Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-452/2023 15.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və X1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: maneələrin aradan qaldırılması, ekspert rəyi, məhkəmə aktlarının əsaslandırılması, iş üzrə rəy vermək üçün dövlət orqanlarının prosesdə iştirak etməyə cəlb edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yoldan istifadəyə yaradılan maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107) -112/2022 nömrəli, 9 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 15 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Ağsu Rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 06 avqust tarixli, 09 nömrəli qərarı ilə İddiaçı (bundan sonra – iddiaçı) və ailə üzvlərinin mülkiyyətinə 0.13 ha torpaq sahəsi verilmiş, torpağın mülkiyyətə verilməsinə dair JN-079Q kodlu, 40901018 saylı şəhadətnamə tərtib olunmuşdur.
2. Ağsu Rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 06 avqust tarixli, 09 nömrəli qərarı ilə X2 və 6 nəfər ailə üzvlərinin mülkiyyətinə Ağsu rayonu Ülgüc kəndi ərazisindən 2.57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş, torpağın mülkiyyətə verilməsinə dai r JN 0088 kodlu, 40901018 nömrəli şəhadətnamə tərtib olunmuşdur.
3. Ağsu Rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 06 avqust tarixli, 09 nömrəli qərarı ilə Cavabdeh2 və 7 nəfər ailə üzvlərinin mülkiyyətinə Ağsu rayonu Ülgüc kəndi ərazisindən 2.62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş, torpağın mülkiyyətə verilməsinə dair JN 0091 kodlu, 40901018 nömrəli şəhadətnamə tərtib olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən evinə gedən yoldan istifadəyə yaradılan maneənin aradan qaldırması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, torpağın ayrıldığı 1989-cu il tarixdən həmin torpaq sahəsində ev tikərək ailəsi ilə birlikdə yaşayır. Bu illər ərzində evinə gediş-gəliş yolu kimi mübahisəli yoldan istifadə etmişdir. Həmin yol bərbad olduğundan, yolu təmir etmək üçün ora çınqıl tökmək qərarına gəlmiş, lakin həmkəndliləri olan cavabdehlər həmin yolun onların pay torpaqlarına aid olduqlarını bildirməklə buna mane olmuş, ondan polisə şikayət vermişlər. Hazırda cavabdehlər sözügedən gediş-gəliş yolundan sərbəst istifadə etməsinə mane olurlar.
6. Ağsu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(016)- 110/2021 nömrəli iş üzrə 18 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.Hümbətov) iddia təmin edilmiş, cavabdehlərin iddiaçının evinə gedən yoldan istifadəyə yaradılan maneələri aradan qaldırmaları qə t edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehlər ümumi istifadədə olan 5 metr enində torpaq yolundan istifadəni məhdudlaşdırmaqla iddiaçının hüquqlarını pozmuşdur.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 170.2, 175.3, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – Torpaq Məcəlləsi) 4.1, 18, 20, 84, 11, 170.2, 175.3 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddia tələbinin rədd edilməsini, ona vurulmuş cəmi 415 manat məbləğində maddi ziyan və mütəxəssisinə çəkəcəyi xərclərin iddi açıdan tutulub ona verilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə düzgün baxılmamışdır. Mübahisəli yol onun və digər pay torpaq qonşularının pay torpaqlarına gedən yoldur. Həmin yolun qarşısına əvvəllər xəndək çəkilərək bağlı olmuş, lakin sonradan onların pay torpaqlarına əkin, biçin, kombaynın getməsi üçün yolu özləri açmışlar. Oradan əvvəllər heç bir işlək yol olmamışdır, bu yol birbaşa onların pay torpaq sahələrinin baş tərəfinə girir. Ən əsası budur ki, bu yol onların pay torpaqları ərazilərinə aiddir. İddiaçının və ailə üzvlərinin isə əslində həmin yoldan istifadə etməyə hüququ yoxdur. Onların yaşadığı evin həyətinə uzun illərdən bəri birbaşa çınqıl yol salınıb və bu günə qədər həmin yoldan istifadə edilir. İddiaçının və özünün evinə gedən yol a maneə yaradan öz həyətində tikdiyi tövləsidir.
11. Apelyasiya baxışı zamanı tikinti-texniki ekspertizası təyin etmiş, ekspertizanın aparılmasını Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə etməklə, ekspertizanın keçirilməsinə "xxxx" MMC-nin mütəxəssislərini cəlb etmişdir. 12. “X4” MMC-nin 20 yanvar 2022-ci il tarixli, 574 saylı rəyində qeyd edilmişdir ki, əsasən Ağsu rayonu Ülgüc kəndində yerləşən cavabdeh 1 və 6 nəfər ailə üzvlərinin mülkiyyətinə Ağsu Rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 06 avqust tarixli, 09 nömrəli qərarı ilə verilmiş və JN 0088 KOD 40901018 nömrəli "Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktında göstərilən 2.57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri GPS aləti vasitəsilə naturada qeydə alınmış koordinatlar əsa sında ərazinin elektron Kompleks Yerquruluşu Layihəsinə əsasən dəqiqləşdirilərək sərhədləri müəyyən edilmişdir və həmin torpaq sahəsi öz hüdudları daxilində yerləşir. Ağsu rayonu Ülgüc kəndində yerləşən X3 və 7 nəfər ailə üzvlərinin mülkiyyətinə Ağsu Rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 06 avqust tarixli 09 nömrəli qərarı ilə verilmiş və JN 0091 KOD 40901018 nömrəli "Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktında göstərilən 2.62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Kompleks Yerquruluşu Layihəsinə əsasən dəqiqləşdirilərək sərhədləri müəyyən edilmişdir və həmin torpaq sahəsi öz hüdudları daxilində yerləşir. Mübahisəli yol cavabdehlərin mülkiyyətində olan torpaq sahəsini daxilində yerləşmir. İddiaçının fərdi yaşayış evinə həmin yoldan əlavə digər alternativ gediş-gəliş yol u mövcud deyil.
13. Qeyd olunan rəy istifadə edilməsi üçün Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilsə də, həmin Mərkəz tərəfindən rəy verilməsindən imtina edilmiş və məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, ekspertizanın aparılmasına cəlb edilmiş MMC-nin baza məlumatları və koordinatlara çıxışı olmadığından, onun təqdim etdiyi sənəd mötəbər olmayan mənbə hesab olunur. Müqayisəli tədqiqat üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin baza məlumatları təqdim edildiyi halda ekspertizanın aparılması mümkün ola bilər. 14. 09.06.2022-ci il tarixdə iddiaçı məhkəməyə ərizə ünvanlayaraq, mütəxəssis rəyi üçün tələb olunan pul vəsaitinin ödənilməsinə maddi imkanının olmadığının nəzərə alınmasını xahiş etmişdir.
15. Şəki Ap ellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(104)-4215/21 nömrəli iş üzrə 9 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – G.Q.Abbasov (sədrlik edən və məruzəçi), İ.H.Şükürov və E.Ş.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və hesab etmişdir ki, birinci instansiya məhkəməsi qətnamə çıxararkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir və gəldiyi nəticə qanuni və əsaslıdır.
17. Məhkəmə gəldiyi nəticəni Torpaq Məcəlləsinin 18,84, 111-ci və MPM-in 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazı n dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh1 (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə yeni qərar çıxarılmasını xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisənin predmeti olan, iddiaçının tələb etdiyi yol yaşayış məntəqəsinin hüdudları daxilində deyil, təsərrüfat təyinatlı torpaq kateqoriyasına aiddir. Həmin mübahisəli torpaq sahəsinin təsərrüfat təyinatlı torpaq kateqoriyasına daxil olması müvafiq olaraq torpağa mülkiyyət hüququna dair dövlət aktları ilə də təsdiq olunur. Lakin məhkəmə mübahisələndirilən torpaq sahəsinin yaşayış məntəqəsinin hüdudunda olub-olmasına diqqət yetirməmiş, təsərrüfat təyinatlı torpağın yaşayış məntəqəsinin hüdudlarına daxil edilməsini təsdiq edən sənədləri araşdırmamış, kənd təsər rüfatı təyinatlı torpağın yaşayış məntəqəsinin hüdudlarına keçirilməsinə zəmin yaratmışdır. Birinci instansiya məhkəməsi ekspertiza təyin etməsə də, apellyasiya instansiyası məhkəməsi öz təşəbbüsü ilə ekspertiza təyin etmişdir. Mütəxəssis və tərəflərin iştirakı ilə kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyasına aid olan torpaq sahəsində olan “yola” baxış keçirilən zaman “iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə cavabdehlərin mülkiyyətində olan torpaq sahəsinin sərhədlərinin hüdudlarının müəyyən edilməsi barədə” vəsatət verilsə də, vəsatətləri təmin edilməmiş, torpaq sahələrinin dövlət aktlarında qeyd olunan torpaq sahəsi hüdudunda olması haqqında rəy verilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin edilməməsi və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəlləsi
21. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.
22. Maddə 175.3 Əgər torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdiri ci xəttə dözmək vəzifəsi əmələ gəlmir. Torpaq Məcəlləsi
23. Maddə
18. Şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edlir və ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatinin ödənilməsinə xidmət edən digər obyektlər altindakİ torpaq sahələri yaşayiş məntəqələrinin torpaqlarinin tərkibinə daxildir.
24. Maddə
84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Onların pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.
25. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutu lması (zəbt edilməsi) qanunla qadağandır və özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə
60. Qanunla nəzərdə tutulmuş hallarda məhkəmə qətnamə çıxaranadək onlara tapşırılmış vəzifələrin həyata keçirilməsi, fiziki şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin, habelə dövlət və ictimai mənafelərin müdafiəsi məqsədi ilə iş üzrə rəy vermək üçün dövlət orqanlarını və yerli özünüidarə orqanlarını prosesdə iştirak etməyə cəlb edə bilər.
28. Maddə 64.1. İşə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
31. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.
32. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
33. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya ta m olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər.
34. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
35. Maddə 102.3. Məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.
36. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
37. Maddə 103.2. Ekspertin rəyi ilə məhkəmən in razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.
38. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
39. Maddə 175.1. Məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini dinləməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur.
40. Madd ə 175.2. Zəruri hallarda iş üzrə sübutların tədqiqi zamanı məhkəmə mütəxəssisin məsləhəti və şərhini dinləyir.
41. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəməni n gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh1 tərəfindən tam mübahisələndirildiyindən və şikayətin dəlillərinə əsasən mübahisənin predmeti bölünməz olduğundan həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Baxılan iş üzrə birinci instansiya məhkəmə si tərəfindən ekspertiza keçirilmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilmişdir.
50. Qətnamədən Cavabdeh1 verdiyi apellyasiya şikayəti məhz Daşınmaz əmlakın kadastrı və ünvan reyestri xidmətinin rəyinin alınmadığı, belə bir rəyin yalnız məhkəmənin sorğusu əsasında alınmasının mümkünlüyü ilə əsaslandırılmış və sonuncu bununla bağlı xərcləri ödəməyə hazır olduğunu bildirmişdir. Apellyasiya baxışı zamanı şikayət vermiş şəxs məhkəməyə eyni məzmunlu yazılı vəsatət də təqdim etmişdir.
51. İşin apellyasiya baxışı zamanı məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılmasını Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə etməklə, ekspertizanın keçirilməsinə "xxxx" MMC-nin mütəxəssislərini cəlb etmişdir. 52. “X4” MMC-nin 20 yanvar 202 2-ci il tarixli, 574 saylı rəyi məhkəmə daxil olduqdan sonra apellyasiya instansiyası məhkəməsi həmin rəyi ekspert rəyinin verilməsi zamanı istifadə olunması Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərmişdir. Lakin Mərkəz tərəfindən rəy verilməsindən imtina edilmiş və məhkəməyə ünvanlanmış məktubla bildirilmişdir ki, ekspertizanın aparılmasına cəlb edilmiş “X4” MMC-nin baza məlumatları və koordinatlara çıxışı olmadığından, onun təqdim etdiyi sənəd mötəbər olmayan mənbə hesab olunur. Müqayisəli tədqiqat üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin baza məlumatları təqdim edildiyi halda ekspertizanın aparılması mümkün ola bilər.
53. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi iddiaçının mütəxəssis rəyi üçün tələb olunan pul vəsaitinin ödənilməsin ə maddi imkanının olmadığı barədə ərizəsini nəzərə alaraq, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə rəy verilmədən, “X4” MMC-nin rəyi əsasında işə mahiyyəti üzrə baxmış və iddianın təmin olunması barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır.
54. Halbuki mülki prosessual qanunvericilik mübahisələrin həlli zamanı məhkəmələrə işə baxılarkən kömək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxslərə – mütəxəssislərə müraciət etmək; yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq etmək; işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspe rtiza təyin etmək imkanları vermişdir (MPM-in 64.1, 79.1 və 97.1-ci maddələri).
55. MPM-in 99.2-ci maddəsinə əsasən ekspertiza məhkəmə ekspertizası idarəsinin ekspertləri və ya özəl məhkəmə ekspertləri tərəfindən keçirilir. Həmin Məcəllənin 101.6-cı maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir.
56. İş üzrə ekspert rəyləri mülki iş üzrə əldə edilən sübutlar sırasında olmaqla, MPMin 88-ci maddəsinə əsasən onların da məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
57. Bununla yanaşı, işin hallarından asılı olaraq, yaxud qanunun birbaşa göstərişinə əsasən məhkəmə işə baxılması zamanı ekspertiza təyin etmişsə, yəni mübahisənin mahiyyəti üzrə dü zgün həlli üçün xüsusi biliklər tələb olunduğu barədə qənaətə gəlmişsə, səlahiyyətli orqanlar tərəfindən verilmiş belə rəyin alınması mümkün olmadığı halda, məhkəmə mübahisənin həlli ilə bağlı mövqeyini işin hallarına, mübahisəyə tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına istinadla əsaslandırmalıdır.
58. Bununla yanaşı, MPM-in 60-cı maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallarda məhkəmə qətnamə çıxaranadək onlara tapşırılmış vəzifələrin həyata keçirilməsi, fiziki şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin, habelə dövlət və ictimai mənafelərin müdafiəsi məqsədi ilə iş üzrə rəy vermək üçün dövlət orqanlarını və yerli özünüidarə orqanlarını prosesdə iştirak etməyə cəlb edə bilər.
59. Baxılan iş üzrə məhkəmələr iş üzrə mübahisəli hallara aydınlı q gətirmək üçün mübahisəli torpaq sahələrinin tərəflərin adlarına sənədləşdirilməsi zamanı onun ayırmasına, qeydə alınmasına və bununla bağlı baza məlumatlarının tərtib edilməsinə və qorunmasına məsul olan dövlət orqanlarını işə cəlb etməmiş, tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin, habelə dövlət və ictimai mənafelərin müdafiəsi məqsədi ilə işdə olan mübahisəli hallarla bağlı həmin orqanların rəy vermələri üçün prosessual qanunvericiliklə yol verilən zəruri prosessual hərəkətləri etməmişdir.
60. MPM-in 217 və 220-ci maddələrinə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırı ldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir.
61. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
62. Məhkəmələr tərəfindən qəb ul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).
63. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də məhkəmələr tərəfindən məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə əməl edilməməsini ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Məhkəmə qeyd edilm işdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir (Kuznetsov və digərlərinin Rusiya Federasiyasına qarşı iş üzrə 21 yanvar 2007-ci il tarixli qərar).
64. İşə baxmış apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş birinci instansiyası məhkəməsinin qətnaməsini qüvvədə saxlamaqla birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş səhvləri təkrarlamış, iş üzrə təyin edilmiş məhkəmə ekspertizası üzrə səlahiyyətli orqanın rəy verməkdən məhz ekspertizanın aparılmasına cəlb edilmiş “X4” MMC-nin təqdim etdiyi sənədin qeyrimötəbər olması əsası ilə imtina etməsinə baxm ayaraq, mübahisəni həmin MMC-nin verdiyi rəy əsasında həll etmişdir.
65. Qeyd edilənləri nəzərə alaraq Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi prosessual qanunvericiliyin tələbləri pozulmaqla qəbul edildiyi üçün ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməli, təkrar apelyasiya baxışı zamanı prosessual qanunvericiliyin verdiyi bütün imkanlardan istifadə edilərək sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli və əsaslandırılmış məhkəmə aktı qəbul olunmalıdır.
66. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmi n edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-112/2022 nömrəli, 9 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.