Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4542/2019 27.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassator İddiaçı1 Müzəffər oğlu, üçüncü şəxsin nümayəndəsi X3, vəkili X6 iştirakı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 dekabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı1 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 iyul 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(004)-5322/20 18, hakim A.Ə.Rzayev) İddiaçı1, İddiaçı20, İddiaçı3, İddiaçı4, XXX, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10 Bala Əli oğlu, İddiaçı13, X1, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı19, İddiaçı2, İddiaçı21 cavabdeh X7 qarşı iddiası təmin edilmiş, ünvan 1 ünvanda) aparılan tikilinin qeyri-qanuni hesab edilərək sökülməsi və ərazinin tikinti materiallarından təmizlənərək və boşaldılaraq əvvəlki vəziyyətə qaytarılması vəzifəsinin cavabdeh X4 üzərinə qoyulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-12413/2018, hakimlər E.C.Kazımov, T.S.Səmədov, İ.S.Şirinov) X4 apellyasiya şikayəti təmin edilmiş, Binəqədi Rayon Məhkəməsinin 11 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçılar İddiaçı1, İddiaçı20, İ ddiaçı3, İddiaçı4, XXX, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10 Bala Əli oğlu, İddiaçı13, X1, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı19, İddiaçı2, İddiaçı21 cavabdeh X7 qarşı Bakı şəhəri, 8 mkr Azadlıq prospekti 180 nömrəli binanın həyətində (qeyd olunan ünvanda) aparılan tikilinin qeyri-qanuni hesab edilərək sökülməsi və ərazinin tikinti materiallarından təmizlənərək və boşaldılaraq əvvəlki vəziyyətə qaytarılması vəzifəsinin cavabdeh X4 üzərinə qoyulmasına dair iddiası rədd edilmişdir. Həmin qətnamədən İddiaçı1 verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etmişdir. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı20, İddiaçı3, İddiaçı4, XXX, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10 Bala Əli oğlu, İddiaçı13, X1, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı19, İ ddiaçı2, İddiaçı21 cavabdeh X7 qarşı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqlarının dövlət idarə etməsinin təşkili üzrə Dövlət Agentliyini və Bakı şəhər İcra Hakimiyyətini üçüncü şəxs, X5 maraqlı şəxs qismində göstərməklə iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda) aparılan tikili qeyri-qanuni hesab edilərək sökülməsi və ərazinin tikinti materiallarından təmizlənərək və boşaldılaraq əvvəlki vəziyyətə qaytarılması vəzifəsinin X4 üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhk əməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyasının iclasında kassator vəkilsiz iştirak etmişdir. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxsin nümayəndəsi və vəkili mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllə nin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Apellyasiya məhkəməsi tərəfindən araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, Ali Məhkəmənin 05 may 2015-ci il tarixli qərardadı ilə iddiaçı X4 cavabdeh Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və dəymiş ziyanın ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 dekabr 2014-cü il tarixli 2-1(103)-27/2014 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə Bakı şəhəri Binəqədi rayonu, 8-ci mikrorayon, Azadlıq prospekti 180 saylı yaşayış binasının arxasında sökülmüş q arajın ölçülərinə müvafiq olaraq tərəflərin razılaşdıqları sahəni iddiaçıya təhvil vermək və ünvan dəyişməsinə dair Binəqədi rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış məktubu iddiaçıya təqdim etmək, qeyd olunan razılaşdırılmış sahədə qarajı mişar daşından 3(üç) ay müddətində tikərək iddiaçı X7 təhvil vermək, Binəqədi rayonu, 8-ci mikrorayon, Azadlıq prospekti 180 saylı yaşayış binasının arxasında tikilmiş qarajı təhvil götürmək şərtləri ilə barışıq sazişi təsdiq edilmişdir. Bundan sonra, məhkəmənin qanuni qüvvədə olan qərardadı ilə təsdiq edilmiş barışıq sazişinin şərtlərinə uyğun olaraq Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 14 iyul 2017-ci il tarixli 171 nömrəli sərəncamına əsasən X8 Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Azadlıq prospekti, 180 saylı yaşayış binasının arxası nda “xxxx” MMC tərəfindən təqdim edilən layihə əsasında qaraj tikintisinə icazə verilmişdir. Göründüyü kimi, iddiaçıların qeyri-qanuni özbaşına adlandırdığı qaraj tikilisi də, məhz Ali Məhkəmənin qeyd olunan qərardadının icrası ilə əlaqədar, qərardadda və Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 14 iyul 2017-ci il tarixli 171 nömrəli sərəncamında göstərilən ərazidə tikilib. Ona görə də, həmin qarajın qeyri-qanuni və özbaşına tikili hesab edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəs inə görə isə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Apellyasiya məhkəməsi hesab etmişdir ki, yuxarıda qeyd olunan məhkəmə aktı ilə iddiaçıların iddiasını əsaslandırdığı faktiki hallar, yəni mübahisəli qaraj tiklisinin qeyriqanuni və özbaşına tikinti olmadığı, əksinə Ali Məhkəmənin qərardadı ilə təsdiq edilmiş barışıq sazişinin şərtlərinə uyğun olaraq Binəqədi rayon İcra Hakimiyyəti Başçısının sərəncamı əsasında təsdiq edilmiş layihə əsasında inşa olunduğuna faktiki olaraq hüquqi qiymət verilmişdir. Məhkəmə aktı ilə mü əyyən edilən hallar isə preyudisial əhəmiyyət kəsb etdiyindən, sözügedən halın əlavə araşdırılmasına ümumiyyətlə zərurət yoxdur. Bu halda iddiaçıların Azərbaycan Respublikasının Mülki Məcəllənin 180-ci maddəsinə istinad etməklə qaldırdıqları iddia tələblərinin hüquqi əsası yoxdur. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 dek abr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4542/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4542/2019
27.06.2019 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver