Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4521/2021 14.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul və əmlak tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçının nümayəndəsi X4 və vəkili X5, cavabdehin vəkili Vəkil1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-130/2021 nömrəli iş üzrə 02 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikay ətinə dair işə 14 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki 19.08.2004-cü il tarixli pay müqavəsi ilə Nizamnamə əsasında fəaliyyət göstərən, 11.06.2002-ci il tarixdə Ədliyyə Nazirliyi Hüquqi X3 üzrə Sumqayıt Bölgə şöbəsində qeydiyyatdan keçmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi X öz mülkiyyətində olan xxx ərazisində yerləşən kafeni və Sumqayıt şəhər İcra Hakimiyyətinin həmin kafe üçün ayırdığı 500 kv.metr torpaq sahəsini yüksək mərtəbəli yaşayış binasının tikintisi üçün sahibkarlıq fəaliyyəti ilə məşğul olan X1 vermişdir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən fiziki şəxs X6 öz növbəsində Cəmiyyətin sərəncamına verilmiş torpaq sahəsi və tikililərin müqabilin də fiziki şəxs X1 verilmiş torpaq sahəsində tikiləcək yaşayış kompleksinin 1- ci mərtəbəsində 200 kv.m olmaqla, 2-ci mərtəbəsində 200 kv.m olmaqla, ümumilikdə 400 kv.metrlik sahəsi, X prospekti istiqamətində ticarət və iaşə xidməti ilə məşğul olmaq üçün "xxxx" MMC-nin mülkiyyətinə verməyi öz öhdəsinə götürür. Sahibkar gələcəkdə tikiləcək yaşayış kompleksində, verilmiş qeyri-yaşayış sahəsinin üstündə, yəni 3-cü mərtəbədə iki otaqlı mənzili "xxxx" MMC-nin təsisçisi X şəxsi mülkiyyətinə verməyi öz öhdəsinə götürür. Sahibkar "xxxx" MMC-nin mülkiyyətinə veriləcək 400 kv.metr sahənin tam istifadəyə verilənə qədər ayda "xxxx" MMC-nin təsisçisi X tikinti işlərinin aparılması ilə əlaqədar itirilmiş qazancın müqabilində hər ayın birinci 5 günlüyündə 1000 ABŞ dolları, ilkin olaraq 10 ayın müqabilində birdəfəlik 10000 ABŞ dolları məbləğində pulu X şəxsi hesabına köçürür.
2. Fiziki şəxs X2 möhürü ilə təsdiq edilmiş 19.08.2004-cü il tarixli maliyyə arayışından görünür ki, "xxxx" kəndli fermer MMC-yə məxsus sahənin əvəzinə ona veriləcək xxxx ərazisində inşa etdikləri yüksək mərtəbəli yaşayış binasındakı 400 kv.m qeyri-yaşayış sahəsi və iki otaqlı mənzil üçün Cəmiyyətinin təsisçisi ilə fiziki şəxs X arasında bağlanmış pay müqaviləsinə əsasən X ona heç bir maliyyə borcu yoxdur.
3. Bakı şəhər 9 saylı Notariat Ofisinin 09.08.2019-cu il tarixli məktubundan görünür ki, vərəsəlik işi ilə əlaqədar olaraq 21.06.2016-cı ildə vəfat etmiş ünvan 1 ünvanda qeydiyyatda olan X2 vərəsəsinin dairəsi müəyyən edilmiş, vərəsəsi oğlu Cavabdehdur. 4. 15 yanvar 2021-ci il tarixli ekspert rəyinə əsasən xxx ərazis ində yerləşən "xxxx" kəndli fermer MMCnin mülkiyyətinə verilməli olan və sahibkar fiziki şəxs X sərəncamına verilmiş torpaq sahəsində tikilməli olan 1-ci və 2-ci mərtəbəsində 200 kv.m olmaqla ümumilikdə iki mərtəbəli 400 kv.m-lik sahənin çox mərtəbəli binanın 1-ci və 2-ci mərtəbəsinin hansı hissəsində ayrılmasına dair plan sxem mülki iş materillarında olmadığından həmin 400 kv.m sahənin üç blokdan ibarət mövcud yaşayış binasına uyğun gəlməsini müəyyən etmək mümkün olmamışdır. Sumqayıt şəhər İcra Hakimiyyətinin sərəncamı və qərarı ilə və həmin sənədlərə əlavə olunmuş sxemə əsasən "xxxx" kəndlifermer MMC-yə ayrılmış sahələr X küçəsi ilə 20 yanvar küçəsinin kəsişməsindlə yerləşdiyi müəyyən olundu. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən "xxxx" MMC-nin sahibkar fiziki şəxs X təhvil v erilənədək istifadəsində olmuş xxx ərazisində yerləşən obyektin hal-hazırda mövcud olan hər biri dörd blokdan ibarət tikilmiş iki hündürmərtəbəli yaşayış binasının və qarşısında olan torpaq sahələri ilə üst-üstə düşdüyü müəyyən olunur. Lakin iş materiallarında olan "xxxx" MMC-yə verilmiş şəhadətnamə üzrə yerləşdiyi torpaq sahəsinə dair sxem əlavə olunmadığı üçün həmin torpaq sahəsinin harada yerləşməsini və həmin obyektin hal-hazırda mövcud olan hər biri dörd blokdan ibarət tikilmiş iki hündürmərtəbəli yaşayış binası ilə üst-üstə düşdüyünü müəyyən etmək mümkün olmadı. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19.08.2004-cü il tarixli pay müqaviləsinə əsasən xxx ərazisində müqavilə öhdəlikləri üzrə tikiləcək binanın 1-ci və 2-ci mərtəbəsində 400 kv.metrlik qeyri-yaşayış sahəsinin, 3-cü mərtəbəsində inşa edilən 2 otaqlı mənzilin və keçən müddət ərzində ödənilməyən 154.000 ABŞ dollarının cavabdehdən alınıb iddiaçı "xxxx" MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, təsisçisi olduğu "xxxx" MMC-nin adından onunla sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs X arasında bağlanan 19 avqust 2004-cü il pay müqaviləsinin 1.1-ci bəndinə əsasən mülkiyyətində olan xxx ərazisində yerləşən kafeni 500 kv. metr torpaq sahəsi ilə birlikdə çoxmərtəbəli yaşayış binası tikintisi məqsədilə sahibkar X sərəncamına vermişdir. Sahibkar isə müqavilə şərtlərinə uyğun olaraq onu həmin ərazidə tikiləcək binanın payçı etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən X öz növbəsində ona verilmiş torpaq sahəsində tikiləcək yaşayış kompleksinin 1 -ci mərtəbəsində 200 kv.metr olmaqla, 2-ci mərtəbəsində 200 kv.metr olmaqla, ümumilikdə 400 kv.metrlik sahəsi, X prospekti istiqamətində ticarət və iaşə xidməti ilə məşğul olmaq üçün "xxxx" MMC-nin mülkiyyətinə verməyi öz üzərinə götürmüşdür. Bundan başqa sahibkar gələcəkdə tikiləcək yaşayış kompleksində verilmiş yaşayış sahəsinin üstündə, 3-cii mərtəbədə 2 otaqlı mənzili "xxxx" MMC-nin təsisçisi X şəxsi mülkiyyətinə verməyi öz öhdəsinə götürmüşdür. Bundan başqa sahibkar gələcəkdə tikiləcək yaşayış kompleksində, 3-cü mərtəbədə 2 otaqlı mənzili də mülkiyyətinə verməyi, mülkiyyətinə veriləcək 400 kv.metr sahənin tam isti fadəyə verilənə qədər ayda "xxxx" MMC-nin təsisçisi X tikinti işlərinin aparıldığı dövrə itirilmiş qazanc həddində hər ay 1000 ABŞ dolları, ilkin olaraq 10 ayın ərzində əvvəlcədən birdəfəlik 10.000 ABŞ dolları məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür, müqavilə əsasında bu günədək ona 164000 ABŞ dolları ödənilməli olduğu halda cəmi 10000 ABŞ dolları ödənilmiş, 154000 ABŞ dolları borc yaranmışdır. Həmin müqaviləyə əsasən sahibkar, yəni fiziki şəxs X cəmiyyətə məxsus yaşayış kompleksi tikiləcək torpaq sahəsini və onun üzərindəki tikilini bu və ya digər formada üçünçü şəxslərə özgəninkiləşdirərsə, tərəflər arasında bağlanmış müqavilə öz qüvvəsində qalır, sahibkarın öz üzərinə götürdüyü öhdəliklər həmin üçüncü şəxslər üçün də qüvvədə qalmış hesab olunur. Əgər sahənin tikintisi üçün Mənzil T ikinti Kooperativi və ya hər hansı başqa hüquqi şəxs yaradılarsa və cəlb edilərsə, sahibkarın həmin hüquqi şəxsin təsisçisi olub-olmamasından asılı olmayaraq müqavilə şərtləri həmin hüquqi şəxs üçün də qüvvədə qalır. Bu halda cəmiyyətin təsisçisi ilə həmin hüquqi şəxsin arasında da bu müqavilədəki şərtlərə uyğun pay müqaviləsi bağlanılır. Əks halda sahibkarla həmin hüquqi şəxs arasındakı hər hansı razılaşma etibarsız hesab olunur. Sahibkar X çoxsaylı yaşayış kompleksinin tikintisi zamanı yol verdiyi nöqsanlara, bir neçə şəxslə bağladığı müqavilə şərtlərinə əməl etmədiyinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyun 2009-cu il tarixli hökmü ilə 9 il azadlıqdan məhrum edilmiş, sonradan həbsxanada dünyasını dəyişmişdir. Hazırda tikinti işlərini X hüquqi varisi və oğlu Cavabdeh aparır. Ha zırda tikinti işləri başa çatdırılıb. Bina istismara tam hazırdır. Bir neçə dəfə yazılı və şifahi formada tikinti işlərini aparan Cavabdeh müraciət edərək tikinti işləri yekunlaşdığı üçün keçən müddət ərzində ona ödənilməyən 154000 ABŞ dollarının, 2 otaqlı mənzilin eləcə də 400 kv.metr qeyri-yaşayış sahəsi ilə təmin olunmağını, cavabdehə müqavilə öhdəliklərinə əməl etməsini xahiş etmişdir. Lakin müraciətlərinə cavab verilməmiş, məsələyə heç bir münasibət bildirilməmişdir. Cavabdeh müqavilə öhdəliklərinə əməl etməmiş və yaranmış mübahisəni məhkəmədən kənar həlli istiqamətində gördüyü tədbirlər bir nəticə vermədiyindən hesab edir ki, yaranmış mübahisənin həlli yalnız qanunvericilikdə göstərilən qaydada məhkəmə vasitəsi ilə həyata keçirilə bilər. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcbur iyyətində qalmışdır. İndiki halda cavabdeh ona yalan vədlər və məlumatlar vermiş, bununla da həqiqəti təhrif edərək, etibar və inamından istifadə edərək qarşındakı öhdəliyini yerinə yetirməmiş, əmlak və pulu mənimsəmişdir.
7. Sumqayıt Şəhər Məhkəməsinin (hakim Rəşad Qoşqarlı) 2(060)-7960/2019 saylı, 14 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 19.08.2004-cü il tarixli pay müqaviləsinə əsasən Sumqayıt şəhəri, köhnə avtovağzal ərazisində müqavilə öhdəlikləri üzrə tikiləcək binanın 1-ci və 2-ci mərtəbəsində 400 kv.metrlik qeyri-yaşayış sahəsinin, 3-cü mərtəbəsində inşa edilən 2 otaqlı mənzil və keçən müddət ərzində ödənilməyən 154.000 ABŞ dolları məbləğində pulun ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla alınıb iddiaçı "xxxx" MMC-yə verilməsi, Cavabdeh iş ü zrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq iddiaçı"xxxx" MMC-yə ödənilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı ilə X könüllü olaraq pay müqaviləsi bağlamış, iddiaçı özünə məxsus olan yeri tikinti məqsədləri üçün X vermiş, bunun müqabilində sonuncu iddiaçıya tikiləcək binadan qeyriyaşayış və yaşayış sahələri verməyi öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 19.08.2004-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, iddiaçının, yəni təsisçi X heç bir maliyyə borcu yoxdur. Eyni zamanda məhkəmə iclasında iddiaçı X pay müqaviləsinin 2.1-ci bəndində nəzərdə tutulan məbləğin, yəni 10.000 (on min) ABŞ dollarının sahibkar Ş.Hüseynov tərəfindən ona verilməsini etiraf etmişdir.
9. Bundan başqa X vəfat etməsindən sonra onun vərəsəsi oğlu Cavabdeh müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Buna görə də məhkəmə hesab etmişdir ki, iddiaçının hazırki iş üzrə cavabdehə qarşı tələbi əsaslıdır.
10. Cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiya sına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarına əsasən hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib -etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.
11. Məhkəmənin qənaətinə görə cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinin özü dolayısı ilə onun tərəfindən tələb edilən məbləğin etirafı kmi qiymətləndirilə bilər.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3, 372, 384.0.4, 385.1, 445.7, 449.1-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 80, 106, 217-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Qətnam ədən cavabdeh apellyasiya şikayəti vermişdir.
14. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-130/2021 nömrəli iş üzrə 02 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – L.Məmmədova (sədrlik edən və məruzəçi), T.Quliyev və G.Tağızadə) Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7960/2019 saylı, 14 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, apelyasiya şikayəti təmin olunmamış, iş üzrə aparılmış məhkəmə ekspertizalarının dəyəri olaraq 100 manat pulun Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirilməlidir və bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz.
16. Bundan başqa iş materiallarından görünür ki, iddiaçı öz iddiasında 19.08.2004-cü il tarixli müqaviləyə istinad etmişdir. Həmin müqavilə isə hazırda qüvvədədir və mübahisələndirilməmişdir Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur.
19. Kassasiya şikayətində irəli sürülən dəlillər apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. İddiaçının nümayəndəsi və vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
22. Cavabdehin vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Kassasiya baxışının hədləri
23. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
24. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
25. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, ara şdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
26. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
27. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (maddə 385.1)
28. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. (maddə 449.1)
29. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. (maddə 372.1)
30. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. (maddə 372.2)
31. İddia müddəti mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının arad an qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə şamil edilmir (maddə 384.0.4)
32. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (maddə 1243.2) Mülki Prossesual Məcəllə
33. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
34. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
35. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüq uq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
36. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
37. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
38. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardad ını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir və həmin dəlillərin əsassız olduğu isə apelyasiya baxışında sübut edilmişdir.
41. Məhkəmə kolleg iyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-130/2021 nömrəli iş üzrə 02 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.