Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4543/2023 11.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabadehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə bitişik tikililərdən çıxarılma, mənzildən istifadə etməyə maneə törədilməsinə son qoyulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Əliyev Zaur Əli oğlu, Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı “cavabdehlərin mənzilə bitişik tikililərdən çıxarılması, mənzildən istifadə etməyə maneə törədilməsinə son qoyulması” tələbinə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)644/2023 nömrəli, 14 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə 11 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 11 dekabr 2020-ci il tarixli 2(043)3387/2020 nömrəli qətnaməsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızının ünvan 1 ünvanda yerləşən 8 saylı mənzildən istifadə hüquqlarına iddiaçı X6 tərəfindən hər cavabdehə 5000 manat olmaqla ümumilikdə 10.000 məbləğində kompensasiya verilməklə xitam verilməsi və cavabdehlərə məxsus əşyaların həmin mənzildən çıxarılması, qətnamənin kompensasiyanın ödənilməsi ilə eyni vaxtda icra edilməsi qət edilmişdir.
2. X6 20 aprel 2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsas ən özünə məxsus olan ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 55 m2 olan mənzili (bundan sonra – mübahisəli mənzil) İddiaçı bağışlamışdır. 3. ünvan 2 ünvanda yerləşən 8 saylı mənzil 30 aprel 2021-ci il tarixli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur.
4. Gəncə şəhər İcra Hakimiyyəti başçısının 19 aprel 2021-ci il tarixli sərəncamına əsasən, ünvan 2 nömrəli binanın ümumi sahəsi 59,5 m2, yaşayış sahəsi 19,1 m2 olan bir otaqlı 9 nömrəli mənzili Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansına götürülərək Cavabdeh1 ailəsinin istifadəsinə verilməsi və onunla kirayə müqaviləsi bağlanması qərara alınmışdır.
5. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-200/2022 saylı 25 yanvar 2022-ci il tarixli qərarı ilə sərəncamın ləğv edilməsi tələbinə dair iddia təmin edilmiş, Gəncə Şəhər İcra Hakimiyyətinin 19 aprel 2021-ci il tarixli, 85 nömrəli sərəncamının ləğv edilməsi qərara alınmışdır.
6. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-246/2022 saylı, 14 aprel 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-200/2022 saylı 25 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 14 sentyabr 2022-ci il tarixli, 2-1(102)-1414/2022 saylı qərarına əsasən kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-246/2022 saylı, 14 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsi ndə icraat
8. İddiaçı (bundan sonra – iddiaçı) iddia ərizəsi (iddia tələbinin dəyişdirilməsi barədə ərizə) ilə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızının və onlara məxsus əşyaların mübahisəli mənzilə bitişik əlavə tikililərdən çıxarılması və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli ünvanda yerləşən mənzilin sahəsi çıxarışla 55,0 m2-dir və bundan başqa iddiaçıya məxsus mülkə bitişik əlavə tikililər mövcuddur. Cavabdehlər mübahisəli ünvanda yerləşən qanuni çıxarışla olan mənzili boşaltsalar da, mülkə bitişik tikililəri zəbt edərək əşyalarını həmin hissəyə yığmış və iddiaçıya mülkiyyətindən istifadə etməyə imkan vermirlər və bununl a da iddiaçının mülkiyyət hüquqlarını pozurlar.
10. Bundan başqa, cavabdehlər iddiaçının mülkiyyətində olan evə maddi ziyan vururlar. Belə ki, cavabdehlər orada özbaşına əlavə tikintilər aparmaqla, evin giriş-çıxış qapılarını mişar daşı ilə hörməklə, evin dam örtüyünü tam sökərək yeni quruluşda keyfiyyətsiz dam örtüyü ilə əvəz etməklə, pəncərələri dəmir məhəccər ilə bağlamaqla, yardımçı tikililəri (hamam, tualet və s.), həyətə girən qapını qıfıllamaqla mülkiyyətçinin evə giriş-çıxışını məhdudlaşdırmaqla və s. üsullarla iddiaçının mülkiyyət hüququnu pozurlar. Bir sözlə qeyd edilən mübahisəli mülk iddiaçının mülkiyyətində olmasına baxmayaraq, cavabdehlər mülkiyyətçini əmlakından istifadə etməyə imkan vermirlər.
11. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 152.1 və 157.4-cü madd ələrinə istinad etmişdir.
12. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddiaya etiraz edərək bildirmişdir ki, o, iddiaçının qardaşı X2 ilə 1981-ci ildə ailə quraraq mübahisəli mənzilə köçmüşdür. O, mənzilə köçdükdən sonra mənzil darısqal olduğu üçün əri Elxan və qayınatası birlikdə hazırda mübahisəsi gedən əlavə tikililəri inşa etmişlər. Onlar mənzilin həm əsas hissəsində, həm də əlavə tikililər olan hissəsində yaşamışlar. Onun özünün də əri ilə birlikdə həmin tikililərin inşa edilməsində zəhməti olmuşdur. Əri vəfat edənə qədər onun ərinin ailə üzvləri ilə heç bir problemi və mübahisəsi olmamışdır. Əri vəfat etdikdən sonra isə baldızı olan iddiaçı onu aldadaraq, onlara ev verəcəklərini deyərək, vərəsəlikdən imtina etdirmiş, mənzil qayınanasının adına keçmişdir. İddiaçı qayınanasını öyrədə rək onların mənzildən çıxarılması barədə iddia qaldırtmışdır. O və qızı kompensasiya ilə razılaşdıqda yalnız qayınanasının rəsmi olaraq mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxmaq üçün kompensasiya almışlar. Həmin kompensasiyanın mənzilə əlavə olunmuş tikililərə aidiyyəti yoxdur. Həmin tikililər onun əri tərəfindən inşa edildiyi üçün iddiaçının həmin tikililərdən onu çıxarması üçün əsas yoxdur.
13. Birinci instansiya məhkəməsində Cavabdeh2 qızı da iddiaya etiraz edərək göstərmişdir ki, anası ilə mübahisəli mənzilə bitişik tikililərdə yaşayır. Mənzildən çıxarılma üçün kompensasiya verilən zaman onlar həm mənzilin əsas hissəsində, həm də ona bitişik tikililərdə yaşamışlar və kompensasiyanı həmin mənzildən qeydiyyatdan çıxmağın müqabilində almışlar.
14. Birinci instansiya məhkəməsində ca vabdehlərin nümayəndəsi (vəkili) Vəkil2 İnqilab oğlu iddiaya etirazında bildirmişdir ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olsa da, həmin mənzilə bitişik inşa edilmiş əlavə tikililərə onun mülkiyyət hüququ yoxdur. İddiaçı həmin tikililərin sökülməsini tələb etsə idi, anlaşılan olardı, lakin iddiaçı cavabdehlərin tikililərdən çıxarılmasını tələb etmişdir ki, bu halda iddiaçının məqsədi həmin tikililərə özünün yerləşməsidir. Halbuki, bu tikili qanunsuzdursa, heç iddiaçının özü də həmin tikililərə köçə bilməz. Həmin tikililərlə bağlı iddia irəli sürmək üçün iddiaçının subyektiv hüququ yoxdur. Cavabdehlər həmin mənzildə Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi ilə bağlanmış kirayə müqaviləsi əsasında yaşayırlar və həmin müqavilə hələ də qüvvədədir.
15. Birinci instansiya məhkəməsi ndə iddiaçı əlavə olaraq bildirmişdir ki, mübahisəli mənzil 1968-ci ildə atası Ələkbər Cəfərova verilmişdir. Onlar ailədə atası, anası, üç bacı və bir qardaş olmaqla altı nəfər olmuşlar. Ailələri böyük olduğu üçün mənzilə yerləşmədiklərindən atası mənzilin qarşısındakı boş ərazidə əvvəlcə əl damı kimi bir tikili inşa etmiş, sonradan həmin tikili ilə mənzilin arasını da tikərək mənzilə birləşdirmişdir. Tikinti işləri 1968-1970-ci illərdə aparılmışdır. Həmin mənzil daim bütöv bir mənzil kimi istifadə olunmuşdur. Təqdim etdiyi fotoşəkil 1978-ci ildə hazırda mübahisəsi gedən əlavə tikilinin önündə çəkilmişdir. Tikili iddiaçının atası tərəfindən inşa edilərək mənzilə birləşdirilmişdir. X8 Cavabdeh1la 1981-ci ildə ailə qurmuşdur. Qardaşı ailə quranda hərbi xidmətdən yenicə gəlmiş və heç bir qaza ncı olmamışdır. Bu baxımdan, qardaşının tikililərin inşasına xərc çəkməsi fikri gülüncdür. Qardaşı ailə qurduqdan sonra həmin mənzildə bir müddət yaşamış, daha sonra həbs olunaraq Rusiyanın Xabarovsk vilayətinə göndərilmişdir. Qardaşının qızı Cavabdeh2 da Rusiyada doğulmuşdur. Qardaşı uzun müddət sonra ailəsi ilə birlikdə Gəncə şəhərinə gəlmiş və valideynləri ilə birlikdə yaşamışdır. Atası xx.xx.2004-cü il tarixdə, qardaşı isə xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra mənzil anasının mülkiyyətinə keçmişdir. İddiaçının anası cavabdehlərlə birlikdə yaşasa da, sonradan Cavabdeh1 anası ilə yola getməmiş, onu mənzildən bayıra atmışdır. Bundan sonra, anası iddiaçının yanına köçmüş, daha sonra anası məhkəmədə iddia qaldıraraq cavabdehlərin mənzildən istifadə hüquqlarına x itam verilməsi və çıxarılması üçün 10 min manat kompensasiya təklif etmiş, cavabdehlər də həmin kompensasiya ilə razılaşaraq pulu almışlar. Lakin cavabdehlər mənzildən çıxmaq əvəzinə, mənzilə bitişik olan əlavə tikililərə öz əşyalarını yığaraq mənzili boşaltmaqdan imtina etmişlər. Bundan sonra anası mənzili iddiaçıya bağışlamışdır. İddiaçı cavabdehlərdən mənzilə bitişik tikililəri boşaltmalarını tələb etsə də, cavabdehlər hər cür maneə yaradaraq həm mənzili boşaltmamış, həm də iddiaçıya mənzildən istifadə etməyə imkan verməmişlər.
16. Birinci instansiya məhkəməsində cavabdehlərin vəsatəti ilə şahid qismində dindirilmiş X4 bildirmişdir ki, o, 1982-ci ildən ünvan 3 ünvanda yaşayır. O, iddiaçı və cavabdehlərlə qonşudur. O, yaşadığı mənzilə köçəndə Güləndam, övladları, əri, qayınanası və qay ınatası ilə birlikdə mübahisəli mənzildə yaşamışdır. Güləndam mübahisəli mənzilə 1982-ci ildə gəlin köçmüşdür. Onlar qonşu olduqları üçün mənzilin əvvəlki vəziyyətini də xatırlayır. Güləndam köçdükdən sonra qayınatası və əri həyətdə əlavə tikililər tikib mənzilə birləşdirmişlər. Həmin ərazidə əksər şəxslər mənzillərini genişləndirmişdir. Onun özünün də mənzilə bitişik əlavə tikililəri vardır və həmin tikililər də mənzilin sənədinə daxil edilmişdir. Güləndamın əri vəfat edənə qədər onların ailəsində hər hansı mübahisə olmamışdır. Elxan vəfat etdikdən sonra tərəflər arasında mübahisə yaranmışdır.
17. Birinci instansiya məhkəməsində cavabdehlərin vəsatəti ilə şahid qismində dindirilmiş X1 bildirmişdir ki, iddiaçı və cavabdehlər onun qonşusudur. Həmin mənzil iddiaçının atasına məxsus olmuşdur. Mənzildə iddiaçının atası, anası, qardaşı, bacıları və iddiaçı yaşamışdır. Mənzil ilk öncə kiçik olmuş, sonradan iddiaçının atası yandakı otağı da alaraq mənzilə birləşdirmişdir. Bundan sonra mənzilin qarşısında iddiaçının atası Ələkbər bir otaq, mətbəx və hamam-tualet tikib mənzilə birləşdirmişdir. Həmin tikililər tikiləndə Ələkbər və iddiaçının qardaşı Elxan birlikdə işləmişdir. X3 ailə qurmuş və Güləndam həmin mənzilə köçmüşdür. Elxan ailə quranda bacıları da həmin mənzildə yaşayırdı.
18. Birinci instansiya məhkəməsi tərəfindən tərəflərin və mütəxəssisin iştirakı ilə mübahisəli tikililər yerində müayinə edilmiş və müəyyən edilmişdir ki, mübahisəli mənzilin otaqlarının texniki pasportunda göstərilmiş girişlərinin olduğu hissədə əlavə tikililər tikilmişdir. Mənzilə yalnız əlavə tikilinin inşa olunduğu hissədən giriş mümkündür. Dəhliz formasında inşa edilmiş əlavə tikiliyə daxil olduqdan sonra sol tərəfdəki otaqlar mənzilə aid olan otaqlardır. Dəhlizin sağ tərəfində bir otaq cavabdehlər tərəfindən istifadə olunur və əşyalar yığılmışdır. Həmin otağa bitişik, girişi əlavə inşa edilmiş dəhlizdən olan, mətbəx və sanitar qovşaq kimi istifadə olunan yardımçı sahələr vardır. Baxışda iştirak edən mütəxəssis iddiaçıya məxsus mənzilin texniki pasportunda göstərilmiş 3 yaşayış otağı və bir dəhlizi yerində göstərərək həmin otaqlardan əlavə yaşayış sahəsinin qarşısında olan və sonradan inşa edilmiş dəhlizin, cavabdehlərin istifadəsində olan otağın və digər tikililərin mənzilin texniki sənədlərində öz əksini tapmadığını bildirmişdir.
19. Gəncə Şəhər Məhkəməsinin 2(125)-121/2022 nömrəli, 30 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızı və onlara məxsus əşyaların mübahisəli mənzilə bitişik əlavə tikililərdən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Tural Qocayev)
20. Birinci instansiya məhkəməsi işdəki sənədlərə əsasən müəyyən etmişdir ki, ünvan 2 ünvanda yerləşən 8 saylı mənzil iddiaçının mülkiyyətindədir. Həmin mənzil ilkin olaraq iddiaçının atasının mülkiyyətində olmuşdur. Mənzil iddiaçının atasının mülkiyyətində olarkən həmin mənzilə bitişik əlavə bir otaq, mətbəx və dəhliz inşa edilmişdir. Mənzil əlavə tikililərlə birlikdə vahid yaşayış sahəsi kimi istifadə olunmuşdur. Cavabdeh1 iddiaçının X8un arvadı, Cavabdeh2 isə iddiaçının qardaşının qızıdır. G.Cavabdeh2Cəfərovla ailə qurduqdan sonra mənzilə köçüb yaşamışdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 11 dekabr 2020-ci il tarixli qətnaməsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızının ünvan 2 ünvanda yerləşən 8 saylı mənzildən istifadə hüquqlarına iddiaçı tərəfindən hər cavabdehə 5000 manat olmaqla, ümumilikdə 10 000 manat məbləğində kompensasiya verilməklə xitam verilməsi və cavabdehlərə məxsus əşyaların həmin mənzildən çıxarılması qət edilmişdir. Həmin qətnamə icra edildikdən sonra cavabdehlər özlərinə məxsus əşyaları mənzilə bilavasitə bitişik olan otağa yerləşdirmişlər. Daha sonra həmin otaq və digər əlavə tikililər Gəncə şəhər İcra Hakimiyyəti başçısının 19 aprel 2021ci il tarixli sərəncamına əsasən Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin balansına götürülərək cavabdehlərin istifadəsinə v erilmişdir. Həmin sərəncam Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-200/2022 saylı 25 yanvar 2022-ci il tarixli qərarı ilə ləğv edilmişdir.
21. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən mənzilin texniki sənədlərinə və mənzilə yerində baxış keçirilərkən müəyyən edilmişdir ki, mübahisə predmeti olan tikililər təcrid yaşayış sahəsi kimi deyil, məhz iddiaçının mülkiyyətində olan mənzilə əlavə kimi inşa edilmişdir və mənzillə birlikdə vahid yaşayış sahəsi kimi istifadə edilmişdir. Cavabdehlərin istinad etdiyi, əlavə tikililərin 9 saylı mənzil kimi onların istifadəsinə verilməsinə dair sərəncam isə ləğv olunmuşdur. Belə olan halda cavabdehlərin həmin tikililərdən istifadə etməsi üçün qanuni əsaslar yoxdur.
22. İddiaçının cavabdehlərin həmin tikililərdən çıxarılması üçün iddia qaldırmağa su byektiv hüququnun olmaması barədə etirazına da qiymət verərək birinci instansiya məhkəməsi göstərmişdir ki, həmin tikililər mülkiyyətdə olmasa da, tərəflərin izahatları və şahidlərin ifadələri ilə müəyyən edilmişdir ki, kifayət qədər uzun müddətdir ki, mübahisə predmeti olan tikililər iddiaçının mülkiyyətində olan mənzilə bitişik olaraq inşa edilmiş və mənzillə birlikdə istifadə edilmişdir. Cavabdehlər isə həmin mənzili kompensasiya müqabilində tərk etməklə razılaşmış və kompensasiyanı aldıqdan sonra əlavə tikililərə iddia etmişlər. Hazırkı halda cavabdehlərin mənzilə bitişik tikililərdən istifadə etməsi iddiaçıya öz mənzilindən təyinatına uyğun istifadə etməyə maneə törədir. Digər tərəfdən mənzilə bitişik (faktiki olaraq mənzillə vahid yaşayış sahəsi təşkil edən) tikililərin mənzil sahibi nin mülkiyyətində olmaması hər hansı kənar şəxsin, o cümlədən cavabdehlərin həmin tikililərdə yaşaması ilə mənzil sahibini barışmağa məcbur edə bilməz.
23. Hazırkı vəziyyət, yəni mənzilə bitişik olan əlavə tikililərin özbaşına inşa edilməsi və bunun nəticələri Mənzil Məcəlləsinin 27-ci maddəsinə uyğun tənzimlənir və belə halda səlahiyyətli orqan müvafiq əsaslar olduqda yaşayış sahəsinin yenidən qurulmasını rəsmiləşdirə və ya bundan imtina edərək mənzilin əvvəlki vəziyyətini bərpa etməyi tələb edə bilər. Yəni, mənzil mülkiyyətçisinin mənzilin genişləndirilməsinin rəsmiləşdirilməsini tələb etmək hüququ da mövcuddur. Cavabdehin təşəbbüsü ilə şahid qismində dindirilmiş S.Məmmədova da eyni binadakı mənzilini genişləndirdiyini və bu dəyişikliyin rəsmiləşdirildiyini bildirmişdir.
24. Hər bir hald a mənzillə eyni dam örtüyünə malik olan və vahid yaşayış sahəsi kimi istifadə olunmuş əlavə tikililərin həmin mənzildən təcrid yaşayış sahəsi kimi götürülməsi və mənzildən istifadə hüquqlarına kompensasiya verilməklə xitam verilməsinə baxmayaraq, mənzil mülkiyyətçisinin iradəsinə zidd olaraq cavabdehlərin həmin tikililərdə yaşaması mənzil mülkiyyətçisinin hüquqlarının pozulmasına gətirib çıxarır. Cavabdehlərin həmin tikililərdə olması iddiaçının öz mənzilindən sərbəst istifadə etməsinə mane olduğu üçün iddia cavabdehlərin həmin tikililərdən çıxarılması hissəsində əsaslıdır.
25. Birinci instansiya məhkəməsi iddianın cavabdehlər tərəfindən mənzildən istifadəyə maneə törədilməsinə son qoyulması hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı bu tələbini cavabdehlər tərəfindən pəncərələrin dəmir m əhəccərlə bağlanması, giriş-çıxış qapısının hörülməsi, qıfıllanması və s. halların aradan qaldırılması kimi ifadə etmişdir. Həmin maneələr cavabdehlər əlavə tikililərdə qaldığı halda törədilə bilən maneələrdir. Cavabdehlərin əlavə tikililərdən çıxarılması halında onlar tərəfindən mənzildən istifadəyə qeyd olunan maneələrin törədilməsi mümkün olmadığından həmin hissədə iddia təmin oluna bilməz.
26. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 152.1, 157.4-cü maddələri ilə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat
27. Cavabdehlər apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. Apellyasiya şikayətinin dəlilləri belə olmuşdur: - mübahisəli tikililər iddiaçıya məxsus deyil və h əmin tikililər üzərində iddiaçının mülkiyyət hüququ qeydə alınmamışdır. Həmin tikililər həqiqətən də iddiaçıya məxsus olsaydı, ən azından həmin tikililərin üzərində mülkiyyət hüququnun qeydə alınması və sənədləşməsi üçün iddiaçı tərəfindən müvafiq orqanlara müraciət etmiş olardı. Əksinə, işdə olan, lakin qanunsuz olsa da ləğv edilmiş sərəncam onu göstərmişdir ki, həqiqətən də qeyd olunan tikili cavabdehlərin əri və atası tərəfindən inşa edildiyindən, onun sənədləşməsi üçün cavabdehlər tərəfindən müvafiq icra hakimiyyəti orqanına müraciət edilərək sərəncam alınmaqla həmin tikililərə dair müvafiq olaraq müstəqil şəkildə mənzil kirayə müqaviləsi bağlanmış və hazırda həmin müqavilə də qüvvədədir; - həmin evlərin təcrid edilməməsinin səbəbi isə cavabdehlərdən Cavabdeh1 mərhum əri Elxan Cəfəro v tərəfindən ona ata payından ayrılan bir pay olaraq inşa edilməsi və ailəsinin yaşaması üçün ayrılıqda olan bir tikili olmasıdır. Qeyd olunan sərəncamın isə məhkəmə tərəfindən ləğvi halı prosedurlara riayət edilməməsi ilə bağlı və əlavə tikililərin rəsmiləşdirilməsində prosedur qaydalara riayət edilməməsi ilə bağlı qanunvericiliyin tələblərinə riayət edilmədiyindən ləğv edilmişdir. Hazırda iddiaçının və uzun müddət ərzində onun anasının müvafiq dövlət orqanlarına müraciət etməməsi iradəvi olaraq həmin tikililərin Elxan Cəfərov tərəfindən inşa edilməsini göstərir və şahid ifadələri də bunu təsdiq edir; - mübahisəli tikililərin iddiaçının mülkiyyət hüququnun olmaması ilə həmin tikililərin cavabdehin mərhum əri Elxan Cəfərov tərəfindən inşa edilməsi və xərcin onun tərəfindən çəkilməklə həmin tikililərin həmçinin cavabdehlər tərəfindən vərəsəliklə bağlı imtinalarının əvəzi kimi şifahi razılaşmanın əsasıdır. Mübahisəli tikililərin iddiaçıya məxsus olmaqla mülkiyyətində olması və onun tərəfindən inşa edilməsi işdə heç bir sübutla təsdiq edilməmişdir.
29. Apellyasiya baxışında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, mübahisəli tikili ayrıca şəkildə mövcud deyil, iddiaçıya məxsus evin tərkib hissəsidir. Həmin tikililər iddiaçının atası tərəfindən 1970-ci illərdə tikilmişdir.
30. Apellyasiya instansiyası məhkəməsi də mübahisəli mənzilə yerində baxış keçirmiş və müəyyən etmişdir ki, mübahisə predmeti olan tikililər təcrid yaşayış sahəsi kimi deyil, məhz iddiaçının mülkiyyətində olan mənzilə əlavə kimi inşa edilmişdir və mənzillə birgə v ahid yaşayış sahəsi kimi istifadə edilir.
31. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-644/2023 nömrəli, 14 aprel 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmışdır. (hakimlər İslam Həsənov (sədrlik edən və məruzəçi), Loğman Süleymanov, Afiq Hüseynzadə)
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və apellyasiya şikayətinin kirayə müqaviləsinin hazırda qüvvədə olması ilə bağlı dəlilinə münasibətdə bildirmişdir ki, həmin dəlillər əsassızdır. Çünki iş materiallarına əsasən mübahisəli mənzilinin Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansına götürülərək Cavabdeh1 ailəsin in istifadəsinə verilməsi və onlarla kirayə müqaviləsi bağlanması barədə Gəncə şəhər İcra Hakimiyyəti başçısının 19 aprel 2021-ci il tarixli sərəncamı ləğv edilmiş və həmin qərar yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 14 sentyabr 2022-ci il tarixli, 21(102)-1414/2022 saylı qərarında öz başına tikililərin yerli icra hakimiyyətinin balansına götürülməsi və istifadə üzrə sərəncam verilməsinin nəzərdə nəzərdə tutulmadığı, həmçinin daşınmaz əmlaklara ünvan verilməsinin Əmlak Məsələləri Dövlət Xidmətinə aid olduğu halda mübahisələndirilən sərancamla öz başına tikiliyə 9 nömrəli ünvan verildiyi göstərilmişdir. Göründüyü kimi, cavabdehlərin şikayətinin dəlillərində istinad etdiyi müqavilə ar tıq hüquqi qüvvəyə malik deyildir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
33. Cavabdeh1 (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
34. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, iş materiallarında olan və apellyasiya instansiyası məhkəməsi tərəfindən keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, mübahisəli ünvanda yerləşən mənzillər ayrı-ayrı giriş çıxış yollarına malikdirlər. Lakin bu hal birinci instansiya məhkəməsindəki icraat zamanı gizlədilmişdir. İddiaçı iddiasında göstərmişdir ki, mübahisə edil ən mənzil iddiaçının atası tərəfindən 1970-ci il tarixdə inşa edilmişdir. Ancaq bu hal heç bir mötəbər sübutla təsdiq edilməmişdir. Həqiqətən də həmin ev genişləndirmə prosesi əsasında iddiaçının anasının və özünün adına rəsmiləşdirilsəydi, bu müddət ərzində heç bir əlavə sənədləşdirmə işi aparılmadan tikililər üzərində iddiaçının və ya onun anasının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış olardı. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətinə iddiaçının yazılı etirazı daxil olmuşdur. Etiraza əsasən mənzilin texniki sənədlərindən və mənzilə yerində baxış keçirilərkən müəyyən edilmişdir ki, mübahisə predmeti olan tikililər təcrid yaşayış sahəsi kimi deyil, məhz iddiaçının mülkiyyətində olan mənzilə əlavə kimi inşa edilmişdir və mənzillə birlikdə vahid yaşa yış sahəsi kimi istifadə edilmişdir. Cavabdehlərin istinad etdiyi, əlavə tikililərin 9 saylı mənzil kimi onların istifadəsinə verilməsinə dair sərəncam isə ləğv olunmuşdur. Belə olan halda cavabdehlərin həmin tikililərdən istifadə etməsi üçün qanuni əsaslar yoxdur. Əlavə tikililərin iddiaçının mülkiyyətində olmaması və beləliklə də iddiaçının cavabdehlərin həmin tikililərdən çıxarılması üçün iddia qaldırmağa subyektiv hüququnun olmamasına gəldikdə, qeyd edilməlidir ki, həmin tikililər mülkiyyətdə olmasa da tərəflərin izahatları və şahidlərin ifadələri ilə müəyyən edilmişdir ki, kifayət qədər uzun müddətdir ki, mübahisə predmeti olan tikililər iddiaçının mülkiyyətində olan mənzilə bitişik olaraq inşa edilmiş və mənzillə birlikdə istifadə edilmişdir. Cavabdehlər isə həmin mənzili 10000 manat kompensasiya müqabilində tərk etməklə razılaşmış və kompensasiyanı aldıqdan sonra əlavə tikililərə iddia etmişlər. Hazırkı halda cavabdehlərin mənzilə bitişik tikililərdən istifadə etməsi iddiaçıya öz mənzilindən təyinatına uyğun istifadə etməyə maneə törədir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə v asitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol veril mir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilə r. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Pros essual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirib. Bu baxımdan, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
38. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdiri lməsi üçün əsas yoxdur.
40. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib, apellyasiya şikayətinin dəlillərinə tam qiymət verib.
41. İddia tələbi mülkiyyətə qəsdin (maneənin) qarşısının alınması barədədir.
42. Belə olan halda, iddia tələbinin hüquqi əsasını 157.4-cü maddəsi təşkil edir.
43. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından da görünür ki, qanuni qüvvədə olan qətnamə ilə iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 8 saylı mənzilə cavabdehlərin istifadə hüquqlarına onların hər birinə 5000 manat kompensasiya verilməklə xitam verilmiş və cavabdehlərə məxsus əşyaların həmin mənzildən çıxarılması qət edilmişdir. Həmin qətnamə icra edildikdən sonra cavabdehlər özlərinə məxsus əşyaları mübahisəli mənzilə bilavasit ə bitişik olan otağa yerləşdirmişlər. Mübahisə predmeti olan tikililər təcrid yaşayış sahəsi kimi deyil, məhz iddiaçının mülkiyyətində olan mənzilə əlavə kimi inşa edilmiş və mənzillə birlikdə vahid yaşayış sahəsi kimi istifadə olunmuşdur. Cavabdehlərin həmin tikililərdə olması iddiaçının öz mənzilindən sərbəst istifadə etməsinə mane olur.
44. Buna görə də işin müəyyən edilmiş hallarına əsasən iddianın yuxarıda qeyd edilən qaydada qismən təmin edilməsi tətbiq edilən qanunvericilik normalarına əsasən düzgün olmuşdur.
45. Məhkəmə kollegiyası iddia tələbi və cavabdehin apellyasiya şikayəti üzrə apellyasiya instansiyası məhkəməsinin dəyərləndirməsi ilə razılaşır və əlavə şərhə zərurət görmür.
46. Həmçinin apellyasiya instansiyası məhkəməsi sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddəsin in tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
47. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
48. Apellyasiya instansiyası məhkəməsi tərəfindən keçirilmiş yerli baxış zamanı mübahisəli ünvanda yerləşən mənzillərin ayrı-ayrı giriş çıxış yollarına malik olmasının müəyyən edilməsi barədə kassasiya şikayətinin dəlili əsassızdır. Əksinə, işdən görünür ki, apellyasiya instansiyası məhkəməsi yerində baxış zamanı mübahisə predmeti olan tikililərin təcrid yaşayış sahəsi kimi deyil, məhz iddiaçının mülkiyyətində olan mənzilə əlavə kimi inşa edilməsini və mənzillə birgə vahid yaşayış sahəsi kimi istifadə edilməsini müəyyən etmişdir. Bu da göstərir ki, kassasiya şikayətinin bu dəlili iş materialları ilə təkzib edilir.
49. Kassasiya şikayətinin digər dəlillərinə gəldikdə, həmin dəlillər iddiaya etirazın və apellyasiya şikayətinin əsasını təşkil edən dəlillər olub və apellyasiya instansiyası məhkəməsi də məhz həmin dəlillərə işdəki sübutlar əsasında qiymət verməklə onların əsassız olması nəticəsinə gəlmişdir.
50. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
51. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-644/2023 saylı, 14 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəb