Məhkəmə qərarları › İş №2(102)-453/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-453/2020

28.01.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-453/2020 28.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı, vəkili X3, Cavabdeh və vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(104)-2120/2019 saylı qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Tovuz rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(062)-2203/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim N.Q.Mustafa yev) İddiaçı Cavabdeh qarşı “pul və maddi ziyan tələbinə dair” iddiası rədd edilib. İddiaçı qətnamədən apellyasiya şikayəti verib. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(104)2120/2019 saylı qətnaməsi ilə (hakimlər R.Ş.Muradov sədrlik edən, məruzəçi, Ş.M.Əliyeva və Ə.İ.Məmmədov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Tovuz rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilib, iddia ərizəsi qismən təmin edilərək, cavabdehdən ümumi çəkisi 21.230 kq olan xurmanın dəyəri olaraq 9.553,5 manat, eləcədə 1.380 ədəd bir taxtalı, 280 ədəd iki taxtalı yeşiklər naturada, naturada olmadıqda isə 1.380 ədəd bir taxtalı yeşiklərin ümumi dəyəri olaraq 2.208 manat, 280 ədəd iki taxtalı yeşiklərin ümumi dəyəri olaraq 616 manat pulun tutulub iddiaç ıya ödənilməsi və qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət olunub. Cavabdeh qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, cavabdehdən dəymiş maddi zərərə görə 18.150 manat, xidmət haqqına görə 4.100 manat, eləcədə hər birinin dəyəri 1,60 manat olmaqla 1.380 ədəd bir taxta yeşiyin və hər birinin dəyəri olmaqla 2,20 manat olmaqla 280 ədəd iki taxta yeşiyin pulunun, əldən çıxmış faydaya görə 12.705 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh və vəkili xx kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı və vəkili Xalidə İsayeva məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatlarında kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddia ərizəsinin qismən təmin edilməsi barədə yeni qə tnamə qəbul edərkən, iddianın qismən təmin edilməsi üçün əsasların olmasına, iddia ərizəsini rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 386.1, 425.1, 442-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, xx xxxxxx 2018-ci il tarixli akta əsasən, iddiaçı, 1.380 ədəd tək taxtalı yeşiyə, 280 ədəd cüt taxtalı yeşiklərə xurma meyvəsi yığaraq Tovuz rayonu, Aşağı-Quşçu kəndində yerləşən soyuducu anbarına saxlamaq üçün təhvil verilmişdir. Hazırda ayrı-ayrı yeşiklərdə olan xurma meyvəsi soyuducuda normal saxlanılmadığı üçün keyfiyyəti tam aşağı düşmüşdür. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Şəmkir rayon Kənd təsərrüfatı İdarəsinin xx xxxxxx 2018-ci il tarixli məktubuna görə, Tovuz rayonu, Aşağı Quşçu kəndində cavabdehə məxsus olan soyuducu anbarda iddiaçıya məxsus olan 18.150 kq xurma meyvəsi yararsız hala düşmüş və buna dair müvafiq akt tərtib edilmişdir. Apellyasiya instansiyası m əhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, iddia ərizəsini rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Belə ki, Mülki Məcəllənin 329.2-ci maddəsinə görə, əqdlər şifahi və yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 822-ci maddəsinə əsasən, saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 823.1-ci maddəsinə görə, tapşıran saxlama müqaviləsinin icrası ilə bağlı saxlayıcının çəkdiyi xərclərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 823.2-ci maddəsinə görə isə, tapşıran saxlama üçün muzdu yalnız o, halda ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya şərait nəzərə alınmaqla saxlama üçün muzd ödənilməsi qəbul edilmiş olsun. Zərurət olduqda muzd saxlamanın sonunda ödənilir. Həmin Məcəllənin 824.1-ci maddəsinə əsasən, əgər saxlama əvəzsiz həyata keçirilirsə, saxlama dövründə saxlayıcı yalnız qəsd və ya kobud ehtiyatsızlığa görə məsuliyyət daşıyır. Əgər saxlama haqq müqabilində həyata keçirilirsə, saxlayıcı şərtləşdirilmiş vicdanlılığa riayət edilməsi üçün, qalan hallarda isə bu cür əşyaların saxlanması zamanı adi olan vicdanlılıq üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 824.3-cü maddəsinə görə isə, tapşıranın xahişi ilə saxlayıcı əşyanı qaytarmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icr a edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, işə əlavə edilmiş sübutları tədqiq edib müəyyən etmişdir ki, tərəflər arasında olan razılaşmaya əsasən iddiaçı 3.480 ədəd iki taxtalı yeşikdə xurma, 280 ədəd iki taxtalı yeşikdə şişburun xurma və 1.380 ədəd bir taxtalı yeşikdə şişburun xurmanı cavabdehə məxsus olan soyuducu anbarlara yerləşdirmiş və sonuncu həmin malları 2017-ci ilin dekabr ayının sonunadək mülkiyyətində olan soyuducu kamerada saxlamağı öhdəsinə götürmüşdür. İddiaçı isə, öz növbəsində malların saxlanılması üçün 4.100 manat ödəniş etmişdir. İddiaçı, sonradan 3.480 ədəd iki taxtalı yeşikdə saxlanılan xurmanı götürsə də, 280 ədəd iki taxtalı və 1.380 ədəd bir taxtalı yeşiklərdə saxlanılan şişburun xurmanı ona qaytarmaqdan imtina etmiş və sonuncu imtinanın səbəbini onunla əsaslandırmışdır ki, həmin malların saxlanc pulu ödənilməmişdir. Nəticədə şişburun xurma soyuducu kamerada qalıb xarab olmuşdur. Ona görə də iddiaçı, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi isə iddia ərizəsini rədd etmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, iddia ərizəsini rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Belə ki, 3.480 ədəd iki taxtalı yeşikdə xurma, 280 ədəd iki və 1.380 ədəd bir taxtalı yeşikdə şişburun xurmanın iddiaçı tərəfindən cavabdehə məxsus olan soyuducu anbarlarda yerləşdirməsi, cavabdehin həmin malları 2017-ci ilin dekabr ayının sonunadək istifadəsində olan soyuducu kamerada saxlamağı öhdəsinə götürməsi, eləcə də iddiaçının öz növbəsində malların saxlanılması üçün 4.100 manat ödəniş etməsi, eləcədə 3.480 ədəd iki taxtalı yeşikdə saxlanılan xurmanın iddiaçı tərəfindən soyuducu anbardan götürülməsi, 280 ədəd iki taxtalı və 1.380 ədəd bir taxtalı yeşiklərdə saxlanılan şişburun xurmanın isə soyuducuda xarab olması işin mübahisə olunmayan hallarıdır. Hazırki iddia tələbi 280 ədəd iki taxtalı və 1.380 ədəd bir taxtalı yeşiklərdə saxlanılan şişburun xurmanın xarab olması, eləcədə yeşiklərin qaytarılmaması nəticəsində iddiaçıya dəymiş maddi zərərdən və h əmin malların saxlanc pulunun ödənilməməsindən ibarətdir. Yəni, iddiaçıya məxsus 280 ədəd iki taxtalı və 1.380 ədəd bir taxtalı yeşiklərdə saxlanılan şişburun xurmanın cavabdehin təqsirli hərəkətləri nəticəsində xarab olmasından və nəticədə ona həmin mala, eləcədə malın qablaşdırılması üçün yeşiklərə verilən pula görə, həmçinin əldən çıxmış faydaya görə zərər dəyməsindən ibarətdir. Cavabdeh isə, soyuducu kamerada saxlanılan şişburun xurmanın saxlanılması üçün iddiaçının 1.120 manat ödəniş etməməsini və onun xurmanı soyuducu kameradan vaxtında göstərməməsi səbəbindən ona maddi ziyan dəydiyini göstərib iddia ərizəsinə etiraz etmişdir. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdırıb haqlı olaraq qeyd etmişdir ki, iddiaçıya məxsus 280 ədəd iki taxtalı və 1.380 ədəd bir taxtalı yeşiklərdə saxlanılan şişburun xurmanın yararsız hala düşməsi cavabdehin özü tərəfindən də etiraf olunmuşdur. Lakin cavabdeh bunun səbəbini həmin mala görə saxlanc pulunun qalığı olan 1120 manatın iddiaçı tərəfindən ödənilməməsi ilə əlaqələndirmişdir. İddiaçı isə, saxlanc pulunun ümumilikdə 4.100 manat olmasını və razılaşdırılmış məbləğin onun tərəfindən tam ödənilməsini bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, cavabdeh saxlanca qəbul etdiyi mallara görə iddiaçı ilə 5.220 manata razılıq əldə etməsini bildirsə də, ödənilməmiş 1.120 manat qalıq saxlanc pulunun ödənilməməsi əsası ilə saxlanca götürdüyü şişburun xurmanı qaytarmamaqda haqlı olmamışdır. Belə ki, cavabdehin iddia etdiyi ödənilməmiş 1.120 manat iddiaçı tərəfindən etiraf olunmuşdur. Digər tərəfdən, tərəflər arasında 5.220 manat razılaşma olsaydı belə, cavabdeh razılaşdırılmış müddətin sona yetəcəyi istənilən vaxt müddətində tapşıranın müraciəti əsasında saxlanca götürdüyü yükü qaytarmalı, saxlama üçün ödənilməmiş muzda görə tapşırana qarşı məhkəmə qaydasında mübahisə açmaq hüququ yaranmış olardı. Apellyasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan arqumentləri ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, cavabdeh saxlancda olan 280 ədəd iki taxtalı və 1.380 ədəd bir taxtalı yeşiklərdə saxlanılan şişburun xurmanın yararsız hala düşməsinda məsuliyyət daşıyır. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş Şəmkir raynu, “xxxx” MMC xx xxxx 2 018-ci il tarixli arayışına istinad edərək müəyyən etmişdir ki, 1 ədəd bir taralı 9-10 kq tutumlu taxta yeşiyin bazarda satış qiyməti 1,60 manat, 1 ədəd iki taxtalı 17-18 kq tutumlu taxta yeşiyin bazarda satış qiyməti 2,20 manat təşkil edir. Eləcə də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Şəmkir rayon Statistika İdarəsinin xx xxxx 2019-cu il tarixli məktubuna görə, 2017-ci ildə 1 kq şişburun xurmanın satış qiyməti 0,45-0,50 manat təşkil edir. Belə olan təqdirdə iddiaçıya məxsus 1.380 ədəd bir taxtalı yeşiklərdə saxlanılan şişburunun çəkisi 16.470 kq, 280 ədəd iki taxtalı yeşiklərdə saxlanılan şişburun xurmanın çəkisi 4.760 kq, ümumi çəki 2.1230 kq, 1.380 ədəd bir taxtalı yeşiyin qiyməti 2.208 manat, 280 ədəd iki taxtalı yeşiyin qiyməti isə 616 manat, 21.230 kq ümumi çəkisi o lan xurmanın dəyəri 9.553,5 manat, bir və iki taxtalı yeşiklərin ümumi dəyəri 2.824 manat təşkil edir. Kassasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdırıb haqlı olaraq qeyd etmişdir ki, cavabdehin iddiaçıya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əmələ yol verməsi və nəticədə cavabdehin təqsiri üzündən iddiaçıya yuxarıda göstərilən məbləğdə maddi zərərin dəyməsi mülki iş materialları ilə tam təsdiq edildiyindən, apellyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia ərizəsinin qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmış və sadalanan maddi hüquq normalarının tələbləri hazırki mülki mübahisəyə düzgün tətbiq edilmişdir. Cavabdeh, kassasiya ş ikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, düzgün tətbiq etməməsini işin faktiki halları üzrə səhv nəticəyə gəlməsini, onun təqsiri üzündən iddiaçıya hər hansı formadan maddi zərər dəyməməsini və sair göstərsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir yazılı sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsası nı təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(104)-2120/2019 saylı qətnaməsi kassasiya şikayətinə əsa sən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar