Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4528/2021 30.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 cavabdehlər X, X və X qarşı iş üzrə QƏRARİ Açar sözlər:müqavilənin etibarsızlığı, kəsici müddət Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Xəlilov İsmayıl Kamil oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçı3 və vəkili Vəkil, cavabdeh X, cavabdehlərin vəkili X3 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-656/2021 nömrəli iş üzrə 15 mart 2021-ci il tarixl i qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı3, cavabdehlər X, X və X tərəfindən verilmiş kassasiya şikayətlərinə dair işə 30 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 cavabdehlər X, X və X, X və X qarşı “alqı-satqı müqavilələrinin əhəmiyyətsiz hesab edilərək ləğv olunması və çıxarışların etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə Beyləqan Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X ilə İddiaçı1, İddiaçı2, X və İddiaçı7 arasında bağlanmış 25 dekabr 2003-cü il tarixli alqı-satqı müqavilələrinin əhəmiyyətsiz hesab edilərək ləğv olunması və həmin müqavilə əsasında Daşınm az Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən çıxarışların etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
2. İşin mübahisə edilməyən hallarından görünür ki, Beyləqan rayonun ərazisində 1,99 ha-dan ibarət kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilkin olaraq X1 və İddiaçı7 mülkiyyətində olmuş, X təsdiq edilmiş 25.12.2003-cü il tarixli torpağın alqı-satqısı müqaviləsinə əsasən üç milyon manata (köhnə manatla) satılmaqla həmin torpaq sahəsi X mülkiyyətinə keçmiş, sonuncunun adına mülkiyyət hüququnu təsdiq edən çıxarış verilmişdir.Əvvəlki mülkiyyətçilərdən X2 26 dekabr 2016-cı ildə vəfat etmişdir.
3. Həmçinin o da mübahisə edilmir ki, Beyləqan rayonun ərazisində 5,93 ha-dan ibarət kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilkin olaraq İddiaçı1, İddiaçı2, İddiaç ı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 mülkiyyətində olmuş, X təsdiq edilmiş 25.12.2003-cü il tarixli torpaq alqı-satqısı müqaviləsi ilə həmin 5,93 ha torpaq sahəsi (valideynlər) İddiaçı1 və İddiaçı2 tərəfindən X doqquz milyon manata (köhnə manatla) satılmışdır. 4. 14.12.2003-cü il tarixli aktdan görünür ki, X, X, İddiaçı1, X və X iştiraki ilə torpağın alqı satqı əsasında onların iştirakı ilə 08 ha torpaq sahəsinin ümumi məbləği 13500000 manat (köhnə manatla) məbləği İddiaçı1 təhvil verilmişdir.
5. Eyni zamanda işin mübahisə edilməyən hallarından görünür ki, xxx yerləşən 7.7488 ha sahədən ibarət kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X mülkiyyət hüququ 04.08.2006-cı ildə qeydiyyata alınmışdır.
6. Beyləqan Rayon Məhkəməsinin 10 mart 2009-cu il tarixli qətnaməsinin işdə olan surətində n müəyyən edilir ki, iddiaçılar X, İddiaçı1 və İddiaçı2 cavabdeh X qarşı “onlara və ailə üzvlərinə məxsus torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Həmin qətnamədən həmçinin görünür ki, məhkəmə qeyd olunan şəxslərin iddia tələblərinin təmin olunmaması qənaətinə gələrkən X 25 dekabr 2003-cü il tarixdə təsdiqlənmiş torpağın alqı-satqı müqavilələrinə əsasən iddiaçı X ailə üzvlərinin mülkiyyətlərində olan 1,99 ha torppaq sahəsinin və İddiaçı1 ailə üzvləri mülkiyyətlərində olan 5,93 ha pay torpaq sahələrinin X satmalarını əsas götürmüşdür.
7. Bununla yanaşı o da mübahisə edilmir ki, X mülkiyyət hüququ əsasında özünə məxsus olan 7.7488 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 22 sentyabr 2011-ci ildə tədiq edilmiş bağışlama müqaviləsi əsasında anası X ba ğışlamışdır. Sonuncunun mülkyyət hüququ 07.03.2013-cü ildə dövlət reyestrində qeydə alınmışdır.
8. Məhkəmə-xətşünaslıq ekspertizasının 23 noyabr 2018-ci il tarixli rəyinə görə, ekspertizaya təqdim olunmuş mülki işin 35-ci vərəqində olan 25 dekabr 2003-cü il tarixli alqı-satqı müqaviləsinin kserosurətində "imzalar" qrafasında 2-ci sırada əks olunmuş imza və "İddiaçı7" yazıları İddiaçı7 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur.
9. Beyləqan Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayə işləri üzrə komissiyanın sədri X tərəfindən 23 dekabr 2003-cü il tarixdə X ünvanlanmış xxx saylı məktubundan görünür ki, X kənd sakini İddiaçı1 Komissiyaya müraciət edərək azyaşlı uşaqları, 20 avqust 1986-cı il təvəllüdlü İddiaçı4, 02 noyabr 1987-ci il təvəllüdlü İddiaçı3, 13 may 1989-cu il təvəllüdlü İddiaçı6 və 08 iyun 1993-cü il təvəllüdlü İddiaçı5 adlarına olan pay torpağının onun tərəfindən satılmasına razılıq verilməsi xahiş etmiş və bundan sonra Komissiya tərəfindən azyaşlıların adlarına olan pay torpağının valideynlər tərəfindən satılmasına razılıq verilmişdir.
10. Beyləqan Rayon İcra Hakimiyyətinin iddiaçıların nümayəndəsinin müraciətinə 02 dekabr 2019-cu il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Beyləqan rayon İcra Hakimiyyətinin 2000-2004-cü illərə aid daimi xarakterli sənədlərin 1 nömrəli siyahısına əsasən X ailəsinə məxsus pay torpağından azyaşlı uşaqlarına düşən payın valideynləri tərəfindən satılmasına razılıq verilməsi barədə müraciəti və həmin müraciət əsasında 23 dekabr 2003-cü il tarixli, 236 nömrəli məktub aşkar edilməmişdir
11. İddiaçılar bildiri rlər ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 05.09.2001-ci il tarixli, xxx saylı qərarına əsasən İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı6 5,93 ha, İddiaçı5 1,99 ha torpaq sahəsi verilmişdir. Pay torpaq sahələrinə xxx, xxx saylı Dövlət Aktları verilmişdir. Dövlət Aktları əsasında onlara verilmiş pay torpaq sahələri Beyləqan rayonunda yaşayan X 01.11.2003-cü il tarixdə 2005-ci il tarixədək məhrum X və İddiaçı1 tərəfindən icarəyə verilmişdir. Lakin cavabdeh X pay torpaq sahəsindən çıxmamışdır. Onlar 2006-cı və 2007-ci illərdə pay torpaq sahəsindən çıxarma iddiası ilə ilk dəfə Beyləqan rayon məhkəməsinə müraciət etsələr də həmin işlər qeyri müəyyən səbəblərdən baxılmamış saxlanılmışdır. Ailələrində baş verən bəzi üzürlü səbəblərdən onlar pay torpaqlarından uzun müddət istifad ə etməmişlər. Məhkəmədən işin baxılmamış saxlanılmasına dair arxiv sənədlərini tələb edərkən onlara məlum olmuşdur ki, X məhkəməyə alqı-satqı müqavilələri və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən torpaq sahəsinə mülkiyyət hüququnun təsdiq edən çıxarışların surətlərini təqdim etmişdir. Həmin alqı-satqı müqavilələr saxtalaşdırılmışdır. Həmin müqavilələrdə İddiaçı7 imzası saxtalaşdırılmışdır. İddiaçı1 və İddiaçı2 hüquqi savadsızlığından istifadə edilmiş, icarə müqaviləsi adı ilə aldadılaraq imzalar alınmışdır. Alqı-satqı müqaviləsində göstərilən göstərilən məbləğ onlara ödənilməmişdir. Həmin dövrdə yetkinlik yaşına çatmış digər mülkiyyətçilər İddiaçı3, İddiaçı4 və İddiaçı5 heç bir razılığı olmadan alqı-satqı həyata keçirilmişdir. Daşınmaz əmlaka dair alqı-satqı müqaviləsi bağlanarkən ye tkinlik yaşına çatmış mülkiyyətçilərin yazılı razılığı alınmalıdır. Lakin belə bir razılıq ərizəsi yoxdur. Notariat kontorunda alqı-satqıya dair qeydiyyat kitabına onlar tərəfindən heç bir imza etməmişlər. Göstərilən bütün bu əsaslar həmin alqı-satqı müqavilələrin saxta yolla hazırlanmasının sübutudur.
12. Cavabdeh X bildirir ki, qanunun tələblərinə uyğun olaraq mübahisəli torpaq sahələrini notariat qaydasında alqı-satqı yolu ilə almışdır. Hal-hazırda həmin torpaq sahələri X adına qeydiyyata alınmışdır. 13 dekabr 2003-cü ildə İddiaçı1 ilə görüşmüş və həmin zaman sonuncu torpaqlarını satdığını ona bildirmişdir. Həmin zaman üçün həmin torpaq sahələri ona bir illik icarəyə verilmişdi.Buna baxmayaraq X torpaq sahəsini satmasına etirazının olmadığını demişdir. X torpaq sahəsini onunla birlikd ə gələn iş yoldaşına satacağını deyirdi. X torpaq sahəsini almaq istəyən həmin şəxslə gedib torpağa baxıb, sonra birlikdə onun yanına qayıtdılar. Həmin şəxs torpaq sahəsini bəyənmədiyini bildirib təklif etmişdi ki, qəbiristanlığa ayrılmış torpaq sahəsi ilə İddiaçı1 ayrılan torpaq sahələrini dəyişsinlər. Həmin şəxsə bunun mümkün olmadığını bildirəndən sonra, torpağı almaq istəyən şəxs çıxıb getdi. Bu söhbət onun iş otağında baş verirdi və həmin zaman orada övladının qaynatası X da, orada idi. Söhbət əsnasında torpaq sahəsini almağı X tövsiyyə etmiş və X bununla bağlı razılaşmışdılar. Həmin torpaq sahəsinin alqı-satqısı üçün ilkin olaraq İddiaçı1 400000 (dörd yüz min) manat X beh almasına dair qəbz imzalamış, qəbzdə pasport nömrəsini də qeyd etmişdir. Sonra qərara almışlar ki, səhəri günü, y əni 14 dekabr 2003-cü il tarixdə pulun qalanı da ödənildikdən sonra, müqavilə notariat qaydasında təsdiq olunsun. 14 dekabr 2003-cü il tarixdə 8 ha torpaq sahəsinin alqı-satqısına görə akt əsasında 13500000 (on üç milyon beş yüz min) manat pulu X10 ödəmişdir. Bununla bağlı 5 nəfərin iştirakı ilə akt da, tərtib olunmuşdur. X təklif etmişdi ki, yolunun uzaqlığında çətinlik çəkdiyi üçün həmən torpaq sahəsi kürəkəni X adına sənədləşdirilsin. 17 dekabr 2003-cü il tarixdə həmin torpaq sahəsinin notariat qaydasında alqı-satqısı rəsmiləşdirilmişdir. 14 dekabr 2003-cü il tarixdə bir neçə yoldaşların yanında, bir- neçə ay öncə X4 aldığı kəndə yaxın ərazidə 2 ha torpaq sahəsini başa-baş olaraq X məxsus torpaq sahəsi ilə dəyişməyi razılaşmışdı. X6 çağıraraq, onların yanında ondan aldığı torpaq sahəsin i X adına qeydiyyata aldırmasını demiş və bu barədə bir neçə nəfərin iştirakı ilə akt tərtib etmişlər. Həmin torpaq sahəsi X verildi. Sonradan ona məlum olmuşdur ki, həmin 2 ha torpaq sahəsini X satıblar.
13. Cavabdehlər X və X bildirirlər ki, iddia edilən torpaq sahəsini cavabdehlər 25.12.2003-cü ildə notarial qaydada təsdiq olunmuş müqavilə əsasında almışlar. Artıq 16 ildir ki, həmin torpaq sahəsi onların mülkiyyətlərindədir və həmin torpaqdan istifadə edirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
14. Beyləqan Rayon Məhkəməsinin (hakim Nəsrullah Əliyev) 2(020)-734/2018 saylı, 28 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər X ilə İddiaçı1, X5, X və İddiaçı7 arasında bağlanmış 25.12.2003-cü il tarixli alqı-satqı müqavil əsi ehtibarsız hesab edilmiş və ləğv olunmuş, 25.12.2003-cü il tarixli alqı-satqı müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilən çıxarışlar etibarsız hesab edilmişdir.
15. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, 23.11.2018-ci il tarixli ekspert rəyindən və mülki işdə olan digər sənədlərdən müəyyən olunmuşdur ki, 25.12.2003-cü il tarixli alqı-satqı müqaviləsində qanunsuz hərəkətlərə yol verilmiş imza və “İddiaçı7" yazıları İddiaçı7 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur.
16. Məhkəmə öz mövqeyini Azərbaycan respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
17. Birinci instansiya məhkəməsini n qətnaməsindən cavabdehlər apellyasiya şikayəti vermişlər.
18. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – Qəzənfər Kərimov sədrlik edən və məruzəçi, Zəki Babayev, Nüsrət Mirzəyev) 01 may 2019-cu il tarixli qətnaməsi ilə cavabdehlər X, X və X tərəfindən birgə verilmiş apelyasiya şikayəti təmin edilmiş, Beyləqan rayon məhkəməsinin 28 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia tələbi rədd edilmişdir.
19. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı1 və İddiaçı2 mülkiyyətlərində olan və sahəsi 5,93 ha olan torpaq sahəsini 25 dekabr 2003-cü il tarixdə X satmışlar. Həmçinin X və İddiaçı7 mülkiyyətlərində olan və sahəsi 1,99 ha olan torpaq sahəsini həmin tarixdə X satmışlar. İş materiallarında, iddia tələbi üzrə əsl olmayan tərəfin əsl olan tərəflə əvəzləşdirilməsinə, yəni torpaq sahələrinin alqı-satqı müqavilələrinə əsasən tərəf olmuş X ilə əvəzləşdirilməsinə dair ərizənin mövcud olmamasına baxmayaraq birinci instansiya məhkəməsi işin hallarına diqqət yetirməmiş və 25 dekabr 2003-cü il tarixdə bağlanmış alqı-satqı müqavilələri üzrə tərəf olmayan X və X, həmçinin, ona qarşı iddia tələbi irəli sürülməmiş X münasibətdə iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul etmişdir.
20. Bundan başqa, 25 dekabr 2003-cü ildə X satılmış mübahisəli torpaq sahələri vicdanlı əldə edən X mülkiyyətindədir. İddia qeyd olunan hissədə əsassız olduğundan mübahisəli torpaq sahələrinin X adına qeydiyyata alınması barədə çıxarışın, sonradan həmin əmlakın 2011-ci ildə digər cavabdeh X bağışlma müqaviləsinin və sonucun un adına çıxarışın verilməsi iddia tələbinin təmin olunmamasına hüquqi əsasdır.
21. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, iddia tələbi cavabdehlərə aid hissədə sonuncu, yəni X əmlakı vicdanlı əldə edən olduğuna görə də təmin oluna bilməz. Baxılan iş üzrə cavabdeh X mübahisəli əmlakı əldə edərkən həmin əmlak dövlət reyestrində X adına qeydə alınmışdır. Sonuncular arasında 22 sentyabr 2011-ci ildə bağışlama müqaviləsi bağlanarkən reyestrdə əmlak üzərində yüklülük olmamışdır. İş materiallarında mübahisəli torpaq sahəsinin cavabdeh X vicdanlı əldə edən olduğunu şübhə altına alan hər hansı sübutlar (məlumatlar) mövcud deyildir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
22. Apellyasya instansiyası məhkəməsinin qətnaməsindən iddiaçı eyni zamanda digər iddiaçıların nüma yəndəsi İddiaçı1 kassasiya şikayəti vermişdir.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 avqust 2019- cu il tarixli, 2(102)-5984/2019 saylı qərarı ilə (hakimlər: Ə.G.Nurməmmədov (sədrlik edən və məruzəçi), M.T.Əhmədova və İ.R.Xələfov) iddiaçı və eyni zamanda digər iddiaçıların səlahiyyətli nümayəndəsi İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)1352 saylı iş üzrə 01 may 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
24. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, iddiaçılar tələbini cavabdeh qismində X, X və X qarşı yönəltmiş, məhkəmə tərəfindən həmin şəxslər cavabdeh qismində tanınmış, onlara, həmçinin X məhkəmə bildirişləri göndərilmiş, cavabdeh kimi izahatlar vermiş, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsi məhkəməsi də onu cavabdeh kimi tanıyaraq bildirişlər göndərmiş, izahatlar almış, apellyasiya şikayətinə baxmışdır.
25. Lakin apellyasiya instansiyası məhkəməsi bu hallara diqqət verməyərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi əsl olmayan tərəfin əsl olan tərəflə əvəzləşdirilməsinə, yəni torpaq sahələrinin alqı-satqı müqavilələrinə əsasən tərəf olmuş X ilə əvəzləşdirilməsinə dair ərizənin mövcud olmamasına baxmayaraq işin hallarına diqqət yetirməmiş və 25 dekabr 2003-cü il tarixdə bağlanmış alqı-satqı müqavilələri üzrə tərəf olmayan X və X, həmçinin, ona qarşı iddia tələ bi irəli sürülməmiş X münasibətdə iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul etmişdir.
26. Bu zaman apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən hallara diqqət yetirməməklə bərabər iddia ərizəsinin başlanğıcında X cavabdeh kimi göstərilməsini də nəzərə almamış, həmin qanun pozuntusunun düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb ola biləcəyini müzakirə etməmişdir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.
28. Bundan başqa iddia tələbindən göründüyü kimi, iddiaçılar 25.12.2003-cü il tarixli alqı-satqı müqavilələrinin ehtibarsız hesab edilərə k ləğv olunması və həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilən çıxarışların etibarsız hesab edilməsi xahiş etmişlər.
29. Lakin iddia tələbini rədd edən apellyasiya instansiyası məhkəməsi belə bir tələb irəli sürülmədiyi halda X tərəfindən mübahisəli əmlakın 2011-ci ildə digər cavabdeh X bağışlanması müqaviləsinin etibarlılığı ilə bağlı məsələyə də hüquqi qiymət vermiş, X vicdanlı alıcı kimi qiymətləndirmişdir.
30. Halbuki Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
31. Məhkəmə kollegiyası hesab etmişdir ki, Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazı mi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
32. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 yanvar 2020-ci il tarixli, 2(106)-199/2020 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi T.S.Kərimov, T.X.Heydərov və F.N.Abbasov) cavabdehlər X, X və X apelyasiya şikayəti təmin edilməyərə k, Beyləqan Rayon Məhkəməsinin 2(020)-734/2018 saylı, 28 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
33. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, X, İddiaçı7 ilə cavabdeh X arasında bağlanmış 25 dekabr 2003-cü il tarixli alqı-satqı müqaviləsində satıcılardan İddiaçı7 imzası saxtalaşdırılmış, həmçinin satınalmada üstünlük hüququna dair tələblərə əməl olunmamışdır. İddiaçı1, İddiaçı2 ilə cavabdeh X arasında bağlanmış 25 dekabr 2003-cü il tarixli alqı-satqı müqaviləsi üzrə torpaq sahəsinin paylı mülkiyyətçilçrindən olan yetkinlik yaşlarına çatmamış uşaqların hüquqları və qanuni mənafeləri pozulmuşdur. e) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
34. Apellyasya instansiyası məhkəməsinin qətnaməsindən cavabdehlər kas sasiya şikayəti vermişdir.
35. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 sentyabr 2020-ci il tarixli, 2(102)-3318/2020 nömrəli qərarı ilə (hakimlər: İ.Dəmirov (sədrlik edən və məruzəçi), Ə.Əhmədov və V.Həsənov) cavabdehlər X, X, X kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 yanvar 2020-ci il tarixli, 2(106)- 199/2020 saylı qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.
36. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, iddiaçılar hazırkı iddia tələbi ilə birinci instansiya məhkəməsinə 13.03.2018-ci ildə müraciət etmişlər. Lakin apelyasiya instansiyası məhkəməsi alqı-satqı müqaviləsinin etibarsızlığına dair MM-nin 354-cü maddəsində nəzərdə tutulan 1 illik kəs ici müddətin iddiaçılar tərəfindən ötürülüb-ötürülməməsinə hüquqi qiymət verməmiş, cavabdehlərin mübahisələndirilən torpaq sahəsindən hansı vaxtdan istifadə etdiklərini araşdırmamışdır. f) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
37. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 mart 2021-ci il tarixli, 2(106)-656/2021 nömrəli qətnaməsi ilə (hakimlər: İ.Əsədov (sədrlik edən və məruzəçi), M.Həsənov və Z.Zeynalov) cavabdehlər X, X və X tərəfindən birgə verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Beyləqan Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 2(020)-734/2018 saylı qətnaməsi ləğv edilmiş, iddianın qismən təmin edilməsi, xxx torpaq sahəsinin alqı-satqısına dair satıcı İddiaçı1 və İddiaçı2 ilə alıcı X arasında bağlanmış və X təsdiq edilmiş 25 dekabr 200 3-cü il tarixli, 4-Ə-158 reyestr nömrəli müqavilənin, həmin müqavilə əsasında mülkiyyət hüququn qeydə alınması və X adına yazılmış mülkiyyət hüququnu təsdiq edən çıxarışın etibarsız hesab edilməsi, müqavilə üzrə tərəflərin əvvəlki vəziyyətə qaytarılması, ******* (doqquz milyon) manatın (AZM) (1800 AZN) X qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi, Məhkəmə ekspertizası tədqiqatına görə müştərək qaydada İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 61 manat 50 qəpik pulun, X, X və X müştərək qaydada 61 manat 50 qəpik pulun tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdr.
38. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, mübahisələndirilən alqı-satqı müqvilə si bağlanarkən 5,93 ha torpaq sahəsinin mülkiyyətçilərindən İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 yetkinlik yaşına çatmamışlar. Torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair alqı-satqı müqaviləsini valideynləri imzalasa da, yetkinlik yaşına çatmamış mülkiyyətçilərin əmlakı barədə sərəncam verilməsinə Qəyyumluq orqanının razılığı müəyyən olunmuş qaydada verilməmişdir. Ona görə də Kollegiyanın qənaətinə görə, 5,93 ha torpaq sahəsinin alqısatqısına dair İddiaçı1 və İddiaçı2 ilə X arasına bağlanmış 25.12.2003-cü il tarixli müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1 -ci maddəsinə əsasən etibarsız sayılmalıdır. Müqavilə etibarsız sayılmaqla yanaşı, müqavilə üzrə tərəflər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əvvəlki vəziyyətə qaytarılmalı, hər bir tərəf aldıqlarını qarşı tərəfə geri qaytarmalıdır.
39. Bununla yanaşı kollegiya əqdin etibarsızlığı ilə bağlı müddət məsələsinə qiymət verərək hesab etmişdir ki, 5,93 ha torpaq sahəsinin alqı-satqısına dair müqavilənin etibarsızlığı barədə iddia verərkən iddiaçılar tərəfindən qanunda nəzərdə tutulmuş müddətin ötürülməsi müəyyən edilmir. Çünki müqavilə bağlanarkən hazırki iddiaçılardan İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 yetkinlik yaşına çatmamışlar. Onlardan 08.06.1993cü il təvəllüdlü İddiaçı5 08.06.2011-ci ildə yetkinlik yaşına çatmışdır.
40. Bundan başqa, iddiaçılar izahatlarında göstərmişlər ki, onların alqı-satqı müqaviləsindən məlumatları olmamışdır. Torpaq sahəsindən çıxarılma barədə iddiaya baxılarkən məlum olmuşdur ki, sözügedən torpaq sahəsinin alqı-satqısına dair 25.12.2003 -cü il tarixli müqavilə vardır.
41. Bununla belə, Kollegiya iddiaçıların alqı-satqı müqaviləsi üzrə pul məbləğinin onlara ödənilməməsi barədə göstərdiklərini əsassız saymışdır. Belə ki, alqı-satqı müqaviləsində torpaq sahəsinin doqquz milyon manata (AZM) satıldığı qeyd edilmişdir. Müqavilə imzalanarkən pul məbləğinin valideynlərə ödənilməsi istisna edilmir, ona görə alqı-satqı müqaviləsinin etibarsız sayılması ilə həmin məbləğ də alıcıya geri qaytarılmalıdır.
42. Göstərilənlər onu deməyə əsas verir ki, 5,93 ha torpaq sahəsinin alqı-satqısına dair müqavilənin və onun hüquqi nəticələrinin etibarsız sayılması hissəsində birinci instansiya məhkəməsi mahiyyətcə doğru qənaətə gəlmişdir. Lakin məhkəmə qətnamənin nəticə hissəsində Azərbaycan Respublikası MPM-nin 220-ci maddəsinin tələblərinə əməl etməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir.
43. Qanunun tələbinə görə, məhkəmə, qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir (220.6).
44. Kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etsə də, qətnamənin nəticə hissəsi dolğun deyil; məhkəmə əqdlərin etibarsızlığını ümumi halda qeyd etmiş, restitusiya ilə bağlı məsələni həll etməmiş, məhkəmə xərclərini, icra edilməli hissəni göst ərməmişdir. Ona görə də qətnamənin nəticə hissəsində konkret hansı müqavilənin etibarsız hesab edilməsi və onun hüquqi nəticələri, eləcə də məhkəmə xərcləri ilə bağlı məslələr həllini tapmalıdır.
45. Bundan başqa iddianın 1,99 ha-dan ibarət kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısına dair 25.12.2003-cü il tarixli müqavilənin etibarsız sayılmasına dair hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, 1,99 ha-dan ibarət kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısına dair müqavilə üzrə tərəf, iddiaçılardan İddiaçı7 olmuşdur. İş üzrə digər iddiaçılar sözügedən müqavilə üzrə tərəf olmamışlar. Müqavilə imzalanan vaxt mülkiyyətçi İddiaçı7 yetkinlik yaşında, anlaqlı şəxs olmuşdur. Müqavilənin məzmunu, əqdin mahiyyət barədə onun məlumatı olmuşdur, yaxud olmalı idi.
46. Həmçinin Müəyyən edilir ki, müqavilə bağlanandan sonra İddiaçı7 uzun müddət torpaq sahəsinə dair mübahisə açmamışdır. Torpaq sahəsindən cavabdehlərin çıxarılması barədə 2009-cu ildə, sözügedən müqavilənin etibarsızlığı barədə isə 14 ildən artıq vaxt keçəndən sonra iddia vermişdir.
47. Ona görə də kollegiya hesab etmişdir ki, bu hissədə iddiaçı, hüquqlarını həyata keçirilməsi ilə bağlı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində nəzərdə tutulmuş bir illik müddəti ötürmüşdür və qanunda nəzərdə tutulmuş müddətin ötürülməmiş hesab edilməsi, yaxud üzrlü sayılması iə bağlı iddiaçı tərəfin arqumenti əsassızdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
48. İddiaçılar İddiaçı1, İddiaç ı2, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı3 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin “Beyləqan Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 2(020)-734/2018 saylı qətnaməsinin ləğv edilməsi, müqavilə üzrə tərəflərin əvvəlki vəziyyətə qaytarılması, ******* (doqquz milyon) manatın (AZM) (1800 AZN) X qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi” hissələrində ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
49. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 5.93 ha torpaq sahəsinin alqısatqısına dair hər hansı ödəniş edilməsi barədə hər hansı sübut mövcud deyildir.
50. Bundan başqa müqavilələrin mövcudluğundan 2018-ci ilin mart ayında “torpaq sahəsindən çıxarılma” tələbinə dair iş materiallarını əldə ed ərkən xəbərdar olmuşlar və həmin an müqavilələr mübahisələndirilmişdir. Ona görə də iddia müddəti ötürülməmişdir.
51. Həmçinin cavabdehlər tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilməmişdir.
52. Cavabdehlər kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
53. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
54. Kassasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
55. İddiaçı və digər iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddi açı5, İddiaçı6 nümayəndəsi İddiaçı3 və vəkili izahat verərək kassasiya şikəyətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin “Beyləqan Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 2(020)-734/2018 saylı qətnaməsinin ləğv edilməsi, müqavilə üzrə tərəflərin əvvəlki vəziyyətə qaytarılması, ******* (doqquz milyon) manatın (AZM) (1800 AZN) X qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi” hissələrində ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.
56. Cavabdeh X və cavabdehlərin vəkili X8 izahat verərək kassasiya şikayətinin təmin olunmasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.
57. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə İddiaçı7 hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə İddiaçı7 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
58. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
59. MPM-ə əsasə n kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
60. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olu nmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
61. Hazırkı kassasiya şikayətində cavabdehlər apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
62. Qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyum qəyyumluqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair əqdləri, qəyyumluqda və ya himayədə olana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasın a səbəb olan əqdləri, habelə qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya bilməz, himayəçi isə onların bağlanmasına razılıq verə bilməz. Qəyyumluqda olanın əmlakının idarə edilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir. (maddə 36.2)
63. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır (maddə 144.1)
64. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. (maddə 354.2) Ailə Məcəlləsi
65. Uşaq gəlirinə, vərəsəlik və ya hədiyyə şəklində əldə etdiyi əmlaka, habelə uşağın vəsaiti hesabına əldə edilmiş digər əmlaka mülkiyyət hüququna malikdir. Uşağın mülkiyyətində olan əmlak üzərində sərəncam vermək hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə müəyyən olunur. (maddə 55.4) Mülki Prosessual Məcəllə
66. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araş dırmalı və onlardan istifadə etməlidir. (maddə 14.2)
67. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
68. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
69. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)
70. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)
71. Kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. (maddə 417.1.4)
72. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. (maddə 418.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
73. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı3 kasasiya şikayəti təmin edilməməli, c avabdehlərin kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
74. Belə ki, aşağıdakı əsaslara görə apelyasiya məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində qanuni və əsaslı deyildir. (68)
75. İşin mübahisə edilməyən hallarından görünür ki, hazırkı iddianın predmeti olan torpaq sahələri xxx yerləşən 2 ayrı-ayrı torpaq sahələrindən ibarətdir.
76. Bu torpaq sahələrindən 1.99 ha torpaq sahəsinn mülkiyyətçisi X2 və İddiaçı7, 5.93 ha torpaq sahəsinin mülkiyyətçiləri isə İddiaçı1 və onun ailə üzvləri İddiaçı2 (arvadı), İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 (uşaqları) olmuşdur. 77. 25 dekabr 2003-cü il tarixli not arial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi ilə 1.99 ha torpaq sahəsi X2 və İddiaçı7 tərəfindən 3.000.000 manata, eyni tarixli ikinci alqı-satqı müqaviləsi ilə 5.93 ha torpaq sahəsi İddiaçı1 və İddiaçı2 tərəfindən 9.000.000 manata X satılmışdır.
78. Həmin torpaq sahəsinin mülkiyyətçilərindən İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 yuxarıda qeyd edilən əqdlər bağlanılan tarixdə yetkinlik yaşına çatmadıqlarından notariat işinə onların pay torpaqlarının valideynləri tərəfindən satılmasına razılıq verilməsi barədə Beyləqan Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının 23 dekabr 2003-cü il tarixli rəy əlavə edilmişdir.
79. Hər iki əqd üzrə alıcı X hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır və sonuncu bu torpaq sahələrini 03.11.2011-ci il tarixli bağışlama müqaviləsi ilə anası X bağışlamışdır. Hal-hazırda hər iki torpaq sahəsi X mülkiyyətindədir.
80. Eyni zamanda iş üzrə keçirilmiş ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, 1.99 ha torpaq sahəsinə dair 25.12.2003-cü il tarixli alqı-satqı müqaviləsindəki imza İddiaçı7 tərəfindən deyil, başqa şəxs tərəfindən icra edilmişdir.
81. Bundan başqa iş materiallarına əlavə edilmiş 14 dekabr 2003-cü il tarixli aktla müəyyən edilir ki, hər iki torpaq sahəsinin dəyəri olan 13.500.000 manat pul mülkiyyətçilərdən biri olan İddiaçı1 təhvil verilmiş və sonuncu digər şəxslərlə birlikdə bununla bağlı tərtib edilmiş aktı imzalamışdır.
82. Bununla yanaşı işin halları ilə müəyyən edilir ki, torpaq sahəsinin əvvəlki mülkiyyətçilərindən İddiaçı1, İddiaçı2 və X2 2009-cu ildə X, X v ə X qarşı hazırkı torpaq sahələrindən çıxaılma barədə iddia qaldırmışlar.
83. Beyləqan Rayon Məhkəməsinin qanuni qüvvədə olan 10 mart 2009-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamə onunla əsaslandırılmışdır ki, hər iki torpaq sahəsi notarial qaydada təsdiq edilmiş alqı-atqı müqaviləsi ilə X satılmışdır və hər iki torpaq sahəsinin mülkiyyətçisi X.
84. Bu qətnamə qəbul edildikdən 8 il sonra İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 hazırkı iş üzrə iddianı vermişlər.
85. İddiaçıların bu torpaq sahələrinə dair bağlanmış alqı-satqı müqavilələrinin etibarsız sayılmasına dair iddialarının əsası ondan ibarətdir ki, müqavilə bağlanarkən yetkinlik yaşına çatmamış İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 razılığı olmamış, mülkiyyətçilərdən İddiaçı1 və İddiaçı2 aldanılaraq icarə müqaviləsi altında alqı-satqı müqaviləsinə imza etmiş, mülkiyyətçilərdən İddiaçı7 imzası saxtalaşdırılmışdır.
86. İş üzrə mübahisə işə üçüncü apelyasiya baxışında apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir.
87. Apelyasiya instansiyası məhkəməsi digər əsaslarla yanaşı qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, 1.99 ha torpaq sahəsinə dair bağlanmış 25.12.2003-cü il tarixli alqı-satqı müqaviləsi mülkiyyətçi İddiaçı7 tərəfindən imzalanmasa da sonuncu müqavilə bağlanan vaxt yetkinlik yaşında olmuş və müqavilənin etibarsızlığı barədə iddianı 14 ildən sonra verməklə Mülki Məcəllədə nəzərdə tutulan bir illik kəsici müddəti ötürmüşdür. İş üzrə digər iddiaçılar həmin müqavilə üzrə tərəf olmamışlar. 88. 5.93 ha torpaq s ahəsinə dair alqı-satqı müqaviləsinin etibarsızlığına dair birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayan apelyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarətdir ki, müqavilə bağlanan vaxt həmin torpaq sahəsinin yetkinlik yaşına çatmayan mülkiyyətçilərindən olan İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 adından onların valideynləri olan İddiaçı1 və İddiaçı2 tərəfindən əmlakın satılmasına dair Beyləqan Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının razılıq məktubu notariat işində olsa da həmin razılıq məktubunun verilməsi ilə bağlı məlumatlar arxivdə və rayon icra hakimiyyətinin aparatında aşkar edilməmişdir. Bundan başqa həmin məktubu verən Komissiyanın sabiq sədri X razılıq məktubunun Komissiyanın sədri kimi onun tərəfin dən verildiyini bildirsə də bununla bağlı Komissiyanın iclasının keçirilməsini təsdiq etməmişdir.
89. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, 5.93 ha torpaq sahəsinin yetkinlik yaşına çatmayan mülkiyyətçilərinin mülkiyyətlərindəki torpaq sahəsinin satılmasına müvafiq razılığın olması müəyyən edilmir. Bu hal isə onu təsbit edir ki, həmin torpaq sahəsinə dair əqd bağlanarkən Mülki Məcəllənin 36.2 və Ailə Məcəlləsinin 55.4-cü maddələri pozulmuşdur. Ona görə də qeyd edilən əqd etibarsız sayılmalıdır. Eyni zamanda nəzərə alınmalıdır ki, əqd bağlanan zaman yetkinlik yaşına çatmadıqlarından iddiaçılardan İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Mülki Məcəllənin 354-cü maddəsində göstərilən iddia müddətini ötürməmişlər.
90. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə görə hesab edir ki, 5.93 ha torpaq sahəsinə dair hissədə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir.
91. İşin hallarından göründüyü kimi 5.93 ha torpaq sahəsinə münasibətdə razılıq məktubu əqd bağlanan vaxt bu məktubu verməyə səlahiyyəti olan orqanın - Beyləqan Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının sədri X tərəfindən verilmiş və həmin məktub bağlanan əqd üzrə notariat işinə əlavə edilmişdir.
92. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi səlahiyətli dövlət orqanının müvafiq prosedura riayət etmədən verdiyi məktuba görə məsuliyyət yükünü alıcı X üzərinə qoymaqla Mülki Məcəllənin 144.1-ci maddəsinin göstərişlərini və Avropa İnsan Hüquqları Məhkəməsinin “Qladışeva Rusiyaya qarşı 6 dekabr 2011-ci il tarixli qərarında i fadə etdiyi hüquqi mövqeyi nəzərə almamışdır.
93. Belə ki, Mülki Məcəllənin 144.1-ci maddəsinin məzmunundan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir və təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verənin sərəncam hüququnun və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Notarius təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.
94. Göründüyü kimi daşınmaz əmlaka dair sərəncam verən şəxslərin sərəncam hüququnun olub-olmaması və bu hüququ təsdiq edən sənədlərin qanunauyğunluğunun yoxlanılması və bununla bağlı baş verən hər hansı yanlışlıq üçün məsuliyyət yükü vicdanlı alıcının deyil, notariusun üzərinə düşür.
95. Eyni zamanda nəzərə alınmalıdır ki, hazırkı işdə bu məsuliyyəti y etkinlik yaşına çatmayan şəxslərin əmlakının satılmasına razılıq verən və həmin vaxt bu məktubu verməyə səlahiyyəti olan Beyləqan Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının sədri X daşımalıdır.
96. Nəzərə alınmalıdır ki, oxşar hüquqi mövqe Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda qeyd edilən qərarında ifadə edilmişdir.
97. Həmin işin mahiyyəti ondan ibarətdir ki, Y. Dövlət mənzil fondunda olan mənzilə qanunsuz özəlləşdirmə nəticəsində mülkiyyət hüququ əldə etmiş, mülkiyyət hüququ əldə etdikdən sonra mənzili V-yə satmışdır. V. alqı-satqı müqaviləsi əsasında mülkiyyət hüququ əldə etdikdən sonra mənzili Qladışeva soyadlı ərizəçiyə satmışdır.
98. Bundan sonra mənzilin özəlləşdirilməsi və onunla bağlı sonrakı əqdlərin etibarsızlığına dair iddia verilmişdir.
99. Həmin iddia əsasında işə baxılarkən müəyyən edilmişdir ki, dövlət orqanlarının vəzifəli şəxslərinin yol vediyi səhvlər və saxtakarlıq nəticəsində dövlət mənzil fondunda olan mənzil qanunsuz özəlləşdirilmişdir.
100. Qeyd edilən hala əsasən qəbul edilmiş qətnamə ilə mənzilin özəlləşdirilməsi və ondan sonra bağlanmış əqdlər etibarsız hesab edilmiş, Qladışeva mənzildən çıxarılmış və mənzil dövlət mənzil fondduna qaytarılmışdır.
101. Həmin işdə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, hakimiyyət orqanlarının səhvləri və diqqətsizliyi, xüsusi ilə söhbət ziddiyyətli xüsusi maraqdan getdikdə, maraqlarına toxunduğu şəxsin mənafeyinə xidmət etməlidir. Başqa sözlə dövlət hakimiyyət orqanlarının risk məsuliyyətini elə dövlətin özü daşımalıdır və bu səhvlərin maraqlı şəxslərin hesabına aradan qaldırılmasına yol vermək olmaz.
102. Göstərilən qərarda ifadə edilmiş hüquqi mövqe ilə yanaşı məhkəmə kollegiyası həmçinin onu da nəzərə alır ki, 5.93 ha torpaq sahəsinə dair əqdi yetkinlik yaşına çatmayan şəxslərin valideynləri olan İddiaçı1 və İddiaçı2 birgə mülkiyyətçi kimi imzalamışlar.
103. Bu hal isə onu təsbit edir ki, həmin şəxslər müqavilə bağlandığı andan uşaqlarının hüquqlarının pozulmasından xəbərdar olmuş və bununla bağlı ötən 14 il ərzində qanunla müəyyən edilmiş hər hansı bir hərəkəti etməmişlər.
104. Mülki Məcəllənin fiziki şəxslərlə bağlı İİİ fəslinin normalarından göründüyü kimi hazırkı iddianın predmetini təşkil edən əqdləri yetkinlik yaşına çatmayanların adından onların valideynləri bağlayır, o cümlədən həmin əqdlərlə bağıə onların pozulmuş hüquqları həmin şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada qorunur.
105. Yəni qeyd edilənlər onu ehtiva edir ki, yetkinlik yaşında olmadığı vaxt şəxsin əmlakı barəsində bağlanılmış əqd ürə iddia müddətinin axımı şəxsin yetkinlik yaşına çatdığı vaxtdan deyil, onun valideynlərinə, qəyyumuna və himayəçilərinə münasibətdə qanunda göstərilən ümumi əsaslarla davam edir.
106. Bununla yanaşı iş materiallarından görünür ki, İddiaçı3 02.11.1987-ci ildə anadan olmaqla 02.11.2005-ci ildə, İddiaçı4 29.08.1986-cı ildə anadan olmaqla 29.08.2004-cü ildə, İddiaçı5 08.06.1993-cü ildə anadan olmaqla 08.06.2011-ci ildə və İddiaçı6 13.05.1989-cu ildə anadan olmaqla 13.05.2007-ci ildə yetkinlik yaşına çatmışlar və həmin tarixdən sonrakı müddət də ehtimal olaraq ə sas götürüldüyü halda da Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən edilən bir illik kəsici müddət ötürülmüşdür.
107. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, 5.93 ha torpaq ahəsinə dair hissədə qətnamə ləğv edilməli, həmin hissədə iddia rədd edilməlidir.
108. Qeyd edilənlərlə yanaşı məhkəmə kollegiyası hesab edir ki, 1.99 ha torpaq sahəsinə dair hissədə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır.
109. Belə ki, işin halları ilə həmin torpaq sahəsinə dair bağlanmış müqavilədə imzanın mülkiyyətçilərdən bii olan İddiaçı7 tərəfindən icra edilməməsi müəyyən edilsə də sonuncu həmin müqaviləni mübahisələndirmək üçün Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulan kəsici müddəti ötürmüşdür.
110. Məhkəmə kollegiyası qeyd edilən nəticəyə gələrkən həmçin in onu da nəzərə alır ki, 2009-cu ildə 1.99 ha torpaq sahəsinin mülkiyətçilərindən biri olan İddiaçı7 atası X İddiaçı1 və İddiaçı2 ilə birlikdə cavabdehlərin hər iki torpaq sahəsindən çıxarılmasına dair iddia vermiş və həmin iddia Beyləqan Rayon Məhkəməsinin 10 mart 2009-cu il tarixli qətnaməsi ilə rədd edilmişdir.
111. Qətnamə onunla əsaslandırılmışdır ki, hər iki torpaq sahəsi notarial qaydada təsdiq edilmiş alqı-atqı müqaviləsi ilə X satılmışdır və sonuncu hər iki torpaq sahəsinin mülkiyyətçisidir.
112. Bununla yanaşı verilən kassasiya şikayətinin məzmunundan görünür ki, həmin şikayət iddiaçılardan yalnız İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 tərəfindən verilmiş və onların adından, ö cümlədən öz adından kassasiya şikayətini nümayəndə olaraq İddiaçı3 imzalamışdır.
113. Bundan başqa cavabdehlər tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilməməsi ilə bağlı kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulan bir illik müddət iddia müddəti olmayıb kəsici müddətdir və həmin müddət iddia müddətinin tətbiqi barədə ərizə verilmədən məhkəmənin özü tərəfindən tətbiq edilir.
114. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır.
115. Mülki Prossesual Məcəllənin 417.1.4-cü maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv ed ib apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər
116. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı3 kasasiya şikayəti təmin edilməsin. Cavabdehlər X, X və X kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-656/2021 nömrəli iş üzrə 15 mart 2021-ci il tarixli qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilsin və həmin hissədə iddia rədd edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Qərar qəbul edildiyi andan qüvvəyə minir.