Vaqifin oğlu həyətlərindəki cücələrə baxır, atası isə Həsənin icarəyə götürdüyü fermadakı cücələrə baxmışdır. Ata-oğul hər ay İddiaçı 3000 cücəsini becərməyə başlamışlar. Həsənlə 5 partiya işləmişlər və Həsən hər partiyada 2 min 3 min cücəni 1 kq 1.70 manata satmışdır. Həsən müştəriləri özü tapır, tərəzinin başında özü dayanıb cücələri satıb pulunu da özü alırdı. İddiaçılə 5 ay işləsələr də o, nə Vaqifin nə də ki, oğlunun zəhmət haqqını verməmişdi r. Buna görə də onlar Həsənlə işləməkdən imtina etmiş və Həsəndən zəhmət haqlarının ödəmələrini tələb etmişlər. Lakin o, zəhmət haqlarını ödəməkdən imtina etmişdir. Hal-hazırda İddiaçı Vaqifə 2000 manat pul borcu vardır. Hesab edirlər ki, cavabdeh İddiaçı o, - X4 olan 400 manat pul borcunun, o, - X5 olan 400 manat pul borcunun, o, - X6 olan 2000 manat pul borcunun və məhkəməyə ödədikləri 30 manat dövlət rüsümunun Həsəndən alınıb onlara ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 15 iyul 2016-cı il tarixli 2(003)-2338/2016 nömrəli qətnaməsi ilə (hakim Tərlan Əkbərov) iddia tələblərinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə o rtaq olması, yetişdirilmiş cücələrin Cavabdeh tərəfindən satılaraq pulunun İddiaçı verilməməsi, Cavabdeh İddiaçı 25853 manat maddi zərər vurması, eyni zamanda Cavabdeh İddiaçı əmək haqqı kimi ona 2600 manat borclu olması, X1, X2 və X3 isə İddiaçı tərəfindən cücələrin yetişdirilməsi üçün fəhlə kimi işlədilmələri və tələb etdikləri məbləğdə əmək haqqlarının verilməməsi halı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, tərəflər, məhkəməyə iddia tələblərini təsdiqləyən heç bir sübut təqdim etməmişlər. İlk iddia tələbinin mənəvi zərərlə bağlı hissəsi üzrə isə qeyd edilməlidir ki, ilk iddiaçı iddia ərizəsində, eyni zamanda məhkəmə prosesində mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, 5000 manat məbləğində mənəvi zi yanın hansı qaydada və əsaslarla maddi formada qiymətləndirməsini aydınlaşdıra bilməmişdir. Bu səbəbdən, məhkəmə həmin hissədə də ilk iddia tələbinin təmin edilməməsi qənaətinə gəlir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı mübahisədə sübut etmə vəzifəsi iddiaçıların üzərində olduğundan, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan, iddiaçılar isə iddialarını sübut edə bilmədiyindən, ilk iddia, qarşılıqlı iddia və müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiası rədd edilməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1, 23.4, 1097-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 81, 88 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qala n ilk iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək ilk iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Elşən Kazımov- sədrlik edən və məruzəçi, Akif İsgəndərov, İlham Kərimli) 2(103)-6884/2020 saylı, 19 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2338/2016 saylı, 15 iyul 2016-cı il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ilk iddiaçı apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsini qeyd etsə də şikayətin məzmu nundan görünür ki, apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni ilk iddianın təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Hazırki iş üzrə, ilk iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsi iş üzrə bu hissədə düzgün nəticəyə gəlmişdir. Əvvəla, iddiaçı cavabdehdən maddi zərərə 25853 manat, mənəvi zərərə görə isə 5000 manat tələb edir. Maddi və mənəvi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. Hazırkı iş üzrə ilk iddia üzrə cavabdehin iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməsi yaxud iddiaçının cavabdehin təqsirli hərəkəti yaxud hərəkətsizliyi nəticəsində zərər çəkməsi müəyyən edilməmişdir. İddiaçı cavabdehin maddi zərər ödəməli olduğunu iddia etsə də, bu barədə onun izahatından başqa işdə hər hansı bir mötəbər sübut mövcud deyildir. Onun izahatı isə işdə olan digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir ki, belə bir sübut da onun tərəfindən təqdim edilməmişdir. Ə ksinə, apellyasiya şikayətinin dəlilləri də iddianın əsaslı olduğunu təkzib edir. Göstərdiyi bu halları ilk iddiaçı sübut etməlidir. Çünki, bu halları sübut etmək yükü onun üzərinə düşür. Lakin ilk iddiaçı bu halları sübut edə bilmir. İşdə isə onun istinad etdiyi halları təsdiq edən başqa sübutlar yoxdur. Bundan başqa, işdən o da məlum olur ki, tərəflər aralarında yaranmış mülki münasibətlərin detallarını aydın, dəqiq və konkret müəyyən etməmiş, o cümlədən bu münasibətlər hansısa yazılı sənədlərdə də təsbit olunmamışdır. Bu cür hallarda əlbətdə ki, məhkəmənin ilkin iddianı rədd etməkdən başqa çıxış yolu qalmamışdır. Çünki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, aralarında bu cür münasibətlər qurarkən hüqu qun prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etmir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İlk iddia üzrə iddiaçı, qar şılıqlı və 3-cü şəxslərin iddiası üzrə cavabdeh İddiaçı (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci və apelyasiya instansiyası məhkəməsi işin faktiki hallarını düzgün araşdırmamış, işdəki dəlillərə maddi hüquq normalarına uyğun qiymət verməmişlər. Apelyasiya kollegiyası iddia tələbini rədd etməsini əsaslandırmamışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, ilk i ddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, müstəqil tələb irəli sürən 3-cü şəxslər X10, X11 və X12məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı və 3-cü şəxslərin iddiası üzrə cavabdeh İddiaçı və vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şər tlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məc əlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hü quqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iş üzrə ilk iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, iddiaçı kasasiya şikayətində işin faktiki hallarının araşdırılmadığını, işdəki də lillərə maddi hüquq normalarına uyğun qiymət verilmədiyini dəlil olaraq göstərsə də, kasasiya yoxlaması zamanı bu hal öz təsdiqini tapmamışdır. Belə ki, kasasiya yoxlamssı nəticəsində iddiaçının iddia tələbini təsdiq edə biləcək hər hansı sübut iş materiallarında müəyyən edilməmişdir. Ümumilikdə kasasiya yoxlaması nəticəsində də apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə iddiaçı, qarşılıqlı və 3-cü şəxslərin iddiası üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6884/2020 nömrəli iş üzrə 19 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.