Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4535/2020 22.07.2020 ALİ MƏHKƏMƏ işin icraata qəbulundan imtina edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Hüseynov Abiddin Qabil oğlu, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-12227/2019 nömrəli iş üzrə 21 oktyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-12227/2019 nömrəli iş üzrə 21 oktyabr 2019-cu il tarixli qətnaməsindən 31 may 2020-ci il tarixdə kasasiya şikayəti vermişdir. İş materiallarından görünür ki, həmin qətnamə 31 oktyabr 2019-cu il tarixdə tərəflərə göndərilmiş və cavabdehin nümayəndəsi x1 tərəfindən poçt göndəriş inin verilməsi haqqında xəbərnaməyə imza edilməklə 28 noyabr 2019-cu il tarixdə rəsmi qaydada alınmışdır (i.v.283). Lakin qətnamədən cavabdeh və onun vəkili XXXXX tərəfindən verilmiş kassasiya şikayəti 31 may 2020-ci il tarixdə poçta təqdim edilmişdir. Beləliklə, kasasiya şikayəti qanunla müəyyən olunmuş müddət keçdikdən sonra verilmişdir. Bundan başqa, kasasiya şikayəti nəzərdən keçirilərkən məlum oldu ki, şikayətə dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunmamışdır. Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) tələblərinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmi şsə kassasiya şikayəti qaytarılır (408.1.3, 408.1.4). Həmin Məcəllənin 408.1.1. və 408.1.3-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır (408.2). Ona görə də cavabdehin kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 408.1.3, 408.1.4 və 408.2-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-12227/2019 nömrəli iş üzrə 21 oktyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin və iş kassasiya şikayətinin geri q aytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-4535/2020
Ali Məhkəmə Qərardad — İş №2(102)-4535/2020
22.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver