Məhkəmə qərarları › İş №2(102)-4527/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4527/2021

07.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4527/2021 07.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İlkin İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul mübahisəsi ) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İlkin İddiaçı və vəkili Vəkil Cavabdeh iştirakları ilə, İlkin İddiaçı Cavabdeh qarşı kredit müqaviləsinin etibarsız hesab olunmasına dair ilkin, qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı cavabdeh İddiaçı qarşı borc tələbinə dair qarşılıqlı iddiası üzrə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)370/2021 nömrəli, 17 mart 2021-ci il tarixli qətnaməsindən ilkin İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər arasında notariusda təsdiq edilmiş borc müqaviləsi mövcuddur. Borc müqaviləsinə görə iddiaçı cavabdehə 50000 manat pul verməlidir. İddiaçı həmin müqavilənin görünüş üçün bağlanması əsası ilə hazırkı mübahisəni başlatmış, Cavabdeh isə müqavilə üzrə borcu tələb etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı kredit müqaviləsinin etibarsız hesab olunması tələbinə dair ilk iddia ərizəsi ilə 26 fevral 2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ilə X3 arasında bağlanmış 15 yanvar 2016-cı il tarixli “krediti müqaviləsi”nin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi belə əsaslandırılmışdır: 15 yanvar 2016-cı il tarixində 4 il müddətində Cavabdeh və İddiaçı arasında Bakı şəhəri 19 saylı notariat kontorunda kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh iddiaçıya guya 50000 manat məbləğində borc pul vermişdir. Halbuki, əslində iddiaçı ilə cavabdeh arasında bağlanan kredit müqaviləsi ortada müvəqqəti razılaşma xarakteri olmuşdur. Çünki cavabdeh atasının nikahsız arvadıdır. Özü uşaq olanda atası Rafiqlə Səbirənin yaxın əlaqələri olub, cavabdehlə atası 1979-cu ildə tanış olublar, öz yazdığına görə 1983-cü ildən yaxın münasibətdə olublar, onlar bir yerdə işləyiblər atası onu gizli ikinci arvadı (qeyri rəsmi ərarvad) kimi saxlayıb, eşitdiyinə görə ona öz ata evl ərinin yaxınlığında Şamaxı şəhərində ev alıb, 1990-cı ildə atası cavabdehə Bakı şəhərində 2 otaqlı mənzil alıb və 1992-ci ildə bunların bir oğlu olub, adını da Cavid qoyublar. Onların aralarında söz-söhbət olduğu üçün atasından atalıq faktının müəyyən edilməsinə dair və aliment tələbinə dair Binəqədi rayon Xalq Məhkəməsinə müraciət etmişdir. Eşitdiyinə görə cavabdehlə atası qeyri rəsmi ərarvad olduqları üçün gah küsüb gah da barışıblar. 1998-ci ildə atası Qobustanda un dəyirmanı tikdirəndə həmin özü aldığı evi banka müvəqqəti girov qoymuşdur. Bankla aralarında mübahisə yarandığına görə banka qoyulan evləri girovdan çıxartmışlar. Onlarn münasibətlərinin yaxşı vaxtlarında cavabdehin anasının Suraxanı rayonunda adına olan evi fiziki şəxsə girov qoyub faizlə pul götürüblər, sonra Beynalxalq Ba nkda depozitdə olan pulu öz aralarında razılaşaraq götürüblər. Atası ikinci qrup əlildir və şəkərli diabet xəstəsidir. Atası təxmini 2014-cü ildə Novxanıda Abdulla adlı şəxsdən bağ evinin alınması üçün ona 17500 ABŞ dolları pul vermişdir. Həmin ev boş olduğu üçün ev sahibi bunların orda qalmasına razılıq vermiş, bunlar bir müddət orda qaldıqdan sonra atasının işləri alınmadığından evin pulunu tam verə bilməyib. Bunlar arasında yenə küskünlük başlayıb atasının Xəzər rayon prokrorluğunda cinayət işi olduğu üçün ora şikayət verib. Mülki iş olduğu üçün Xəzər rayon prokrorluğu işə baxmayıb. Atası həbs olunandan sonra atasına çatası 17500 ABŞ dolları Səbirə Abdulladan almışdır. Sonra Səbirə atasından şikayət etdiyi üçün Ağır Cinayətlər Məhkəməsinə dəfələrlə yazılı poçtla atası xəstə olduğu üçün uşağının atası olduğu üçün şikayətinə baxılmamasını və geri götürməsini yazmışdır. Hakim həmin ərizəni notarius təsdiqi ilə istəmişdir. Səbirə ilə dəfələrlə görüşmüş, o da öz ərinin buraxılmasını istəyirdi. O, belə razılaşmışdır kim atasından heç bir şikayəti olmaması barədə həmin məhkəməyə ərizə verir ona 50000 manat dəyərində borc müqaviləsi bağlayırlar, eyni zamanda müqaviləni bağlayarkən onunla da belə razılaşmışdır ki, atası buraxılsın sonra atasının özü ilə necə istəyir elə müqavilə bağlayar onun müqaviləsi ləgv olunar. Atasına məxsus yol qırağında olan un dəyirmanı kompleksi yol tikintisi ilə əlaqədar olaraq plana düşürdü. Həmin binanın sənədləri hazırlanırdı ki, kompensasiya hesablansın. Həmin vaxtlar söz vermişdir ki, kompensasiya ayrılsın nə veriləcəksə hamsını ona yəni cavabde hə verəcəklər. Həmin ərizədən sonra Məhkəmə atasına 8 il 6 ay iş kəsmişdir. Atasına məxsus ikinci qrup əlil pensiya kartı da Xəzər rayonuna şikayət edəndə onların dolanışığı üçün Səbirəyə verilmişdir. O vaxtdan halhazıra kimi pensiya kartı Səbirədədir. Atası 1 il 4 ay cəzasını çəkmiş və Apeliyasiya Məhkəməsinin qərarı ilə həbsdən buraxılmışdır. Dəfələrlə bunları bir araya gətirmək istəmiş, Səbirə razılaşmamışdır çünki atası xəstə olduğu üçün və yenə dəfələrlə zəng edərək “mənim pulum səndədi gətir pulu ver” telefonda ata, anasının dalınca nalayıq söyüşlər işlətmişdir. Dəfələrlə ona kompensasiyanın verilməsində problemlər olduğunu söyləmişdir. Bu günə kimi də kompensasiya ayrılıb amma heç kimə ödənməyib. 2020- ci ilin yanvar ayının 10-da Cavabdeh zəng edib pulu niyə vermirsən söyləmiş, ona bildirmişdir ki, razılaşmaya görə pulu atadan almalı olduğunu bildirmişdir. Cavabdeh də cavabında ona, atasının arxasınca nalayiq söyüşlər və ifadələr işlətmiş hədə-qorxu gələrək onu polisə, məhkəməyə verib borcu üzərinə qoydurmaqla bütün maaşını özünə kəsdirəcəyini söyləmişdir. Cavabdehə bildirmişdir ki, kimə pulunu verib, gedib ondan alsın, öz ailəsini güclə saxlayır. Kənddə 5 ailə bir yerdə yaşayırdılar, 2012-ci ildə banklardan kredit götürməklə kənddə özlərinə ev tikmiş, ailədə dörd nəfərdirlər. Yoldaşı və 2 qızı, azyaşlı uşaqları vardır. Aldığı məvaciblə ailəsinin dolanışığına, özünün yol xərcinə, kirayədə yaşamağına, banklara olan kredit ödənişinə güclə çatır. Cavabdeh borcun hazırkı müqavilə üzrə icra qeydi əsasında alınması ilə əlaqədar Notariat ofisinə müraciət etmiş, Bakı şəhəri 19 saylı Notariat ofisi tərəfindən 16.01.2020-ci il tarixdə 13 saylı, 27.01.2020-ci il tarixdə 24 saylı və 06.02.2020- ci il tarixdə 38 saylı xəbərdarlıqlarla müqavilə üzrə borcu 10 gün müddətində qaytarması, əks təqdirdə icra qaydasında məcburi icraya yönəldiləcəyi bildirilmişdir. Cavabdehin atası ilə aralarında olan pul məsələnin onun hesabına geri qaytarılması istəyinin ciddi olduğu ona Notariat orqanı tərəfindən xəbərdarlıq məktubları gəldikdən sonra aydın olmuşdur. Belə olduğu halda hesab edir ki, cavabdehin əvvəldən atasından almalı olacağını bildiyi borcun məcbur olaraq bağlanan müqavilə ilə atasından deyil ondan almaq istəyi qanuvericiliklə hüquq və mənafeylərinin pozulması kimi qiymətləndirilməlidir.

4. Cavabdeh İddiaçı qarşı “borc tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkə məyə müraciət edərək, ilkin iddianın tamamilə rədd olunması və qarşılıqlı iddianın, yəni kredit müqaviləsi üzrə alınmış 50000 manat borc pul və ödədiyi 30 manat dövlət rüsumunun cavabdeh İddiaçı Rafiq oğlundan alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Qarşılıqlı iddia tələbi onununla əsaslandırılmışdır ki, guya həmin tarixdə atası X1 məhkəmədə olan cinayət işi ilə bağlı ağır duruma düşmələrindən istifadə edərək onlarla belə bir müqavilə bağlanmışdır. Bu uydurma bir əqdir, bağlandığı andan etibarsız əhəmiyyətsiz olan əqddir. Eyni zamanda əsaslandırmağa çalışır ki, guya sözü gedən məbləğdə pul da heç vaxt onun olmayıb, hər şeyi onun üçün Alışov Rafiq alıb. Əlbəttə bunlar hamısı cəfəngiyyatdır. Bu gün ona olan borclarını geri qaytarmamaq üçün uydurulmuş yalanlardı r. Bu məsələ çoxdan həll olunub Rafiqin onu və digərlərini aldadaraq əmlakları mənimsəməsi barədə qanuni qüvvədə olan məhkəmə hökmü var. Həmin hökm ilkin iddia üzrə iddiaçı olan İddiaçı tərəfindən məhkəməyə təqdim olunub. Raufun ona borcu var, onu ödəməlidir. Ataları həbsdən çıxandan sonra isə gəlib bu müqavilənin düzgün olmaması əsasından məhkəməyə müraciət edib müqaviləni etibarsız hesab etdirmək fikrindədir. Ərizəsində göstərir ki, guya icra qeydi almaq üçün notariusa müraciət edəndə bilmişdir ki, onlardan pulu almaq fikri ciddidir. Bu səbəbdən bir növ iddia müddətinin başlamasını həmin vaxtdan hesablanmasına çalışır. Amma burda fikirləşiləsi heç nə yoxdur. Əgər məsələ iddiaçının dediyi şəkildə olubsa yəni müqavilə bağlanan zaman pul verilməyibsə bu müqavilənin həmin vaxt əhəmiyyətsiz o lduğu bilinirdi. Müqavilə bağlanan vaxtdan dəfələrlə Raufdan pulu ödəməsini tələb etmişdir. Dəfələrlə, notariusa gedib icra qeydi verilməsini tələb etmiş, amma bildirilmişdir ki, müqavilənin son müddəti bitənədək icra qeydi verə bilməzlər, indi isə üstündən 4 ildən də çox bir müddət keçdikdən sonra onun müqaviləni ləğv etdirmək üçün müxtəlif yalanlara əl atmasının heç bir mənası yoxdur. İlkin iddia rədd olunmalı qarşılıqlı iddia təmin olunaraq 50000 manat borc pul və ödədiyi 30 manat dövlət rüsumu cavabdehdən alınaraq ona verilməlidir.

6. Şamaxı rayon məhkəməsinin 04 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.Hümbətov) ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı kredit müqaviləsinin etibarsız hesab olunmasına dair ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddi anın təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 50000 manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməsi qət edilmişdir.

7. Məhkəmə iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2, 375.2, 385.1, 427.3, 427.3, 442, 448.1, 739.1-ci maddələrinə istinad etmişdir.

8. Birinci instansiya məhkəməsinin qətnaməsindən ilkin İddiaçı apellyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat

9. Sumqayıt Apelyasiya Məhkəməsi MK-nın 17 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər- S.Qafari (sədrlik edən və məruzəçi), Ş.Abbasov və T.Məmmədov, iş No 2(105)-370/21 saylı mülki iş) İlkin İddiaçı apellyasiya şikayəti təmin edilməmiş; Şamaxı rayon məhkəməsinin 04 avqust 2020-ci il tarixli qətn aməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.

11. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən ilkin İddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

12. İlkin İddiaçı kasasiya şikayəti verərək qətnamənin ləğv olunaraq işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Kassasiya şikayəti belə əsaslandırılmışdır: məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nətic ələr işin hallarına uyğun gəlmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

15. İddiaçı və vəkili Vəkil kasasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Cavabdeh məhkəmə iclasına vəkilsiz gəlmiş, Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinə əsasən vəkilsiz iştirak etdiyi üçün məhkəmə iclasında izahatı alınmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

17. Maddə. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn: pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır.

18. Maddə. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

19. Maddə.

442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

20. Maddə. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

21. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

22. Maddə 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətində n irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası m əhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsini qətnaməsini dəyişdirmədən saxlayan apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir.

28. Belə ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi tərəflər arasında borc münasibətləri mövcud olmuşdur. 15 yanvar 2016-cı il tarixdə 4 il müddətinə Cavabdeh ilə İddiaçı arasında borc müqaviləsi bağlanmış, 50000 manat pul Cavabdeh tərəfindən İddiaçı verilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, əqdin etibarsızlığının əsasları Mülki Məcəllənin XİV fəslində göstərilmişdir. Lakin hazırki iş üzrə mübahisələndirilən kredit müqaviləsinin etibarsızlığı əsasları müəyyən edilmir. İlkin iddiaçının bu müqavilənin atası Rafiq Alışovun borcu məqsədilə bağlanması barədə dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, mübahisəli kredit müqaviləsi bağlansa da, Rafiq Alışovun barəsində olan cinayət işi mahiyyəti üzrə həll edilərkən qarşılıqlı iddiaçı Cavabdeh ona qarşı pul tələbindən imtina etməmiş, bu barədə olan mülki iddiası yalnız yazılı müraciətinə əsasən baxılmamış saxlanılmışdır. Rafiq Alışovun törətdiyi cinayət əməli nəticəsi ndə vurulmuş zərərlə, ilk iddiaçının qaytarmalı olduğu borc vəsaitinin eyni vəsait olması və mübahisəli kredit müqaviləsinin Cavabdeh Rafiq Alışovdan şikayəti olmaması barədə məhkəməyə ərizə verməsi üçün formal olaraq bağlanmasına dair ilkin iddiaçının göstərdikləri dəlillərin işin hallarına uyğun olmadığı barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Bununla yanaşı notarius mövcud müqaviləni təsdiq edərkən məzmununu və hüquqi nəticələrini tərəflərə izah etmişdir. Bu hallar kredit müqaviləsi bağlandığı vaxt verilmiş pul vəsaitini qaytarmaq öhdəliyinin özünə aid olduğunun ilkin iddiaçıya bəlli olmuş, lakin İddiaçı bu müddət ərzində cavabdehin kredit müqaviləsi üzrə öhdəliyin icra etməməsini mübahisələndirməmişdir. Bu da Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini icra etdiyini bir daha təsdiq edir.

30. Eyni zamanda Apelyasiya Məhkəməsi əqdin etibarsızlığı ilə bağlı tələbə iddia müddətini tətiq etmiş və qeyd etmişdir ki, Mülki Məcəllənin 354.2. maddəsində nəzərdə tutulmuş müddət iddia müddəti yox, kəsici müddətdir. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Bu mənada iddia müddətinin tətbiqi barədə ərizənin verilməsinə zərurət yoxdur. Məhkəmə özü bu maddəni tətbiq edib iddianı rədd edə bilər. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı).

31. Məhkəmə kollegiyası bir məsəl əni də qeyd etməyi zəruri hesab edir. Beləki, ilk iddiaçı mübahisələndirdiyi müqaviləni atasının cavabdehə olan borcunun əvəzi olaraq bağladığını etiraf edir. Tərəflər arasında mövcud olmuş münasibətlərin iddiaçının dediyi kimi baş verməsi qəbul edilsə, yenə də cavabdehin iddiası təmin olunan tələbdir. Çünki mülki qanunvericilik borcun 3-cü şəxs tərəfindən icra edilməsini istisna etmir və buna borclunun razılığı tələb olunmur (MM-nin 431.1. maddəsi.). Eyni zamanda qeyd olunur ki, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma ü zrə verilsin (MM-nin 882.1. maddəsi). İddiaçının etirafına görə iddiaçı atasının borcunu ödəməyi öz üzərinə götürmüşdür. Nəticə etibarı ilə bu halda da iddiaçıdan pul tutulması barədə məhkəmənin gəldiyi nəticə yalnız formal əsaslarla (əsaslandırıcı hissədə) dəyişmiş olur, hər bir halda qət olunan məbləğin tutulması qərara alınır.

32. Bundan başqa, cavabdehin nəzərinə çatdırılır ki, sübutlar 1-ci instansiyası məhkəməsinə təqdim edilməlidir. Faktı təsdiq edən şahidlər də sübut olaraq həmin itsnasiyada təqdim edilməlidir. Apelyasiya Məhkəməsi sübutları o halda qəbul edir ki, onu təqdim edən sübutları ondan asılı olmayan səbəblərdən 1-ci instansiya məhkəməsinə təqdim edə bilməməsini sübuta yetirmiş olsun.

33. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni mahiyyəti üzrə düzgün həll etdiyi üçün qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

34. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İlkin İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-370/2021 nömrəli, 17 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar