Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-452/2020 28.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı vəkili X3, cavabdeh X4 və vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(104)3042/2019 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Ağdam rayon məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(013)-840/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim M.Ş.Niftəliyev) İd diaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi” barədə ilk iddia ərizəsi təmin, Cavabdeh İddiaçı qarşı “alimentin miqdarının dəyişdirilməsi” barədə qarşılıqlı iddia ərizəsi rədd edilərək, həmin məhkəmənin xx xxxxxx 2018-ci il tarxli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək İddiaçı xx xxxxxx 2011-ci il tarixdə doğulmuş xx və xx xxxx 2015-ci il tarixdə doğulmuş xx yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin tutulub Cavabdeh verilməsi və dəyişdirilmiş alimentin tutulmasının iş üzrə Ağdam rayon məhkəməsinin xx xxx 2019-ci il tarixli qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması qət edilib. Cavabdeh qətnamədən apellyasiya şikayəti verib. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyas ının xx xxxx 2019-cu il tarixli, 2(104)3042/2019 saylı qətnaməsi ilə (hakimlər N.N.Quliyev sədrlik edən, məruzəçi, Ə.İ.Məmmədov və Ş.Q.Rzaquliyev) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Ağdam rayon məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv edilib və iş üzrə yeni qətnamə qəbul edilməklə, ilk iddia ərizəsi rədd edilib, qarşılıqlı iddia ərizəsi qismən təmin edilərək, iş üzrə Ağdam rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə xx xxxxxx 2011-ci il tarixdə doğulmuş xxin və xx xxxx 2015-ci il tarixdə doğulmuş xxin yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı tutulan alimentin miqdarının dəyişdirilərək hər ay, hər uşağa görə 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində müəyyən edilməsi, alimentin miqdarının dəyişdirilmiş hissəsinin qətnam ənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması və qalan hissədə qarşılıqlı iddia ərizəsinin rədd edilməsi qət olunub. İddiaçı qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi” barədə ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2011-ci il tarixdə doğulmuş xx və xx xxxx 2015-ci il tarixdə doğulmuş xxin yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, onun qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə İddiaçı qarşı “alimentin miqdarının dəyişdirilməsi” barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edər ək, xx xxxxxx 2011-ci il tarixdə doğulmuş xx və xx xxxx 2015-ci il tarixdə doğulmuş xxin yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat miqdarda müəyyən edilmiş alimentin miqdarının həm qazancının müəyyən hissəsi, həm də sabit pul məbləğində hər bir uşağa görə 160 manat olmaqla, cəmi 320 manat alimentin İddiaçı tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı vəkili Yaqub Məmmədli kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdeh və vəkili xx məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatlarında kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədiyi üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Resp ublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birin ci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, ilk iddia ərizəsini rədd, qarşılıqlı iddia ərizəsini qismən təmin edərkən, alimentin miqdarının artırılması üçün əsasların olmasına, ilk iddia ərizəsini təmin, qarşılıqlı iddia ərizəsini rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə istinad edib və hüquqi mövqeyni Ailə Məcəlləsinin 75.1, 78.1, 78.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apellyasiya insta nsiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, tərəflər xx xxxxxx 2010-cu il tarixdə rəsmi nikah əsasında ailə qurublar və onların birgə nikahından xx xxxxxx 2011-ci il tarixdə xx, xx xxxx 2015-ci il tarixdə xx adlı iki uşaqları doğulub. Sonradan Ağdam rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən, İddiaçılə Cavabdeh arasında xx xxxxxx 2010-ci il tarixdə bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra xx xxxxxx 2011-ci il tarixdə doğulmuş xxin və xx xxxx 2015-ci il tarixdə doğulmuş xxin anası Cavabdeh yanında saxlanılması, həmçinin İddiaçı xx xxxxxx 2018-ci il tarixdən başlayaraq iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutulub Cavabdeh verilməsi qət edilib. Eyni zamanda işdən görünür ki, xx xxxxxx 2004-cü il tarixdə İddiaçı rəsmi nikah əsasında xx ilə ailə qurub və onların birgə nikahından rəsmi nikah əsasında ailə qurublar və onların birgə nikahından xx xxxx 2003-cü il tarixdə xx, xx xxxxxx 2008-ci il tarixdə xx adlı iki uşaqları doğulub. Sonradan Ağdam rayon məhkəməsinin xx xxxx 2010-cu il tarixli qətnaməsinə əsasən İddiaçılə xxx arasında bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra xx xxxx 2003-cü il tarixdə doğulmuş xxx ın və xx xxxxxx 2008-cü il tarixdə doğulmuş xxx ın anası xxx nın yanında saxlanması, İddiaçı iki uşağın yetkinlik yaşına çatanadək saxla nması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin tutularaq xxx ya verilməsi qət edilib. İşə əlavə edilmiş Ağdam rayon Mərkəzi Xəstəxanasının xx xxxx 2019-cu il tarixli arayışına görə, xx xxxx 2019-cu il tarixdən İddiaçı xəstəxananın Qızıllı tibb məntəqəsində tibb qardaşı işləməklə hər ay 211 manat əmək haqqı alır. Həmin məntəqədə hər gün 6 saat olmaqla həftəlik 6 iş günü fəaliyyət göstərir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya da qazancın (gəl irin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər halla r nəzərə alınmaqla, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları araşdırıb haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə işin faktiki hallarına, tərəflərin qarşılıqlı münasibətlərinə uyğun deyil və birinci instansiya məhkəməsi tərəfindən işə ba xılarkən maddi, prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə münasibətdə haqlı olaraq qeyd etmişdir ki, uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün atanın aliment öhdəliklərinin yerinə yetirilməsinə cəlb edilməsi zamanı uşaqların maraqlarını və mənafeyini əks etdirən bütün diqqətəlayiq hallar xüsusən nəzərə alınmalı və atanın bir valideyn kimi uşaqlarının maddi cəhətdən təmin edilməsində daha aktiv şəkildə iştirak etməsini səciyyələndirən xüsusatlar əsas götürülməlidir. Alimentin miqdarının dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın maddi təminatının normal səviyyədə təmin edilməsi təşkil etməlidir. Digər tərəfdən, alimentin miqdarının dəyişdirilməsi məsələsi mübahisələndirilən zaman əsas meyar kimi tərəflərin ailə və ya maddi vəziyyətində dəyişikliyin olması aydınlaşdırılmalıdır. Birinci instansiya məhkəməsi alimentin miqdarını dəyişdirən zaman uşaqların tərbiyəsində və saxlanılmasında ananın üzərinə daha çox yükün düşdüyünü, habelə tərəflərin maddi vəziyyəti ilə əlaqədar halları tam nəzərə almamışdır. Belə ki, birinci instansiya məhkəməsi Ağdam rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı müəyyən olunduqdan sonra İddiaçı maddi vəziyyətində müsbət dəyişiklik olmasını, yəni onun işlə təmin olunmasını nəzərə almamışdır. Halbuki, mülki iş materiallarında olan Ağdam rayon Mərkəzi Xəstəxanasının xx xxxx 2019-cu il tarixli arayışına görə, İddiaçı xx xxxx 2019-cu il tarixdən xəstəxananın Qızıllı tibb məntəqəsində tibb qardaşı işləməklə hər ay 211 manat əmək haqqı al ır. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin qazancının aşağı olması onu uşaqlarını saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, İddiaçı Cavabdeh xeyrinə yetkinlik yaşına çatmayan uşaqlarının saxlanması üçün Ağdam rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə tutulan alimentlə müqayisədə, hazırda uşağın maddi və mənəvi tələbatları əhəmiyyətli dərəcədə artmışdır. Apellyasiya instansiyası məhkəməsi ilk iddia ərizəsinin dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, zamana görə münasibət, həm də ümumi şərait əhəmiyyətli dərəcədə dəyişmişdir. Belə ki, “Azərbaycan Re spublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci hissəsinə əsasən, ölkə üzrə yaşayış minimumu uşaqlar üçün 160 manat müəyyən edilmişdir. Ona görə də apellyasiya instansiyası məhkəməsi qarşılqlı iddia ərizəsinin dəlilləri ilə qismən razılaşıb, uşaqların saxlanmasının hər iki valideynin vəzifəsinə aid olmasını, tərəflərin maddi vəziyyətini, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, İddiaçı hazırda ödədiyi alimentin miqdarını, eləcə də Cavabdeh özünün də bir valideyn kimi uşaqlarını saxlamaq vəzifəsinin olmasını nəzərə alıb haqlı olaraq qeyd etmişdir ki, ilk iddia ərizəsi rədd olunmalı, qarşıqlı iddia ərizəsi qismən təmin edilərək, İddiaçı tutulan alimentin miqdarı artırılaraq, hər ay, hər uşağa görə 110 manat o lmaqla, cəmi 220 manat məbləğində müəyyən edilməlidir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini araşdırıb, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarını nəzərə alıb hesab edir ki, alimentin miqdarı müəyyən olunduqdan sonra Cavabdeh xərclərinin artması, yəni uşaqların böyüməsi, maddi, mənəvi qayğılarının artması, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi halları və işə əlavə edilmiş sübutlarla tam təsdiq edildiyindən, apellyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, ilk iddia ərizəsi rədd, qarşılıqlı iddia ərizəsi qismən təmin edilmiş və sadalanan maddi hüquq normalarının tələbləri hazırkı mülki mübahisəyə düzgün tətbiq edilmişdir. Kassasiya instansiyası məhkəməsi eyni zamanda hesab edir ki, İddiaçı xxx ilə birgə nikahından da iki uşağının olması, eyni zamanda Qızıllı tibb məntəqəsində tibb qardaşı işləməklə hər ay 211 manat əmək haqqı alması, onun minimum dolanacaq xərclərindən az məbləğdə aliment ödəməsi üçün əsas ola bilməz. Çünki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Beləliklə də, kassasiya instansiyası məh kəməsi apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni, əsaslı sayır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən və iş üzrə qətnamə qəbul edərkən maddi, prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün qanuni əsaslar yoxdur. Ona görə də kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı kas sasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(104)-3042/2019 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-452/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-452/2020
28.01.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver