Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4550/2019 14.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı, vəkili X4 və Cavabdeh vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 yanvar 2019-cu il tarixli, 2(103)1420/2019 saylı qətnaməsindən İddiaçı və Cavabdeh ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 09 mart 2018-ci il tarixli, 2(004)-391/2018 s aylı qətnaməsi ilə (sədrlik edən, hakim S.B.Mehrəliyev) İddiaçı Cavabdeh qarşı “yolnəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərə görə 54.647 ABŞ dolları, mənəvi zərərə görə 5.000 manat, göstərilmiş hüquqi yardıma görə 500 manat pul tələbinə dair” iddiası qismən təmin edilərək, cavabdehdən yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərə görə 15.600 manat, göstərimiş hüquqi yardıma görə 500 manat, ödənilmiş dövlət rüsumuna görə 5,40 manat, cəmi 16.105,40 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət olunub. İddiaçı qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 may 2018-ci il tarixli, 2(103)5711/2018 saylı qətnaməsi ilə (hakimlər F.Ş.Talışinski sədrlik edən, məruzəçi, S.F.Hacıyev və R.Ə.Eyva zov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 09 mart 2018-ci il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia ərizəsi qismən təmin olunub, cavabdehdən yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərə görə 67.989 manat, göstərilmiş hüquqi xidmətə görə 500 manat, ödənilmiş dövlət rüsumuna görə 50 manat, cəmi 68.539 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət olunub. Cavabdeh qətnamədən kassasiya şikayəti verib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 22 oktyabr 2018-ci il tarixli, 2(102)-6808/2018 saylı qərarı ilə (hakimlər M.T.Əhmədova sədrlik edən, məruzəçi, Ə.M.Rüstəmov və Ə.G.Nurməmmədov) kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 may 2018-ci il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 yanvar 2019-cu il tarixli, 2(103)1420/2019 saylı qətnaməsi ilə (hakimlər A.Ə.Hüseyn sədrlik edən, məruzəçi, E.Q.Nəbiyev və R.Ə.Qurbanov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 09 mart 2018-ci il tarixli qətnaməsi maddi zərərin tutulması hissəsində dəyişdirilib və iddia ərizəsi qismən təmin edilərək, cavabdehdən maddi zərərə görə 43.489 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə qətnamənin dəyişirilmədən saxlanılması qət olunub. Tərəflər qətnamədən ayrı-ayrılıqda kassasiya şikayətləri veriblər. İŞ İN HALLARİ: İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq “ondan yolnəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərə görə 54.647 ABŞ dolları, mənəvi zərərə görə 5.000 manat, göstərilmiş hüquqi yardıma görə 500 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun” tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ İddiaçı kassasiya şikayətini onunla əsaslandırıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozub, işin faktiki halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib və yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilinə dəymiş maddi zərərin məbləği az hesablanıb. İddiaçı kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinə dəyişiklik edilərək, cavabdehdən yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərə görə 45.000 ABŞ dolları, mənəvi zərərə görə 5.000 manat, göstərilmiş hüquqi yardıma görə 500 manat, ödənilmiş dövlət rüsumuna görə 5,40 manat pulun tutulub ona ödənilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozub, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib və yol nəqliyyat hadisəsi nəticəsində iddaçının avtomobilinə dəymiş maddi zərərin məbləği şişirdilib. Cavabdeh kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iş üzrə Bakı şəhəri, Yasamal rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətlərinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı və vəkili xxx öz kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh vəkili xxx məhkəmə iclasında öz kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, üzrsüz səbəbdən məhkəmə iclasına gəlmədiyi üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassas iya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb, hesab edir ki, aşağıdakılara görə kassasiya şikayətləri qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinə maddi zərərin əvəzinin ödənilməsi hissəsində dəyişiklik edib, iddia ərizəsini qismən təmin edib, qalan hissədə qətnaməni dəyişdirilmədən saxlayarkən, ekspert rəyinin avt omobilə baxış keçirilmədən verilməsinə, avtomobilin salamat qalan hissələrinin dəyərinin 70 faiz təşkil etməsinə dair həmin rəyin əsaslandırılmamasına, lakin eyni markalı, eyni buraxılış ili və eyni komplektasiyalı avtomobillərlə müqayisədə avtomobilin real bazar dəyərini 52.000 manat müəyyən etməklə ekspertin əsaslı rəy verməsinə, “qüsur aktı”na istinadən verilən hesabatda avtomobilin təmir bərpa xərclərinin 93.020 manat olduğu qeyd edildiyi üçün ekspertin avtomobilin təmir edilməsini rentabelli hesab etməməkdə haqlı olmasına, “qüsur aktı”na əsasən verilən hesabatda qəzalı vəziyyətdə olan avtomobilin bazar dəyərinin 8.511 manat müəyyən edilməsinə, avtomobilin respublikadaxili orta bazar pərakəndə satış qiymətini təşkil edən 52.000 manat puldan qəzalı vəziyyətdə avtomobilin bazar dəyərini təşkil edən 8.511 manat pul çıxıldıqda qlan 43.489 manat pulun avtomobilə dəymiş zərərin əvəzinin ödənilməsi üçün ədalətli hesab edilməsinə, iddia tələbini mənəvi zərərin əvəzinin ödənilməsi hissədə rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini hər hansı maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmayıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Belə ki, işdən görünür ki, 20 iyun 2017-ci il tarixli qeydiyyat şəhadətnaməsinə əsasən 2013-cü il buraxılışlı, “A udi A7” markalı, ** LJ *** dövlət nömrə nişanlı avtomobil mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınıb. İddiaçı həmin avtomobili idarə etmək üçün oğlu X7 etibarnamə verib. 24 iyun 2017-ci il tarixdə, saat 23:20 radələrində cavabdeh özünə məxsus olan “Nissan X-Trail” markalı, ** CP *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Qanunun 60-cı maddəsinin tələblərini pozaraq, Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospekti ilə Bakıxanov küçəsinin kəsişməsində işıqforun qırmızı işığında hərəkətini davam etdirərək X6 idarə etdiyi “Audi A7” markalı, ** LJ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə onun idarə etdiyi sözügedən avtomobilə maddi zərər dəyib. Bu barədə yol polisi tərəfindən “İnzibati xəta haqqında” 02 avqust 2017-ci il tarixl i protokol tərtib edilib. Eləcə də “İnzibati tənbeh vermə haqqında” 02 avqust 2017-ci il tarixli qərara əsasən cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli sayılaraq 60 manat cərimə edilib. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının mülkiyyətində olan “Audi A7” markalı, ** LJ *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəyib. İddia ərizəsindən görünür ki, iddiaçı cavabdehin təqsiri üzündə ona 54.647 ABŞ dolları maddi, 5.000 manat mənəvi ziyan dəydiyini, göstərilən hüquqi yardıma görə 500 manat, dövlət rüsumuna görə 30 manat xərcə düşdüyünü göstərib, həmin pul vəsaitinin cavabdehdən tutulub ona ödənilməsini iddia edir. Cavabdeh isə iddiaçının iddia etdiyi ziyanın məbləği ilə razılaşmır və törətdiyi mül ki hüquq pozuntusu nəticəsində iddiaçıya bütövlükdə 16.105,4 manat ziyan dəydiyini göstərib iddia tələbinə etiraz edir. İşin bu halı cavabdehin birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq ondan apellyasiya şikayəti verməməsi və kassasiya şikayətinin dəlilləri ilə də təsdiq olunur. Göründüyü kimi cavabdehin yol-nəqliyyat hadisəsi zamanı törətdiyi mülki hüquq pozuntusu (delikt) nəticəsində iddiaçının mülkiyyətində olan avtomobilə maddi zərər dəyməsi işin mübahisə olmayan halıdır. Cavabdeh özü də bu faktı inkar etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin n ormalarını pozan) əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsində göstərilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, işin yuxarıda müəyyən edilmiş faktiki hallarını nəzərə alıb hesab edir ki, cavabdehin iddiaçıya qarşı mülki hüquq pozuntusu (delikt) törətməsi, yəni onun hüquqla və qanunla müdafiə edilən iddiaçıya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl törətməsi mülki iş materialları ilə istisna edilmədiyindən, eləcə də delikt törətmiş cavabdeh iddiaçıya vurduğu maddi zərərə görə mülki hüquqi məsuliyyət daşıdığından, sonuncuya vurduğu zərərin əvəzini tam həcmdə ödəməyə borcludur. Hazırda tərəflər arasında sözügedən avtomobilə dəymiş maddi zərərin məbləği ilə bağlı fikir ayrılığı vardır. İddiaçı “European Cars LTD” şirkəti tərəfindən verilən 03 iyul 2017-ci il tarixli, 16 oktyabr 2018-ci il tarixli, 15 yanvar 2019-cu il tarixli “qüsur aktları”na, onun əsasında verilmiş hesabatlara, onlara əlavə edilmiş foto şəkillərə, “xxxx” Konsaltinq Şirkəti tərəfindən verilən “nəqliyyat vasitəsinin dəyərləndirilməsinə dair” 10 avqust 2017-ci il tarixli “hesabat”a istinad edərək ona 93.020 manat maddi ziyan dəydiyini iddia edir. Cavabdeh isə qəti şəkildə qeyd olu nan məbləğlə razılaşmır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 fevral 2018-ci il tarixli rəyinə istinad edərək, iddiaçıya bütövlükdə 16.105,40 manat maddi zərər dəydiyini bildirir və kassasiya şikayətində də həmin məbləğlə razılaşaraq, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilib, Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 09 mart 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş edib. Əvvəla, işdən görünür ki, iddiaçıya məxsus avtomobilə dəymiş maddi zərərin məbləği ilə bağlı işə əlavə edilmiş sübutlar, o cümlədən ekspert və qiymətləndiricilərin rəyləri arsında kəskin fərqlər vardır. Belə ki, “European Cars LTD” tərəfindən verilən 03 iy ul 2017ci il tarixli “qüsur aktı”na görə avtomobilin təmiri üçün iş haqqı 8.420 manat, ehtiyat hissələrinin qiyməti 84.600 manat, cəmi təmir xərcləri 93.020 manat təşkil edir. “X2” Şirkəti tərəfindən verilən 10 avqust 2017-ci il tarixli “Nəqliyyat vəsitəsinin dəyərləndirilməsi barədə” 10 avqust 2017-ci il tarixli hesabata görə avtomobilin qəzadan öncə 23 iyul 2017-ci il tarixə bazar dəyəri 76.500 manat, avtomobilin qəzadan sonra “European Cars LTD” tərəfindən verilən 03 iyul 2017-ci il tarixli “Qüsur aktı”na istinadən təmir bərpa xərcləri 93.020 manat, qəzadan sonra barpa edilmiş avtomobilin dəyər itkisi 26.810 manat, qəzalı vəziyyətdə avtomobilin bazar dəyəri 8.511 manat təşkil edir. “European Cars LTD” tərəfindən verilən 16 oktyabr 2018-ci il tarixli “qüsur aktı”na görə avtomobilin təmir i üçün iş haqqı 8.420 manat, ehtiyat hissələrinin qiyməti 90.605 manat, cəmi təmir xərcləri 99.025 manat təşkil edir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 fevral 2018-ci il tarixli ekspert rəyindən görünür ki, iş materiallarında 2013cü il buraxılışlı “Audi A7” markalı, ** LJ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin müəyyən edilməsi zamanı servis mərkəzinin qüsur aktına əsasən dəymiş ziyanın məbləği 93.020 manat, o cümlədən dəyişdirilməli hissələrin qiyməti 84.600 manat, təmir işlərinin qiyməti 8.420 manat müəyyən edilib. Yuxarıda qeyd olunan xüsusatlara müvafiq olaraq aparılmış tədqiqatın nəticəsində və Bakı şəhərində yerləşən avtomağazalarda və avtoservis müəssisələrində mövcud olan qiymətləri, “www.avtomobil.a z” internet saytının məlumatları, yol-nəqliyyat hadisəsindən əvvəlki vəziyyətdə, xarici əmtəə görünüşünün və hərəkət hissələrinin yaxşı saz vəziyyətdə olan təyinatı üzrə istifadəyə yararlı sözügedən avtomobilin istismar müddətini nəzərə alaraq, 2017-ci il tarixə respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 52.000 manat təşkil edir. Ona görə də ekspert qeyd edir ki, iş materiallarında olan servis mərkəzinin qüsur aktına əsasən tədqiq edilən sözügedən avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə əsaslı təmir olunması rentabelli hesab olunmur. Həmin avtomobilin salamat qalan yararlı vəziyyətdə olan hissələri avtomobilin dəyərinin təxminən 70 faizini təşkil edir. Beləliklə sözügedən avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə əsaslı təmir olunma sı rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın hadisə baş verən tarixə məbləği qəza nəticəsində salamat qalan yararlı hissələrinin dəyərini çıxdıqda təxminən 15.600 manat (52.000-70 faiz) təşkil edir. İşdən, ekspert rəyindən, “qüsur aktı”na əsasən verilən hesabatlardan görünür ki, ekspert və qiymətləndiricilər tərəfindən iddiaçıya məxsus olan avtomobilə bilavasitə yerində baxış keçirilmədən avtomobilə dəyən zərərin məbləği müəyyən edilib. Halbuki, birinci instansiya məhkəməsinin 26 sentyabr 2017-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərkən, qərardadda iddiaçıya məxsus avtomodilə bilavasitə baxış keçirilməklə avtomobilə dəymiş zərərin məbləğinin müəyyən edilməsi qərara alınmışdır. Eləcə də kassasiya instansiyası məhkəməsinin bundan əvvəlki 22 oktyabr 2018-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin 21 may 2018-ci il tarixli qətnaməsi ləğv edilib mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılarkən, qərarda bir sıra göstərişlərlə yanaşı, avtomobilə dəymiş zərərin məbləğinin yenidən müəyyən edilməsinə dair müvafiq göstərişlər verilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadında şərh edilən göstərişlərin ekspert tərəfindən tam icra edilməməsinə əhəmiyyət vermədən, həmçinin kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilən göstərişlərlə bağlı heç bir araşdırma aparmadan, iddiaçıya məxsus avtomobilə dəymiş zərərin məbləği ilə bağlı ekspertin rəyi ilə “qüsur aktı”na əsasən verilən hesabatlar arasındakı kəskin qiymət fərqlərinə aydınlıq gətirmədən, ekspertin rəyini nəyə görə əsassız hesab etməsini, habelə hansı mötəbər yazılı sübutlara əsasən avtomobilin respublikadaxili orta bazar pərakəndə satış qiymətini 52.000 manat müəyyən etməsini, cavabdehdən maddi zərərə görə 43.489 manat pulu hansı mötəbər sübuta əsasən tutmasını qətnamədə kifayət qədər əsaslandırmadan, əksinə avtomobilin salamat qalan yararlı vəziyyətdə olan hissələrinin avtomobilin dəyərinin təxminən 70 faizini təkil etməsi mülki iş materialları ilə istisna edilmədiyi halda, qəzalı vəziyyətdə avtomobilin bazar dəyərini təşkil edən 8.511 manatı çıxmaqla, qalan 43.489 manat pulu avtomobilə dəymiş maddi zərər kimi hesablamış və işə əlavə edilmiş sübutlara, o cümlədən ekspert rəyinə, “qüsur aktı ”na dair verilmiş hesabatlara obyektiv hüquqi qiymət vermədən, həmin sübutları işə əlavə edilmiş digər sübutlarla, o cümlədən işdə iştirak edən şəxslərin izahatları ilə, foto şəkillərlə müqayisəli şəkildə təhlil etmədən, cavabdehdən 43.489 manat pul vəsaiti tutumaqla yanışı, avtomobilin dəyərinin təxminən 70 faizini təşkil edən salamat qalan yararlı vəziyyətdə olan hissələrini də iddiaçının xeyrinə güzəştə getmişdir. Halbuki, MPM-nin 420-ci maddəsinin mənasına görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Həmin Məcəllənin 103.2-ci maddəsində göstərilir ki, ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə əsaslandırılmalıdır. Kassasiya instansiyası məhkəməsi qeyd edir ki, sübutlara obyekti v baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o, halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutun mötəbərliyinə şübhələr mövcud olduğu halda məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmağa çalışmalı, bunun üçün işdə iştirak edən şəxslərə əlavə sübut təqdim edilməsini təklif etməli, zəruri olduqda mövcud sübutu yenidən araşdırmalıdır. Sübutların məzmunundakı məlumatlarla bağlı şübhələri n aradan qaldırılmasının ən etibarlı üsullarından biri isə, müxtəlif sübutların müqayisəli təhlil edilməsi və ya iş üzrə əlavə, təkrar ekspertizaların keçirilməsidir (MPMnin 77.3, 102.1, 102.2-ci maddələri). Ona görə də işə yenidən apellyasiya qaydasında baxılarkən, bu sahədə ixtisaslaşmış ekspertlərə, yəni Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etməklə iş üzrə təkrar ekspertiza təyin edilməli, ekspertin, işdə iştirak edən şəxslərin iştirakları ilə iddiaçının mülkiyyətində olan avtomobilə bilavasitə yerində baxış keçirilməklə avtomobilə dəymiş maddi zərərin məbləği, avtomobilin təmir edilməsinin mümkün olub-olmaması, eləcə də avtomobilin salamat qalan yararlı vəziyyətdə olan hissələrinin dəyəri müəyyən edilməklə və sair iddia tələbinin əsasılığına d üzgün hüquqi qiymət verilməlidir. Digər tərəfdən işdən, cavabdehin kassasiya şikayətinin dəlillərindən görünür ki, cavabdeh iddiaçıya məxsus zədələnmiş avtomobili öz vəsaiti hesabına təmir etməyə razıdır, lakin iddiaçı bununla razılaşmır və faktiki olaraq avtomobilin dəyərinə bərabər olan məbləğdə dəymiş zərərin əvəzi kimi cavabdehdən 54.647 ABŞ dolları pul tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsində zərərin əvəzinin ödənilməsinin iki üsulu müəyyən edilib. Birincisi, zərərin əvəzinin naturada ödənilməsi. Bu halda zərərvurmuş şəxs zərərin əvəzini zərər vurulmuş əmlakın əvəzinə eyni növlü və keyfiyyətli əmlak vermək və ya zədələnmiş əmlakı təmir etməklə əvvəlki vəziyyətini bərpa etmək yolu ilə ödəyir və beləliklə də yol-nəqliyyat hadisəsi nəticəsində əmlak itkis inə məruz qalmış zərəçəkmişin əmlak vəziyyəti naturada bərpa edilmiş olur. İkincisi, vurulmuş zərərin əvəzinin ödənilməsi. Bu halda vurulmuş zərərin əvəzi pulla ödənilir. Vurulmuş zərərin əvəzinin ödənilməsi üçün vurulmuş zərərin nəticələrini aradan qaldıraraq və zərərçəkmişin məruz qaldığı itkinin bərpası üçün lazım olan məbləğ iş üzrə müvafiq ekspertiza keçirilməklə müəyyənləşdirilir və zərərçəkmişə ödənilir. Kassasiya instansiyası məhkəməsi tərəflərin kassasiya şikayətlərinin dəlillərini qismən əsaslı hesab edib belə qənaətə gəlir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən işin halları nəzərə alınmaqla, ilk növbədə iddiaçının özü tərəfindən avtomobilə dəymiş ziyanla bağlı məhkəməyə təqdim edilən “qüsur aktların”da göstərilən qiymətlər (birində 93.020 manat, digərində 99.025 manat göstərilib) arasındakı ziddiyyətlərə, eləcə də həmin sənədlərdə göstərilən qiymətlərlə ekspert rəyində göstərilən qiymətlər arasındakı kəskin fərqə aydınlıq gətirilməli, iddiaçıya məxsus avtomobillə eyni markalı, eyni buraxılış ili və eyni komplektasiyalı olan avtomobilin real bazar dəyəri, eləcə də ekspertin, işdə iştirak edən şəxslərin iştirakları ilə bilavasitə zədələnmiş avtomobilə baxış keçirilməklə zədələnmiş detalların adları, sayı, miqdarı, məbləği müəyyən edilməklə, iddiaçının avtomobilinə dəymiş real maddi zərərin məbləği müəyyən edilməli və bundan sonra iddiaçının maddi və mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı tələblərinə düzgün hüquqi qiymət verilməlidir. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunilik və əsaslılıq baxımından MPM-nin 217.1-ci ma ddəsinin tələblərinə cavab vermir. Halbuki, həmin maddənin mənasına görə, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, mülki işlərə mahiyyəti üzrə baxıb, onları həll edərkən mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işə baxılarkən qüvvədə olan prosessual hüquq normalarının tələblərinə dəqiq və dönmədən riayət olunması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlard an irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını, sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətlərində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayətləri qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apel lyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə əsasən düzgün hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: İddiaçı və Cavabdeh ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri qismən təmin edilsin, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 yanvar 2019-cu il tarixli, 2(103)-1420/2019 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4550/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4550/2019
14.06.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver