Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-455/2020 23.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(051)-66/2019, hakim H.S.Mirzəliyev) iddiaçı “İddiaçıbank” QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddiası qismən təmin edilmiş, cavabdehlər dən müşətərk qaydada xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 373 manat əsas borc, 174 manat faiz borcu və 10 manat cərimə borcu olmaqla, cəmi 557 manat, xx xxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 10798 ABŞ dolları məbləğdə əsas borc, 5115 ABŞ dolları məbləğdə faiz borcu və 200 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 16114 ABŞ dolları məbləğdə borcun qətnamə icra olunan günə manata məzənnəsi ilə alınıb iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-ci il tarixli qətnaməsi ilə (iş № 2(107)-2573/2019, hakimlər Ə.Cavabdeh2, M.A.Əsədli, İ.F.Quliyev) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmi ş, iddia qismən təmin edilmiş, Cavabdeh1 xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 360 manat məbləğdə əsas borc, 75 manat məbləğdə faiz borcu və 10 manat məbləğdə cərimə borcu olmaqla, cəmi 445 manat borcun tutularaq iddiaçıya verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada xx xxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 10793 ABŞ dolları məbləğdə əsas borc, 5115 ABŞ dolları məbləğdə faiz borcu və 200 ABŞ dolları məbləğdə cərimə borcu olmaqla, cəmi 16114 ABŞ dolları məbləğdə borcun qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanıb iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Həmin qətnamədən Cavabdeh1 verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişd ir. İşin halları: «İddiaçı Bank» QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2008-ci il tаrixli müqaviləyə əsasən, 60 аy müddətinə 20.000 ABŞ dolları məbləğdə kredit xətti açılmışdır. Həmin kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasının təmini üsulu kimi bankla Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır. Bank tərəfindən Cavabdeh1 xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi əsasında aylıq 2,1667 faiz dərəcəsi olmaqla 12 ay müddətinə 4.000 manat, xx xxxx 2015-ci il tarixdə isə həmin faiz dərəcəsi ilə 24 ay müddətinə 15.000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx xxxxxxx 2017-ci tarixdə “İddiaçı Bank” QSC Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmi şdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən madii və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi ape llyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını kredit müqavilələri üzrə əsas borcun, faiz borcunun və dəbbə pulunun borclu və zaminlərdən müştərək qaydada tutulması təşkil edir. İddianın rədd edilməsi hissəsində qətnamə kassasiya qaydasında mübahisələndirilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olara q pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər üzrə verilməsini şərtləndirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 462-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İş materiallarından görünür ki, kreditor kredit müqavilələri üzrə öhdəlikləri yerinə yetirərək nəzərdə tutulmuş kredit məbləğini borcluya ödəmiş, lakin borclu kredit razılaşmaları üzrə öhdəlikləri tam yerinə yetirməyərək banka borclu qalmış, əsas və faiz borclarını vaxtında ödəməmişdir. İş üzrə alınmış məhkəmə mühasibatlıq ekspertizasının xx xxxx 2019-cu il tarixli rəyinə əsasən, “İddiaçı Bank” QSC ilə Cavabdeh1 оğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit razılaşmasının qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2016-cı il tari xə banka olan borcu 671,20 manat məbləğində müəyyən olunur: o cümlədən; əsas borc üzrə 360,15 manat; faiz borcu üzrə 75,69 manat; cərimə borcu üzrə 235,36 manat. xx.xx.2015-ci il tarixli kredit razılaşmasının qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2016-cı il tarixə banka olan borcu 18577,54 ABŞ dolları məbləğində müəyyən olunur: o cümlədən; əsas borc üzrə 10798.23 ABŞ dolları; faiz borcu üzrə 5115.96 ABŞ dolları;cərimə borcu üzrə 2663.36 ABŞ dolları təşkil edir. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə istinad edərək iddiaçı tərəfindən tələb olunan xx xxxxxx 2014-cü iltarixli kredit razılaşması üzrə 235 manat cərimənin məbləğini 10 manat, xx xxxx 2015-ci il tarixli kredit razılaşması üzrə 6891 ABŞ dolları cər imənin məbləğini 200 ABŞ dolları müəyyən etmişdir. Kassator kredit müqaviləsi üzrə əsas və faiz borcunun düzgün hesablanmadığını göstərsə də, bununla bağlı apellyasiya instansiyası məhkəməsinə dəlillərini əsaslandıran heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə müəyyən edilmiş həqiqi hallara uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-455/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-455/2020
23.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver