Məhkəmə qərarları › İş №2(102)-4526/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4526/2020

13.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4526/2020 13.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı Ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Əzizli Nəvazi Vidadi oğlunun, Cavabdeh Fəxərddin oğlunun iştirakı ilə, İddiaçı Ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)211/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Ayaz Məmmədov) xx xxxxxx 2011ci il tarixli, 2(004)-4404/11 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 3158,87 ABŞ dolları cari faiz, 200 ABŞ dolları gecikdirməyə görə cərimə, cəmi 3358,87 ABŞ dolları (Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) və 20 manat ödənilmiş dövlət rüsumu məbləğində pulun Cavabdeh tutularaq “xxxxxxxxx” ASC-yə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər – Aida Hüseyn - sədrlik edən və məruzəçi, Etibar Nəbiyev, Raqib Qurbanov) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi iləcavabdeh X7 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayo n Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - faiz borcunun tutulması, bundan asılı olaraq cəmi borcun tutulması hissəsində dəyişdirilmiş, cavabdeh X3 2249 ABŞ dolları faiz borcu, cəmi 2449 ABŞ dolları pulun tutularaq iddiaçı Ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı “xxxxxxxxx” ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, X5 banka olan 0 ABŞ dolları əsas, 3158 ABŞ dolları cari faiz, 2015,73 ABŞ dolları gecikdirməyə görə cərimə, cəmi 5174,60 ABŞ dolları məbləğində borcunun, əsas borc məbləği ödənilən günədək hesablanan faizlərin və bank tərəfind ən ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı Ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə apelyasiya şikayətini qismən təmin edərkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 23066 saylı ekspert rəyinə əsaslanmışdır. Lakin ekspert rəyində kifayət qədər ziddiyyətli məqamlar mövcuddur. Belə ki, qeyd olunan ziddiyyətli ekspert rəyi ilə iddianı qismən təmin edərək, məhkəmə bankın mənafeyinə zərər vurmuş və bu da borclunun məsuliyyətdən yayınmasına səbəb olmuşdur. Tərəflərin izahatları: İddiaçı Ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Əzizli Nəvazi Vidadi oğlu məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh Fəxərddin oğlu məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq n ormalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası kasasiya şikayətinin həddləri ilə bağlı qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız iddiaçı bank kasasiya şikayəti vermiş və qətnaməni iddia tələbinin faiz borcunun rədd edilən hi ssəsini mübahisələndirir. Cavabdeh isə qətnamədən kasasiya şikayəti verməmişdir. Ona görə də, qətnamə iddiaçının kasasiya şikayətinə əsasən yalnız mübahisələndirilən hissədə kasasiya qaydasında yoxlanıldı. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi iddiaçının kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki,xx.xx.2008-ci il tarixli 183/08 USD saylı kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 18 ay müddətinə illik 30 faiz olmaqla 5000 ABŞ dolları məbləğində kredit ayırmışdır. Müqaviləyə əsasən cavabdeh əsas və faiz məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin müqavilədə borcun ödənilməsinin gecikdirilməsinə görə cərimə hesablanması nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. İddiaçı iddia tələbində qeyd olunan və maliyyə arayışlarında göstərilən borc məbləğlərinin tutulmasını xahiş etmişdir. İddia tələbi birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qismən təmin edilmişdir Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 445-ci maddələrini tətbiq etməklə cari faiz bor cunun tutulması ilə bağlı əsaslı nəticəyə gəlsə də tutulan borcun məbləği ilə bağlı yanlışlığa yol vermişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 23066 saylı ekspert rəyində qeyd olunmuşdur ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2008-ci il tarixli, 183/08 USD kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh “xxxxxxxxx” ASC-yə olan borcu xx xxxxxxx 2009-cu il tarixə əsas borc üzrə - 5000 ABŞ dolları, faiz borcu üzrə - 2249 ABŞ dolları təşkil edir. Rəydə həmçinin qeyd edilmişdir ki, xx.xx.2008-ci il tarixli, 183/08 USD saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesa blanması göstərilmədiyindən Cavabdeh cərimə borcu hesablanmadı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırkı mübahisə ilə bağlı borc məbləği ilə bağlı tərəflər arasında mübahisə yarandığından, eyni zaman da məhkəmə araşdırması zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir. xx.xx.2008-ci il tarixli 183/08 USD saylı kredit müqaviləsi üzrə iddiaçı tərəfindən 3158,87 ABŞ dolları cari faiz borcu tələb edilməsinə baxmayaraq ekspert tərəfindən 2249 ABŞ dolları faiz borcunun olduğu müəyyən edilmişdir. Ona görə də, apelyasiya instansiyası məhkəməsi cavabdehdən tutulacaq faiz borcunun məbləğini ekspert rəyinə görə müəyyən etmişdir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçı ekspert rəyinin ziddiyətli olmasını qeyd etmiş, lakin bu ziddiyətin nədən ibarət olmasını əsaslandırmamış, etirazının əsası kimi istinad etdiyi halı sübut etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Odur ki, Bakı Apellyasiya Məhkəməsi M ülki kolegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi iddiaçının kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı Ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-211/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi iddiaçının kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar