Məhkəmə qərarları › İş №2(102)-4524/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4524/2019

01.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4524/2019 01.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, İddiaçı YYY-nin vəkili Vəkil1, Cavabdeh1 iştirakları ilə, İddiaçı YYY-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 fevral 2019-cu il tarixli, 2(107)-611/2019 nömrəli qətnaməsindən İddiaçı YYY, vəkili Vəkil1 və Cavabdeh1, vəki li Vəkil2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı YYY cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, 09 sentyabr 2013-cü il tarixdə Cavabdeh1 ilə İddiaçı YYY arasında bağlanmış 26L000001650 saylı kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 60 ay müddətinə 30000 ABŞ dolları kredit xətti açılmışdır. 22 avqust 2014-cü il tarixdə İddiaçı YYY ilə Cavabdeh1 arasında bağlanmış 26R000005942 saylı kredit razılaşması əsasında Cavabdeh1 36 ay müddətinə, aylıq 2,25 faiz olmaqla 15000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Cavabdeh1 ilə İddiaçı YYY arasında bağlanmış 19.02.2015-ci il tarixli və 10. 04.2015-ci il tarixli sazişlərə əsasən kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilmiş, borclu götürdüyü kreditin qalığını və hesablanmış faizləri yeni ödəniş planına uyğun olaraq banka ödəməyi öhdəsinə götürmüşdür. Öhdəliyin icrasını təmin etmək məqsədi ilə bankla Cavabdeh2 arasında 09 sentyabr 2013-cü il tarixdə, Cavabdeh3 arasında 22 avqust 2014-cü il tarixdə zaminlik müqavilələri bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən borclunun hesablaşmalara görə iddiaçıya 13894 ABŞ dolları 93 sent əsas, 5699 ABŞ dolları 86 sent faiz, 10387 ABŞ dolları 28 sent cərimə olmaqla, cəmi 29982 ABŞ dolları 07 sent borcu qalmışdır. Cavabdehlərə dəfələrlə bildirişlə müraciət olunmasına baxmayaraq, kreditin və faizlərin ödənilməsi üçün tədbir görməmişlər, kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Göstərilənlərlə əlaqədar iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli, 2(046)-49/2018 saylı qətnaməsi ilə (hakim Z.A.Quliyev) İddiaçı YYY-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, 22.08.2014-cü il tarixli 26R000005942 saylı kredit razılaşmasına əsasən əsas borc üzrə 13792 (on üç min yeddi yüz doxsan iki) ABŞ dolları 59 (əlli doqquz) sent məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı YYY-nin xeyrinə tutulması, 22.08.2014-cü il tarixli 26R000005942 saylı kredit razılaşmasına əsasən faiz borc üzrə 4484 (dörd min dörd yüz səksən dörd) ABŞ dolları 59 (əlli doqquz) sent məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı YYY-nə ödənilməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 4 (dörd) manatı İddiaçı YYY-nə aid edilsin, 26 (iyirmi altı) manatı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı YYY-nin xeyrinə tutulması, 195 (bir yüz doxsan beş) manat ekspertiza xərclərinin 45 (qırx beş) manatı İddiaçı YYY-dən, 150 (bir yüz əlli) manatı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qayd ada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilməsi, qalan hissədə iddianın təmin olunmaması qət olunmuşdur. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 fevral 2019-cu il tarixli qətnaməsi ilə (X7 oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və X5) İddiaçı YYY-nin nümayəndəsi X4 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Göyçay Rayon Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli qətnaməsinin qismən yəni, iddianın cərimə tələbinin təmin edilməməsi ilə bağlı hissəsində ləğv edilməsi, həmin hissə üzrə yeni qətnamə qəbul edilərək iddianın cərimə ilə bağlı tələbinin qismən yəni, 500 (beş yüz) ABŞ dolları icra edildiyi vaxta Azərbaycan manatına olan məzənnəyə uyğun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, İddiaçı YYY-nin nümayəndəsi X2 apellyasiya şikayətinin qalan hissəsinin əsassız olduğundan rədd edilməsi, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin rədd edilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı YYY, vəkili Vəkil1 və Cavabdeh1, vəkili Vəkil2 iş Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 fevral 2019-cu il tarixli, 2(107)-611/2019 nömrəli qətnaməsindən kassasiya şikayətləri vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh1 və vəkili Vəkil2 kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası m əhkəməsi tərəfindən işə baxılan zaman əlavə məhkəmə ekspertizası təyin edilməli olduğu halda edilməmiş, işin bütün faktiki halları aydınlaşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, bununla da, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Odur ki, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 fevral 2019-cu il tarixli, 2(107)611/2019 nömrəli qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı YYY və vəkili Vəkil1 kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi faiz və cərimə borcunun Cavabdeh3 tutulmaması hissəsində Mülki Məcəlləsinin 477.0.1-ci maddəsini və Konstitusiya Məhkəməsi Plenumunun 31.05.2018-ci il tarix li qərarını tətbiq etməklə səhvə yol vermiş, maddi hüquq normalarını pozmuşdur. Odur ki, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 fevral 2019-cu il tarixli, 2(107)-611/2019 nömrəli qətnaməsinin qismən faiz və cərimə borcunun Cavabdeh3 tutulmaması hissəsində ləğv olunması və həmin hissədə iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçı «İddiaçı” YYY-nin vəkili Vəkil1 məhkəmə kollegiyası iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə digər şəxslərə işə baxılmasın ın vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı YYY-nin Göyçay filialı ilə Cavabdeh1 arasında bağlanmış 09 sentyabr 2013-cü il tarixli 26L000001650 saylı kredit xətti müqaviləsinə əsasən bank tərəfindən 60 ay müddətə Cavabdeh1 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır (1.1 və 1.2-ci bəndlər).”İddiaçı” YYY-nin Göyçay filialı ilə Cavabdeh1 arasında bağlanmış 22.08.2014-cü il tarixli 26R000005942 saylı kredit razılaşmasına əsasən bank tərəfindən aylıq 2,25 % hesablanmaqla 36 aylıq müddətə Cavabdeh1 15000 ABŞ dolları məbləğində kredit verilmişdir (1.1-ci bənd).”İddiaçı” YYY-nin Göyçay filialı ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 19 fevral 2015-ci il tarixli sazişə əsasən ödəniş məbləğinə və ödəniş planına dəyişiklik olmuşdur(1-ci bənd). İddiaçı YYY-nin Göyçay filialı ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 10 aprel 2015-ci il tarixli sazişə əsasən ödəniş məbləğinə v ə ödəniş planına dəyişiklik olmuşdur(1-ci bənd). Cavabdeh2 və Cavabdeh3 borclu kredit xətti müqaviləsindən irəli gələn öhdəliyini icra etmədikdə bank qarşısında həmin öhdəliyin tam icra olunmasını üzərinə götürmüşlər (09.09.2013-cü il tarixli və 22 avqust 2014-cü il tarixli zaminlik müqavilələrinin 1.1-ci bəndi).Zamin Cavabdeh2 borclunun bankdan aldığı 22 avqust 2014-cü il tarixli kredit razılaşmasının ödəniş planı ilə tanış olmuş və razılığını bildirmişdir (22.08.2014-cü il tarixli ödəniş planı). LLL kredit müqaviləsi ilə götürdüyü öhdəliyi lazımınca icra etməməsi nəticəsində bank qarşısında kredit razılaşması üzrə 27 sentyabr 2016-cı il tarixə 13894 ABŞ dolları 93 sent əsas, 5699 ABŞ dolları 86 sent faiz, 10387 ABŞ dolları 28 sent cərimə olmaqla, cəmi 29982 ABŞ dolları 07 sent borcu yar anmışdır (27.09.2016-cı il tarixli maliyyə arayışı). İş materiallarında olan Məhkəmə ekspertiza mərkəzinin 22.09.2017-cı il tarixli 7974 nömrəli rəyinə əsasən Cavabdeh1 27 sentyabr 2016-cı il tarixinə banka olan borcu əsas borc 13792 ABŞ dolları 59 sent, faiz borcu 4484 ABŞ dolları 59 sent olmaqla, cəmi borcu 18277 ABŞ dolları 18 sent təşkil edir. İşdə olan Məhkəmə ekspertiza mərkəzinin 06.08.2018-cı il tarixli 3178 nömrəli rəyinə əsasən Cavabdeh1 27 sentyabr 2016-cı il tarixinə banka olan borcu əsas borc 13792 ABŞ dolları 59 sent, faiz borcu 4484 ABŞ dolları 59 sent olmaqla, cəmi borcu 18277 ABŞ dolları 18 sent təşkil edir. İş materiallarında olan Cavabdeh1 ilə İddiaçı YYY arasında bağlanmış 09.09.2013-cü il tarixli, 26L000001650 saylı kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutu lmuşdur. 09.09.2013-cü il tarixli, 26L000001650 saylı kredit müqaviləsi üzrə təqdim edilmiş mühasibat sənədlərində bank tərəfindən cərimə hesablanmamış və ödənişlərdən cəriməyə silinmə aparılmamışdır. İddia ərizəsində bank müqavilə üzrə cərimə tələb etsə də mühasibat sənədlərində cərimə mövcud deyildir. Buna görə də hazırki tədqiqatla Cavabdeh1 cərimə hesablanmamışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, borclu Cavabdeh1 22.08.2014-cü il tarixli 26R000005942 saylı kredit razılaşmasına əsasən kreditor İddiaçı YYY-i qarşısında götürdüyü öhdəliyi icra etməməklə (vaxtında icra etməməklə və qüsurla icra etməklə) kreditora ziyan dəymişdir və buna görə də vurduğu zərərin nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maliyyə arayışına görə yaranmış borcun borclu və zaminl ərdən müştərək qaydada tutulması əsaslıdır. Eyni zamanda apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış 09 sentyabr 2013-cü il tarixli və 22 avqust 2014-cü il tarixli zaminlik müqavilələrində faiz dərəcəsi və cərimə faizinə dair müddəalar göstərilməmiş, bağlanan kredit müqavilələrində bunlar barədə cavabdeh-zamin Cavabdeh2 razılığı alınsa da, cavabdeh-zamin Cavabdeh3 razılığı alınmamışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edi lməsinə dair“ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31.05.2018-ci il tarixli Qərarında müəyyən edilmiş hüquqi mövqelərə istinad edən apellyasiya instansiya məhkəməsi, faiz və cərimə borcuna görə zamin Cavabdeh3 məsuliyyətinin yaranmadığı qənaətinə gəlmişdir. Həmçinin apellyasiya instansiya məhkəməsi tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə görə borcalan tərəf müvafiq qaydada cərimə ödəyəcəyini öhdəsinə götürdüyündən iddiaçının cərimə tələb ilə məhkəməyə müraciət etmə hüququ olduğunu və Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələbinə görə, cərimə borcunu tənasübsüz sürətdə yüksək hesab edərək cərimənin məbləğini 500 (beş yüz) ABŞ dolları miqdarında müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətn aməsi Cavabdeh1 kassasiya şikayətinə münasibətdə yoxlanılan hissədə, yəni İddiaçı YYY ilə Cavabdeh1 arasında bağlanmış 22.08.2014-cü il tarixli 26R000005942 saylı kredit razılaşmasına üzrə 13792,59 ABŞ dolları əsas borc, 4484,59 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimənin ondan tutulması hissəsində əsaslı və qanunidir. Belə ki, Cavabdeh1 iddiaçı ilə bağlanmış kredit müqaviləsi üzrə öhdəliyi lazımınca və vicdanlılığın tələb etdiyi tərzdə icra etmədiyindən müqavilədən yaranan öhdəliyə görə məsuliyyəti yaranmışdır. Buna görə də tərəflərin iradə azadlığı əsasında bağlanmış müqaviləyə görə yaranmış öhdəliyi (əsas kredit borcu, faiz və cərimə borcu) icra etməlidir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlə rin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 21, 442, 448.1 və 465.2-ci mad dələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək məhkəmə kollegiyası qeyd edir ki, kassator kredit borcunun düzgün hesablanmaması ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir, həmçinin cərimə ödənilməsi tərəflər arasında bağlanmış müqavilə ilə razılaşdırılmış və Tələb edilən 10387,28 ABŞ dolları məbləğində cərimə məbləği məhkəmə tərəfindən azaldılaraq 500 ABŞ dolları müəyyən edilmişdir. Zamin Cavabdeh3 qarşı tələbin hüquqi əsasları ilə bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda gös tərilən zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmadığına görə zaminlər borclu ilə kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası MM-nin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zamini n razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda, zaminliyə xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2018-ci il tarixli qərarının 3-cü bəndində göstərilmişdir ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Tərəflər arasında bağlanmış 09 sentyabr 2013-cü il tarixli və 22 avqust 2014-cü il tarixli zaminlik müqavilələrində faiz dərəcəsi və cərimə faizinə dair müddəalar göstərilməmiş, bağlanan kredit müqavilələrində bunlar barədə cavabdeh-zamin Cavabdeh2 razılığı alınsa da, cavabdehzamin Cavabdeh3 razılığı alınmamışdır. Belə olan təqdirdə həmin müqavilə üzrə faiz və cərimə borcunun cavabdeh Cavabdeh3 tutulmaması əsaslı olmuşdur. Qətnamənin bu hissəsi üzrə iddiaçının kassasiya şikayətinin dəlilləri əsaslıdır, apellyasiya instansiya məhkəməsi Azərbaycan Respu blikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2018-ci il tarixli qərarında müəyyən edilmiş hüquqi mövqelərə istinad etməsi düzgün olmuş, hər hansı maddi hüquq normasının pozuntusuna yol verilməmişdir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alan kassasiya kollegiyası Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamənin münahisələndirilən hissələri ilə razılaşır və hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin gəldiyi nəticə düzgündür. Buna görə də, kassasiya şikayətlərii təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə kassatorlara münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasi ya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı YYY-nin, vəkili Vəkil1 və Cavabdeh1, vəkili Vəkil2 kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 fevral 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə kassatorlara münasibətdə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar