Məhkəmə qərarları › İş №2(102)-4531/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4531/2020

17.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4531/2020 17.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6 oğlunun katibliyi, İddiaçı və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qət naməsi ilə (hakim E.Ağayev) iddia təmin olunaraq, Cavabdeh 19000 (on doqquz min) ABŞ dolları məbləğində pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı oğluna ödənilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən T.Səmədov, hakimlər İ.Şirinov və E.Kazımov) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən İ.Dəmirov, hakimlər A.İsgəndərov və Ə.Əhmədov) cavabdehin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən R.Eyvazov, hakimlər Z.Əliyev və F.Talışinski) İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan qəbz gələcəkdə götürüləcək gəlirlərin bölünməsi məqsədi ilə tərtib edilmişdir və həmin gəlirlər onun tərəfindən yığılmamışdır. Bununla yanaşı qeyd edilən gəlirlər iddiaçı tərəfindən yığıldığından onun iddiaçıya deyil iddiaçının ona borcu yaranmışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh 19000 (on doqquz min) ABŞ dolları məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. İş üzrə mübahisə apel yasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kasasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qəbul etdiyi qətnaməni işin aşağıda qeyd edilən halları ilə əsaslandırmışdır. İşin mübahisə olunmayan hallarına əsasən tərəflər arasında inşaat materialı olan üzlük daşın alqı-satqısı sahəsində münasibətlər yaranmışdır. Yəni, tərəflər arasında olan şifahi razılığa əsasən onlar xarici ölkədən (Gürcüstan Respublikası) üzlük daş alıb, ehtiyacı olan şəxslərə satmalı, əldə olunan qazancı bölməli idilər. tərəflər arası nda xx xxxxxx 2018-ci il tarixdə sadə yazılı formada tərtib olunmuş qəbzdən görünür ki, orada digər şəxslərdən alınacaq müəyyən pul vəsaitlərinin tərəflər arasında bölünməsi qaydası öz əksini tapmışdır (məsələn, Ç – 90000 ABŞ dolları, N – 30000 ABŞ dolları, C – 1050 m2 + 1150 m alanda pulu böləcəyik, T ikimizin puludur, T – 9000 ABŞ dolları, Z 10000 ABŞ dolları bağışladıq). Qeyd edilən qəbzdə, həmçinin iddiaçının hazırki tələbində iddia etdiyi 19000 ABŞ dolları ilə bağlı hal (Ç – 19000 ABŞ dolları daş N verəcək) öz əksini tapmışdır. İddiaçı qəbzin həmin hissəsinə istinad edərək, cavabdehdən 19000 ABŞ dolları tələb etmişdir. Cavabdeh isə etirazında iddiaçıya 19000 ABŞ dolları pul ödəməli olmamasını göstərmişdir. İlkin olaraq qeyd edilməlidir ki, xx xxxxxx 2018-ci il tarixdə sadə yazılı form ada tərtib olunmuş qəbzin həqiqiliyi mübahisələndirilmir. Tərəflər həqiqətən belə bir qəbzi yazaraq, imzaladıqlarını təsdiq edirlər. Eyni zamanda, həmin qəbzin mahiyyətini aralarında yaranmış münasibətlər (yuxarıda qeyd edildiyi kimi inşaat materialı olan üzlük daşın alqı-satqısı sahəsində birgə fəaliyyət) üzrə digər şəxslərdən alacaqları pulların bölüşdürülməsi təşkil etmişdir. Cavabdehin qeyd edilən mübahisəli məsələ üzrə mövqeyinə (istər şifahi, istərsə də yazılı qaydada) əsasən - iddiaçı onu aldatmış, daşı uzuc satması, ziyanda olmasını bildirmiş, bu səbəbdən də iddiaçıya inanıb belə razılığa gəlmişlər ki, gələcəkdə qazancdan iddiaçı ziyanını qarşılamaq üçün digər şəxslərdən götürdükləri puldan 19000 ABŞ dollarlıq daş götürsün. xx xxxxxx 2019-cu il tarixdə görüşmüşlər, həmin günü belə razılığa gəlmişlər ki, Z qalan 35000 ABŞ dollarlıq malla 19000 ABŞ dolları malı əvəzləşdirsinlər. Göründüyü kimi, cavabdehin özü də iddiaçıya 19000 ABŞ dolları verilməli olmasını təsdiq etmiş, lakin aldadılmasını, həmin pul vəsitinin əvəzləşdirilməsini və s. göstərmişdir. Belə olan halda isə cavabdeh etirazının əsası kimi istinad etdiyi halları əsaslandırmaq və sübut etmək yükünü daşıyır (cavabdeh məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir). Eyni zamanda, hazırki iş üzrə tərəflərin şikayətləri üzrə istintaq orqanları tərəfindən aparılmış araşdırma materiallarından (izahatlar) görünür ki, tərəflər və digər şəxslər Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsinə izahatlar vermişlər. Tərəflər izahatlarında hazırki iş üzrə də müəyyən olunmuş bəzi halları (üzlük daşın alqı -satqısı ilə bağlı birgə fəaliyyətin mövcudluğu və s.) göstərmiş, həmçinin iddiaçı cavabdehin ona 19000 ABŞ dolları verməli olmasını, cavabdeh isə belə bir pul vəsaitini ödəməli olmamasını göstərmişdir. Lakin izahat vermiş digər şəxslər, yəni X4 və X7 - tərəfləri tanıdıqlarını, onlar arasında olan münasibətlərdən məlumatlı olmalarını, həqiqətən cavabdehin iddiaçıya 19000 ABŞ dolları pul ödəməli olmasını, lakin həmin pulun ödənilməməsini göstərmişlər. Mülki Məcəllənin 529.3-cü maddəsinə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Mülki Məcəllənin 529.6-cı maddəsinə əsasən əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər. Mülki Məcəllənin 529.7-ci maddəsinə əsasən icra haqqında kreditorun və ya buna vəkil edilmiş şəxsin tərtib etdiyi sənəddə borcun həcmi və növü, borclunun və ya borcu ödəyən şəxsin adı, icranın vaxtı və yeri haqqında məlumatlar göstərilməlidir. Qanunvericiliyin qeyd edilən normalarının tələblərinin hazırki mübahisəyə tətbiqi onu deməyə əsas verir ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, 19000 ABŞ dolları pulu qaytarmamışdır. Əks hal (yəni, öhdəliyin i crası) ən azı aşağıdakılar müəyyən olunduğu halda sübuta yetirilmiş sayıla bilər. - əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənəd qaytarılmalı, qaytarmaq mümkün olmadıqda isə bu hal icranı təsdiq etmək üçün verilmiş sənəddə göstərilməli, - əgər kreditor borc sənədini qaytıla bilmirsə, öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış alınmalı, Göründüyü kimi, işdə olan sübutlarla (sadə yazılı formada tərtib edilmiş qəbz, izahatlar və s.), işin müəyyən olunmuş halları və kassasiya instansiyasının göstərişləri araşdırılmaqla, cavabdehin iddiaçıya 19000 ABŞ dolları pul ödəməli olması müəyyən olunur. Cavabdeh isə bunun əksini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Cavabdeh apellyasiya baxışı zamanı sübut kimi X1 xx xxxxxx 2019-cu il tarixli izahatını təqdim etmişdir. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, həmin izahatda hazırki iş üzrə mübahisə predmeti olan 19000 ABŞ dolları ilə bağlı hər hansı hal göstərilməmişdir. Eyni zamanda, iddiaçı məhkəmə kollegiyasına həmin şəxsin xx xxxxxx 2019-cu il tarixli izahatını təqdim etmiş, X2 həmin izahatında əvvəl verdiyi xx xxxxxx 2019-cu il tarixli izahatını diqqətə alınmamasını, həmin izahatı cavabdehin diqtəsi ilə yazmasını göstərmişdir. Bununla yanaşı, cavabdeh apellyasiya baxışı zamanı sübut kimi X5 tərəfindən yazılması qeyd olunmuş ərizə təqdim etmiş, lakin orada göstərilənlər də iddia tələbini aradan qaldırmamışdır. Göründüyü kimi, cavabdehin təqdim etdiyi sübutlarla belə iddianın əsassızlığı müəyyən olunmur. Eyni zamanda cavabdeh tərəfin izahatı da iddianın əsassız olunması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraql ı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin i cra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər Yuxarıda göstərilənləri, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilmədən apelyasi ya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar