Məhkəmə qərarları › İş №2(102)-4545/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4545/2021

31.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4545/2021 31.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Çərkəz oğlunun Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4545/21 (Açar sözlər: əşya və ya onun dəyərinin alınması və dəymiş ziyan) Bakı şəhəri, 31 avqust 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı Çərkəz oğlunun vəkili X2 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-618/2021 nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı Çərkəz oğlu və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kasasiya şikayətləri üzrə işə 31 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Çərkəz oğlu Cavabdeh qarşı “cavabdehdən ona, uşaqlarına və yoldaşına məxsus əşyaların ya naturada, yada dəyərinin, həmçinin ümumi payçı olduqları evin giriş qapısının qırılması nəticəsində dəymiş ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona və uşaqlarına məxsus 46-adda, həyat yoldaşına məxsus 21-adda, dəyəri 20 min 544 manat olan əşyaları ya naturada, ya da dəyərinin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı tələbinin həcminin azaldılması barədə ərizə verərək, cavabdehlə birlikdə yaşayan qız ına görə dəyəri 800-manat olan giriş seyf qapısını, dəyəri 1280-manat olan 4-ədəd otaq qapılarını, dəyəri 150-manat olan unitaz və tulpan və dəyəri 70-manat olan güzgünü, dəyəri 500-manat olan kombini, dəyəri 400-manat olan 6-ədəd isdilik radiatorunu, dəyəri 120-manat olan qaz peçini, dəyəri 85-manat olan aspiratoru və dəyəri 145-manat olan ESPA markalı su matorunu iddia ərizəsində göstərmiş olduğu və tələb etdiyi əmlaklar siyahısından çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 1996-cı ildə ailə qurmuşlar, birgə nikahdan üç uşaqları doğulmuşdur. Birgə yaşadıqları dövrdə Ağdam rayonu, Evoğlu kəndində hazırda da yaşadıqları evi tikmişlər, həmçinin E saylı mənzilini al mışlar. Nikahları pozulduqdan sonra Sabunçu rayonu əraziində olan mənzilə razılıqları əsasında hüquqları tanınmışdır. Yaşadığı Ağdam rayonu, Evoğlu kəndi düşmənlə sərhəd ərazidə yerləşdiyi üçün o, bütün qiymətli əşyalarını Bakı şəhərindəki mənzilinə yerləşdirmişdir. Lakin cavabdeh ondan xəbərsiz həmin mənzilin qapısını sındıraraq mənzilə daxil olub onun bütün qiymətli əşyalarını götürmüşdür. İddia tələbinə görə iddiaçının özünə məxsus qiymətli əşyaları ilə yanaşı həm də hazırki arvadına məxsus qiymətli əşyalar həmin mənzildə olmuşdur. Naftalan Şəhər Məhkəməsinin 19 yanvar 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.M.Eyvazov, iş № 2(052)-10/2018) iddia tələbi təmin edilmiş, iddiaçı və onun uşaqlarına məxsus E saylı mənzildə yerləşən dəyəri 300-manat olan 2-ədəd paltar dolabı, dəyəri 50-manat olan maqnitafon, dəyəri 1000-manat olan stol və stulu ilə birlikdə personal kompüter, dəyəri 1050-manat olan ACER markalı nootbuk, dəyəri 220-manat olan kostyum, dəyəri 270-manat olan kişi paltosu, dəyəri 98manat olan 3-ədəd köynək, dəyəri 85-manat olan kişi üçün cins şalvar, dəyəri 100manat olan kişi jaketi, dəyəri 120-manat olan kişi sapaşqisi, dəyəri 128-manat olan 2-ədəd kurtqa, dəyəri 2000manat olan yataq mebeli, arvadı X1 məxsus dəyəri 1423-manat olan klonuyla birlikdə 22.60 qram olan italiyanski ərəb toxunuşlu qızıl sep, dəyəri 370-manat olan qara rəngli qadın kurtqası, dəyəri 75-manat olan qadın sapaşkisi, dəyəri 118manat olan qış jaketi, dəyəri 48-manat olan 3-əd şarf, 2əd əlcək, 1- əd papaq, dəyəri 280 manat olan GALAKSİ markalı qazan dəsti, dəyəri 530 manat olan KARACA markalı abedni və çayni servizlər, dəyəri 1070 manat olan krafinka dəsdi 2- ədəd güldan, 1-ədəd vaz, mürəbbə və qənd qabları, dəyəri250 manat olan KARACA markalı diplamat qaşıq naboru, dəyəri 85 manat olan BOSCH markalı mikser, dəyəri 150 manat TEFAL ətçəkən, dəyəri 180-manat TEFAL sokçəkən, dəyəri 125-manat TEFAL paltar ütüsü, dəyəri 113-manat BRAUN markalı sac uçun ütü və hava feni, dəyəri 620-manat olan 2-ədəd gəvə, dəyəri 155-manat yerüstü pakrıval, dəyəri 185-manat olan pirasdina dəsti, dəyəri 560-manat olan 3-ədəd pərdə, dəyəri 170-manat olan 4-ədəd qətibə, dəyəri 73-manat olan 7-ədəd əl-uz məhrabası, dəyəri 230manat olan 2-ədəd sufrə və ya onların dəyəri, iddiaçı ilə cavabdehin birgə nikah dövründə əldə edilmiş və hal-hazırda cavabdehin yaşadığı Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəs i Y.Əliyev sahəsi Uğur-2 bina 4, 45 saylı mənzildə yerləşən əşyaları; dəyəri 800-manat olan mətbəxt mebeli, dəyəri 90-manat olan ariston, dəyəri 450-manat olan BEKO markalı paltar yuyan, dəyəri 300-manat olan soyuducu, dəyəri 200-manat olan 37-dioqanal Samsung markalı televizor, hər birinin dəyəri 40-manat olan 3-ədəd döşək, dəyəri 80-manat olan bir ədəd qoşa döşək, dəyəri 90manat olan 3 ədəd yorğan, dəyəri 100-manat olan 5-ədəd yastıq, dəyəri 250-manat olan işıq generatoru, dəyəri 80-manat olan BEKO markalı çörək bişirən, dəyəri 55-manat olan DVD-i, dəyəri 350-manat olan LG markalı televizor, dəyəri 50-manat olan televizor altlığı, dəyəri 50-manat olan 3-ədəd çarpayı, dəyəri 100manat olan stol-sutul, dəyəri 650-manat olan mətbəxt mebeli, dəyəri 200-manat olan 3-ədəd pərdə, dəyəri 300-mana t olan 3-ədəd lustr, dəyəri 80-manat olan 2-ədəd döşək, dəyəri 40-manat olan 2-ədəd yorqan, dəyəri 30-manat olan 2-ədəd balınc, dəyəri 100manat olan qab-qacaq, dəyəri 50-manat olan ətçəkən, dəyəri 110 manat olan tozsoran və dəyəri 120-manat olan ütü və ütüaltı, yəni həmin əmlakların dəyərinin ½ hissəsinin Cavabdeh alınaraq İddiaçı Çərkəz oğluna verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbi sübuta yetirildiyindən iddia tələbində göstərilən əmlakların dəyərinin ½ hissəsi Cavabdeh alınaraq İddiaçı Çərkəz oğluna verilməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1,-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4, 218.3, 222.1ci maddələri ilə ə saslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində birinci icraat Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Ədil Məmmədov - sədrlik edən və məruzəçi, Loğman Süleymanov, İsfəndiyar Şəfiyev) 2(104)-2378/2018 saylı, 27 iyul 2018ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, Naftalan Şəhər Məhkəməsinin 19 yanvar 2018-ci il tarixli, 2(052)-10/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbinni təmin edilməməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, işin halları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə uyğun araşdırılarkən görünür ki, iş materiallarında tələb olunan əşyaların həqiqətən iddiaçıya məxsus olması sübut olunmur. Belə ki, cavabdeh tərəfin ən mühüm dəlili ondan ibarətdir ki, ondan tələb olunan əşyalar iddiaçıya məxsus deyildir. Bu baxımdan məhkəmə kollegiyası cavabdehin göstərilən dəlilini araşdırmaq üçün məhkəmə kollegiyasının iclasında iddiaçının diqqətinə həmin halı çatdırmış və tələb olunan əşyaların ona məxsus olub-olmamasını araşdırmışdır. Araşdırma zamanı iddiaçı izahatında bildirmişdir ki, tələb etdiyi əşyaların müəyyən hissəsi onun ğzünə məxsus deyildir. Həmin əşyaların bir hissəsi onun oğluna, bi hissəsi isə onun ikinci dəfə ailə qurduğu Pyə məxsus əşyalardır. Lakin həmin əşyalar cavabdeh tərəfindən mənzilə zorla daxil olunaraq götürülmüşdür. Belə olan halda kollegiya hesab edir ki, İddiaçı hazırki iddianı qaldırmağa subyektiv hüququ çatmır. Çünki iddiaçının həmin əşyaları tələb etməsi üçün Mülki Məcəllənin 157.2-ci maddəsində qeyd olunan dispozisiya şərtlərindən biri mövcud olmalıdır. Odur ki, iddia tələbi təmin edilməməlidir. Qətnamədən narazı qalan iddiaçı kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yeni apelyasiya baxışına qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Kasasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Tatyana Qoldman sədrlik edən və məruzəçi, Əsəd Mirzəliyev, Gündüz Quliyev) 2(102)-836/2019 saylı, 07 mart 2019cu il tarixli qərarı ilə kasasiya şikayəti qis mən təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2378/2018 saylı 27 iyul 2018-ci il tarixli qətnaməsinin qismən- iddia tələbinin İddiaçı Çərkəz oğluna və iddiaçının oğlu- 06.10.2003-cü il təvəllüdlü X3 aid hissəsinin rədd edilməsi hissəsində ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kasasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi iddianın bütövlükdə subyektiv hüquq olmadığından rədd olunması qənaətinə gələrkən maddi və prosessual qanunvericiliyin tələblərini pozmuş, qeyd olunmuş qanunvericilik tələblərinə əməl etməmiş, işin hallarını hərtərəfli, tam və obyektiv araşdırmamışdır Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsin in qənaəti ilə razılaşmır. Belə ki, apelyasiya instansiyası məhkəməsi özü müəyyən edir ki, İddiaçı izahatında bildirmişdir ki, tələb etdiyi əşyaların müəyyən hissəsi onun özünə məxsus deyildir. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi subyektiv hüququn olmaması əsası ilə iddianı bütövlükdə rədd etmişdir. Göründüyü kimi, iddiaçı əşyaların bir hissəsinin özünə məxsus olduğunu iddia etmiş, lakin apellyasiya instansiyası məhkəməsi göstərilənlərlə bağlı araşdırma aparmamış, yalnız cavabdehin göstərdiyi dəlilləri həqiqi hesab etmiş, iddiaçının dəlillərinə əhəmiyyət verməmiş, iddiaçının tələb etdiyi hansı əşyalarının onun özünə, hansı əşyaların ikinci arvadına, hansı əşyaların isə oğluna aid olmasını aydınlaşdırmamış, ümumiyyətlə iddiaçının oğluna aid olduğunu qeyd etdiyi əşyaların onu n yetkinlik yaşına çatmayan övladına yoxsa yetkinlik yaşına çatmış övladına məxsusluğunu müzakirə etməmiş, iddianı göstərilən hissədə faktiki olaraq yalnız cavabdehin izahatını əsas götürərək, eləcə də iddiaçının izahatını tam aydınlaşdırmadan rədd etmişdir, halbuki bu, MPM-nin 106.1-ci maddəsinin tələblərinə ziddir. Beləliklə, iddiaçının özünə və onunla birlikdə yaşayan yetkinlik yaşına çatmayan övladına məxsus əşyalar barədə iddianı qaldırmağa subyektiv hüququ olmuşdur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddianın həmin hissədə rədd edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı hesab oluna bilməz. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalıdır, çünki iddiaçının digər şəxslərin- ikinci arvadının və yetkinlik yaşına çatmış övladının adından iddia qaldırmağa subyektiv hüququ olmamışdır. Ona görə də, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən- iddia tələbinin İddiaçı Çərkəz oğluna və iddiaçının oğlu06.10.2003-cü il təvəllüdlü X3 aid hissəsinin rədd edilməsi hissədə ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. ç) Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Rəşad Mamedov - sədrlik edən və məruzəçi, Salman Hüseynov, Elçin Xasməmmədov) 2(104)-2389/2019 saylı, 23 iyul 2019cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Naftalan Şəhər Məhkəməsinin 19 yanvar 2018-ci il tarixli, 2(052)-10/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbinin qismən təmin ediməsi Cavabdeh dəyəri 300 manat olan 2 ədəd paltar dolabının, dəyəri 50 manat olan maqnitafonun, dəyəri 220 manat olan kostyumun, dəyəri 270 manat olan paltonun, ümumi dəyəri 98 manat olan 3 ədəd köynəyin, dəyəri 85 manat olan cins şalvarın, dəyəri 100 manat olan jaketin, dəyəri 120 manat olan kişi çəkməsinin, ümumi dəyəri 128 manat olan 2 ədəd gödəkcədən ibarət əşyaların özlərinin, olmadıqda isə dəyərlərinin alınaraq İddiaçı Çərkəz oğluna verilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, işin halları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə uyğun araşdırılarkən görünür ki, iş mater iallarında iddiaçı tərəfindən tələb olunan əşyalardan özünə məxsus olan əşyaların mövcud olması və iddiaçıya məxsus olması sübut olunur. Tələb olunan digər əşyalar ilə bağlı kollegiyası qeyd edir ki, əvvəlki apelyasiya baxışı zamanı araşdırma aparılmış və əşyaların bir hissəsi ikinci dəfə ailə qurduğu şəxsə məxsus olması təsdiq edilmiş, bu barədə apelyasiya instansiyası məhkəməsinin mövqeyi kasasiya instansiyası məhkəməsi tərəfindən təsdiq edilmişdir. Ona görə də apelyasiya kollegiyası hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Qətnamədən narazı qalan iddiaçı kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yeni apelyasiya baxışına qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən narazı qalan cavabdeh kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yeni apelyasiya baxışına qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. d) Kasasiya instansiyası məhkəməsində ikinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Vüqar Həsənov sədrlik edən və məruzəçi, İlqar Dəmirov, Əhməd Əhmədov) 2(102)-2092/2020 saylı, 09 iyun 2020ci il tarixli qərarı ilə kasasiya şikayətləri təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2389/2019 saylı qətnaməsinin kasasiya şikayətlərinə münasibətdə ləğv edilməsi, mülki işin (iddia tələbinin İddiaçı Çərkəz oğluna və iddiaçının oğlu- 06.10.2003-cü il təvəllüdlü X3 aid hissəsinin rədd edilməsi hissəsində ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kasasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddianın rədd edilmiş digər hissəsi dəyişdirilmədən saxlanmışdır. Yəni apelyasiya baxışının predmeti isə iddia tələbinin İddiaçı Çərkəz oğluna və iddiaçının oğlu – 06.10.2003-cü il təvəllüdlü X3 aid hissəsinin yoxlanması isə məhdudlaşmışdır. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 iyul 2019-cu il tarixli qətnaməsi ilə isə Cavabdeh apelyasiya şikayəti qismən təmin edilərək Naftalan şəhər məhkəməsinin 19 yanvar 2018ci il tarixli qətnaməsini tamamilə ləğv etmiş və iddianın qismən təmin olunması nəticəsinə gəlmişdir. Nəzərə alınmamışdır ki, kassasiya instansiya məhk əməsi müvafiq qətnaməni hissəvi ləğv edərək məhz ləğv edilmiş hissədə yoxlanması üçün göndərmişdir. Hazırkı halda isə apelyasiya məhkəməsi faktiki olaraq qətnamənin qanuni qüvvəsini almış hissəsini yenidən yoxlamış və müvafiq yekun qərar qəbul etmişdir. Bu isə məhkəmənin baxış predmeti olmayan hissəyə səlahiyyəti olmadan baxılma kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxılarkən nəzərə alınmalı idi ki, birinci instansiya məhkəməsinin qətnaməsinin hansı hissəsi ilə razılaşdığı halda yalnız müəyyən hissədə qətnamənin dəyişdirilmədən saxlamaq və ya apelyasiya baxışının predmeti olan hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edərək həmin hissə üzrə iddianı təmin və ya rədd olunması nəticəsinə gələ bilərdi. Apelyasiya instansiya məhkəməsi faktiki olar aq baxış predmeti olmayan hissə üzrə də işə baxmış və düzgün olmayan qətnamə qəbul olunmuşdur ki, belə olan halda sözügedən qətnamənin ləğv olunması mütləqdir. Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri ilə razılaşmır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi yoxlanılan hissədə işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. İddiaçının apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən verdiyi kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkəmə iş üzrə tam araşdırma aparmamış, iddianın təmin olunmayan hissəsi ilə bağlı əsaslandırması mövcud deyil. Faktiki olaraq cavabdehin əsassız izahatı əsas götürülmüşdür. İddia tələbinin d əqiqləşdirilməsinə dair ərizəsinin məzmunu nəzərə alınmamışdır. Kassasiya məhkəməsinin əvvəlki qərarında qeyd edilmişdir ki, iddiaçı əşyaların bir hissəsinin özünə məxsus olduğunu iddia etmiş, lakin apelyasiya instansiya məhkəməsi göstərilənlərlə bağlı araşdırma aparmamış, yalnız cavabdehin göstərdiyi dəlilləri həqiqi hesab etmiş, iddiaçının dəlillərinə əhəmiyyət verməmiş, iddiaçının tələb etdiyi hər hansı əşyaların onun özünə, hansı əşyaların ikinci arvadına, hansı əşyaların isə oğluna aid olmasını aydınlaşdırmamış, ümumiyyətlə iddiaçının oğluna aid olduğunu qeyd etdiyi əşyaların onun yetkinlik yaşına çatmayan övladına, yoxsa yetkinlik yaşına çatmış övladına məxsusluğunu müzakirə etməmiş, iddianı göstərilən hissədə faktiki olaraq yalnız cavabdehin izahatını əsas götürərək, eləcədə iddiaçı nın izahatını tam aydınlaşdırmadan rədd etmişdir. Halbuki bu MPM-in 106.1-ci maddəsinin tələblərinə ziddir. Göründüyü kimi hər iki tərəf apelyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermiş və müvafiq olaraq mübahisələndirdikləri hissələr üzrə işin obyektiv həlli üçün iş üzrə digər mühüm və diqqətəlayiq halların aydınlaşdırılmamasını göstərmişlər. Məhkəmə kollegiyası göstərilən dəlillərlə razılaşır və qeyd edir ki, iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olub-olmaması yoxlanılmamış, tərəflərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatlarına isə iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlayıb qiymətləndirməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apelyasiya instansiya məhkəməsinin kassasiya məhkəməsinin bundan əvvəl qəbul olu nmuş qərarında olan göstərişləri də məhz bu halların aydınlaşdırılmalı olmasından ibarət olmuşdur. Kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, beləliklə də, gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli, iş (iddia tələbinin İddiaçı Çərkəz oğluna və iddiaçının oğlu – 06.10.2003cü il təvəllüdlü X3 aid hissəsinin rədd edilməsi hissəsində) yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. e) Apelyasiya instansiyası məhkəməsində üçüncü icraat Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Fikrət Mehtiyev - sədrlik edən və məruzəç i, Azər Bayramov, Şamil Rzaquliyev) 2(104)-618/2021 saylı, 17 fevral 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Naftalan Şəhər Məhkəməsinin 19 yanvar 2018-ci il tarixli, 2(052)-10/2018 nömrəli qətnaməsinin - iddia tələbinin İddiaçı Çərkəz oğluna məxsus dəyəri 300 manat olan 2 ədəd paltar dolabı, dəyəri 50 manat olan maqnitafon, dəyəri 220 manat olan kostyum, dəyəri 85 manat olan kişi üçün cins şalvar, dəyəri 120 manat olan kişi çəkməsi, dəyəri 128 manat olan 2 ədəd gödəkçə və 06.10.2003-cü il təvəllüdlü X3 məxsus olan dəyəri 98 manat olan 3 ədəd köynək, dəyəri 100 manat olan kişi jaketi və ya onların dəyərinin Cavabdeh alınaraq İddiaçı Çərkəz oğluna verilməsi hissəsində dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini o nunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası İddiaçı Çərkəz oğlunun 38 adda əşyanın və ya onların dəyərini tələb etməsi ilə bağlı qeyd edir ki, iddia tələbinin İddiaçı Çərkəz oğluna məxsus dəyəri 300 manat olan 2 ədəd paltar dolabı, dəyəri 50 manat olan maqnitafon, dəyəri 220 manat olan kostyum, dəyəri 85 manat olan kişi üçün cins şalvar, dəyəri 120 manat olan kişi çəkməsi, dəyəri 128 manat olan 2 ədəd gödəkçə və 06.10.2003-cü il təvəllüdlü X3 məxsus olan dəyəri 98 manat olan 3 ədəd köynək, dəyəri 100 manat olan kişi jaketi onларa məxsus olmasını məhkəmə iclasında qeyd etmiş, cavabdeh tərəf isə həmin əmlsakların evdə olmasını bildirmişdir. İddiaçın tələb etdiyi digər 30 adda əşya - dəyəri 800 manat olan mətbəx mebeli, dəyəri 90 manat olan ariston, dəyəri 450 manat olan Beko markalı pal taryuyan, maşın, dəyəri 300 manat olan soyuducu, dəyəri 200 manat olan 37 dioqanal Samsung markalı televizor, dəyəri 80 manat olan bir ədəd qoşa döşək, dəyəri 90 manat olan 3 ədəd yorğan, dəyəri 100 manat olan 5 ədəd yastıq, dəyəri 250 manat olan işıq generatoru, dəyəri 80 manat olan Beko markalı çörəkbişirən, dəyəri 55 manat olan DVD, dəyəri 350 manat olan LG markalı televizor, dəyəri 50 manat olan televizor atlığı, dəyəri 50 manat olan 3 ədəd çarpayı, dəyəri 100 manat stolstul, dəyəri 650 manat olan mətbəx mebeli, dəyəri 200 manat olan 3 ədəd pərdə, dəyəri 300 manat olan 3 ədəd lüstr, dəyəri 80 manat olan 2 ədəd döşək, dəyəri 40 manat olan 2 ədəd yorğan, dəyəri 30 manat olan 2 ədəd balınc, dəyəri 100 manat olan qab-qacaq, dəyəri 50 manat olan ətçəkən, dəyəri 110 manat olan tozsoran, dəyə ri 120 manat olan ütü və ütüaltının İddiaçı Çərkəz oğlunda olduğu və ondan alınıb Cavabdeh verilməsinə dair məhkəmə qətnaməsi mövcuddur. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 mart 2017-ci il tarixli, 2(104)-681/2017 saylı qətnaməsi (sədrlik edən Rəhman Muradov, bax cild 1, iş vərəqə). Digər əşyalar, yəni dəyəri 1000 manat olan stol və stulu ilə birlikdə personal komputer, dəyəri 1050 manat olan Acer markalı notbuk və dəyəri 2000 manat olan yataq mebelinə münasibətdə ися məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı həmin əşyaların mövcudluğu və cavabdehdə olmasına dair heç bir sübut təqdim etməmişdir. Həmin əmlakların cavabdehdə olması öz təsdiqini tapmamışdır. Bundan başqa cavabdeh izahatında göstərmişdir ki, İddiaçı Çərkəz oğluna məxsus olan 2 ədəd paltar dolabı, maqnitafon, kos tyum, kişi üçün cins şalvar, kişi çəkməsi, 2 ədəd gödəkçə və 06.10.2003-cü il təvəllüdlü X3 məxsus olan 3 ədəd köynək, jaket onlara məxsus evdədir. Qeyd edilən əmlakları qaytarmasına razıdır. İddia tələbini qalan əmlaklara münasibətdə qəbul etmir. Çünki həmin əmlaklar mövcud olmamışdır. Azərbaycan Respublikası ММ-in 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir. Hazırki iş üzrə İddiaçı Çərkəz oğlunun və 06 oktyabr 2003-cü il təvəllüdlü X3 məxsus qeyd olunan digər əşyaların faktiki olaraq Cavabdehə Laçın qızının sahibliy ində olması öz təsdiqini tapmamışdır. İddiaçı tərəf bununla bağlı hər hansı sübutu nə birinci instansiya məhkəməsinə, nə də ki, məhkəmə kollegiyasına təqdim etməmişdir. Beləliklə, apelyasiya instansiya məhkəməsi yuxarıda şərh olunanlara hüquqi qiymət verib belə nəticəyə gəlir ki, cavabdeh tərəf apelyasiya şikayətində şikayətinin dəlillərini qismən əsaslandıra bilmiş, işin nəticəsinə təsir edən iş üçün əhəmiyyəti olan halları qismən sübut edə bilmişdir. Ona görə də apelyasiya şikayəti qismən təmin edilməlidir. Kassasiya şikayətlərinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı Çərkəz oğlu (vəkili X5) kasasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin 17.02.2021-ci il tarixli, 2(104)-618/2021 saylı qətnaməsinin tama milə ləğv edilərək apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiya məhkəməsi faktiki olaraq baxış predmeti olmayan hissə üzrə də işə baxmış və düzgün olmayan qətnamə qəbul olunmuşdur ki, belə olan halda sözügedən qətnamənin ləğv olunması mütləqdir. Bundan başqa, Gəncə Apellyasiya Məhkəməsi 2(104)-618/2021 saylı, 17 fevral 2021-ci il tarixli qətnaməsini Cavabdeh öz etirafedici ifadəsinə və Gəncə Apellyasiya Məhkəməsi 2(104)-681/2017 saylı, 30 mart 2017-ci il tarixli qətnaməsinə istinad edərək əsaslandırmağa çalışmışdır. Lakin məhkəmə tərəfindən qeyd edilən qətnaməyə istinad olunmasına baxmayaraq sözügedən qət namə üzrə artıq hüquqi qüvvəsini almış qərarda göstərilənlər təhrif edilmişdir. Bundan başqa Gəncə Apellyasiya Məhkəməsi 2(104)-681/2017 saylı, 30 mart 2017-ci il tarixli qətnaməsində, eyni zamanda hazırkı iş üzrə cavabdeh, sözügedən qətnamə üzrə isə iddiaçı Cavabdeh əmlak tələbinə dair 31 iyul 2016-cı il tarixli və 24 avqust 2017-ci il tarixli iddia ərizəsində, həmçinin Sabunçu rayon İcra Şöbəsinin əməkdaşı tərəfindən tərtib edilmiş 23 avqust 2017-ci il tarixli Bakı şəhəri, Bakıxanov qəsəbəsində yerləşən evdə olan əşyaların üzərinə həbs qoyulmasına dair aktında hazırkı iş üzrə İddiaçı Çərkəz oğlunun iddia tələbində göstərdiyi aşağıda qeyd edilmiş əşyanın Cavabdeh faktiki istifadəsində olan Bakı şəhəri, Bakıxanov qəsəbəsində yerləşən evdə olması açıq şəkildə göstərilmişdir. Göründüyü kim i qanuni qüvvəsini almış qətnamə və digər sənədlər İddiaçı Çərkəz oğlu tərəfindən sübut kimi təqdim edilməsinə baxmayaraq məhkəmə tərəfindən həmin sənədlərə heç bir hüquqi qiymət verilməmiş, eyni zamanda Gəncə Apellyasiya Məhkəməsi 2(104)-681/2017 saylı, 30 mart 2017-ci il tarixli qətnaməsinə isə istinad edərkən artıq hüquqi qüvvəsini almış qərarı təhrif edərək sübut kimi istifadə etmişdir. Göründüyü kimi, apelyasiya kollegiyası maddi və prosessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul etmişdir. Cavabdeh (vəkili X4) kasasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin 17.02.2021-ci il tarixli, 2(104)-618/2021 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin tam rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki m übahisə üzrə dəfələrlə məhkəmə Araşdırması olmasına baxmayaraq, iddiaçının iddia ərizəsində qeyd edilən və məhkəmə tərəfindən alınarq iddiaçıya verilməsi təmin edilmiş əşyaların mövcudluğu, qiyməti, iddiaçıya məxsusluğu, cavabdehdə olmasına dair iddiaçı tərəfindən heç bir sübuta söykənmədiyi və sənəd və ya işin halları ilə öz təsdiqini tapmadığı halda məhkəmə qanunvericiliyin tələblərini pozaraq əsassız qətnamə qəbul etmişdir. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin tələblərini pozmuşdur. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı Çərkəz oğlu, Cavabdeh və onun vəkili X4 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı Çərkəz oğlunun vəkili X5 iddiaçının kasasiya şikayətini müdafiə edərək məhkəmədən şikayətin təmin edilməsini, cavabdehin kasasiya şikayətinin isə əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə

13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə

416. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessu al hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsini n mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətlərinin dəlillərini məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, ilkin olaraq iddiaçının kasasiya şikayətinin dəlili üzrə qeyd edilməlidir ki, iddiaçı kasasiya şikayətində apelyasiya kollegiyasının qüvvədə olan məhkəmə qətnaməsini təhrif edərək həmin qətnaməyə düzgün istinad etmədiyini, işdə olan sübutlara düzgün qiymət vermədiyini göstərsə də, kasasiya yoxlaması nəticəsində iddiaçının istinad etdiyi xüsusatlar öz təsdiqini tapmamış, iddia tələbinin tam əsaslı olmasını təsdiq edəcək sübutlar iş materiallarında müəyyən edilməmişdir. İddiaçının kasasiya şikayətinin dəlilləri əsasında kasasiya yoxlaması həyata keçirilərkən apelyasiya kolelgiyası tərəfindən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, iddiaçının kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Cavabdehin kasasiya şikayətinin dəlillərinə gəldikdə isə qeyd edilməlidir ki, cavabdehin kasasiya şikayəti formal olaraq tərtib edilmişdir. Çünki kasasiya şikayətindən görünür ki, cavabdeh idia tələbini təsdiq edəcək hər ha nsı sübutun olmadığına istinad etsə də, apelyasiya kollegiyası iddianı qismən təmin edərkən əsaslı olaraq qüvvədə olan məhkəmə qətnaməsinə və cavabdehin öz izahatına istinad etmişdir. Odur ki, cavabdehin də kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayətlərii təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Çərkəz oğlu və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kasasiya şikayətləri təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki koll egiyasının 2(104)-618/2021 nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar