Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4540/2023 19.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1269/2023 nömrəli, 11 iyul 2023-cü il tarixli qətnaməsindən iddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 19 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazı lı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 16 oktyabr 2014-cü il tarixli, 2383 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 (bundan sonra-cavabdeh, borclu) Ləğv prosesində olan İddiaçı ASC tərəfindən 36 ay müddətinə illik 20% ödəmək şərtilə 5.000 manat kredit verilmişdir. Cavabdeh2 (bundan sonra-zamin) cavabdehin eyni tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına zaminliyi öz öhdəsinə götürmüşdür.
2. İddiaçı ASC-nin 14 dekabr 2022-ci il tarixli maliyyə arayışına əsasən, cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 16 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehin iddiaçıya ödənilməmiş əsas borcu 4.190,16 manat, ödənilməmiş faiz borcu 3.685,72 manat, hesablanmış cərimə üzrə 1.541,13 manat olmaqla, cəmi 10.505,09 manat borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı LPO İddiaçı ASC Cavabdeh1 və zamin Cavabdeh2 qarşı 16 oktyabr 2014-cü il tarixli, 2383 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borca görə 4.190,16 manat, ödənilməmiş faizə görə 3.685,72 manat və hesablanmış cəriməyə görə 1.541,13 manat, kredit müqaviləsi bitdikdən sonra Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq, hesablanmış faiz borcu qismində 1.088,08 manat, cəmi 10.505,09 manat kredit borcunun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bankla cavabdeh arasında bağlanmış 16 oktyabr 2014-cü il tarixli, 2383 saylı kredit müqaviləsinə əsasən, sonuncuya 36 ay müddətinə illik 20 faiz ödəmək şərtilə 5000 manat kredit ve rilmişdir. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminatı kimi Cavabdeh2 ilə bank arasında bağlanmış 16 oktyabr 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlərin iddia tələbində göstərilən məbləğdə Banka borcu yaranmışdır.
5. Cavabdeh, məhkəməyə ünvanladığı 24 yanvar 2023-cü tarixli ərizəsində iddianı qəbul etməyərək, bildirmişdir ki, o, LPO İddiaçı ASC ilə 16 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi bağlamışdır və kredit müqaviləsi 36 ay müddətinə bağlamışdır. Kredit müqaviləsinin müddəti 16 oktyabr 2017-ci il tarixdə bitmişdir. Həmin tarixdən artıq 6 ildən artıq müddət keçmişdir və bununla da iddia müddəti ötürülmüşdür. İddia müddətinin ötürülməsi isə məhkəmənin iddianı rədd etməsi üçün əsasdır.
6. Gəncə Şəhər Məhkəməsinin 13 fevral 2023- cü il tarixli, 2(125)-909/2023 saylı qətnaməsi ilə (hakim Camal Quliyev) iddia qismən təmin edilərək, cavabdehlərdən iddiaçının xeyrinə 16 oktyabr 2014-cü il tarixli, 2383 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borca görə 4.190,16 manat, hesablanmış faiz borcuna görə 3.685,72 manat, cəriməyə görə 10 manat, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcuna görə 1.088,08 manat, cəmi 9.095,96 manat kredit borcunun Cavabdeh1 tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir.
7. Belə ki, mülki iş materiallarına əlavə edilmiş 16 oktyabr 2014-cü il tarixli, 2383 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə 3 il müddətinə bağlanmışdır və onun i cra müddəti 16 oktyabr 2017-ci il tarixdə başa çatır. Cavabdeh1 isə 30 dekabr 2019-cu il tarixdə borc məbləğinin restrukturizasiya olunmasına dair ərizə ilə Banka müraciət etməklə, kredit borcunun restrukturizasiya olunmasını xahiş etmişdir. Bank isə cavabdehlərə qarşı iddia ərizəsi ilə 14 dekabr 2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Beləliklə, 16 oktyabr 2014-cü il tarixli, 2383 saylı kredit müqaviləsinin icra müddətinin 16 oktyabr 2017-ci il tarixdən restrukturizasiyaya dair ərizənin verildiyi, yaxud borcun etiraf edilməsinə dair hərəkətin edildiyi 30 dekabr 2019-cu il tarixə qədər, eləcə də restrukturizasiyaya dair ərizənin verildiyi 30 dekabr 2019-cu il tarixdən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi 14 dekabr 20220-ci il tarixədək 3 illik müddət keçməmiş, beləliklə də iddia müddəti ötürülməmişdir.
8. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqaviləsi üzrə faiz dərəcəsini nəzərə alaraq, 1.541,13 manat təşkil edən cərimə məbləğinin 10 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab etmişdir.
9. Beləliklə, işdə olan sübutlarla Cavabdeh1 Bankla bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçıya ödənilməmiş 4.190,16 manat əsas, hesablanmış, ödənilməmiş 3.685,72 manat faiz borcunun yarandığı təsdiq olunur. Lakin, Bank zamin Cavabdeh2 qarşı qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmaq hüququna malik olduğu halda, yəni müqavilə müddətinin başa çatdığı 16 oktya br 2017-ci il tarixdən ən geci bir il ərzində iddia irəli sürməli olduğu halda, bu hüququndan istifadə etməmiş və bu müddətdə zamin Cavabdeh2 qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi üçün qanunla müəyyən edilmiş müddət ərzində Bank tərəfindən zamin Cavabdeh2 qarşı tələb irəli sürülmədikdə, zaminliyə xitam verilir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizəsi verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur.
10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin (bundan sonra-MM) 427.3, 448.1, 442, 445.1, 472.1, 472.2, 477.0.4, 462.1, 467-ci maddələrinə, “C.Əzimovu n şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 noyabr 2018-ci il tarixli Qərarına, habelə Mülki Prosessual Məcəllənin (bundan sonra- MPM) 14.2, 77.1, 106.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, hazırkı iddianın verilməsi üçün qanunla müəyyən edilmiş iddia müddəti ötürülmüşdür. Mülki qanunvericiliyə görə müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Bankla onun arasındakı kredit müqaviləsi 16 oktyabr 2014-cü il tarixdə 36 ay müddətinə bağlanmışdır və müqavilə üzrə öhdəliklərin icrası müddətinin bitdiyi tarixdən 6 il sonra iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Bundan əlavə, iddia müddəti tətbiq edilərkən iddia müddətinin axımının nə vaxtdan dayanması və kəsilməsi hallarının olub-olmaması da araşdırılmamışdır. Kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulmuş üç illik iddia müddəti tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləş dirmək olmaz. Həmçinin, kredit müqaviləsi üzrə borc məbləğinin müəyyən olunması üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməmiş və borc məbləği düzgün hesablanmamışdır. Eləcə də Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən, kredit müqaviləsi üzrə borcluların bütün faiz və cərimə borcları tam olaraq silinmişdir. Buna baxmayaraq, işə baxan birinci instansiya məhkəməsi ondan kredit müqaviləsi üzrə faiz və cərimə borcu da tutmuşdur.
13. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1269/2023 nömrəli iş üzrə 11 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – İslam Həsənov (sədrlik edən və məruzəçi), Şamil Rzaquliyev və Loğman Süleymanov) apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gəncə Şəhər Məhkəməsinin 13 fevral 2023-cü il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə yoxlanılan, yəni Cavabdeh1 iddiaçının xeyrinə 16 oktyabr 2014-cü il tarixli, 2383 kredit müqaviləsi üzrə ödənilməmiş əsas borca görə 4.190,16 manat, hesablanmış və ödənilməmiş faizə görə 3.685,72 manat, hesablanmış cəriməyə görə 10 manat, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən 5 faiz dərəcəsi ilə hesablanmış faizə görə 1.088,08 manat, cəmi 9.095,96 manat kredit borcunun tutulması hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia rədd edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mülki iş materiallarından göründüyü kimi işə birinci instansiya məhkəməsində baxılan zaman iddiaçı bank ötürülmüş iddia müddətinin bərpasını xahiş etməmiş və bu barədə məhkəmədə vəsatət qaldırmamışdır.
15. Məhkəmə kollegiyası iddiaçının gecikdirilmiş vaxt üçün faiz tələbi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi həmin hissədə də əsassızdır.
16. Belə ki, Mülki Məcəllənin 554.3-cü maddəsinə əsasən əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir ki, iddiaçının gecikdirilmiş vaxt üçün faiz tələbi də məhz əsas tələbdən irəli gəlmişdir.
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı iddia tələbi üzrə iddia müddəti ötürülmüşdür. Cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişini əks etdirən ərizəsini nəzərə alaraq, hesab etmişdir ki, hazırkı mübahisəyə iddia müddəti tətbiq edilməklə, iddia tələbi rədd edilməlidir.
18. Məhkəmə kollegiyası həmçinin iddiaçının mülki işin 79-cu vərəqində olan iddia müddətinin tətbiqinə dair etiraz ərizəsinə hüquqi qiymət verilməsini zəruri hesab etmişdir.
19. Belə ki, iddiaçı etirazını onunla əsaslandırmışdır ki, bank tərəfindən iddia müddəti axımı zamanı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməməsinin səbəbi cavabdehin adına olan kredit müqaviləsinin Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşməsi və cavabdeh tərəfindən kredit müqaviləsi üzrə borcun restrukturizasiya edilməsi barədə ərizə verilməsi olmuşdur.
20. Bununla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı tərəfindən iddia müddətinin ötürülməsinə səbəb kimi göstərilmiş hal iddia müddətinin tətbiqindən imtina üçün əsas ola bilməz.
21. Belə ki, iş materialları ilə (iş vərəqi 73) cavabdehin kredit borcunun restrukturizasiya olunması barədə 30 dekabr 2019-cu il tarixli ərizəsinin olması müəyyən edilsə də, həmin ərizə əsasında tərəflər arasında yeni müqavilənin bağlanması müəyyən edilmir və bu barədə iddiaçı tərəfindən hər hansı sübut məhkəmə kollegiyasına təqdim edilməmişdir.
22. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi yoxlanılan hissədə tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir.
23. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 14.2.1, 372.2, 442, 739, 742.1-ci madd ələrinin, habelə MPM-nin 14.2, 77.1-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh borc məbləğinin güzəşt olunması məqsədi ilə xx.xx.2019-cu il tarixdə verdiyi ərizəyə əsasən iddia müddətinin axımı kəsilmişdir. Həmin tarixdən sonra hesablanan iddia müddəti xx.xx.2022ci il tarixdə bitir. Bank tərəfindən borcun tutulması üçün iddia ərizəsi ilə Gəncə şəhər Məhkəməsinə xx.xx.2022-ci il tarixdə, iddia müddəti bitməmişdən əvvəl müraciət edilmişdir. Bu səbəbdən iddia müddətinin tətbiqi barədə cavabdehin ərizəsi əsassızdır və bu ərizə əsasında iddianın rədd edilməsi yolverilməzdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.
28. Maddə 386.1. Öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır.
29. Maddə
739. Borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borcalana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
30. Maddə 742.1. İsə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır.
31. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
32. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
33. Maddə
385. Kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
34. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
35. Maddə
449. Kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır.
36. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
37. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
38. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
39. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddət inin axımı icra müddəti bitdikdə başlanır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarı
40. Həmin Qərarda göstərilmişdir ki, “iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.... Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur». Konstitusiya Məhkəməsi həmin qərarında daha sonra göstərmişdir ki, kredit müq aviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıql ı münasibətinə uyğun əsaslandırılmalıdır.
46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
48. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
49. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halla rı araşdırması kimi qiymətləndirilməməlidir.
51. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
52. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
53. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin i şə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi iddiaçının bu dəlilləri ilə razılaşmır.
54. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb qeyd etmişdir ki, işə birinci instansiya məhkəməsində baxılan zaman Bank ötürülmüş iddia müddətinin bərpasını xahiş etməmiş və bu barədə məhkəmədə vəsatət qaldırmamışdır.
55. Məhkəmə kollegiyası iddiaçının gecikdirilmiş vaxt üçün faiz tələbi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi həmin hissədə də əsassızdır. Belə ki, Mülki Məcəllənin 554.3cü maddəsinə əsasən əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair təl əb də müddətin keçməsinə görə qüvvəsini itirir ki, iddiaçının gecikdirilmiş vaxt üçün faiz tələbi də məhz əsas tələbdən irəli gəlmişdir.
56. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı iddia tələbi üzrə iddia müddəti ötürülmüşdür. Cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişini əks etdirən ərizəsini nəzərə alaraq, hesab etmişdir ki, hazırkı mübahisəyə iddia müddəti tətbiq edilməklə, iddia tələbi rədd edilməlidir.
57. Məhkəmə kollegiyası həmçinin iddiaçının mülki işin 79-cu vərəqində olan iddia müddətinin tətbiqinə dair etiraz ərizəsinə hüquqi qiymət verilməsini zəruri hesab etmişdir.
58. Belə ki, iddiaçı etirazını onunla əsaslandırmışdır ki, bank tərəfindən iddia müddəti axımı zamanı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməməsini n səbəbi cavabdehin adına olan kredit müqaviləsinin Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşməsi və cavabdeh tərəfindən kredit müqaviləsi üzrə borcun restrukturizasiya edilməsi barədə ərizə verilməsi olmuşdur.
59. Bununla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı tərəfindən iddia müddədinin ötürülməsinə səbəb kimi göstərilmiş hal iddia müddətinin tətbiqindən imtina üçün əsas ola bilməz.
60. Belə ki, iş materialları ilə (iş vərəqi 73) cavabdehin kredit borcunun restrukturizasiya olunması barədə 30 dekabr 2019-cu il tarixli ərizəsinin olması müəyyən edilsə də, həmin ərizə əsasında tərəflər arasında yeni müqavilənin b ağlanması müəyyən edilmir və bu barədə iddiaçı tərəfindən hər hansı sübut məhkəmə kollegiyasına təqdim edilməmişdir.
61. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan iddia ərizəsinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya inst ansiyası məhkəməsi Qərara aldı İddiaçı LPO İddiaçı ASC-nin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 iyul 2023-cü il tarixli, 2(104)-1269/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.