Məhkəmə qərarları › İş №2(102)-4540/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4540/2020

15.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4540/2020 15.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(003)3006/2019 saylı qətnaməsi ilə (hakim R.Xəzri) iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhk əməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Babayev (sədrlik edən, məruzəçi), X.Mərdanova və E.Həsənov, 2(103)1661/2020 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)3006/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh qarşı “əlavə xərclərə cəlb olunma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1075/2019 saylı 01 mart 2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2007-ci il təvəllüdlü X1 aldığı alimentin dəyişdirilmədən saxlanılmaqla, digər oğlu X2 Türkiyə Respublikasında təhsil alması ilə əlaqədar alimentin miqdarının artırılaraq 1500 manat miqdarında müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İd dia tələbi onunla əsaslandırılmışdır ki, hazırda övladları böyüyüb, onlardan biri, X hazırda Türkiyə Respublikasında ödənişli əsaslarla təhsil alır. Cavabdehdən xx.xx.2019-cu ildən başlayaraq hər ay qazancının 1/3 hissəsi miqdarında orta hesabla 1000 manatdan yuxarı məbləğdə aliment tutulur. Cavabdehin aylıq qazancı 4000 manatdan çoxdur. Övladının xarici dövlətdə təhsil almasından əlavə orada qalma xərclərini də ödəmək onun üçün çətindir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: İş üzrə kassasiya şikayəti iddia ərizəsində qeyd olunan hallarla əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə hüquqi qiymət verilərkən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilm əmişdir. Prosessal məsələlər və tərəflərin izahatları: İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Ona görə məhkəmə kollegiyası onun izahatını dinləməmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsəl ələr: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayə ti ilə bağlı məhkəmənin mövqeyi: İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı Cavabdeh ilə rəsmi nikahından xx xxxxxx 2002-ci il təvəllüdlü X və xx xxxxxx 2007-ci il təvəllüdlü Turan adlı uşaqları anadan olmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 1075/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsinə əsasən tərəflər arasında nikah pozulmuş, uşaqlar ananın himayəsinə verilmiş, uşaqların saxlanılması üçün cavabdehin aylıq qazancının 1/3 hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. X yetkinlik yaşına çatmış və hazırda Türkiyə Respublikasında Kütahya Dumlupınar Universitetində təhsil alır. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin gəldiyi mövqe ilə razılaşır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81.1, 81.2-ci maddələrinə əsasən alimentin tutulma sı barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Qanunvericilik valideynin uşağının orta təhsilinə qədərki dövrdə onun təhsi l müəssisəsini və təhsilinin formasını seçmək hüququna malik olduğunu qeyd edir. Lakin orta təhsil başa çatdıqdan sonra təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Yəni orta təhsil bitdikdən sonra uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqda n sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar