Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4523/2018 28.06.2018 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından AzərbaycanRespublikasıAliMəhkəməsinin MülkiKollegiyasının QƏRARİ 28 iyun2018-ciil İş№ 2(102)-4523/2018 Bakışəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Qoldman Tatyana Aleksandrovnanın sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlundan və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qoşqarlı Rəşad Nizami oğlunun iştirakı ilə, İddiaçının Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1018/2018 saylı 06 fevral 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim A.A.Mahmudov, iş № 2(044)-6064/2017) İddiaçının cavabdehlər Cavabdeh1 QSC-yə, Cavabdeh3, Gəncə şəhəri 3 saylı Notarait Kontoruna qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddiası təmin olunmamış, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 fevral 2018-ci il tarixli qətnaməsi ilə (hakimlərA.V.Bayramov (sədrlik edən və məruzəçi),LS.Süleymanov və İ.Ə.Şəfiyev, iş № 2(104)1018/2018) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli, 2(044)-6064/2017 saylı qətnaməsi dəyişdirilmədən saxla nılmışdır. Göstərilən qətnamədən İddiaçı kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçının cavabdehlər Cavabdeh1 QSC-yə, Cavabdeh3 və Gəncə şəhəi 3 saylı Notariat Kontoruna qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbi ilə məhkəməyə müraciət edərək, 01.05.2013-cü il tarixdə bağlamış 98927/01 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh3 onun oğludur. Oğlu 2013-cü ilin yaz aylarında onun yanına gəlib ona 2000 manat pul lazım olduğunu bildirib, sələmə düşməmək üçün onun ünvan 1 ünvanında yerləşən yeganə yaşayış evini banka girov qoyub pul götürülməsini ondan xahiş etmişdir. X5 bizneslə məşğul olduğu üçün ona inanıb razılaşmışdır. Aralarında olan razılaşmaya görə k redit müqaviləsi 2000 ABŞ dolları məbləğində pulun ödənilməsi şərti ilə bağlanmalı idi. Sonradan ona məlum omuşdur ki, bağlanan müqavilə 2000 ABŞ dolları deyil, 27000 ABŞ dolları məbləğində olmuşdur. Müqavilə bağlanarkən notariat kontorunun müdiri ona müqavilənin şərlərini oxuyub izah etməmişdir. Kontora əvvəlcə Cavabdeh3 ilə bank əməkdaşları girmiş, bundan sonra onu içəri çağırmışlar. Müqavilənin surəti isə ona verilməmişdir. O həmin vaxt İran İslam Respublikasında ürək əməliyyatından çıxmış və özünü olduqca zəif hiss elədiyi üçün müqavilənin şərtləri ilə dərindən maraqlana bilməmişdir. Göründüyü kimi, müqavilə onun aldadılması yolu ilə bağlanmış, nəticədə o aldanaraq şərtlərini bilmədiyi müqaviləyə imza etmiş, yeganə yaşayış yeri olan evini girov qoymuşdur. Birinci instansiya məhkəməsind əki icraat zamanı cavabdeh Cavabdeh1 QSC-nin nümayəndəsi X2nin iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı bu kimi iddiaları verməklə süni süründürməçilik yaradır və ödənişlərdən yayınır. Qeyd olunan mübahisəli əmlak ipotekaya qoyularkən iddiaçı öz əməllərinin hüquqi əhəmiyyətini yaxşı başa düşürdü və özü müstəqil olaraq, heç kimin təsiri olmadan müqaviləyə imza etmişdir. Hazırda həmin evlə bağlı hərrac keçirilmiş və əmlak digər şəxs tərəfindən alınmadığından tələbkara təklif olunmuşdur. Odur ki, iddianın əsası olmadığından rədd olunmasını xahiş etmişdir. Məhkəmə instansiyaları tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı və onun vəkili X6 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsi qətnaməsinin ləğv e dilməsini və işin yeni apellyasiya baxışına göndərilməsini xahişetmişlər. Kassasiyaşikayətionunlaəsaslandırılmışdırki, apellyasiyainstansiyasıməhkəməsininqətnaməsimaddivəprosessualhüquqnormalarınınpozulmasıvə düzgüntətbiqedilməməsiiləçıxarılmış, işüzrəəhəmiyyətlihallaraqiymətverilməmiş,işin halları obyektiv araşdırılmamışdır. Kassasiya şikayətində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən Mülki Məcəlləmnin 337.1, 337.2, 347.1, MPM-nin 14.1, 106.1, 217-ci maddəsinin tələblərinə riayət etməməklə, nəticədə qanunvericiliyin tələblərini pozmaqla, əsassız qətnamə qəbul etmişdir. Prosessual məsələlər: Məhkəməkollegiyasıiclasınınyerivəvaxtıbarədəlazımiqaydadaməlumatlandırılmalarınabaxmay araqişdə iştirak edən şəxslər heçbirüzrlüsəbəb göstərmədənməhkəməkollegiyasınıniclasınagəlməmişlər. MəhkəməkollegiyasıMPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakıolmadanbaxılmasınımümkünhesabetmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstit usiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və ya hüquqi şəxsin Azərbaycan Respublikası Konstitusiyasından, qanunlarından və digər normativ-hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir (MPM-in 2.1 və 2.2-ci maddələri). Qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq norm alarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır (MPM-in 81, 88, 217.1-ci maddələri). Məhkəmə kollegiyası işin materiallarını tədqiq edərək, məruzəçini dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə tam həcmdə riayət olunmuşdur və buna görə də qəbul olunmuş qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmələr tərəfindən aparılan araşdırmalar zamanı müəyyən edilmişdir ki, Cavabdeh1QSC-nin Gəncə filialı ilə Cavabdeh3 arasında 01.05.2013-cü il tarixdə bağlamış 98927/01 saylı kredit müqaviləsi ilə Cavabdeh3 27000 ABŞ dolları kredit verilmişdir. Həmin tarixdə bağlanmı ş ipoteka müqaviləsinə əsasən, kredit müqaviləsinin təminatı olaraq iş üzrə İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İddiaçı həmin müqavilənin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-c i maddələri). Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar Mülki Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən, müqavilə bağlamaq vəzifəsinin həmin Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə a lır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Kollegiya qeyd edir ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, Mülki Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı fo rmada bağlanılır. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə notariat qaydasında təsdiqlənməlidir (həmin Qanunun 10.2-ci maddəsi). İşin faktiki halları müəyyən edilmişdir ki, mübahisəli yaşayış evinə dair rəsmiləşdirilmiş 01.05.2013-cü il tarixli ipoteka müqaviləsi, müqavilə tərəflərinin iradə ifadəsinə uyğun bağlanmış və həmin müqavilə rəsmiləşdirilən zaman tərəflər müstəqil olmuş, onlara qarşı qanunvericiliyin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi halları olmamış, müqavilənin zəruri şərtlərinə əməl edilməklə tərəflərin hər biri müqavilə azadlığı prinsipinə uyğun olaraq iradə ifadələrini ifadə etmişlər. Bundan əlavə məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı və digərləri əvvəlcədən aparılmış bütün əməliyyatların hüquqi nəticəsini və mülki hüquqi əsaslarını bilmişlər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir. Buna görə də kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-n in 416, 417.1.1, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1018/2018 saylı 06 fevral 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi Tatyana Qoldman
Məhkəmə qərarları › İş №2(102)-4523/2018
Ali Məhkəmə Qərar — İş №2(102)-4523/2018
28.06.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver