Məhkəmə qərarları › İş №2(102)-4546/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4546/2020

17.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4546/2020 17.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Tutu Nazim qızının katibliyi ilə, İddiaçı-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunç u Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.Kazımov) iddiаnın qismən təmin еdilməsi, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 19084.33 ABŞ dolları əsas, 2371.93 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla borcun və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən Ş.Məmmədova, hakimlər V.Həsənov və X.Sarıyev) Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilmiş, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 19084.33 ABŞ dolları əsas, 2371.93 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə borcunun Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin alınaraq müştərək qaydada ödənilməsi barədə Bakı şəhər Sabunçu rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsinin həmin borcun Cavabdeh3ndаn tutulması hissəsində ləğv edilməsi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin iddia tələblərinin Cavabdeh3 aid hissədə təmin olunmaması, qətnamənin qalan hissədə apelyatora münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, bank tərəfindən borclu Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333 faiz olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 ABŞ dolları məbləğində kredit verilmişdir. Göründüyü kimi verilmiş kredit tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ (100.000 ABŞ dolları) və müddət (120 ay) həddində olmuşdur. Həmçinin xx.xx.2015-ci il tarixli kredit razılaşması zamin Cavabdeh3 öhdəliyini dəyişdirməmiş, həmin razılaşma onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və Cavabdeh3 aid hissədə iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı borclular Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 19 084.33 ABŞ dolları əsas, 2371.93 ABŞ dolları faiz, 3146.71 ABŞ dolları cərimə, cəmi 24602.97 ABŞ dolları borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin mübahisə edilməyən hallarına görə bankla Cavabdeh1 arasında xx.xx.2013-cü il tarixli kredit xətti müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı Cavabdeh1 120 ay müddətinə 10000 ABŞ dolları kredit xətti açmışdır. xx.xx.2013-cü il tarixli kredit xətti müqaviləsinin icrasının təminatı üçün digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 bank qarşısında zamin durmuşlar. Adı çəkilən şəxslər Cavabdeh1 oğlunun bank qarşısında kredit müqavilələri üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etməyəcəyi təqdirdə onunla birgə məsuliyyət daşımaları barədə üzərlərinə öhdəliklə r götürmüşlər. xx.xx.2013-cü il tarixli kredit xətti müqaviləsi üzrə xx.xx.2015-ci il tarixli Kredit razılaşması ilə bank cavadeh Cavabdeh1 aylıq faiz dərəcəsi 1.8333% olmaqla 18 aya 1 saylı əlavə üzrə hissə-hissə qaytarmaqla 20000 ABŞ dolları kredit vermişdir. Bank ilə Cavabdeh1 оğlu аrаsındа xx.xx.2015-ci il tarixli kredit razılaşması və və ödəniş plannına dəyişiklik edilməsi haqqında sazişə əsasən xx.xx.2015-ci il tarixli ödəniş planı ilə müəyyən edilmiş ödəniş məbləğləri və ödəniş tarixləri bu sazişə əlavə olunan xx.xx.2015-ci il tarixli ödəniş planına uyğun olaraq dəyişdirilmişdir. Cavabdeh1 banka olan borcunu qaytarmamışdır. İddiaçının nümayəndəsi bildirir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2013-cü ildə kredit xətti müqaviləsi bağlanmış və cavabdehə 120 ay müddətinə 100000 ABŞ dolları kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən borcluya veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur. xx.xx.2015-ci il tarixli kredit razılaşması üzrə cavabdeh bankdan aylıq faiz dərəcəsi 1.8333% olmaqla 18 aya 1 saylı Əlavə üzrə hissə-hissə qaytarmaqla 20000 ABŞ dolları kredit götürmüşdür. Daha sonra tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli sazişə əsasən əvvəlki ödəniş planı ilə müəyyən edilmiş ödəniş məbləğləri və tarixləri dəyişdirilmişdir. Cavabdeh götürdüyü kreditdən müəyyən qədər ödəniş etsə də, sonradan ödənişləri dayandırmışdır. Həmin kredit müqaviləsinin icrasının təminatı olaraq, digər cavabdehlər bank qarşısında zamin duraraq əsas öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərilərinə götürmüşlər. Ona görə də iddia təmin edilməlidir. Cavabdeh1 bildirir ki, müqavilə ilə razılaşarkən ABŞ dolları Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manat məzənnəsi ilə 0,78 manat hesablanırdı və bu məzənnə ilə müqavilə üzrə öhdəliklərini yerinə yetirmək imkanında idi. ABŞ dollarının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manat məzənnəsinə münasibətdə kəskin dəyişilməsi, manatın devalivasiyası müqavilə üzrə öhdəliklərini yerinə yetirməsini mümkünsüz etmişdir ki, bu da onun və zaminlərin təqsiri üzündən baş verməmişdir. Ona görə də iddia təmin edilməməlidir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 heç biri üzürlü səbəb göstərmədən işə məhkəmə baxışlarında iştirak etməmiş və işin halları barədə izahat verməmişlər. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh1 oğlunun kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bundan başqa iddiaçı bankın istinad etdiyi kredit xətt müqaviləsi üzrə kreditin verilməsi barədə əlavə razılaşma bağlanarkən zamin Cavabdeh3 razılığı alınmamışdır. Ona görə də Cavabdeh3 aid hissədə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməklə həmin hissədə iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayətləri qismən tə min edilməklə apelyasiya məhkəməsinin qətnaməsi “qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın” sözləri hissəsində ləğv edilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apelyasiya instanisyası məhkəməsinin qətnaməsi “qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın” sözləri hissəsi istisna olmaqla qalan hissələrdə qanuni və əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci madd əsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını mü əyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən olunmuş hallarına əsasən cavabdeh Cavabdeh1 oğlunun kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olara q hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq Cavabdeh1 hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirərək iddianı qismən təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini bu hissədə dəyişdirmədən saxlamışdır. Bundan başqa Cavabdeh3 münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq bu hissədə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iddianı Cavabdeh3 münasibətdə rədd etmişdir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublika sı Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx xxx 2018-ci il tarixli qərarında həmin Məhkəmə belə nəticəyə gəlmişdir ki, “zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üç ün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur”. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün hüquqi mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “...Mülki Məcəllənin 477.0.1-ci maddəsində qeyd edilmişdir ki, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklə r dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarına: kreditin ümumi məbləğinin artırılması; kreditin faizinin artırılması; kredit in valyutasının dəyişdirilməsi; kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəli yin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zamininməsuliyyətinin artması kimi qiymətləndirilməlidir”. İşin hallarından aydın olur ki, iddiaçı bankın istinad etdiyi kredit xətt müqaviləsinə əlavə razılaşma bağlanarkən zamin Cavabdeh3 razılığı alınmamışdır. Ona görə də Cavabdeh3 həmin müqaviləyə görə zamin qismində məsuliyyət daşıya bilməz. Bundan başqa işin ha lları ilə müəyyən edilir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən yalnız zamin Cavabdeh3 apelyasiya şikayəti verərək özünə aid hissədə qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etdiyi halda apelyasiya instansiyası məhkəməsi apelyasiya baxışının hədlərindən kənara çıxmışdır. Beləki, apelyasiya instansiyası məhkəməsi həm Cavabdeh1 öhdəliklərini lazımınca icra etməməsi və Cavabdeh3 zamin qismində məsuliyyətdən azad edilməsi barədə iş üzrə düzgün nəticəyə gəlsə də qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul etməklə apelyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərindən kənara çıxmış, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələbdirilməyən hissələrinə də münasibət bildirmişdir. Mülki Prossesual Məcəllənin 372.6-ci maddəsi nə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Eyni zamanda qeyd edilən qərarda göstərilir ki, birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apelyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi “qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın” sözləri hissəsində qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin məzmununa görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməs inin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı-nin və Cavabdeh1 kasasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi “qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın” sözləri hissəsində ləğv edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar