Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4548/2019 04.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, iddiaçı x1-nin vəkili Əsgərova Əfifə Füzuli qızının iştirakı ilə, iddiaçı x1-nin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 yanvar 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4158/2018 saylı, 22 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Əliyev) iddiaçı x1-nin cavabdeh x2 qarşı pul tələbinə dair iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 yanvar 2019-cu il tarixli, 2(103)-1442/2019 saylı qətnaməsi ilə (hakimlər: A.Hüseyn, E.Nəbiyev və R.Qurbanov) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4158/2018 saylı, 22 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı x1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 yanvar 2019-cu il tarixli, 2(103)-1442/2019 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı x1 cavabdeh x2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, x1 ilə x2 arasında bağlanmış 14 iyun 2008-ci il tarixli 11732/T saylı kredit müqaviləsi üzrə cavabdehdən 0 (sıfır) manat məbləğində əsas borc, 2347.74 (iki m in üç yüz qırx yeddi manat 74 qəpik) manat məbləğində faiz borcu, ümumilikdə isə 2347.74 (iki min üç yüz qırx yeddi manat 74 qəpik) manat məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumunun hesablanmaqla ləğv prosesində olan x1 xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı x1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 yanvar 2019-cu il tarixli, 2(103)-1442/2019 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişd ir. Prosesiştirakçılarının izahatları: İddiaçı x1-nin vəkili Əsgərova Əfifə Füzuli qızı kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, iddiaçının vəkilini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sənədlərdən görünür ki, tərəflər arasında bağlanmış 17.06.2008-ci il tarixli KM FŞ 11732/T saylı kredit müqavil əsinə əsasən cavabdehə 18 ay müddətinə, illik 25 faiz olmaqla 1640 manat məbləğində kredit verilmişdir. 03.05.2018-ci il tarixdə bank tərəfindən cavabdehə **********154 saylı bildiriş ünvanlanaraq 2347.74 manat məbləğində faiz borcunun 3 gün ərzində ödənilməsi xahiş olunmuşdur. 03.05.2018-ci il tarixli **********144 saylı maliyyə arayışına əsasən cavabdehin müqavilə üzrə 27.04.2018-ci il tarixinə 2347.74 manat faiz borcunun olduğu qeyd olunmuşdur. Cavabdeh həmçinin 22.10.2018-ci il tarixdə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, sonuncu dəfə 2014-cü ilin fevral ayında ödəniş etdiyini, həmin vaxt bankdan ona borcunun olmadığının bildirildiyini, 5 il keçdikdən sonra məhkəməyə müraciət etdiklərini bildirmiş, iddia müddətinin keçməsi ilə əlaqədar olaraq iddia tələbinin rədd e dilməsini xahiş etmişdir. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunan məktubdan görünür ki, cavabdeh 17.06.2008-ci il tarixdən 06.02.2014-cü il tarixə qədər 1789.80 manat ödəniş etmiş, ödənilmiş məbləğin 1640 manatı əsas, 120.10 manatı faiz və 29.70 manatı isə cərimə faizi məbləğinə yönəldilmişdir. 17.08.2018-ci il tarixə cavabdehin 2347.74 manat faiz borcunun mövcud olduğu qeyd olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında imzalanmış kredit müqaviləsinin şərtlərinə görə kredit 18 ay müddətinə verilmiş və kreditdən istifadə müddəti 14.12.2009-cu il tarixdə başa çatmışdır. İş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə təqdim olunan məktubdan, eyni zamanda cavabdehin məhkəməyə təqdim etdiyi ərizəsindən də görünür ki, cavabdeh tərəfindən sonuncu öd əniş 06.02.2014-cü il tarixdə həyata keçirilmişdir. İddiaçı isə 3 illik iddia müddətini ötürdükdən sonra 30.07.2018ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 372.1 və 372.2-ci maddələrinin tələblərinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tər əfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03.06.2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İddiaçının Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, hazırkı işdə Mülki Mə cəllənin 379 və 380ci maddələrində göstərilən iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını, həmçinin iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəblərdən ötürülməsi barədə sübutların təqdim edilmədiyini və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddia müddətinin keçməsi səbəbinə görə iddia tələbinin rədd edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Müqavilənin qüvvədə olma müddətinin öhdəliklərin tam icra edilməsi ilə əlaqələndirilməsi Mülki Məcəllənin 372-384-cü maddələrində nəzərdə tutulmuş iddia müddətinin və həmin Məcəllənin 550-554-cü maddələrində nəzərdə tutulmuş müddətin keçməsinə görə öhdəliyin xitamının tətbiqini qeyri-mümkün e dir. Çünki bu halda öhdəliklər icra edilməyənədək müddətin axımı başlanmır, öhdəliklər tam icra olunduqda isə müddətin hesablanmasına ehtiyac olmur. Mülki Məcəllənin 554.1-ci maddəsinin tələblərinə görə müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Həmin Məcəllənin 554.4-cü maddəsində isə təsbit olunmuşdur ki, müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Qeyd olunan halları və Mülki Məcəllənin 337.1-ci maddəsinin tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 4.4-cü bəndi Mülki Məcəllənin tələblərinə zidd olduğu üçün etibarsızdır. Şərh olunanları n əzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4548/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4548/2019
04.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver