Məhkəmə qərarları › İş №2(102)-4548/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4548/2022

28.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4548/2022 28.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı MMC-nin Cavabdeh qarşı “əmlaka vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: ziyanın ödənilməsi, sübutetmə, ekspert rəyinin qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 aprel 2022-ci il tarixli, 2(103)187/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhk əməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Cavabdeh 07 avqust 2017-ci il tarixdə İddiaçı MMC-də satıcı-kassir vəzifəsinə işə qəbul edilmiş, 07 noyabr 2017-ci il tarixdə baş satıcı, 10 yanvar 2018-ci il tarixdə isə administrator vəzifəsinə keçirilmişdir. İşəgötürən və işçi arasında 07 avqust 2017-ci, 07 noyabr 2017-ci və 10 yanvar 2018-ci il tarixlərdə tam maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır.

2. İddiaçının təqdim etdiyi 20 noyabr 2019-cu il tarixli arayışına əsasən 07 fevral 2019 və 24 avqust 2019-cu il tarixlərdə Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 12662 manat çatışmazlıq müəyyən edilmişdir. Cavabdeh 12662 manat çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövr də 540 manat Cəmiyyətin xəzinəsinə mədaxil etməklə, 12122 manat borcu qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının əmlakına vurulmuş ziyana görə cavabdehdən 12122 manat, dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, 24 avqust 2019-cu il tarixdə Oba-Xalqlar 7 mağazasında aparılmış inventarizasiya nəticəsində cavabdehin iddiaçıya zərər vurması müəyyən edilmiş, 07 fevral 2019-cu il və 24 avqust 2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun zərər 12662,00 manat məbləğində müəyyən edilmişdir. Qalıq b orcunun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, indiyədək heç bir ödəniş həyata keçirilməmişdir.

5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2(007)629/2020 nömrəli qətnaməsi ilə (hakim H.M.Əhmədova) iddia rədd edilmişdir.

6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən 07 fevral 2019cu il və 24 avqust 2019-cu il tarixli Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun siyahılar təqdim edilmişdir. Həmin sənəddə mallar sıra nömrəsi ilə siyahıya alınmış və qiymətləndirilmişdir. 07 fevral 2019-cu il tarixdən 24 avqust 2019-cu il tarixədək cavabdehə təhvil verilmiş malların məhz onun təqsirinə görə əskik gəlməsi və nəticədə iddiaçıya maddi ziyan vurulması iddiaçı tərəfindən sübut oluna bilməmişdir. Məlum olduğu kimi, iddiaçı ma lların mağazalarda satışı ilə məşğul olur. Həmin malların təşkilat kimi iddiaçı tərəfindən ilkin sənədlərə (qaimələr, fakturalar və s.) əsasən əldə edilməklə sonradan satışı həyata keçirilir. İddiaçı öz maliyyə uçotunda əksini tapması nəzərdə tutulan mallarının əldə edildikdən sonra, onların sonrakı hərəkətinə dair əsaslı sübutları məhkəməyə təqdim etmədən bu mallara dair 07 fevral 2019-cu il tarixdə ilkin inventarizasiya siyahısı tərtib etməklə beş aydan sonra yenidən cavabdehin iştirak olmadan yeni 24 avqust 2019-cu il tarixli inventarizasiya siyahısı tərtib etməklə bu siyahılar arasındakı malların məbləğləri arasındakı fərqdən də artıq məbləği cavabdehdən tələb etməkdə haqlı olmamışdır. Belə ki, ilkin inventarizasiya ilə sonuncu inventarizasiya aktları tərtib olunana aralıqda həmin mall arın satılması, köhnəlməsi, geri qaytarılması və s. kimi halların baş verməsi də istisna deyildir. İddiaçı tərəfindən tələb olunan ziyan məbləğinin məhz hansı qaydada müəyyən edilməsi, yaranmış ziyan məbləğlərinin məhz iddia tələbindəki məbləğ olması əsaslandırılmadan, ziyanla bağlı inventarizasiya aktlarından savayı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən həmin mallara dair sənədlər təqdim edilmədiyi üçün məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizanın keçirilməsi mümkün olmamışdır.

8. Həmçinin məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehin işlədiyi vaxt ərzində nə qədər mal alıb-satması barədə heç bir məlumat məhkəməyə təqdim edilməmiş və cavabdeh tərəfindən imzalanmış 07 fevral 2019-cu il tarixli ilti zamnamədə göstərilmişdir ki, o, inventarizasiya müddətinə kimi öhdəsində olan maddi qiymətlilərə dair mədaxil və məxaric sənədlərinin hamısını mühasibatlığa təqdim etmiş, kənara borc, yaxud başqa qaydada saxlamaq üçün heç nə verməmiş, heç kimdən borc, yaxud başqa qaydada saxlamaq üçün heç nə almamışdır. İddiaçı tərəfindən bu hal mübahisələndirilməmişdir.

9. Bundan başqa məhkəmə bildirmişdir ki, iddiaçı tərəfindən cavabdehin ona vurmuş 12662 manat zərərin 540 manat hissəsinin ödənilməsi bildirilsə də, həmin məbləğin cavabdeh tərəfindən və hansı qaydada ödənilməsinə dair məhkəməyə sübut təqdim edilməmişdir. Cavabdeh isə həmin məbləğin ona ödənilən bonuslardan tutulduğunu bildirmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclası zamanı bunu təkzib etməmişdir.

10. Birinci instansiya məhkəməsi mövqey ini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. İddiaçı "xxxx" MMC (əvvəlki İddiaçı MMC) apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2(007)-629/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi tərəfindən keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının 16 iyul 2021-ci il tarixli rəyinə əsasən İddiaçı MMC tərəfindən tərtib olunmuş maliyyə arayışı məlumatlarının, 07 fevral 2019-cu il və 24 avqust 2019-cu tarixli “Oba-Xalqlar 7(497)” filialında aparılmış təhvil təslim nəticələrinə dair yekun aktların düzgünlüyü məhkəmə tərəfindən nəzər ə alındıqda Cavabdeh hesabında olan çatışmazlıq 12122,00 manat məbləğində müəyyən olunur.

13. İş üzrə təyin edilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Auditorlar Palatasının 24 oktyabr 2021-ci il tarixli xidməti məruzəsində göstərilmişdir ki, iş üzrə rəy verilməsi üçün sübutlar yetərli olmadığı müəyyən edilmiş, bununla bağlı dəfələrlə iddiaçıya audit yoxlamasına dair əlavə materialların təqdim olunması vacib olunduğu bildirilsə də, həmin sənədlər təqdim edilməmişdir. Ona görə də, iş materialları geri qaytarılmışdır.

14. Azərbaycan Respublikası Auditorlar Palatasının 20 aprel 2022-ci il tarixli məktubu ilə yenidən rəy verilməsi mümkün olmadığı üçün iş materialları geri qaytarılmışdır. Qoşmada olan Auditorun 28 mart 2022-ci il tarixli məktubunda göstərilmiş dir ki, iddiaçının səlahiyyətli nümayəndəsi Vəkil Murad oğlu ilə əlaqə saxlanılmasına və sonradan 11 mart 2022-ci il tarixdə yazılı müraciət edilsə də, qərardadın icrası ilə bağlı iş üzrə zəruri sənədlərin və çıxarışların təqdim edilməməsi səbəbindən təftiş aparılaraq şikayətin dəlillərinin yoxlanılması mümkün olmadı. Yuxarıda göstərilənlər nəzərə alınaraq auditorlar tərəfindən hər hansı fikir bildirmələri mümkün olmamışdır.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 aprel 2022-ci il tarixli, 2(103)-187/2022 nömrəli qətnaməsi ilə (hakim F.F.Babayevin sədrliyi və məruzəsi ilə, hakimlər Ş.A.Məmmədovanın və R.Ə.Eyvazovun iştirakı ilə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2(007)629/2020 nömrəli qətnaməsi dəyi şdirilmədən saxlanılmışdır.

16. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi əlavə olaraq göstərmişdir ki, cavabdeh 2019-cu ilin sonunda öz ərizəsi ilə işdən azad edilmiş və işdən azad olunarkən ona qarşı hər hansı bir irad işəgötürən tərəfindən bildirilməmişdir.

17. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, Əmək Məcəlləsinin 191.1, 191.2, 199.1-ci, Mülki Prosessual Məcəllənin 76, 97.5, 206.1-ci maddələrinə istinad edərək hesab etmişdir ki, iddiaçı tərəfindən təqdim olunmuş birtərəfli, əhatəli olmayan sənədlərə əsasən ekspert rəyində qeyd olunan və iddiaçının tələb etdiyi məbləğin cavabdehdən tutulması əsaslı hesab edilə bilməz. Müvafiq rəyin alınması üçün məhkəmə tərəfindən iki dəfə ekspertiza təyin olunsa da, iddiaçı tərəfindən zəru ri sənədlər auditora təqdim edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

18. İddiaçı "xxxx" MMC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 aprel 2022-ci il tarixli, 2(103)-187/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsi göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Əmək Məcəlləsinin 10-cu maddəsi, 199-cu maddəsinin “a” bəndi, Mülki Prosessual Məcəlləsinin 103.2-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, işçinin işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq vəzifəsi qanunla müəyyən olunmasına baxmayaraq məhkəmə gəldiyi qənaətlə işçini bu vəzifədən azad etmişdir. Məhkəmə iş materiallarında olan və Cavabdeh ilə "xxxx" MMC arasında rəsmiləşdirilmiş 10 yanvar 2018-ci il tarixli “Tam maddi məsuliyyət haqqında müqavilə”yə, cavabdehin müqavilədə göstərilmiş öhdəliklərinə münasibət bildirməmişdir. “Tam maddi məsuliyyət haqqında” müqavilənin 3.3-cü bəndində göstərilir ki, işçinin işəgötürənə vurduğu ziyanın məbləği barədə akt tərtib olunur və işçi aktla tanış edilir. İşçinin aktla tanış olmaqdan və ya ziyanla əlaqədar izahat verməkdən imtina etməsi onu maddi məsuliyyətdən azad etmir. Bu halda imtina aktı tərtib edilir. Məhz bununla bağlı 07 fevral 2019-cu il tarixində 5 nəfər komissiya üzvündən ibarət tərkibdə, 24 avqust 2019-cu il tarixdə isə 7 nəfər komissiya üzvündən ibarət tərkibdə və öz imzaları ilə təsdiq edilmiş “İmtina aktı”ları tərtib edilmişdir. Bundan başqa apellyasiya instansiya məhkəməsi 16 iyul 2021-ci il tarixli ekspert rəyi ilə razılaşmamasının səbəbini göstərməmişdir. İş materiallarında kifayət qədər sübutlar olmasına baxmayaraq, auditor bəhanə gətirərək rəy verməkdən imtina etmişdir.

20. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

21. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri:

22. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

23. İddiaçı kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

24. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyəti nə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

26. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 192-ci maddəsinin 2-ci hissəsinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 194-cü maddəsinin 1-ci hissəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. 194-cü maddəsinin 2-ci hissəsinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 199-cu maddəsinin birinci hissəsininin “a” bəndinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə sinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edil miş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və y a qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlilləri ətrafında araşdırma aparmış, o cümlədən məhkəmə-mühasibatlıq ekspertizaları təyin etmiş və toplanmış sübutlara müfəssəl hüquqi qiymət ve rmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır.

30. Kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işçi və işəgötürən arasında tam maddi məsuliyyət haqqında müqavilənin imzalanması tələbin təmini üçün yeganə əsas ola bilməz. Hər bir halda iddia olunan ziyana görə məsuliyyətin yaranması üçün üç şərtin mövcudluğu sübut olunmalıdır. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: 1. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; 2. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; 3. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasınd a səbəbli əlaqənin mövcudluğu. ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qərarı).

31. Hazırki halda isə apellyasiya məhkəməsinə təqdim olunmuş sübutlarla iddiaçıya ziyanın vurulması, belə ziyan mövcud olduğu halda belə cavabdehin hər hansı qanuna zidd əməli ilə səbəbli əlaqədə olması sübut olunmamışdır.

32. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, iddia tələbinin həlli sübutların qiymətləndirilməsindən asılı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi bununla bağlı prosessual hüquq normalarını pozmamış, topl anmış və tərəflərin təqdim etdikləri sübutlar əsasında qətnamə qəbul etmişdir.

33. Belə ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

34. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

35. İş üzrə keçirilmiş ekspert rəyinə gəldikdə, məhkəmə kollegiyası izah edir ki, həmin rəy MPM-in 101.7 və 103.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən məcburi deyil, digər sübut larla yanaşı qiymətləndirilməlidir.

36. Odur ki, apellyasiya instansiyası məhkəməsi səlahiyyətləri çərçivəsində sübutları qiymətləndirib, iddianı rədd etməklə prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir.

37. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM -in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" MMC (əvvəlki İddiaçı MMC) tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 aprel 2022-ci il tarixli, 2(103)-187/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar