Məhkəmə qərarları › İş №2(102)-4525/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4525/2019

01.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4525/2019 01.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, İddiaçı vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilkin iddia, Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 fevral 2019-cu il tarixli 2(107)-251/2019 saylı qətnaməsindən İddiaçı və vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYY ƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 19525 ABŞ dollarının ödəniş günü məzənnə üzrə manatla, eləcə dövlət rüsumu hesabına ödədiyi pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda Cavabdeh da İddiaçı qarşı qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək 9500 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 17 avqust 2018-ci il tarixli 2(046)-995/2018 saylı qətnaməsi ilə (hakim Z.A.Quliyev) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilkin iddiasının rədd edilməsi, ilkin iddia üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun İddiaçı aid olunması, Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiasının təm in edilməsi və 9500 (doqquz min beş yüz) manat məbləğində pul və qarşılıqlı iddia üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla cəmi 9530 (doqquz min beş yüz otuz) manat məbləğində pulun İddiaçı alınıb Cavabdeh verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 fevral 2019-cu il tarixli 2(107)251/2019 saylı (hakimlər Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, X6 və X8 oğlu) qətnaməsi ilə Göyçay Rayon Məhkəməsinin 17 avqust 2018-ci il tarixli 2(046)-995/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 fevral 2019-cu il tarixli 2(107)251/2019 saylı qətnaməsindən ilkin iddia üzrə İddiaçı və vəkili Vəkil1 kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kas sasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, işin faktiki halları düzgün qiymətləndirilməmiş, ziddiyyətli məqamlar hərtərəfli araşdırılmamışdır. Belə ki, işə baxan apellyasiya instansiyası məhkəməsi işə səthi yanaşaraq işin həqiqi hallarını tam və obyektiv şəkildə araşdırmamış, işə birtərəfli baxaraq Cavabdeh məhkəmə iclasında verdiyi etiraf ərizəsini, Polis şöbəsində verdiyi izahatını, 9500 manat pulu mənə borclu olduğu pula görə verdiyini, eyni zamanda iki müxtəlif işlərə baxılan zaman verdiyi izahatlarında ciddi ziddiyyətləri işin faktiki halları kimi nəzərə almamış, həmin faktları əlaqəli şəkildə araşdıraraq əsaslandırmamış, qətnamənin əsaslandırıcı hissəsində sübutları əlaqəli şəkildə şərh etm əmiş, Cavabdeh bir-birini təkzib edən izahatlarına tənqidi yanaşmayaraq hüquqi qiymət verməmiş, yuxarıda qeyd edilən sübutların qəbul edilməməsinin səbəblərini qətnamədə aydın şəkildə izah etməmiş, yalnız Cavabdeh kassatora 9500 manat pul verməsini etiraf etməyini və cavabdehin heç bir hüquqi əsasları olmayan fərziyyə və cəfəngiyatlarını əsas götürməklə və həmin fərziyyələrə əsaslanaraq özünün qərəzli, əsassız, qanunsuz və eləcə də ədalətsiz hesab etdiyi ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin təmin edilməməsi barədə yeni qətnamə qəbul etməklə maddi və prosessual hüquq normalarının tələblərini kobudcasına pozmuşdur. Odur ki, Şəki Apellyasiya Məhkəməsi Mülki Kolleg iyasının 14 fevral 2019-cu il tarixli 2(107)-251/2019 saylı qətnaməsinin ləğv edilərək ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qərarın qəbul edilməsi xahiş edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil2 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı və Cavabdeh işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş. Lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Resp ublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2, 385.1, 777.1, 777.2 782.1, 1091.2, 1092.1-ci maddələrinə istinad etməklə işin materialları üzrə gəldiyi nəticələrin əsaslandırılmasından görünür ki, Göyçay Rayon Məhkəməsinin 17.09.2010cu il tarixli qətnaməsi ilə X3 xeyrinə cavabdehlər İddiaçı və Cavabdeh 27500 ABŞ dolları ödəniş günü üçün məzənnə üzrə manatla pulun tutulması qət olunmuşdur. Göründüyü kimi, İddiaçı Cavabdeh həmin pul vəsaitini tələb etmək üçün müvafiq subyektiv hüquqa malik deyildir və məhkəmə baxışında Cavabdeh tərəfindən onun hər hansı hüquqlarının po zulması halı müəyyən olunmamışdır. Həmçinin də, apellyasiya instansiyası məhkəməsi bu qənaətə gəlmişdir ki, həqiqətən iddiaçı cavabdehdən 9500 manat pul almışdır. Lakin həmin pulun cavabdehin ona borclu olmasına dair hər bir sübut növü məhkəmələrə təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin faktik hallarına uyğun və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmədiyi üçün əsaslı və qanuni sayıla bilməz. İddia ərizəsindən görünür ki, İddiaçı Cavabdeh qarşı 19525 ABŞ dollarının ödəniş günü məzənnə üzrə manatla tutulmasına dair iddia tələbini onunla əsaslandırmışdır ki, Göyçay Rayon Məhkəməsinin 17.09.2010-cu il tarixli qətnaməsinə əsasən X3 xeyrinə ondan və Cavabdeh 27500 ABŞ dolları ödəniş günü üçün məzənnə üzrə manatla pulun tutulması qət olunmuşdur. Həmin iş üzrə məhkəmə baxışında Cavabdeh YYYdan alınan 27500 ABŞ dolları pula İddiaçı tərəfindən ona meyvə məhsulu göndərildiyini, həmin məhsulu satıb pulunu İddiaçı göndərməli olduğunu, lakin göndərə bilmədiyini, maddi imkanı olan kimi həmin 27500 ABŞ dolları pulu İddiaçı göndərəcəyini, eləcə də əlavə olaraq onlara 4000 ABŞ dolları, cəmi 31500 ABŞ dolları borclu olduğunu etiraf etmişdir. Qeyd edilən məhkəmə aktı qanuni qüvvəyə minərək icraya yönəldilmiş,, bu qətnamənin icrasından yayındığına görə o və cavabdeh inzibati, daha sonra isə cinayət məsuliyyətinə cəlb olunmuş, Cavabdeh YYYa borclu olduğu puldan cəmi 4500 ABŞ dolları pul qaytarmış, keçən müddətdə cavabdeh ona və YYYa pul borclu olduğunu, onun ucbatından cavabdeh qismində cəlb edildiyi ni dəfələrlə bir neçə şəxsin yanında etiraf etmiş, ona və YYYa pulu qaytaracağını vəd etmiş, bunun sübutu kimi borcdan 4500 ABŞ dolları Bilala qaytarmış, cavabdeh YYYa borclu olduqları 23000 ABŞ dolları qaytarılmadığından həmin borca görə YYYun ona və cavabdehə qarşı pul, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbləri qismən təmin olunaraq ondan və Cavabdeh müştərək qaydada əlavə 8050 (səkkiz min əlli) ABŞ dolları məbləğində və məhkəmə xərcinə görə 12 (on iki) manat məbləğində pul tutulması qət edilmişdir. İddiaçının tələb etdiyi 19525 ABŞ dolları cavabdehin təqsiri üzündən müştərək qaydada ondan da tutulmuş olan və ödənilməmiş qalan 31050 ABŞ dolları pulun yarısını təşkil edən 15525 ABŞ dolları və əlavə olaraq şəxsən cavabdehin onun özünə olan 4000 ABŞ dolları borcundan ibarətdir. İş materiallarından müəyyən olunur ki, Göyçay Rayon Məhkəməsinin 17.09.2010-cu il tarixli qətnaməsinə əsasən X3 cavabdehlər İddiaçı və Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin olunmuş, X3 xeyrinə cavabdehlər İddiaçı və Cavabdeh 27500 ABŞ dolları ödəniş günü üçün məzənnə üzrə manatla pulun tutulması qət olunmuşdur. Göyçay Rayon Məhkəməsinin 14.12.2017-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin olunmuş, cavabdehlər İddiaçı və Cavabdeh müştərək qaydada 8050 (səkkiz min əlli) ABŞ dolları məbləğində və məhkəmə xərcinə görə 12 (on iki) manat məbləğində pul vəsaitinin alınaraq iddiaçı X4 verilməsi qət olunmuş, qalan hissədə iddia təmin olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə apellyasiya icraatı qaydasında baxarkən apelly asiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmiş, cavabdehin birinci instansiya məhkəməsində ilkin iddianı ümumi sözlərlə qəbul etmədiyini, lakin həmin iddiaya olan etirazının əsası kimi hansı hər hansı hallara istinad etməməsinə qiymət verməyərək yalnız qanuni qüvvəsini almış məhkəmə qətnamələrinin mövcudluğuna istinad edərək ilk iddianın əsassız olması nəticəsinə gəlmişdir. Lakin iş materiallarında olan Göyçay Rayon Məhkəməsinin 17.09.2010-cu il tarixli qətnaməsində Cavabdeh izahatından görünür ki, o, X3 ona və digər cavabdeh İddiaçı qarşı iddiasını qismən qəbul edərək həm izahatında, həm də məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, İddiaçı X1 27.500 ABŞ dolları alıb, həmin pulun hesabına İddiaçı Rusiya Federasiyasına, şəxsən onun ünvanına meyvə göndərmiş, həmin me yvəni qəbul etmiş və satıb pulunu İddiaçı göndərməli olduğu halda, göndərə bilməmişdir. Bu səbəbdən İddiaçı həmkəndliləri Bilal Məmmədovun 27.500 ABŞ dollarını qaytara bilməmişdir. Maddi imkanı olan kimi pulu ödəyəcəyini, bundan boyun qaçırmadığını, sadəcə olaraq borcu ödəmək üçün vaxt lazım olduğunu, göndərilən meyvələrin satışına görə İddiaçı və Bilal Məmmədova ümumilikdə 31.500 ABŞ dolları borcu olduğunu göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi faktiki olaraq hazırki vaxta kimi İddiaçı və Cavabdeh arasında yaranmış borc münasibətlərinin bu günə kimi davam etməsinə diqqət yetirməyərək iddiaçının cavabdehdən həmin pul vəsaitini tələb etmək üçün müvafiq subyektiv hüquqa malik olmaması kimi səhv hüquqi nəticəyə gəlmiş və bu nəticəsini heç bir maddi hüquq norması ilə əsaslandırmamışdır. İşin materiallarından görünür ki, faktiki olaraq Cavabdeh həm iddiaçıya, həm də X4 2008-ci ildə aralarında yaranmış alverlə bağlı münasibətlər üzrə borclu olduğunu inkar etməmişdir, buna baxmayaraq hazırda sonuncunun iddia tələbi üzrə qəbul edilmiş məhkəmə qətnamələri üzrə həmin pul vəsaiti onlardan müştərək qaydada tutulmuşdur. İddiaçı da hazırda cavabdehin vaxtilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi və bununla da, X4 Cavabdeh əvəzindən ödəməli olacağı pul məbləğinin, həmçinin cavabdehin onun özünə borclu olduğu 4000 ABŞ dollarının tutulması barədə hazırki iddianı qaldırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi sübutlar məhkəmə iclaslarında araşdırılmadan məhkəmə apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təsdiqini tapmaması, bu şikayətin dəlillərinin ancaq mülahizələrdən ibarət olması kimi səhv nəticələrə gəlmiş, araşdırma aparmadan, cavabdehin iddiaya və apellyasiya şikayətinin dəlillərinə hüquqi mövqeyini öyrənmədən iddianın əsassız olması nəticəsinə gəlmişdir. Həmçinin də, məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddianın təmin edilməsi hissəsində məhkəmələr sübutlara düzgün qiymət verməmişlər. Belə ki, məhkəmələr iş materiallarında olan şahid X5 12.02.2016-cı ildə Göyçay rayon polis şöbəsində verdiyi izahatla onun birinci instansiya məhkəməsində verdiyi izahatın məzmununun bir-birindən fərqlənməsinə diqqət yetirməmişdirlər. Belə ki, polisə verdiyi izahatında şahid göstərmişdir ki, “X13 Mırtı kənd sakinlərinə qaytarmaq üçün verəcəyi 9500 manat pulu ond an götürüb, lakin nə onlara, nədəki, borclu olduqları Mırtı kənd sakinlərinə həmin pulu verməmişdir.” Birinci instansiya məhkəməsində verdiyi izahatında isə şahid göstərmişdir ki, polis şöbəsində verdiyi izahatı dəqiq xatırlamır. Cavabdeh İddiaçı Mırtı kənd sakinlərinə qaytarmaq üçün 9500 manat verməsini Cavabdeh özü ona demişdir. Mırtı kənd sakinlərinə həmin pul verilməmişdir. Göründüyü kimi, şahid məhkəmədə verdiyi izahatında 9500 manat barədə Cavabdeh sözlərinə istinad etmişdir. Polisdə verdiyi izahatında da “X13 Mırtı kənd sakinlərinə qaytarmaq üçün verəcəyi 9500 manat pulu ondan götürməsini göstərsə də, bu pulun Raca deyil, FFFa aid olmasını, V.V.Vnın FFFdan pulu götürməsini, ümumiyyətlə isə bu pulun nə vaxt, hansı şəraitdə götürməsini qeyd etməmiş, apellyasiya instansiyası məhkəməsi isə adları qeyd edilən Mahmud və FFFın dindirilməsini zəruri saymayaraq, iş materiallarında olan Göyçay rayon Polis İdarəsinin rədd materiallarında rayonun Mırtı kənd sakinlərinin X7 və Cavabdeh şikayət etmələrini, X2 izahatında ümumiyyətlə V.V.Vnın adını çəkməyərək Rac ilə aralarında 16100 manat pul söhbətinin olmasını, yəni ümumi işlərində ziyanda onun payına düşən pulun bu qədər olmasını, həmin pulu da onun Raca və Mahmuda hissə-hissə qaytarmasını göstərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin həqiqətən iddiaçı cavabdehdən 9500 manat pul almasına dair cavabdehin istinad etdiyi sübutların mötəbər və tutarlı olmamasına da hüquqi qiymət verməmiş, yalnız qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı həmin məbləği aldığını etiraf etməsinə istinad edərək iddi anı təmin etmişdir. Halbuki V.V.V həmin məbləğin ona borc kimi verilməsini qəbul etməmişdir. Belə olan halda, həmin məbləğin nə vaxt, hansı şərtlərlə borc verilməsi halını sübut etmək yükü qarşılıqlı iddiaçı Cavabdeh üzərinə düşsə də, bu barədə işdə mötəbər sübutlar araşdırlmamışdır. Apellyasiya instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları da pozulmuşdur. Belə ki, tərəflər arasında tapşırıq müqaviləsi əsasında münasibətləri və əsassız varlanma elementlərinin olmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 777, 1091.2 və 1092.1-ci maddələrinin hazırki mübahisəyə tətbiqini əsaslandırmamışdır. Halbuki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildird iyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri) Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini y aradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd olunan Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qeyd olunan Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası bunu da qeyd etməyi zəruri hesab edir ki, qeyd edilən prosessual hüquq normaları Konstitusiya da nəzərdə tutulan məhkəmə müdafiəsi hüququnun realizəsini özündə ehtiva edir. Belə ki, hər bir kəsin məhkəmə müdafiəsi hüququ onun konstitusion hüqu qu olmaqla həmin hüququn məhdudlaşdırılması qanunla qadağandır. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə akt larının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, beləliklə də, gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlkin iddia üzrə İddiaçı və vəkili Vəkil1 kassasiya şikayəti təmin edilsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 fevral 2019-cu il tarixli 2(107)251/2019 saylı qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə g

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar