Məhkəmə qərarları › İş №2(102)-4526/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4526/2023

12.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4526/2023 12.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icraata xitam verilməsi barədə) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 sentyabr 2023-cü il tarixli, 2(103)-4729/2023 saylı qərardadından iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 12 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağ ıdakı qərarı qəbul etdi. İşin halları:

1. İş materiallarına əlavə edilmiş çıxarışa əsasən müştəri X1 xx.xx.2013xx.xx.2022-ci illər aralığında hesabının dövriyyə məbləği 167688.13 ABŞ dolları göstərilmişdir.

2. İddiaçı tərəfindən təqdim edilmiş çıxarışa əsasən müştəri X1 xx.xx.2013xx.xx.2022-ci illər aralığında hesabının dövriyyə məbləği 19570.84 ABŞ dolları göstərilmişdir. 3. 17.11.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, 198.499.09 manat İddiaçı ASC tərəfindən Yasamal Rayon İcra Şöbəsinin depozit hesabına ödənilmişdir.

4. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(008)-3183/2019 saylı, xx.xx.2019cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, "xxxx" İKB ASC-nin 5 saylı filialı ilə X3 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, D13/218 nömrəli müddətli əmanət müqaviləsinə əsasən 15-83478-101-41220 nömrəli bank hesabında olan 50.000 ABŞ dolları məbləğində pulun girov qoyulmasına dair "xxxx" İKB ASC ilə X3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 15-D-1-0-158-15 saylı əmanətin girov müqaviləsi etibarsız hesab edilmiş, "xxxx" İKB ASC-nin 5 saylı filialı ilə X3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, D14/023 nömrəli müddətli əmanət müqaviləsinə əsasən 15-83478110-41220 nömrəli bank hesabında olan 28.500 ABŞ dolları məbləğində pulun girov qoyulmasına dair "xxxx" İKB ASC ilə X3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 15-D2-0-180-15 saylı əmanətin girov müqaviləsi etibarsız hesab edilmiş, "xxxx" İKB ASC-nin 5 saylı filialı ilə X3 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, D13/218 nömrəli müddətli əmanət müqaviləsinə əsasən 15-83478-101-41220 nömrəli bank hesabında qoyulmuş 50.000 ABŞ dolları məbləğində əmanət və onun üzərinə hesablanmış faizlərin və "xxxx" İKB ASC-nin 5 saylı filialı ilə X3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, D14/023 nömrəli müddətli əmanət müqaviləsinə əsasən 15-83478-110-41220 nömrəli bank hesabında qoyulmuş 28.500 ABŞ dolları məbləğində əmanət və onun üzərinə hesablanmış faizlərin "xxxx" X5 Açıq Səhmdar Cəmiyyətindən tutularaq iddiaçı Cavabdeh ödənilməsi qərara alınmışdır.

5. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1140/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə "xxxx" ASC apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)3183/2019 nömrəli, 05 avqust 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

6. Azərbay can Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-5026/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1140/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 7. "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Bank 11.895.35 ABŞ dolları məbləğində vəsaitin cavabdehdən geri qaytarılmasını tələb etmişdir.

8. Bakı şəhər, Yasamal rayon İcra Şöbəsinin icra məmurunun xx.xx.2023-cü il tarixli mütəxəssis dəvət edilməsinə dair qərarına əsasən “X4”nin xx.xx.2023-cü il tarixli, 12 nömrəli rəyinin surətindən görünür ki, X2 ödənilməli olan məbləğ kimi əsas məbləğ 78500 ABŞ dolları, 89243.23 ABŞ dollar faiz məb ləğ olmaqla, cəmi 167743.23 ABŞ dolları təşkil edir. 9. “A” formatlı ödəniş tapşırığında görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(008)-3183/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi üzrə 198.499 manat ödənilmişdir. 10. 510 kassa xərclərinin sifarişindən görünür ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(008)-3183/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi üzrə 198.499,09 manat pulun Bank tərəfindən Cavabdeh ödənilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsi tərəfindən verilmiş 12 aprel 2019cu il tarixli, 2(006)-3183/2019 saylı icra sənədinin icrası ilə bağlı Cavabdeh artıq ödən ilmiş 11.895,35 ABŞ dolları vəsaitin və 150.67 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddia ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" ASC-nin (İddiaçı ASC) 5 saylı filialı ilə X3 arasında bağlanmış 05 dekabr 2013-cü il tarixli, Dİ 3/218 nömrəli müddətli əmanət müqaviləsinə əsasən həmin filialın 15-83478-101-41220 nömrəli bank hesabında olan 50.000 ABŞ dolları pulun girov qoyulmasına dair "xxxx" ASC ilə X3 arasında bağlanmış əmanətin girov müqaviləsinin etibarsız hesab edilməsi, "xxxx" ASCnin 5 saylı filialı ilə X3 arasında bağlanmış 18 fevral 2014-cü il tarixli, D14/023 nömrəli müddətli əmanət müqav iləsinə əsasən həmin filialın 15-83478-110-41220 nömrəli bank hesabında olan 28.500 ABŞ dolları pulun girov qoyulmasına dair "xxxx"ASC ilə X3 arasında bağlanmış əmanətin girov müqaviləsinin etibarsız hesab edilməsi, "xxxx" ASCnin 5 saylı filialı ilə X3 arasında bağlanmış 05 dekabr 2013-cü il tarixli, D13/218 nömrəli müddətli əmanət müqaviləsinə əsasən həmin filialın 15-83478101-41220 nömrəli bank hesabında qoyulmuş 50.000 ABŞ dolları əmanətin və onun üzərinə hesablanmış faizlərin və "xxxx" ASC-nin 5 saylı filialı ilə X3 arasında bağlanmış 18 fevral 2014-cü il tarixli, D14/023 nömrəli müddətli əmanət müqaviləsinə əsasən həmin filialın 15-83478-11041220 nömrəli bank hesabında qoyulmuş 28.000 ABŞ dolları əmanətin və onun üzərinə hesablanmış faizlərin "xxxx" ASC tərəfindən Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 avqust 2019-cu il tarixli, 2(006)3183/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək, "xxxx" ASC-nin 5 saylı filialı ilə X3 arasında bağlanmış 05 dekabr 2013-cü il tarixli, D13/218 nömrəli müddətli əmanət müqaviləsinə əsasən 15-83***-*******0 nömrəli bank hesabında olan 50.000 ABŞ dolları pulun girov qoyulmasına dair "xxxx" ASC ilə X3 arasında bağlanmış əmanətin girov müqaviləsinin, "xxxx" ASC-nin 5 saylı filialı ilə X3 arasında bağlanmış 18 fevral 2014-cü il tarixli, D14/023 nömrəli müddətli əmanət müqaviləsinə əsasən 15-83478-11041220 nömrəli bank hesabında olan 28.500 ABŞ dolları məbləğində pulun girov qoyulmasına dair "xxxx"ASC ilə X3 arasında bağlanmış əmanətin girov müqaviləsinin etibarsız hesab e dilməsi, "xxxx" ASC-nin 5 saylı filialı ilə X3 arasında bağlanmış 05 dekabr 2013-cü il tarixli, Dİ 3/218 nömrəli müddətli əmanət müqaviləsinə əsasən həmin filialın 15-83478-101-41220 nömrəli bank hesabında qoyulmuş 50.000 ABŞ dolları əmanətin və onun üzərinə hesablanmış faizlərin və "xxxx" ASC-nin 5 saylı filialı ilə X3 arasında bağlanmış 18 fevral 2014-cü il tarixli, D14/023 nömrəli müddətli əmanət müqaviləsinə əsasən 15-83478-110-41220 nömrəli bank hesabında qoyulmuş 28.000 ABŞ dolları əmanətin və onun üzərinə hesablanmış faizlərin ”Nikoyl İKB” ASC-dən tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 yanvar 2022-ci il tarixli, 2(103)1140/2022 saylı qətnaməsi ilə İddiaçı ASC-nin apelyasiya şikayəti təmin olunmamış, iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3183/2019 saylı, 05 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 01 noyabr 2022-ci il tarixli, 2(102)-5026/2022 saylı qərarı ilə Yelo Bank” ASC-nin kassasiya şikayəti təmin olunmamış, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 yanvar 2022-ci il tarixli, 2( 103)-1140/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 avqust 2019-cu il tarixli, 2(006)-3183/2019 saylı icra vərəqəsinə əsasən "xxxx" İKB ASC-nin 5 saylı filialı ilə X3 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, Dİ 3/218 nömrəli müddətli əmanət müqaviləsinə əsasən 15-83478101-41220 nömrəli bank hesabında qoyulmuş 50.000 ABŞ dolları əmanətin və onun üzərinə hesab lanmış faizlərin və "xxxx" İKB ASCnin 5 saylı filialı ilə X3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, D14/023 nömrəli müddətli əmanət müqaviləsinə əsasən 15-83478-101-41220 nömrəli bank hesabında qoyulmuş 28.500 ABŞ dolları əmanətin və onun üzərinə hesablanmış faizlərin Bankdan tutularaq Cavabdeh qızma ödənilməlidir. Qeyd olunan icra sənədi icra olunmuş, əmanətlər və onların üzərinə hesablanmış faizlər də daxil olmaqla 198.499,09 ABŞ dolları Cavabdeh ödənilmişdir. D13/218 nömrəli müddətli əmanət müqaviləsinə əsasən 15-83478-101-41220 nömrəli bank hesabında qoyulmuş 50.000 ABŞ dolları əmanətin və onun üzərinə hesablanmış faizlər üzrə məbləğdən 11.895,35 ABŞ dolları məbləğində vəsaitin mərhum X3 tərəfindən xx.xx.2014-cü ildən xx.xx.2016-cı il tarixədək debet kart vasitəsi ilə istifadə ed ilmişdir. Bu səbəbdən icra vərəqəsi üzrə ödəniş icra olunan zaman texniki səhv nəticəsində müştəri tərəfindən istifadə edilmiş 11.895,35 ABŞ dolları pul vəsaitinin Cavabdeh artıq ödənildiyi aşkar edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən hazırda Cavabdeh İddiaçı ASC-nin xeyrinə 11.895,35 ABŞ dolları artıq ödənilmiş pulun tutulması barədə məhkəməyə iddia ərizəsi verilməsi zərurəti yaranmışdır.

13. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1606/2023 saylı, 27 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim N.A.Cəfərli) iddia rədd edilmişdir.

14. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflərin istinad etdiyi halları nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab etmişdir ki, iddia əsassız olduğundan rədd edilməlidir.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 1091.1, 1091.2, 1092.1, 1092.2-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 sentyabr 2023-cü il tarixli, 2(103)-4729/2023 saylı qətnaməsi ilə (hakimlər C.C.Musayeva (sədrlik edən və məruzəçi) F.F.Babayev və G.T.Axundova) iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1606/2023 saylı, 27 aprel 2023-cü il tarixli qətnaməs i ləğv edilmiş və İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir.

18. Apellasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır, iddiaçı hazırkı mübahisənin həll edilmə yolunu düzgün seçməyərək qanuni qüvvəsini almış məhkəmə aktına əsasən öz həllini tapmış məsələni məhkəməyə yenidən müraciət etməklə mübahisələndirir. Halbuki, mahiyyəti üzrə araşdırılmış və barəsində yekun məhkəmə aktı qəbul edilmiş halların, o cümlədən həmin hallara əsasən məhkəmənin gəldiyi nəticənin bu cür prosessual qaydada mübahisələndirilməsi yolverilməzdir, bu da həmin nəticənin qanuni və əsaslı olması prezumpsiyasından irəli gəlir. Belə olan halda məhkəmə hesab etmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Bakı şəh əri, Nəsimi rayon Məhkəməsinin 2(006)3183/2019 saylı, 05 avqust 2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan, hazırki mülki iş üzrə icraata xitam verilməlidir

19. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 261.0.2, 262.1, 262.4, 432.1, 432.2.1, 433-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı (vəkili Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4729/2023 saylı mülki iş üzrə 12 sentyabr 2023cü il tarixli qərardadı ləğv edilərək, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilsini xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərardadı qey ri-qanuni və əsassızdır. Belə ki, məhkəmə tərəflər arasında eyni mübahisə üzrə və eyni əsaslarla qanuni qüvvəyə minmiş qətnamənin olduğunu əsas gətirərək iş üzrə icraata xitam verməkdə haqlı olmamış və qərardadda səhv nəticəyə gəlmişdir. Belə ki, məhkəmə işin icraatına xitam verərək öz qərardadında iş üzrə artıq yekun məhkəmə qərarının olmasını, eyni əsaslar üzrə məhkəmə mübahisəsinin araşdırılaraq yekun məhkəmə qərarının qəbul edilməsini əsas gətirmişdir. Halbuki sözügedən pul məbləği barəsində sözügedən qətnamədə heç bir hal öz əksini tapmamışdır. Belə ki, ödənilməli olan pul vəsaitlərinin məbləği Bank tərəfindən hesablanılaraq cavabdehin hesabına ödənilmişdir. Belə olan halda baş vermiş texniki səhv nəticəsində artıq ödənilmiş pul vəsaitinin cavabdeh tərəfindən qəbul edilməsi onun əsass ız varlanmasına gətirib çıxarır. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Cavabdeh ona səhvən artıq ödənilmiş 11.895,35 ABŞ dolları pul vəsaitini istifadə edərək hüquq pozuntusuna yol vermişdir. Odur ki, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)–4729/2023 saylı, 12 sentyabr 2023-cü il tarixli qərardadı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir.

22. Kassasiya şikayəti Mülki Məcəllənin 21, 465.2, 1091.1, 1091.2, 1096.1, 1096.2-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 88, 385.1.1, 385.1.2, 385.1.4, 386, 390, 402, 405.0.2, 417.1.4, 418.1, 418.2-ci maddələrinə istinad etməklə əsaslandırılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mül ki Prosessual Məcəlləsi

23. Maddə 261.0.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir.

24. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.

25. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.

26. Maddə

433. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu baxır. Kassasiya baxışının hədləri

27. Kassasiy a instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

28. Apellyasiya instansiyası məhkəməsinin qərardadı iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qərardadının qanuniliyinin tam yoxlanılması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

29. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

30. İddiaçı kassasiya şikayətində, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə icraata xitam verilməsi üçün əsasların olmadığını və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

31. Apellyasiya instansiyası məhkəməsi, birin ci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb qeyd etmişdir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə mülki iş üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.2ci maddəsinin tələbinə uyğun olaraq xitam verilməlidir.

32. Belə ki, Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən, iş eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir.

33. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.

34. Bu Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.

35. Apellyasiya instansiyası məhkəməsi sadalanan mülki prosessual normaların tələblərini hazırkı mübahisəli məsələyə tətbiq edib, işə əlavə edilmiş sübutları araşdırıb qeyd etmişdir ki, İddiaçı ASC verdiyi iddia ərizəsində iddia tələbinin faktiki əsası kimi Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 2(006)-3183/2019 saylı, 05 avqust 2019-cu il tarixli qətnaməsi ilə tutulması qət edilmiş məbləğin düz hesablanmadığına istinad edərək, sonradan Banka əmanətçi tərəfindən məxaric edildiyi məlum olmuş məbləğdə pulun Cavabdeh tutularaq qaytarılmasını iddia edir və cavabdehin onun hesabına bu məbləğ həddində əsassız olaraq varlandığını göstərir.

36. Göründüyü kimi, iddiaçı iddianın bu hissədə təmin edilməsi üçün yeni açılmış halların mövcudluğunu əsas gətirərək işə mahiyyəti üzrə baxılmasını tələb edir.

37. Apellyasiya instansiyası məhkəməsi işin hallarını nəzərə alıb qeyd etmişdir ki, iddiaçı hazırkı mübahisənin həll edilmə yolunu düzgün seçməyərək qanuni qüvvəsini almış məhkəmə aktına əsasən öz həllini tapmış məsələni məhkəməyə yenidən müraciət etməklə mübahisələndirir. Halbuki, mahiyyəti üzrə araşdırılmış və barəsində yekun məhkəmə aktı qəbul edilmiş halların, o cümlədən həmin hallara əsasən məhkəmənin gəldiyi nəticənin bu cür prosessual qaydada mübahisələndirilməsi yolverilməzdir, bu da həmin nəticənin qanuni və əsaslı olması prezumpsiyasından irəli gəlir.

38. Belə olan halda apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair qanuni qüvvəyə minmiş Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 2(006)-3183/2019 saylı, 05 avqust 2019-cu il tarixli qətnaməsi mövcud olduğundan, hazırkı mülki iş üzrə icraata xitam verilməlidir.

39. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan iddia ərizəsinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, kassasiya şikay əti təmin edilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı İddiaçı ASC-nin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 sentyabr 2023-cü il tarixli, 2(103)-4729/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar